7 oktyabr 2000-ci il tarixli “Cumhuriyet” qəzetində “Paşalar bölgəsindəki qazıntılar 14 milyon il əvvəl yaşayan primatların təkamülləşməsini işıqlandıracaq” başlıqlı xəbər nəşr olundu. Xəbərdə, Bursanın 68 kilometr uzaqlığındakı bir dağ kəndi olan Paşalarda aparılan qazıntılarda, çox sayda primat (məməlilərin bir dəstəsi) fosili tapıldığı izah edilir və əldə edilən tapıntıların təkamül nəzəriyyəsinə dəstək olduğu irəli sürülürdü.

Oxucularının çoxunun “primat” anlayışını ilk dəfə eşidəcəyini düşünən təkamülçü mətbuatçılar, bu anlayışla yanaşı daha çox “təkamül” sözü işlətdikləri zaman elmi görünüş verəcəklərini və beləliklə müvəffəqiyyətli təbliğat aparacaqlarını sanırlar.

Əslində “Cumhuriyet”dəki yazıda, təkamül nəzəriyyəsini dəstəkləyən heç bir məlumat yox idi. Yazıda primatların təkamülləşdiyinə dair heç bir dəlil irəli sürülmürdü. Sadəcə, tapılan bəzi fosillər var idi və bunların tapılması, “təkamül” sözünün tez-tez istifadə edilməsi yolu ilə, darvinizm adına bir təbliğat vəsaiti etmək istənmişdi. Halbuki primatların mənşəyi haqqında (digər bütün canlı təsniflərinin mənşəyi kimi), təkamül nəzəriyyəsinin lehinə deyil, əleyhinə bir dəlildir.

 

Fosil qeydlərinin mesajı

Fosil qeydlərinin ortaya çıxardığı həqiqətlərin ən əhəmiyyətlilərindən biri, “birdən ortaya çıxma” faktıdır. Bildiyimiz bütün əsas canlı təsnifatları, əvvəllər onlara bənzər başqa canlılar yaşamamış ikən, fosil qeydlərində birdən meydana çıxarlar. Kembri dövründə (530-500 milyon il əvvəl), məlum olan bütün əsas canlı qrupları (filumlar) birdən ortaya çıxar. Sonrakı dövrlərdə də, balıqlar, böcəklər, amfibiyalar, sürünənlər, quşlar kimi təməl canlı təsnifatları və bunların alt qrupları həmişə birdən və heç bir ataları olmadan meydana çıxar. Bu vəziyyət, təkamül nəzəriyyəsinin əsas iddiası olan “uzun zaman ərzində təsadüflər yolu ilə addım-addım inkişaf” anlayışını yıxmış vəziyyətdədir. Bundan əlavə, bu vəziyyət, yaradılış adına da, çox böyük dəlildir. Fosillər üzrə təkamülçü alim, Mark Czarnecki, bu həqiqəti bir etiraf xüsusiyyətindəki bu şərhi ilə qəbul edir:

 

“Nəzəriyyəni (təkamülü) sübut etmənin qarşısındakı böyük maneə, Fosil qeydlərinin hər vaxt üçün mövcud olmasıdır… Bu qeydlər heç bir zaman üçün Darvinin fərz etdiyi ara formaların izlərini ortaya qoymamışdır. Növlər birdən meydana gələrlər və yenə birdən yox olarlar və bu gözlənilməz vəziyyət, növlərin yaradıldığını müdafiə edən arqumenti dəstəkləmişdir. (Mark Czarnecki, “The Revival of the Creationist Crusade”, MacLean”s, 19 yanvar 1981, səh. 56)”

 

Məməlilərin mənşəyi

Eyni vəziyyət, məməlilər təsnifatına daxil olan canlılar üçün də etibarlıdır. Məməlilərin təsnifatına daxil olan çox sayda fərqli canlı növü, yer üzündə birdən ortaya çıxmışdır. XX əsrin ən böyük təkamül qabaqcıllarından və neo-darvinist nəzəriyyənin qurucularından biri olan Corc Gaylord Simpson isə, təkamül nəzəriyyəsi cəhətindən çox təəccüblü bu həqiqəti belə ifadə edir:

 

“Dünyadakı həyatın ən qarışıq hadisəsi, Mezozoy çağının, yəni sürünənlər dövrünün, məməlilər dövrünə birdən dəyişməsidir. Sanki, bütün baş rol aktyorluğunun, çox sayda və növdəki sürünənlər tərəfindən boynuna götürüldüyü bir oyunun pərdəsi, bir anda endirilmişdir. Pərdə yenidən açıldığında isə, bu səfər baş rolda məməlilərin iştirak etdiyi və sürünənlərin bir kənara itələnildiyi yeni bir dövr başlamışdır. Ortaya çıxan məməlilərin bir əvvəlki dövrə aid izləri isə, yox kimidir. (Corc Gaylord Simpson, Life Before Man, New York: Time-Life Books, 1972, səh. 42.)

