10 may 2002-ci il tarixdə, “Evrensel” qəzetində, “Güneş” qəzetində, 12 may 2002-ci il tarixdə isə, “Hürriyet” qəzetində “Həyat şirin suda başladı” başlıqlı xəbərlər nəşr olunmuşdu. Bu xəbərlərdə, Kaliforniya Santa Cruz İnstitutundan bəzi tədqiqatçıların apardıqları təcrübənin nəticəsinə yer verilirdi. Bəhs olunan təcrübədə, tədqiqatçılar, laboratoriya mühitində, şirin suda, pərdə quruluşlu qabarcıqlar icad etmişlər və bu quruluşların, ilk DNT-nin atası ola biləcəklərini, bunun isə həyatın şirin sularda başladığına bir dəlil gətirdiyini irəli sürmüşlər. “Günəş, Hürriyet və Evrensel” qəzetlərində yer verilən bu təcrübə nəticələri haqqındakı qiymətləndirmələr, qəti surətdə elmdən uzaq və təkamülçülərin ön mühakimələri ilə irəli sürülən fərdi şərhlərdən başqa bir şey deyildi. Bu haqdakı şərhlər aşağıda bildirilir.

Laboratoriyada düzəldilən pərdə, hüceyrə pərdəsi kimi kompleks bir quruluşun əmələ gəlməsini qəti olaraq açıqlaya bilməz.

Təkamülçülərin, ilk canlı hüceyrəsinin necə əmələ gəldiyini izah edən ssenarilərinə görə, canlılıq sadə bir şorbada başlamışdı. Bir çox təkamülçü, bu sadə şorbanın, okeanlar və ya göllər olduğunu bildirirlər. Bu ssenariyə görə, sadə şorbanın içindəki qeyri-üzvi molekullar təsadüflər nəticəsində, orqanik (üzvi) molekulları əmələ gətirmişlər, sonra da bu molekullar, özü-özünü köçürə bilən molekullara təkamülləşmişlər (çevrilmişdilər). Təkamülçülərin heç bir elmi əsası olmayan bu iddialarına görə, primitiv hüceyrənin təməlini əmələ gətirən ilk molekulları içinə alaraq qoruya bilən bir pərdənin, yəni hüceyrə pərdəsinin ilk dəfə əmələ gəlməsi lazımdır.

Bəhs olunan təcrübədə isə, bu pərdənin laboratoriyada, şirin suda yaradıldığı bildirilir. İndiyə kimi, təkamülçülər, həyatın okeanlarda, yəni duzlu suda əmələ gəldiyini bildirirdilər. Nə var ki, duzlu sularda aparılan təcrübələrdə bu pərdə əmələ gəlmirdi, bu təcrübədə isə, şirin su istifadə edildi və zər kimi quruluşu olan kisəciklər aşkar edildi.

Yaxşı bəs, düzəldilən bu quruluşlar, təkamül nəzəriyyəsinin iddialarını dəstəkləyirmi? Bu kisəciklərin, laboratoriyada düzəldilməsi, DNT-nin, hüceyrənin, hüceyrədəki orqanellərin və zülalların bir su yığınında, özbaşına əmələ gəldiyi fikrini dəstəkləyirmi? Qəti olaraq xeyr. Belə bir iddianı müdafiə etmək üçün, XX və XXI əsrdə elmin qət etdiyi mərhələləri görməməzlikdən gəlmək, XIX əsr xurafatları ilə düşünmək lazımdır. Bunun səbəblərini qısaca araşdıraq.

 

1) Laboratoriyada düzəldilən pərdə, hüceyrə pərdəsinin xüsusiyyətlərinə qəti olaraq sahib deyil. Təkamülçülər, hüceyrə pərdəsini və DNT kimi molekulları xüsusi ilə sadə quruluşlar kimi göstərirlər. Beləliklə bu quruluşların təsadüfən əmələ gəldiyini irəli sürə biləcəklərini fikirləşirlər. Bu səbəblə, laboratoriyada əmələ gətirdikləri, olduqca sadə bir pərdəni də, bu çox kompleks quruluşların ilk mərhələsi kimi göstərmək istəyirlər. Halbuki, laboratoriyada düzəldilən pərdənin, hüceyrə pərdəsinə təkamülləşməsi, hüceyrə pərdəsinin sahib olduğu xüsusiyyətləri müəyyən müddət ərzində, təsadüflər nəticəsində əldə etməsi qeyri-mümkündür. Bu qeyri-mümkünlüyü görə bilmək üçün, hüceyrə pərdəsinin sahib olduğu xüsusiyyətlərdən yalnız bir neçəsini bilmək belə kifayətdir.

 

  • 1 mm.-in yüz mində biri qalınlığındakı hüceyrə pərdəsi, orqanellərdəki əməliyyatların və hüceyrənin həyatının davam edə bilməsi üçün, hüceyrənin xaricindəki mühitdə olan saysız kimyəvi maddənin içindən, hüceyrənin ehtiyac duyduqlarını tanıyar və yalnız onları qəbul edərlər.
  • Olduqca qənaətcildir, hüceyrənin ehtiyac duyduğu miqdardan çoxunu qəti surətdə qəbul etməzlər.
  • Bununla da kifayətlənməz, bir tərəfdən də, hüceyrənin içindəki zərərli artıqları anında təsbit edər və heç vaxt itirmədən çölə atar.
  • Hüceyrə pərdəsindən içəriyə və çölə bəzən çox böyük molekulların transferi (köçürülməsi) reallaşar. Belə bir vəziyyətdə, hüceyrə pərdəsi heç bir zərərə uğramadan bu keçidi təmin edər. Hüceyrə, öz pərdəsindən kisəciklər əmələ gətirər. Bu kisəciklər sayəsində, yığma və çatdırma işləri görülər. Məsələn, pinositoz deyilən əməliyyatda, hüceyrə pərdəsi bir miqdar içəri basdırılar, ibarət olan çuxurun içinə hüceyrə xaricində olan molekullar girər. Bu çuxur, içəri doğru yaxşıca çəkilərək, hüceyrə içinə alınar və bir kisəcik yaradılar. Bir sözlə hüceyrə, ehtiyacı olan maddələri udar.
  • Ekzopinositoz deyilən əməliyyatda isə, hüceyrə, öz içində bir kisəcik əmələ gətirər. Artıq maddələrlə doldurduğu bu kisəciyi, hüceyrə pərdəsindən çölə atar. Beləliklə, kisəciyin daşıdığı maddələr, xarici mühitə buraxılar.

