“Cumhuriyet Bilim Teknik” (CBT) jurnalının 8 yanvar 2005-ci il tarixli sayında, “İtlərin burnu sürətli təkamülün göstəricisidir” başlıqlı yazı nəşr olundu. Yazıda, Texas Universitetindən Con Fondon və Harold Qarner adlı tədqiqatçılar tərəfindən reallaşdırılan bir çalışmanın nəticələri deyilirdi.
Tədqiqatçılar, 93 növ it cinsindən alınmış 17 inkişaf edən gen (ziqotun əmələ gəlməsindən yetkinliyə qədər olan inkişafa nəzarət edən genlər) içində 37 ədəd təkrarlı bir sıra nukleotidləri müqayisə etmişdilər. Bu təkrarların uzunluğunun demək olar bütün genlərdə və it növlərində müxtəlif olduğunu tapan tədqiqatçılar, Runx-2 adlı bir genin itlərdə baş forması ilə nəzərəçarpacaq dərəcədə əlaqəli olduğunu tapmışdılar. Garner, bununla əlaqədar olaraq, “itlərin burun uzunluğunun fərqləri bu faktordan qaynaqlandığını fikirləşirik” deyə şərh etmişdir. Qısaca, tədqiqatçılar, itlərin burun uzunluqlarının genetik fəaliyyəti ilə əlaqədar ola bilən bəzi işarələri əldə etmişdilər.
CBT isə, bu tapıntıları aydın şəkildə təhrif edir və “itlərin burnu sürətli təkamül göstəricisidir” başlığı ilə təkamül təbliğatında istifadə edirdi. Xəbərlə yanaşı altda görünən it şəkilləri də verilir, sanki bu it cinsləri, təkamüllə ortaya çıxmış kimi bir təəssüratı bağışlamaq istəyirdilər.
Ancaq CBT-nin təkamül təbliğatı bir yalandan ibarətdir. CBT, təkamül nəzəriyyəsinə heç bir elmi dəlil gətirməyən tapıntıları və itlərdəki variasiyaları təkamül dəlili kimi təhrif edir.
Təkrarlanan DNT nədir?
Araşdırmada haqqında danışılan təkrarlanan DNT, üçlü amin turşusu düzülmələri olan “kodon”ların bir-birini təkrarladığı qisimlərdən əmələ gəlir. DNT-nin zülal kodlaşdırmayan bölgələrində yayılan bu qisimlər, təkamülçülər üçün eyni zamanda bir məğlubiyyətin də simvoludur. Təkamülçülər, zülal kodlaşdırmayan bu təkrarlanan bölgələrin, guya təkamül prosesində təsadüflərlə və mənasızca təkrarlanan bir sıra olduğunu qarşıya qoyub bunları, “tullantı DNT” adı altında uydurduqları bir kateqoriyaya daxil etmişlər. Ancaq, son on beş ildəki elmi inkişaflar, təkrarlanan DNT ilə əlaqədar təkamülçü iddianın və ümumiyyətlə “tullantı DNT” kateqoriyasının etibarsızlığını sübut etmişdir. Çünki, bu bölgələrin heç bilinməyən funksiyaları, bir-bir kəşf edilməyə başlanmışdır. Məşhur elm jurnalı “Science” jurnalının 23 may 2003-cü il tarixli sayında “tullantı DNT” anlayışının zibilə atılması lazım olduğu bu sözlərlə ifadə edilmişdir:
Xüsusilə təkrarlayan işçilərlə əlaqədar olan “tullantı DNT” fikri 1990-cı illərdə dəyişməyə başladı… İndilərdə gedərək daha çox sayda bioloq, təkrarlayan işçilərə genomik xəzinə olaraq baxır. Bu hesabat göstərir ki, təkrarlayan işçilər “tullantı DNT deyil”, eukariot genomların əhəmiyyətli, birləşdirici komponentləri. O halda təkrarlayan DNT “tullantı DNT” olaraq adlandırılmamalı…”. (Wojciech Makalowski, “Not Junk After All”, Science, cild 300, nömrə 5623, 23 may 2003.