 

Bunsan əlavə, birdən ortaya çıxan məməlilər, bir-birlərindən çox fərqlidirlər. Yarasa, at, siçan və balina kimi olduqca fərqli canlıların hamısı məməlidir və eyni geoloji dövrdə ortaya çıxmışlar. Bu canlıların aralarında təkamül bağı qurmaq, ən geniş təxəyyüllə belə qeyri-mümkündür. Təkamülçü zooloq Erik Lombard, “Evolution” (Təkamül) adlı jurnalda belə yazır:

 

Məməlilər sinfinə daxil təkamül qohumluq əlaqələri (filogenetik bağlar) qurmaq üçün məlumat axtaranlar, məyus olacaqlar. (Eric Lombard, “Review of Evolutionary Principles of the Mammalian Middle Ear, Gerald Fleischer”, Evolution, cild 33, dekabr 1979, səh. 1230)”

 

Yenə, Corc Gaylord Simpsonun şərhləri, təkamül nəzəriyyəsinin nə qədər böyük çıxılmaz vəziyyətdə olduğunu göstərir:

 

Bu, məməlilərin 32 müxtəlif dəstəsinin hamısı üçün etibarlıdır… Hər dəstənin tanınan ən qədim və ən primitiv üzvi, bu dəstəyə aid əsas xarakterlərin hamısına onsuz da, malikdir və heç bir vəziyyətdə bir dəstədən bir başqasına doğru irəliləyən, davamlı inkişaf məlum deyil. Nümunələrin çoxunda, fərqlilik və boşluq o qədər böyükdür ki, bütün dəstənin mənşəyi fərziyyə və olduqca mübahisəlidir… (Corc G., Simpson, “Temp and Mode en Evolution”, Kolumbiya University Press, New York, 1944, səh. 105, 107)

 

Məməlilərin 32 müxtəlif dəstəsindən biri isə, guya “insanın atası” kimi qəbul edilən canlıların daxil edildiyi “primatlar” dəstəsidir.

 

Primatlar: Birdən ortaya çıxmış dəstə

Primatlar (meymun növləri) dəstəsinin ən əhəmiyyətli xüsusiyyəti, əl və ayaq quruluşlarının diqqətə çarpmasıdır. Lemur, tarsier kimi kiçik məməlilər və bütün meymunlar primat dəstəsinə aiddir.

 

Yaxşı bəs primatların mənşəyi nədir?

“Cumhuriyyet” qəzetində nəşr olunan “Paşalar bölgəsindəki qazıntılar 14 milyon il əvvəl yaşayan primatların təkamülləşdiyini işıqlandıracaq” başlığını oxuyan bir insan, ortada “primatların təkamülü” deyə bir anlayış tapıldığını və tapılan fosillərlə bunun daha da, işıqlanacağı kimi bir təəssürata qapıla bilər. Halbuki, bu, tamami ilə səhv təəssüratdır.

Əslində, primatlar da, bütün digər canlı təsnifatları kimi, təkamülləşməmiş, bugünkü halları ilə yaradılmışdılar. Bunun paleontoloji cəhətdən çox diqqətə çarpan bir dəlili isə, primatların yer üzündə, əvvəllər də, onlara bənzər heç bir ataları olmadan birdən ortaya çıxmalarıdır.

 

Təkamülçü paleoantropoloq Elvin Simons bu haqda belə deyir:

 

“Son tapıntılara baxmayaraq, primatların mənşəyinin yeri və zamanı sirli, gizli qalmağa davam edir.” (Simons, E. L., Annals New York Academy of Sciences, cild 167, 1969, səh. 319)

 

Paleontologiya sahəsində dünyanın ən qabaqcıllarından biri olan Romer isə, yenə təkamülçü olmağına baxmayaraq, ən qədim lemurların (lemurlar ilk primatlar arasında qəbul edilirlər) “sanki heç tanınmayan bir bölgədən köçərək birdən ortaya çıxdıqlarını” yazır. (Romer, A. S., Vertebrate Paleontology, 3rd Et., Chicago: Univ. of Chicago Press, 1966, səh. 254)

 

Təkamülçülər primatların həşəratyeyən məməlilərdən təkamülləşdiyini fərz edirlər. Lakin, bu iddianı dəstəkləyən heç bir dənə də, fosil yoxdur. Fosillər üzrə təkamülçü alim Kelso, “həşəratyeyən (insectivore) primatlara aid tapılan keçid fosillər tərəfindən sənədləşdirilməmişdir” deyərək bu həqiqəti qəbul edir. (Kelso, A. J., Physical Anthropology, 2nd Et., New York: J. B. Lippincott, 1974, səh. 142)

 

Bir sözlə, primatlarla əlaqədar fosil qeydləri də, bütün digər canlı təsnifatları kimi təkamül nəzəriyyəsinin iddialarını etibarsız edir. Primatlar, başqa canlılardan təkamülləşərək deyil, birdən və müxtəlif quruluşları ilə ortaya çıxmışdılar. Bu elmi həqiqət, bu canlıların yaradıldıqlarının elmi dəlilidir. Allah, bütün canlıları olduğu kimi, primatları da, nümunəsiz olaraq yaratmış və yer üzündə törətmişdir.

 

Nəticə

Diqqət yetirilsə “Cümuhuriyet” qəzetindəki xəbərdə və buna bənzər bütün digər təkamülçü nəşrlərdə, bura qədər qısaca təqdim etdiyimiz elmi həqiqətlərdən heç danışılmır. Darvinizmin iddiasını dəstəkləyən heç bir dəqiq dəlil təqdim edilmir, heç bir ara forma nümunəsi göstərilmir. (Çünki göstərilə biləcək heç bir dəlil yoxdur.)

Bunun yerinə yalnız göz boyama və ucuz təbliğat üsulu istifadə edilir. Oxucularının çoxunun “primat” anlayışını ilk dəfə eşidəcəyini düşünən təkamülçü mətbuatçılar, bu anlayışla yanaşı bol-bol “təkamül” sözü işlətdikləri vaxt elmi görünüş verəcəklərini və beləliklə müvəffəqiyyətli təbliğat aparacaqlarını güman edirlər. Halbuki bundan bəlkə 30-40 il əvvəl, təsirli olan bu üsullar artıq təkamülçülərə fayda vermir. İnsanların, dövrümüzdə, asanlıqla məlumatları əldə edə biləcəklərinə görə, yaradılış həqiqəti də, açıq-aşkar üzə çıxır.