“Bilim ve Teknik” jurnalının iyun 2005-ci il tarixli sayında “Çiçək və ağcaqanad” başlıqlı yazı nəşr olundu. Yazıda, uzun çanaqlara sahib olan və nektar anbarı dərində yerləşən çiçəklərlə uzun xortumlu ağcaqanadlar arasındakı əlaqə ələ alınır, müxtəlif növlərdən nümunələr verilirdi. Bəhs olunan əlaqəyə dair bir təkamül nağılı izah edilir və çiçəklərin tozlaşmada guya təkamüllü üstünlük əldə edəcək şəkildə, ağcaqanadlarla ortaq təkamül keçirtdiyi bildirilirdi. Çiçəklə ağcaqanad arasındakı ortaqlıq, məqalədə xəyali təkamül nağılına çevrilirdi.

“Bilim ve Teknik” jurnalının sətirlərində izah edilən fakt, həqiqətdə ağcaqanadın çiçək üçün ideal tozlaşdırıcı rol oynamağından və ağcaqanad populyasiyasında, uyğun xortuma sahib olmayan fərdlər üçün bir çeşidləyici faktordan ibarətdir. Bu səbəbdən, burada, haqqında danışılan fakt, bir növü başqa növə çevirən bir fakt deyil. Varlığı obyektiv olaraq qəbul edilən fakt, sahib olduqları genetik məlumatın əlverişli sərhədlərdə, bir-birlərinin anatomiyalarının qarşılıqlı təsirlənməsidir. Bir çiçəyin ağcaqanad tərəfindən tozlandırılması, ya da ağcaqanadın dərin çanaqlı çiçəklər tərəfindən seçilə bilməsi, bu canlıların DNT-sinə yeni genetik məlumat əlavə edən, bu canlıları başqa canlılara çevirən hadisələr deyil. Buna görə, burada bir “təkamülləşmədən” bəhs etmək üçün heç bir elmi əsas yoxdur.

Tam əksinə, “Bilim ve Teknik” jurnalında izah edilən ortaq təkamül nağılı, elmi dəlillərlə aşıq-aşkar yalanlandığına baxmayaraq, kor-koranə müdafiə olunan nağıldır. Çiçəklər və böcəklərin qarşılıqlı olaraq təkamül prosesi keçdiyi iddiası, fosil qeydlərindən əldə edilən məlumatlar qarşısında çıxılmaz vəziyyətdədir. Çünki, iki canlı qrupu bir-birlərindən ən az 100 milyon illik müddətlə fərqlənir. Bu vəziyyət məşhur Amerikan elm jurnalı “Science”-də də açıqca qəbul edilmişdir:

 

Dövrümüzdəki böcəklərinin sürətli yayılması 245 milyon il əvvəl başladı və təbaşir dövründə çiçəkli bitkilərdəki artımla sürət qazandı. Çiçəklərin təməl tropik mexanizmi, çiçəkli bitkilər fosil qeydlərində ortaya çıxmadan təxminən 100 milyon il əvvəl yerli yerində idi. (Labandeira CC, Sepkoski JJ Jr. , Insect Diversity en the Fossil Record, Science, Vol 261, 16 iyun 1993, səh. 310)

 

Bir başqa elm jurnalı “Science News” isə buna aid elmi tapıntıları “Elm adamları böcəklərlə əlaqədar ənənəvi anlayışı alt-üst etdi” başlığı ilə yazmış və haqqında danışılan elm adamlarından nəql etdiyi şərhdə “Böcək və bitkilərin ortaq təkamülünün, çiçəkli bitkilərin 120 milyon il əvvəlki törəməsi ilə başladığı yanaşma, yenidən nəzərdən keçirilməlidir” sözlərinə yer vermişdir. (Scientists Upset Insect Orthodoxies, Science News, Vol. 144, 17 iyul 1993, səh. 28)

Elm adamları bu tapıntıları ilə böcəklərin yayılması və çiçəkli bitkilərin ortaya çıxışı arasındakı müddət fərqi böyükdür, bir uçurum qədərdir. Bu səbəbdən, böcəklərin çiçəklər üçün və ya əksinə, çiçəklərin böcəklər üçün bir növü başqa növə çevirici faktor olduğunu müdafiə etmənin heç bir elmi əsasının olmadığı aydın olur. “Bilim ve Teknik” jurnalında izah edilənlər, bu dəqiq elmi həqiqətləri əhəmiyyət vermədən, kor-koranə təkamül nəzəriyyəsinə müraciət edən zehniyyətin məhsuludur.

Jurnal rəhbərliyinə, elmi ədəbiyyatı daha yaxından nəzərdən keçirmələrini, ədəbiyyat məlumatı ilə bu cür, aydın şəkildə ziddiyyət təşkil edən təkamül nağıllarına müraciət etməkdən imtina etmələrini tövsiyə edirik.