“Discovery channel TV”-də keçdiyimiz günlərdə “Kəşf gündəliyi” adlı sənədli film yayımlandı. Yazıda müxtəlif pişikkimilərin, xüsusilə də aslanların yaşayışı mövzu edilirdi. Nə var ki, TV kanalı sənədli filmin əvvəlindən sonuna qədər tamaşaçılarına təkamül nağılları izah etməyi davam etdirdi.

 

İzahatda izlənilən üsul darvinistlərin klassik “beyin yuma” metodu idi: Əvvəl canlıdakı strukturlar və bunların faydaları izah edilir, sonra da heç bir dəlil göstərilmədən bunlar təkamüllə ortaya çıxmış kimi hekayələr izah edilirdi. Bu yazıda TV kanalının nağıllarının niyə həqiqətdən kənar olduğu açıqlanacaq. Proqramın başlarında pişiklərin dişləri haqqında bu şərh edilir:

 

“Pişiklərin çoxu xüsusi vəzifələr boynuna götürən və ovun cinsinə görə təkamülləşmiş dişlərə malikdir. Əksər hallarda ölümcül olan iri və iti köpək dişləri ovladıqları heyvanın bel sümüyünə uyğundur, beləliklə heyvanın bel sümüyünü bir neştərlə kəsərcəsinə qıra bilərlər.”

 

Görüldüyü kimi, burada pişik dişinin sözdə təkamülünə dəstək olaraq heç bir dəlil təqdim edilməməkdə, yalnız ön mühakiməyə əsaslanaraq dişlərdən “təkamülləşmiş” olaraq danışılmaqdadır. Köpək dişlərinin mənşəyi təkamül nəzəriyyəsiylə açıqlana bilməyən xüsusi bir dizayna malikdir. Dişlər son dərəcə sərt bir quruluş olan diş minasıyla örtülüdür. Bunlar bədəndəki ən sərt, sümükdən belə sərt olan toxumadır. Dişlər bu sərt strukturlarıyla çeynəməkdə çox faydalıdırlar. Bədənin başqa bir yerində deyil, tam lazım olduqları yerdə olarlar.

Tam lazım olduğu kimi alt və üst çənədə sıralanar və iti bir şəkil alarlar. Təkamül nəzəriyyəsinin bu quruluşun mənşəyinə gətirdiyi şərh “təsadüfi mutasiyalardır”. Tamamilə təsadüfi müddətlərin bu xüsusi toxumaya sahib dişləri meydana gətirdiyi, üstəlik bunların nizamlı bir sıra halında düzüldüklərini fərz edərlər. Bu səbəbdən DNT-də olan və dişlərə aid olan “məlumat”-ın qaynağını da təsadüflərə əsaslanmış olarlar. Halbuki, təsadüfi mutasiyaların orqanizmin DNT-sinə məlumat əlavə edərək onlara yeni faydalı strukturlar qazandıra biləcəklərinə dair ən kiçik bir dəlil də yoxdur.

Əksinə mutasiyalar təsirli olduqları zaman genlərdəki məlumatı “korlamaqda” və canlıda anormal strukturların inkişafına gətirib çıxarmaqdadır. Təbiətdə uzun köpək dişi və qısa köpək dişinə sahib pişiklər arasında bir ələnmə reallaşması mümkündür. Məsələn, ovlanma imkanlarının məhdud olduğu bölgələrdə uzun köpək dişlərinə sahib pişiklərin həyatda qalma ehtimalı arta bilər və pişik populyasiyanın köpək dişi uzunluğu ortalaması gedərək arta bilər. Bəlkə bir müddət sonra qısa köpək dişli pişiklər tamamilə məhv ola bilərlər də.

