“National Geographic” jurnalının yanvar 2002-ci il tarixli sayının qapaq mövzularından biri, “İtlərin təkamülü: Canavardan itə” başlıqlı məqalə idi. Məqalə, “National Geographic”in səthi və tabloid təkamül təbliğatı xəbərlərinin bir yeni nümunəsi xüsusiyyətində idi. İçində “itlərin təkamülü” iddiasını dəstəkləyəcək konkret elmi tapıntı yox idi.

Əslində xəbərin məzmunu, daha çox; qədim Misirdə mumiyalanan itlər, Sovetlər Birliyinin 1950 və 60-cı illərdə kosmosa göndərdiyi “kosmonavt” itlər, hətta Sony firması tərəfindən çıxarılan “Aibo” adlı robot it kimi şou biznes mövzulardan meydana gəlirdi. Amma “National Geographic”, bu şou biznes məlumatları bəzi xəyali illüstrasiyalar və “itlərin mənşəyi”nə dair yenə xəyali təkamül sxemiylə bəzəyərək sanki ortada “itlərin təkamülü” tezisi varmış kimi bir rəsm çəkirdi.

 

Həqiqətdə təkamül nəzəriyyəsinin digər iddiaları kimi “itlərin təkamülü” iddiası da fərziyyə və ön mühakiməli şərhlərdən ibarət bir ssenaridir. “National Geographic”in xəbərinə baxıldığında da bu vəziyyət açıqca görülməkdədir. Jurnal, “itlərin təkamülü” ssenarisinə dayaq tapa bilmək üçün iki təhrif etmə üsulu izləmişdir:

 

1) Variasiyaların sözdə “Makro təkamül”ə dəlil kimi göstərilməsi

2) Soyu tükənmiş bəzi dörd ayaqlı məməlilərin, bu istiqamətdə dəlil olmamasına baxmayaraq, itlərin atası olaraq təsvir edilməsi

 

İndi bu üsulların səhvini birlikdə araşdıraq.

 

Növlərə ayrılma və “Makro təkamül” fərqi

Təkamül nəzəriyyəsi mövzusunda insanların içinə düşdükləri yanılmalardan biri, hər hansı bir canlı növü içindəki növlərə ayırılmanın, bütün canlıların tək bir ortaq atadan gəldiklərini qarşıya qoyan Darvinin təkamül nəzəriyyəsinə dəlil olduğunu sanmalarıdır. Halbuki, bu iki anlayış bir-birindən çox fərqlidir. Necə ki, bu səbəblə təkamülçü bioloqlar da hər iki anlayışı “mikro təkamül” və “makro təkamül” olaraq bir-birlərindən ayırarlar.

Bu anlayışların mənasını anlamaq üçün ümumi bir genetik məlumatı əldə etmək lazımdır: Hər canlı növünün özünə xas bir “gen hovuzu” vardır. Gen hovuzu, o növə aid bütün fərdlərin genetik xüsusiyyətlərinin cəmindən meydana gələr. Məsələn insanların gen hovuzunda, bizim yer üzündə gördüyümüz fərqli insan irqlərinin, fərqli fiziki strukturların hamısının ümumi cəmi vardır. Zəncilər, sarı dərili insanlar, qıyıqgözlülər və ya eskimoslar… Bütün bunlar insanlara aid gen hovuzunun içindəki xüsusiyyətlərdir. Bu səbəblədir ki, doğulan hər insan bu xüsusiyyətlərin hər hansı birinə sahib olaraq təbiət bilər, təbii ki ana, atasına və sülaləsinə görə.

Amma insanın gen hovuzu içində qəlsəmə, dimdik ya da qanad genləri yoxdur. Bu səbəbdən heç bir insan qəlsəməli, dimdikli ya da qanadlı olaraq doğulmaz. Dərisi yaşıl rəngdə və ya kürəyi qabıqlı olaraq da doğulmaz. Çünki insan oğlunun gen hovuzu içində belə bir quruluşu meydana gətirəcək bir gen yoxdur. Bütün fiziki xüsusiyyətlərimiz, insan gen hovuzu ilə məhduddur.

 

Məhz bu məhdud hovuz içində, xüsusilə, öz içinə bağlı populyasiyalarda, uzun zaman içində bəzi xüsusiyyətlər basqın çıxar və beləcə “növlərə ayrılma” meydana gəlir. Məsələn, Uzaq Şərq irqlərində qıyıqgözlülük geni geniş yayılmışdır. Piqmeylərdə qısa boy, Qafqaz mənşəli irqlərdə ağ bədən və ya Afrikadakı irqlərdə qara bədənin çox olması da buna bənzər nümunələrdir.

Ancaq burada çox əhəmiyyətli bir nöqtə vardır: Bu növlərə ayrılma, “təkamül nəzəriyyəsi” deyildiyində nəzərdə tutulan iddia ilə əlaqədar deyil. Çünki təkamül nəzəriyyəsi, bütün fərqli canlı növlərinin tək bir atadan gəldiyini iddia edər. Yəni təkamül nəzəriyyəsinə görə təbiətdə “sərhədsiz dəyişmə” olmalıdır. Halbuki, genetik növlərə ayrılma, mövcud bir növün gen hovuzu ilə məhduddur.

