“Cumhuriyet Bilim Teknik” jurnalının 18 sentyabr 2004-cü il tarixli sayında, “Bitkilərin, zireh kimi müdafiə olunmalarını necə inkişaf etdirdiyi müəyyən olundu” başlıqlı xəbər nəşr olundu. Xəbərdə, Orta Paleozoy dənizlərində (dövrümüzdən 380 milyon il əvvəl), köpək balığı və digər balıq növlərində artım olduğu və eyni zamanda, qabıqlıların qabıq fosillərində də artım göründüyü izah edilir, elm adamlarının bu inkişafların guya təkamül səbəblərinə dair etdikləri çalışma kimi göstərildi. Bəhs olunan çalışma, dəniz laləsi fosilləri üzərində aparılmışdır. CBT, xəbərin anonsunda bu iddianı irəli sürülürdü:
“Qolları yırtıcı balıqlar tərəfindən dişlənilən dəniz laləsi (Crinoid) bundan təxminən 400 milyon il əvvəl çox təsirli bir müdafiə etmə mexanizmi inkişaf etdirmişdir. Bu müdafiə etmə sayəsində də, növ müxtəlifliyini zənginləşdirən bir silahlanma yarışı yaranmışdır.”
Aydındır ki, CBT-nin bu iddiası, xəyal gücünə əsaslanan bir nağıldan ibarətdir və heç bir elmi əsası yoxdur. Həm də, bəhs olunan çalışma, bu istiqamətdə zərrə qədər də dəlil gətirmir.
Bunu göstərmək üçün, məhz əldə edilən məlumatları, CBT-nin iddiaları ilə müqayisə etmək kifayətdir:
CBT xəbəri, Forest Gahn və Tomasz Baumiller adlı paleontoloqların birlikdə reallaşdırdıqları və “Science” jurnalının 3 sentyabr 2004-cü il tarixli sayında nəşr olunan çalışmaları ilə əlaqədardır.1
Gahn və Baumiller, işlərində, 380 milyon il əvvəl Orta Paleozoy dövrdə yaşamış dəniz canlıları arasında, ov-ovçunun qarşılıqlı təsirinin nisbətini araşdırmışdılar. Bu nisbətə aid işarələr isə, dəniz laləsi qalıqları üzərində apardıqları araşdırmalarda əldə etmişlər.
Dəniz lalələri, dayaz sularda yaşayan onurğasızlardır. Bu canlılar, həm qabıqlara, həm də tüklü çıxıntılara (saçaqlara bənzər ayaqlara) sahiblərdir. Dəniz lalələri, bu ayaqları itirdiklərində yeniləyə bilirlər. Məsələn, bir ovçu balıq, bir dəniz laləsinin tükləri arasına saxlanan ovuna hücum etdikdə, ayaqlarını qopartdığı vaxt, bu ayaqlar yenidən çıxa bilirlər.
Dəniz laləsi fosilləri üzərində yenidən inkişaf edən tüklü ayaqların sayını, müəyyən dövrlərdəki ov-ovçu qarşılaşmalarındakı sıxlığın göstəricisi olaraq qiymətləndirən elm adamları, bu məqsədlə bir çox dəniz laləsi fosili üzərində çalışma aparmışlar. Hər bir fosildə, inkişaf edən tüklü ayaqların sayını sayan elm adamları (araşdırılan fosillərə görə) bu nisbətləri əldə etmişlər:
Orta Paleozoy dövrdən təxminən yüz milyon il əvvəl, ayaqları inkişaf etdirən dəniz lalələrinin nisbəti 5% dir. Orta Paleozoy dövründə isə eyni nisbət bu dəfə 10% olaraq reallaşır. (Yandakı şəkildə, bir dəniz laləsi fosili üzərində yenidən inkişaf edən tüklü ayaqlar qırmızı oxla göstərilmişdir.)2
Elm adamları Orta Paleozoy dövründə yaşanan bu artımı, bəhs olunan dövrdə, ov-ovçu rəqabətindəki artımın bir işarəsi olduğunu düşünürlər.
Yaxşı bəs, bu məlumatların CBT xəbərindəki təkamül iddialarını dəstəkləyən bir tərəfi vardırmı? Əlbəttə xeyr.
CBT başlığında iddia edilən “Bitkilərin zireh kimi müdafiə etmə sistemlərini necə inkişaf etdirdikləri müəyyən olundu” başlığı tamamilə səhvdir. Birincisi, bir bitkinin və ya hər hansı başqa bir canlının bir orqan “inkişaf etdirdiyi” şəklindəki izahatlar, orqanizmi, özünü daha əlverişli edən quruluşları bədənində əmələ gətirmə cəhətdən iradə sahibi bir varlıq kimi göstərir, ki, bu cür izahatlar elmdən uzaqdır.