Ancaq diqqət yetirilsə, bu nümunədə uzun köpək diş, pişiklərdə əvvəldən bəri var. Bu seçilim uzun və qısa dişə onsuz da sahib olan pişiklərin meydana gətirdiyi gen hovuzu içində reallaşmaqda; məlumatda da bir “artım” deyil “ələnmə” görülməkdədir. Məsələn, onsuz da diş sahibi pişiklərin necə seçildiyi deyil, dişin necə ortaya çıxdığı məsələsidir. Və təbii seleksiya bu dişi kodlaşdıran genetik məlumatın mənşəyini açıqlaya bilməməkdədir. “Discovery channel TV” əlbəttə köpək dişlərinin təsadüfi mutasiyalar və təbii seleksiya ilə açıqlana bilməyəcəyinin fərqindədir. Buna görə bu mövzulara heç girməməkdə və “xüsusi vəzifələr boynuna götürən və ovun cinsinə görə təkamülləşmiş dişlər” kimi səthi anlayışlarla mövzunu ötürməyə çalışmaqdadır.

Halbuki bu anlayışlar da vəziyyəti qurtarmağa çatmamaqdadır. Çünki bir orqanizmin, ovunun quruluşuna, bu səbəbdən öz ehtiyaclarına görə xüsusi vəzifələr yerinə gətirə biləcək dişlər təkamülləşdirməsi mümkün deyil. Məşhur təkamülçü Douglas Futuyama bu mövzuda bunları ifadə etməkdədir: “Növlərin adaptiv “ehtiyacları” uyğunlaşdırıcı bir mutasiyanın ortaya çıxacağı ehtimalını yüksəltməz; mutasiyalar o anın adaptiv ehtiyaclarına yönəlmiş deyil.

Mutasiyaların səbəbləri vardır, ancaq növlərin uyğunlaşma ehtiyacları bunlardan biri deyil” Futuyamanın sözləri “Discovery channel TV” və ya “National Geographic TV” kimi məşhur darvinist televiziya kanallarındakı sənədli filmlərdə təkidlə izah edilən təkamül nağıllarını ümumi olaraq çürüdən bir gerçəyə işarə etməkdədir. Bu nağılların ortaq xüsusiyyəti, canlıların içində olduqları mühit səbəbiylə duyduqları ehtiyacları ifadə etmək, sonra da, bu ehtiyaclar səbəbiylə bu və ya bu orqanı “inkişaf etdirdiklərini” izah etməkdir. Halbuki, ehtiyaclar, yeni orqanlar, yeni sistemlər meydana gətirməz.

Bu, “çöldəki susuzluq səbəbiylə, avtomobillər hava soyutmalı mühərriklər inkişaf etdirdilər” demək kimi boş sözdür: Hava soyutmalı mühərriklər özbaşına “inkişaf etməmiş”, II dünya müharibəsində Şimali Afrika çöllərindəki çətinliyə görə Alman mühəndislər tərəfindən şüurlu şəkildə kəşf etdirilmişdir. Təbiətdəki canlıların orqanları da “ehtiyac” üzərinə təkamülləşməmiş, onlar şüurlu şəkildə yaradılmışdır.

“Discovery channel TV”, təsadüfi mutasiyaların təkamülləşdirici heç bir rolu olmamasına baxmayaraq, xəyal gücünə əsaslanan qısa hekayələr verməyi davam etdirməkdədir:

 

“Təkamül ölüm maşınlarını yaratmış amma bunu edərkən digərlərini əsla qorumasız buraxmamışdır. Ovlar və ovçular hücum və müdafiə etmənin daim qarşılıqlı olduğu sonsuz mübarizədədir”.

 

Bu da darvinizmi təlqin etmək üçün istifadə edilən aldatmadır: Ovlar və ovçu arasındakı mübarizə bu canlıların təkamüllə ortaya çıxdığını göstərməz. Bu şərh, yalnız TV kanalının darvinist inanclarını əks etdirməkdədir. Təsadüflər heç bir kompleks quruluş yarada bilməz. Çölün ortasında olan bir karvansaray gördüyümüzdə bunun küləklə təsadüfən yığılan qumlarla olmadığını, insanlar tərəfindən edildiyini anlayırıq. Təbiətdəki canlılarda isə nümunə verilən binada daha kompleks dizayn və məlumat var. Bu qədər kompleks dizaynların və məlumatın təsadüfü təkamüllə ortaya çıxdığını qəbul etmək, karvansarayın külək və qumla meydana gəldiyini qəbul etməkdən daha çox ağıldan kənardır.