Diqqət yetirilsə CBT-də çalışmaları yayımlayan tədqiqatçılar, təkrarlanan DNT-nin itlərin burun uzunluğu ilə, arasında bir əlaqə ola biləcəyini ifadə edirlər. Başqa sözlə desək, təkrarlanan DNT hissəllərinin inkişaf üzərində funksional təsiri ola biləcəyini ifadə edirlər. Bu tapıntı isə, təkamül nəzəriyyəsi lehinə heç bir dəlil gətirmir, tam əksinə, təkamülçülərin “tullantı DNT” iddiasını qəti surətdə təkzib edir.
CBT-nin “sürətli təkamül” yalanı
Təkamülçülərin tez-tez təhriflərindən biri, canlılar aləmindəki variasiyaları təkamül dəlili kimi göstərməyə çalışmaqdır. CBT-dəki “sürətli təkamül” yalanı da, belə bir təhrifdir. Variasiyalar, bioloji xüsusiyyətdə reallaşan növlərə ayrılmalardır və bir növün, bütün xüsusiyyətlərini təyin edən genlər, bütün variasiyaları ilə birlikdə, gen hovuzunun içində olarlar. Pişiyin gen hovuzu ayrı, itin gen hovuzu ayrıdır. Bu gen hovuzlarında, məhdud miqdarda variasiyalar mümkündür. Bunun nəticəsində Siyam pişiyi və Van pişiyi kimi variasiyalar, ya da yuxarıdakı şəkildə görünə bilən çox sayda it cinsi ortaya çıxır. İt cinslərinin bir çoxu, xüsusilə son əsrdəki çarpazlama işləri nəticəsində əldə edilmişdir. Ancaq pitbull (buldoq itlərindən cütləşməsi nəticəsində əmələ gələn it cinsi) kimi yeni cinslərin əldə edilməsi qəti olaraq bir “təkamül” meydana gətirir. Çünki pitbulu əmələ gətirən bütün genlər, ən başdan iti əmələ gətirən gen hovuzunda sabitdir. Yalnız mövcud genlər, daha əvvəldən birləşmədikləri bir şəkildə, süni yollardan uyğunlaşdırılır və ortaya fərqli görünüşdə, məsələn pitbul görünüşündə bir it çıxır.
Digər tərəfdən, bu tip çarpazlama işləri, daim məhdud ədəddə variasiya vermişdir. İtlər, dəfələrlə cütləşdirilsələr də, həmişə it olaraq qalmış, başqa növlərə, məsələn, ayılara təkamülləşməmişdilər.
CBT-də “sürətli təkamül” olduğu iddia edilən vəziyyət, əslində yuxarıda yekunlaşdırılandan ibarətdir. İtlərin uzunluq və aşağı doğru qıvrımı baxımından geniş bir yelpik ortaya qoyan burun anatomiyaları, son əsrdə, insanlara məlum olmuşdur. CBT, burun anatomiyasındakı bu müxtəlifliyin təkrarlanan DNT hissələrinə bağlı olaraq təkamülləşdiyini iddia edərkən, əslində yalnız it variasiyaları ilə əlaqədar olan və heç bir şəkildə təkamül dəlili meydana gətirməyən təkrarlanan DNT hissələrindən danışır. Əlbəttə ki, bunu təhrif edərək təqdim edir. Təkamülçülərin, belə, elmi dəyəri olmayan təhriflərə müraciət etmələri, nəzəriyyələrini dəstəkləyən tapıntılar tapmadakı çarəsizliklərinin açıq bir göstəricisidir. CBT səlahiyyətlilərinə elmi tapıntıları təhrif etməkdən və kor-koranə darvinizm təbliğatından imtina etmələrini tövsiyə edirik.