 

Yağ molekullarından ibarət olan hüceyrə pərdəsinin bu əməliyyatların hamısını edə bilməsi üçün, hüceyrə içindəki bütün fəaliyyətləri və hərəkətləri bilməsi, lazımlı və ya çox olan maddələrin siyahısını çıxarması, anbarları nəzarət altında saxlayıb, üstün bir yaddaş və qərar vermə qabiliyyətinə sahib olması lazımdır. Həm də, zərər görmədən böyük molekulların necə transfer ediləcəyi (köçürülməsi) ilə əlaqədar bir üsul inkişaf etdirməsi və özünü buna görə, dizayn etməsi (düzəltməsi) də lazımdır. Təsadüflərin, şüursuz molekulları bu cür, qüsursuzca təşkil etmələri, möhtəşəm kompleks bir sistem qurmaları isə qeyri-mümkündür. Şüur və məlumat sahibi elm adamları da, milyonlarla dollarlıq sərmayələrlə və olduqca inkişaf etmiş texnologiya ilə, heç bir funksiyası olmayan, yalnız içindəki molekulları bir örtük kimi əhatə etmə xüsusiyyətinə sahib olan bir pərdə çıxara bilirlər. Elm adamlarının bacara bilmədiyini, şüursuz molekulların və təsadüflərin bacardığını iddia etmək isə olduqca məntiqsizdir.

 

2) Təkamülçülərin qəti olaraq izah edə bilmədikləri mövzu, yalnız hüceyrə pərdəsinin əmələ gəlməsi deyil. Təkamülçülər, primitiv şorbada ilk dəfə guya primitiv hüceyrə pərdəsinin əmələ gəldiyini, ardından da, bu pərdənin içindəki molekulların, öz-özünü köçürə bilən olduqca kompleks molekullara çevrildiyini iddia edirlər. Ancaq bunun necə reallaşdığına dair heç bir şərhləri də yoxdur. Hətta qabaqcıl təkamülçülər də, belə bir təkamülün mümkün olmadığını etiraf edirlər. Bunlardan biri olan Kaliforniya Salk İnstitutundan təkamülçü, biokimyaçı Dr. Leslie Orgel, belə deyir:

 

“Sadə şorbanı hazırlamaq asandır. Bizim sonrakı mərhələdə, təbii molekullardan ibarət olan, içində amin turşuları və nukleotidləri əmələ gətirən təbii maddələri ehtiva edən sadə şorbanın, necə öz-özünü köçürə bilən orqanizmlərə təkamülləşdiyini şərh etməliyik. Bəzi təkliflər verənlər olsa da, etiraf etməliyəm ki, bu təkamül prosesi təkrar əmələ gətirmək üçün edilən səylər, heç bir şəkildə dəqiq nəticə vermir.” (“Darwinism at the very beginning of life”, New Scientist, 15 aprel 1982, səh. 150)

 

Səylər nəticə vermir, çünki ortada təkrarlana bilən bir “təkamül prosesi” yoxdur. Bu təcrübi olduğu qədər, riyazi olaraq da, sübut edilən bir həqiqətdir. Hüceyrəni əmələ gətirən quruluşların və orqanellərin hər biri, təkbaşına, olduqca kompleks xüsusiyyətlərə və dizayna malikdir. Bunlardan hər hansı birinin təsadüfən əmələ gəlməsi ehtimalı sıfırdır. Necə ki, elm adamlarının on illərdir sürən işləri müvəffəqiyyətsizliklə nəticələnmişdir, hüceyrənin ən kiçik bir hissəsi belə, laboratoriyada təqlid edilərək inşa edilə bilməmişdir. XXI əsr texnologiyasının, məlumat təcrübəsinin və şüur sahibi elm adamlarının, bir yerə yığışaraq edə bilmədiklərini, şüursuz təsadüflərdən gözləmək, bu gözləmə üçün ard-arda nəticəsiz qalan təcrübələr aparmaq isə, yaxın bir gələcəkdə hər kəsi güldürəcək, bir tərəfdən də düşündürəcək.

Düşündürəcək, çünki insanlar, minlərlə elm adamının, on illərlə necə belə bir xurafat arxasınca qaçdığını, bu xurafatı isbat edə bilmək üçün necə milyonlarla dolları və ölçülməyəcək dəyərdəki əmək və imkanı boşuna sərf etdiklərini başa düşməyə çalışacaqlar. Allahın yaratdığı bu qədər aydın ikən, bu elm adamlarının, Allahın varlığını inkar etmək üçün, bu qədər gülünc iddialara necə aldandıqlarını və bir qisim media orqanlarının da, bunlara böyük yanılma ilə necə ovsunlandıqlarını mütləq araşdıracaqlar.