“Discovery channel TV”-də pişiklərin mənşəyi təkamülün klassik hekayə izahatıyla ortaya qoyulmaqdadır:

 

“Ətyeyənlərin mənşələri hara uzanmaqdadır? Pişiklərin ilki otuz yeddi milyon il əvvəl ortaya çıxmışdır. İlk pişiklər meşədə ağaclarda yaşayan kiçik heyvanlar idi. Son dərəcə çevik idilər durbin kimi istifadə edə bildikləri gözləri və üstün bir eşitmə qabiliyyətləri vardı. Nəhayət ağaclardan endi və ilk dəfə olaraq düzənliklərə uzandı. İki milyon il kimi qısa müddətdə içində bir sıra yeni pişik növü təkamülləşdi.”

 

Buradakı yalanlara diqqət yetirmək lazımdır: “Pişiklərin ilki otuz yeddi milyon il əvvəl ortaya çıxdı” demək, “necə ortaya çıxdı” sualına bir cavab deyil, amma “Discovery channel TV” bunu darvinist üslubla sanki təkamüllü baxımdan açıqlanmış mövzu kimi təlqin edir.

Həqiqətdə isə həm pişikkimilərin (Felidae), həm də digər məməli ailələrinin mənşəyi təkamül nəzəriyyəsi baxımından naməlumdur: Hamısı birdən ortaya çıxmışlar və ortaq ataları yoxdur. “Discovery channel TV” sənədli filmində izah edilən bir başqa hekayə də insanın və qılınc dişli aslanların sözdə təkamüllərinin bir-birinə olan təsiri haqqındadır. Qılınc dişli qaplanlar çox uzun köpək dişlərinə sahib olan və soyu tükənmiş bir qaplan növüdür. Proqramda qılınc dişlilərin soyunun tükənməsiylə insanın sözdə təkamüllə ortaya çıxması arasında əlaqə quran tamamilə spekulyativ hekayələr izah edilməkdədir:

 

“Qılınc dişli pişiklərin yox olma səbəblərindən biri bir neçə milyon il əvvəl yenə Afrika düzənliklərində ortaya çıxmış bir başqa varlıq ola bilərmi? Ən az üç qılınc dişli pişik növü və panterlər tərəfindən idarə olunan bir dünya, insan kimi atalarımız üçün gərəyindən çox təhlükəli olmuş ola bilər. Cənubi Afrikada olan primitiv insanlara aid kəllə sümüklər üzərində bəbirlərə aid diş izləri tapılmışdır. Bəlkə də Afrika düzənliklərində həyatda qalmaq üçün uyğunluq göstərmək məcburiyyətində olanlar, bizim atalarımız olmuşdur. Tanzaniyanın Olduvai vadisi bir mənada insanlığın beşiyidir… Bəlkə qılınc dişliləri uçurumun kənarına biz itələmiş ola bilərik, amma böyük pişiklər olmasaydı bəlkə də bugünkü kimi ağıllı və əməkdaşlığına uyğun varlıqlar halına gələ bilməyəcəkdik”.

 

Bu hekayələrin elm məzmunlu bir TV kanalında nəşr olunması tamaşaçıları aldatmamalıdır. Təkamüllə əlaqədar ortaya qoyulan bu hekayələr heç bir elmi dəlilə sahib deyil. Yer üzündəki milyonlarla canlı növünün təkamüllə ortaya çıxdığı doqmasını mənimsəmiş darvinistlər, tapdıqları fosilləri də bu ön mühakimələriylə şərh etməkdə və “Discovery channel TV” kimi təkamülçü yayım quruluşları vasitəsilə tamaşaçılara hekayələrini təlqin etməkdədirlər. Həyatın tarixi haqqında ortaya qoyulan bu kimi təkamül ssenariləri, elmi baxımdan hekayə izahatının kənarına gedə bilməməkdədir.

