“Msnbc.com” xəbər portalında “Natural selection gets help from humans” (Təbii seleksiya insanlardan kömək alır) başlıqlı xəbər nəşr olundu. 4 iyul 2005-ci il tarixli xəbərdə, Himalay dağlarında yetişən və tibbi müalicədə istifadə edilən qar Şanagüllə bitkisinin (Saussurea laniceps) bölgəni ziyarət edən turistlərin gedərək daha çox yığdığı, buna bağlı olaraq, çiçəyin ölçüsünün kiçilməyə başladığının müşahidə edildiyi bildirilirdi. Buna qarşılıq, S. Medusa adlı ikinci bir növ, çox toplanmadığı üçün hər hansı bir dəyişiklik ortaya qoymurdu.
“Msnbc.com” yazısında, bu vəziyyət, insanların şüurunda olmadan təbii seleksiyaya səbəb olduğu kimi şərh olunur, Buna dair tapıntılarını PNAS jurnalında nəşr edən tədqiqatçıların bu barədə ifadələrinə yer verilirdi.
Çiçək populyasiyasında (tozlanmasında) iri çiçəklərin insanlar tərəfindən seçilib toplanması nəticəsi, populyasiyanın gedərək daha kiçik çiçəklərdən əmələ gəlməsini təbii seleksiya ilə uyğunlaşdırmaqda hər hansı bir səhv yoxdur. Ancaq Msnbc.com, mövzu ilə əlaqədar şərhlərini bununla məhdudlaşdırmamışdır, Charles Darvinin təkamülü təbii seleksiya ilə izah etdiyini iddia edir, ki, bu son yüz qırx il boyunca aparılan təcrübə və müşahidələri nəzərə almadan irəli sürülən səhv iddiadır.
Charles Darvin, dövrünün primitiv elmi atmosferində, təbii seleksiyanın, canlıların ətrafa daha uyğun variasiyalarını seçəcəyi və beləliklə, onları, başqa canlılara təkamülləşdirəcəyini “fərz etmişdir”. Ancaq, istər təbiətdə, istərsə də laboratoriya mühitində edilən çox sayda çalışma bu fərziyyəni boşa çıxartmışdır. Belə ki, Darvindən indiyə kimi, təbii seleksiyanın canlıları təkamülləşdirdiyinə dair heç bir tapıntı ortaya qoyulmamışdır. Məşhur bir təkamülçü olan, İngilis Təbiət Tarixi Muzeyi baş paleontoloqu Colin Patterson, bu həqiqəti belə qəbul edir:
“Heç kim təbii seleksiya mexanizmləri ilə yeni bir növ çıxara (icad edə) bilməmişdir. Heç kim belə bir şeyə heç yaxınlaşa bilməmişdir. Bu gün neodarvinizmin ən çox mübahisə edilən mövzusu da budur.” 1
Himalaylarda reallaşan bu dəyişiklik, Darvinin iddia etdiyi kimi canlıları başqa canlılara çevirə bilən bir dəyişmə deyil. Necə ki, “Msnbc.com” yazısında “Saussurea lanicep”-in başqa bir bitkiyə çevrildiyi deyil, yalnız ölçüsünün kiçildiyi izah edilir.
Bu kiçilmə, növlər arasında məhdud olan bir dəyişikliklə əlaqədardır. Növlər arasında reallaşan dəyişiklik, mövcud olan variasiyaların populyasiyadakı (tozlanmasındakı) nisbətlərindəki bir dəyişiklikdir, yəni mövcud gen hovuzu daxilində reallaşan məhdud bir hadisədir. Bu dəyişiklikdə canlının DNT-sinə yeni genetik məlumat əlavə olunmur, beləliklə bir başqa növə çevrilməz. Bu izah edilənlər, qabaqcıl təkamül bioloqlarının çox sayda təcrübə və müşahidə qarşısında qəbul etmək məcburiyyətində qaldıqları bir həqiqətdir.
(Daha çox məlumat üçün baxın: http://www.darwinizminsonu.com/t_kokeni_02.html )
Bu səbəbdən qar şanagüllədəki dəyişikliyi, Charles Darvinin təkamül nəzəriyyəsi ilə uyğun gələn bir izahat, haqlı səbəbləri olan bir izahat deyil. “Msnbc.com”-u elmi tapıntıları, darvinizm uğuruna təhrif etməkdən imtina etməyə dəvət edirik.
1) Colin Patterson, “Cladistics”, Brian Leek ilə Reportaj, Peter Franz, 4 mart 1982, BBC