“Nature” jurnalının 22 aprel 2004-cü il tarixli sayında “İnkişaf genetikası: Çöl yasəmənin təkamülü” başlıqlı yazı nəşr olundu.1 Günter Theißen tərəfindən hazırlanan yazıda, Beverley Glover və yoldaşlarının pomidor və yabanı yasəmən üzərində apardıqları iş, “Gene” jurnalında nəşr olunan daha iki çalışma xəbər verilirdi.2
Bu iki bitki, çiçəyin polen tozlarını mühafizə edən və “anther” adı verilən quruluş cəhətdən eyni idi, ancaq mutasiya işləri bunların fərqli yollardan inkişaf etdiyini ortaya qoymuşdu. Bu vəziyyət, təkamülçülərin cavab vermələri lazım olan bir suala gətirib çıxartdı. Ortaq atadan gəldiklərini fərz etdikləri bu iki bitki, necə eyni quruluşu iki fərqli yoldan inkişaf etdirmişdilər? Theißen, vəziyyəti belə yekunlaşdırırdı:
“Yaxından əlaqəli orqanizmlərdə görünən və eyni görünüşə sahib olan quruluşların ümumiyyətlə homoloq olduqları (bənzərliklərinin ortaq atadan miras qaldığı) düşünülür. Sağlam düşüncə, bu cür quruluşların kompleksliyi artdıqca bunların bir-birlərindən müstəqil təkamülləşdiyi ehtimallarının azaldığını göstərir. Yaxşı, əgər “qəti olaraq” eyni orqanlar bir-birindən müstəqil iki (bəhs olunan təkamül) inkişaf edən yolla ortaya çıxmışdırsa?”
Çalışmanı reallaşdıran təkamülçülər, bu tapmaca qarşısında öz fikirlərincə məqbul izah etdiklərini zənn edirlər və “antherlerin pomidor və çöl yasəməninə gətirib çıxaran nəsillərdə bir-birindən müstəqil iki dəfə təkamülləşdiyi” şəklində bir iddia irəli sürürdülər. Bu cür “yaxınlıq təkamül” hekayəsi izah edilərək, bu tapmacanın həll edildiyi təəssüratını vermək istəyirdilər. Həqiqətdə isə, ortaq atadan varislik hekayəsini açıq şəkildə rədd edən məlumatlar, ört-basdır edilirdi.
Burada yaxınlıq təkamül iddialarını xatırlatmaqda fayda vardır. Təkamülçülər, aralarında yaxın qohumluq qura bilmədikləri canlılardakı bənzərliklərin, yaxınlıq təkamülün inkişaf etdiyini iddia edərlər. Buna görə, təsadüfi mutasiyalar ard-arda və eyni cərgədə reallaşmışdır, guya bənzər ətraf faktorlarının təsiri ilə eyni təkamüllü təzyiq altında qaldığı iddia edilən canlılar, bənzər quruluşları inkişaf etdirmişdir. Qısaca, yaxınlaşma təkamül modeli, təkamül nəzəriyyəsi ilə “izah oluna bilməz” faktları, bunlara “təkamül” etiketi yapışdırmaqla ört-basdır etmə taktikasıdır.
Bunu bir misalla izah etsək, nəsli kəsilmiş bir kisəli olan Tasmaniya canavarının kəllə sümüyü ilə, Şimal-Amerika canavarı ilə bir-birinə olduqca oxşardırlar. Ancaq yaşadığı yer Avstraliya olan Tasmaniya qurdu, məməlilərin kisəlilər qrupundandır. Şimal-Amerika canavarı isə, məməlilərin plasentalılar qrupundandır. Plasentalılar ilə kisəlilər çox dərin fizioloji fərqlərə malikdir. Tasmaniya canavarı və Şimal-Amerika canavarının təkamülçülərin iddia etdiyi yaxın ortaq atası yoxdur. Beləliklə bu ikisi arasında olan bənzərliklərin ortaq bir ata ilə, yəni homoloji fikirlə izah olunması qeyri-mümkündür.