Bu vəziyyəti İngilis Təbiət Tarixi Muzeyi paleontologiya hissəsi başçısı məşhur təkamülçü Colin Patterson 4 mart 1982-ci ildə BBC televiziyasına verdiyi bir reportajda açıqca belə ifadə etmişdir:

 

“Hekayələri, zaman içindəki dəyişmələrin hekayələrini nəzərdə tuturam. Dinozavrların necə ortadan qalxdığı, məməlilərin necə təkamülləşdiyi, insanın haradan gəldiyi. Bunlar mənə hekayə izahatından çox bir şey ifadə etmir. ..Bir [təkamüllü] ağacın uclarına daxilolma var, amma ağacın özü bir nəzəriyyədir. Ağac haqqında məlumatlı kimi görünən və ağacla əlaqədar olub bitənləri, incə və qalın budaqların necə yox olduğunu açıqlayırmış kimi görünən insanlar, mənə görə yalnız hekayə danışırlar”.

 

“Discovery channel TV” bu hekayə izahatında dozanı o qədər qaçırıb ki, 3 santimetrlik bir sümük parçasına əsaslanaraq bunu qırmış olduğunu fərz etdiyi “hominid”lər haqqında detallı hekayələr izah edə bilməkdədir. Olduvai vadisində araşdırmalar edən Robert Blumenschine adlı paleoantropoloq kiçik barmaq boyunda olan və silindr şəkilli bir sümüyün qırılmış bir parçası olan sümüklə əlaqədar bu fərziyyələri etməkdədir:

 

“Bu [sümük] möhtəşəm bir nümunədir. Hansı növ bir heyvana aid olduğunu söyləmək çətindir. Amma üzərindəki qırıqlara baxılsa, primitiv insanların etdiyi daşdan alətlərlə qırıldığı və içindəki iliyi yemiş olduqları deyilə bilər. Bir neçə vuruşla sümüyü qırmış ola bilərlər. Bəzən sümüyün ucunu belə qırmaq kafi ola bilər”.

 

Bu hekayənin dayağı, elm deyil xəyal gücüdür: Tək bir sümüyə baxılır, sümüyün kənarındakı qırıq şəklindən daşdan edilmə bir alətlə qırıldığı fərz edilir, sonra da bu daşdan alətin bir “hominid”, yəni “insana bənzər meymun” tərəfindən çıxarıldığı fərz edilir! Eyni yanaşma, 1920-ci li illərdə də Nebraska Adamı skandalına gətirib çıxarmışdı. Təkamülçülər 1922-ci ildə Nebraska Çölündə olan tək bir dişə baxaraq, bunun sözdə insan təkamülündə bir ara növə aid olduğunu iddia etmiş hətta etdikləri canlandırma şəkillərində xəyali canlının bədənini üstəlik ailəsiylə birlikdə göstərmişlərdi. Halbuki, bir dişə baxıb bunun tüklərlə örtülü bir bədənə və meymunla insan arası görünüşə sahib bir canlıya aid olduğunu kəsdirmək qeyri-mümkün idi.

Necə ki, təkamülçü xəyallar qısa müddət sonra boşa çıxdı və qalığın bir donuz dişi olduğu aydın oldu! “Discovery channel TV”, yeni “Nebraska adamı” hekayələri izah etməkdən imtina etməli, xəyal gücünə söykənən təkamül ssenarilərini elmi gerçəklər kimi göstərmə işini buraxmalıdır. Əgər həqiqətən, canlıların mənşəyi mövzusundakı elmi gerçəkləri izah etmək istəyirsə, çalışmaya; fərqli canlı kateqoriyalarının niyə yer üzündə birdən ortaya çıxdıqlarını; niyə genetik məlumatı təsdiqləyən heç bir mutasiya müşahidə edilmədiyini; və ya canlılardakı kompleks orqanların sadələşdirilə bilər olub olmadıqlarını ələ alaraq başlaya bilər. Bu vəziyyətdə həm “Discovery channel TV” həm də tamaşaçıları, təkamül nəzəriyyəsinin niyə “böhran içində” olduğunu görəcəklər.