İkincisi, bu çalışma, dəniz lalələrinin qabıq və (uzana bilən) ayaqlarının guya təkamüllə “necə” yarandığına dair ən kiçik bir dəlil təqdim etmir. Burada, dəniz lalələrinin ayaqlarındakı yenilənmə nisbətinin fərqli geoloji dövrlər cəhətdən müqayisə edilmişdir. İstər Orta Paleozoyda, istərsə də, bundan yüz milyon il əvvəlki dövrdə, dəniz lalələri bu quruluşlara onsuz da sahibdirlər.
Həm də CBT-nin, qabıq qalınlığındakı artım üçün silahlanma yarışı bənzətməsini etdikdən sonra, Orta Paleozoy dənizlərində bioloji müxtəliflik cəhətdən görülən artımı buna aid etmək də səhvdir.
Ov və ovçu növlər arasındakı rəqabət artdıqca, bunların hücum və müdafiə etmə sistemləri seçimə uğrayıb daha təsirli hala gələ bilər, amma bu, canlıların genlərinə yeni genetik məlumat əlavə etmədiyi üçün, daha inkişaf etmiş texnologiyaya sahib silahların yaranmağına gətirib çıxartmaz. Qalın qabıqlı variasiyalar, ovçuların hücumlarına daha dözümlü olacaqları üçün, populyasiya ilə yayğınlaşarlar. Digər tərəfdən də, qalın dərili yırtıcıları öldürmək üçün ovçuların da, daha qüvvətli zərbələr vura bilən variasiyaları seçiləcək və daha güclü zərbəli fərdlərdən ibarət populyasiya əmələ gələcəkdir. Ancaq bunlar mövcud olan genetik məlumat daxilində əmələ gələn təsirə məruz qalanlardır.
Silahlanma yarışı bənzətməsi ilə izah etsək, qabıq (dəri) qalınlaşmağı, onsuz da, mövcud olan texnologiya sərhədləri daxilində reallaşır. Bənzətməli olsaq, iki bıçağın iti qisimləri bir-birinə daha çox sürtüldükcə, bir-birlərini daha da itiləndirərlər, (qabıq qalınlaşması və ovçuların zərbələrinin güclənməsi) ancaq bu proses, onları başqa silahlara, məsələn pulemyotlara çevirə bilməz (yeni növlərin xəyali təkamülü).
Dəniz laləsi: Yaşayan fosil
CBT-nin bu xəbəri maraqlı ziddiyyət də yaradır. Çünki dəniz laləsi, təəccüblü bir “təkamülsüzlüyü” üzə çıxardan canlıdır. Aşağıdakı şəkillərdə3 yüz əlli milyon illik dəniz laləsinin fosili və bu günün canlı nümunəsi görünür. Bu şəkillərdə yüz əlli milyon il ərzində dəyişikliyə uğramadığı görünən dəniz laləsi, təkamülü qəti surətdə yalanlayan yaşayan fosildir.
Nəticə
Paleontologiya elmi, təbiət tarixi boyunca ortaya çıxmış bütün növlərin qüsursuz bədən quruluşları ilə, heç bir təkamüllü ataları olmadan yarandıqlarını göstərmişdir. Fosil qeydlərindəki bu təəccüblü həqiqət, darvinizmin pilləli inkişaf iddiasının bir nağıldan ibarət olduğunu gözlər önünə qoymuşdur.
Paleontologiyanın bu ümumi həqiqətlərini, həm də, görülən işin mövzusu olan dəniz laləsinin, milyonlarla il boyunca dəyişmədiyi həqiqətini nəzərdən qaçıraraq, təkamül nağılları izah etməyin isə, elmi cəhətdən uyğun davranış olmadığı aydındır. CBT səlahiyyətlilərini, dəlillərin işarə etdiyi həqiqətləri izləməyə və silahlanma yarışı ilə təkamül nağılı izah etmək yerinə, Orta Paleozoyda anidən qüsursuz quruluşları ilə ortaya çıxan canlıların mənşəyinin yaradılış olduğunu qəbul etməyə dəvət edirik.
Şübhəsiz ki, bütün canlıların yaradıcısı Uca Allahdır. Allah, Quranın bir ayəsində bu həqiqəti belə bildirir:
“O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!.” (Həşr surəsi, 24)
1) Tomasz K. Baumiller & Forest J. Gahn, “Testing Predator-Driven Evolution with Paleozoic Crinoid Arm Regeneration”, Science, Vol 305, Issue 5689, 1453-1455 , 3 sentyabr 2004
2) Erik Stodstad “400-Million-Year-Old Wounds Reveal a Time When Predators Romped”, Science, Vol 305, Issue 5689, 1386 , 3 sentyabr 2004
3) Dr. Joachim Scheven, Living Fossils, Creation 17(3):52, iyun 1995