Darvinin ən böyük yanılmalarından biri, bu sərhədin varlığını qəbul etməməsi idi. “Növlərin mənşəyi” adlı kitabında bir çox genetik növlərə ayrılma nümunəsi vermiş və bunların nəzəriyyəsinə dəlil təmin etdiyini irəli sürmüşdü. Halbuki 20-ci əsr boyunca icra edilən genetik araşdırmalar Darvinin yanıldığını ortaya çıxardı. Günümüzdə bu həqiqət, mövzunu ön mühakiməsiz olaraq araşdıran təkamülçü bioloqlar tərəfindən də qəbul edilməkdədir. Bu bioloqlar, növ içi növlərə ayrılma üçün “mikro təkamül”, Darvinin nəzəriyyəsi üçün də “makro təkamül” terminlərini istifadə etməkdə və birincinin ikinciyə dəlil təmin etmədiyini ifadə etməkdədirlər. Məsələn Gilbert, Opitz və Raff, Developmental Biology jurnalında nəşr olunan 1996 tarixli məqaləsində bu mövzunu belə açıqlayırlar:

 

Müasir sintez (neo-Darvinist nəzəriyyə) əhəmiyyətli bir müvəffəqiyyətdir. Ancaq, 1970-ci illərdən başlayaraq, çox sayda bioloq bunun açıqlayıcı gücünü sorğulamağa başlamışdır. Genetika elmi, mikro təkamül açıqlamaq üçün yetərli vasitə ola bilər, amma genetik məlumat üzərindəki mikro təkamüllü dəyişikliklər, bir sürünəni məməliyə çevirə biləcək ya da bir balığı amfibiyaya çevirəcək növdən deyil. Mikro təkamül, yalnız uyğunların həyatda qalması anlayışına köməkçi ola bilər, uyğunların meydana gəlməsini açıqlaya bilməz. Goodwinin 1995-ci ildə ifadə etdiyi kimi, “növlərin mənşəyi, yəni Darvinin problemi, həllsiz qalmağa davam etməkdədir.” 1

 

Gen hovuzuna yeni bir məlumat əlavə edə biləcək, yəni nəzəri səviyyədə də olsa “Darvinin probleminə” işıq tuta biləcək yeganə mexanizm, mutasiyalardır. Çünki mutasiyalar canlıların genlərində radikal dəyişikliklərə səbəb ola bilər və dolayısilə gen hovuzuna əlavələr edə bilərlər. Ancaq darvinizm bu mövzuda da çox böyük çıxılmaz vəziyyət içindədir. Çünki bilinən bütün mutasiyalar, ya təsirsiz ya da zərərlidir. Canlılara genetik məlumat əlavə edən tək bir mutasiya belə tapılmamışdır. Yəni Darvinin problemi qəti olaraq “həll yolu yox”dur.

Bu məlumatların nəticəsində çıxan nəticə isə budur: Bir canlı növünün genetik hovuzu içində qalan növlərə ayırılmalar (hər nə qədər fiziki görünüş olaraq böyük diametrli olsalar belə) “təkamül” mənasını verməzlər və dolayısilə təkamül nəzəriyyəsinə dəlil olmazlar.

 

İtlərin xəyali təkamülü

Bu həqiqətin işığında “National Geographic”in “İtlərin təkamülü” hekayəsinə baxdığımızda isə təəccüblü nəticələr ilə qarşılaşarıq. “National Geographic”in tək etdiyi şey, növlər arası çeşidləndirmə “təkamül” kimi göstərməkdir. Məqalədə, hamısı Canis cinsinə (genisinə) aid olan itlərin və canavarların növlərə ayırılmalarından uzun uzandıya danışılmış və bu çeşidləndirmə təkamül hekayəsi kimi izah edilmişdir. Halbuki bütün bu çeşidləndirmə, gen hovuzu sərhədləri içində qalmaqdadır. Necə ki, bu gerçək “National Geographic” tərəfindən belə qəbul edilməkdədir: “Molekulyar səviyyədədirsə dəyişən bir şey yoxdur: Canavarlarla itlərin DNT quruluşu demək olar eynidir.” 2

DNT quruluşunda bir dəyişiklik olmadığına görə, ortada bir təkamül də yox deməkdir! Bu səbəbdən “National Geographic”in “İtlərin təkamülü” xəbəri, yanıldıcı təbliğatdan başqa bir şey deyil.

Bunun yanında jurnalın yazısında Hesperocyoninae və Borophoginae kimi bəzi soyu tükənmiş məməli kateqoriyalarından da danışılmış və bunlar itlərin (Canıdaya) atası olaraq göstərilmişdir. Ancaq “National Geographic”in daha əvvəl balinaların mənşəyi mövzusunda etdiyi kimi, bu da elmi dəlillərdən tamamilə məhrum olan bir fərziyyədən, bir növ təxmindən başqa bir şey deyil. Tarixdə yaşamış və soyu tükənmiş canlılar arasında qurulan bu kimi xəyali əlaqələrin elmi dəyər daşımadığı, Niles Eldregde kimi qabaqcıl təkamülçü paleontoloqlar tərəfindən də qəbul edilməkdədir.

 

Nəticədə, “National Geographic”in “İtlərin təkamülü: Canavardan itə” başlıqlı xəbəri, variasiyanı təkamül dəlili göstərmək kimi, Darvinin də müraciət etdiyi, amma elmi etibarlılığını çoxdan itirmiş köhnə “nömrə”nin təkrarından başqa bir şey deyil.

Bilinməlidir ki, bu və bənzəri təbliğat cəhdləri, təkamül nəzəriyyəsinin elmi çökməsinə bir çarə gətirə bilməyəcək, əksinə bu çökmənin daha açıq bir şəkildə ortaya çıxmasını təmin edəcək.

 

 

1) Scott Gilbert, John Opitz, and Rudolf Raff, “Resynthesizing Evolutionary and Developmental Biology”, Developmental Biology 173, Article No. 0032, 1996, səh. 361

2) “İnsan ve Köpek Arasındaki İlişki”, “National Geographic” Türkiye, yanvar 2002, səh. 36