Ancaq homologiya ilə izah oluna bilməyən bənzər quruluşlar üçün “ehtiyat” təkamülçü terminlər vardır. Bunlar “analoq” kimi adlandırılır. Ortaq ata ilə açıqlana bilməyən analoq orqanların, ayrı qollardan, oxşar quruluşları düzəldəcək şəkildə davam edən, yaxınlıq təkamül prosesinin məhsulu olduğu qəbul edilir. Əlbəttə bu ehkamın qəbul edilməsinin adı elm deyil, elm görünüşü altında təsadüflərə tapınmaqdır. Fransız zooloq Paul Grasse, təkamülçülər haqqında “təsadüf anlayışının, ateizm görünüşü altında özünə gizlicə tapınılan bir növ ilah halına gəldiyini”3 deyərək, bu elmdən uzaq inanca diqqət çəkmişdir.
Təkamülçülər, materialist inancları səbəbi ilə, açıq-aşkar dizayn ortaya qoyan canlıların, Allah tərəfindən yaradıldıqlarını inkar edir, kor təsadüflərin və məqsədsiz, şüursuz təbiət hadisələrinin bir quruluşu iki dəfə əmələ gətirə bildiyi kimi ağıldan uzaq bir inanca sarılmışdır. “Yaxınlıq təkamül” adı verilən model də, bu inanca görə təkamülçü bir şərhi təkidlə gündəmdə tutmaq səyindən ibarətdir. Beləliklə məlumatlar, elə ya da belə, təkamül adı altında şərh olunur və nəzəriyyə uydururlar. Bu da təkamülün elm adamları tərəfindən, elmi bir din kimi mənimsəndiyinin açıq göstəricisidir. İngilis elm adamı H. J. Lipson bunu belə ifadə etmişdir:
“Həqiqətdə, təkamül bir mənada elmi bir din halına gəldi, demək olar ki, bütün elm adamları bunu qəbul etdi və bir çoxu müşahidələrini buna uyduracaq şəkildə “əyməyə” hazırlayar.” 4
Necə ki, Theißenin “Nature” jurnalındakı bu sözlər bu əyib-bükməni açıq şəkildə ortaya qoyur:
“Molekulyar sistematik analizləri, pomidor və çöl yasəmənin yaxından əlaqədar olduğunu göstərir və ənənəvi yanaşmaya görə ədviyyat qabları qəti olaraq homologiyadır. Ancaq gen mühəndisliyi və mutant analizi göstərir ki, böyük ehtimalla homoloq deyildirlər, eyni sona çatacaq şəkildə dəyişik yollardan keçmişdirlər, yaxındırlar. Həyatın kompleks quruluşlar icad etmə potensialı, orqanizmlər arasında əlaqələr qurmaq üçün etibarlı xüsusiyyətlərə əsaslanan sistematik mütəxəssislərini narahat edə bilər. Ancaq təbiətin yeniləyən gücünü təqdir edənləri məmnun edəcək.”
Görüldüyü kimi Theißen, bu quruluşun “qəti olaraq homoloq amma böyük ehtimalla yaxınlıq” olduğu kimi gülünc iddianı qəbul edir və bunu kor-koranə təbiətin guya yeniləyici gücünün əsəri kimi şərh edir. Bir başqa sözlə öz dininə olan bağlılığını ifadə edir.
“Nature” jurnalını təkamül deyilən elmi, dinin dəstəyindən imtina etməyə və kor-koranə mənimsədiyi yaxınlıq təkamülü ssenarilərini, elm kimi təqdim etməyə son qoymağa çağırırıq.
Qeyd: Homologiya iddiasının etibarsızlığı haqqında daha geniş məlumat üçün baxın: http://www.darwinizminsonu.com/homoloji_yanilgisi_01.html
1) Günter Theißen, “Developmental genetics: Bittersweet evolution”, Nature 428, 22 aprel 2004, səh. 813
2) Yenə orda, 331, 1-7; 2004
3) Pierre Paul Grassé, Evolution of Living Organisms, Academic Press, New York, 1977, səh. 107
4) H. S. Lipson. A Physicist Looks at Evolution. Physics Bulletin, Vol. 31, səh.138 (1980)