“Cumhuriyet Bilim Teknik” jurnalının 20 mart 2004-cü il tarixli sayında, “Insanlara aid bir xüsusiyyət-YARADICILIQ” başlıqlı yazı nəşr olundu. Əvvəlcə, bunu ifadə etmək lazımdır ki, yaradıcılıq insana deyil Allaha aid bir xüsusiyyətdir. Bir insanın yoxdan bir şey yaratmağı mümkün deyil. İnsandakı yaratma qabiliyyəti ancaq zəka, düşüncə və təxəyyülündən faydalanaraq (mövcud varlıq və anlayışları istifadə edərək) o vaxta qədər görünməyən yeni bir şey ortaya qoyaraq təyin oluna bilər. Qısaca, insandakı yaratma qabiliyyəti mütləq bir yaratma mənasında deyil.

Bəhs olunan yazıda, yaradıcılıq qabiliyyəti kimi, canlılar aləmində yalnız insana xas bir xüsusiyyətin, insan genindəkı faktorlardan qaynaqlana biləcəyinə dair, yalnız xəyal gücünə əsaslanan fərziyyələr ortaya qoyulur. Ohio, Clevelanddakı, Case Western Reserve Universitetindən, genetik Evan Eichier, insanları digər primatlardan fərqli edən əsas xüsusiyyətlərinin, DNT hissələrinin əlavə nüsxələrindən qaynaqlana biləcəyini iddia edir. Ancaq Eichierin, gen köçürülməsi ilə yaradıcılıq arasında qurduğu bu əlaqə, hər hansı elmi dəlilə deyil, özünün materializmə olan kor-koranə inancına əsaslanır.

Gen köçürülməsi, hüceyrə bölünməsi əsnasında, bir genin həddindən artıq nüsxəsinin çıxarılmasına gətirib çıxaran bir mutasiyanı ifadə edər. Eichier, insanı materialist prizmasından qiymətləndirdiyi üçün, bütün xüsusiyyətlərinin genlərinin fəaliyyəti olması lazım olduğunu qəbul edərək başladığı və belə mutasiyalarla köçürülmüş genlərin müəyyən müddət ərzində insana yaradıcılıq kimi xüsusi xüsusiyyətlər qazandıra biləcəyi kimi fərziyyə irəli sürür. Belə bir qəbulun isə, nə qədər ağıldan uzaq olduğu açıqdır. Çünki genlərin quruluşu ilə yaradıcılığın xüsusiyyəti müqayisə edildiyində, yaradıcılığın genlərə aid edilə bilməz xüsusiyyətdə olduğu asanlıqla görülə bilər. Genlər, əsas molekulların ucu tərəfindən əlavə olunduğu pillələrdən əmələ gəlir və təməl quruluş daşı karbon, nitrogen kimi atomlardır. Yaradıcılıq isə, ilham və fikirlə, yəni düşüncə ilə əşyaya estetik, nizam və fayda kimi xüsusiyyətlər qazandıra bilən bir zövq duyğusu ilə əlaqədardır. Yəni genlər konkret, yaradıcılıq isə mücərrəddir. Yaradıcılıq maddəyə əsaslana bilməz. Genləri əmələ gətirən kor və şüursuz atomlarda sənət əsərləri yarada bilən, rəng ahəngindən, perspektivdən zövq ala bilən bir xüsusiyyət yoxdur.

Eichier, maddə xaricində heç bir şeyin olmadığı fikrinə bağlılığına görə yaradıcılığın maddəyə aid ola bilmədiyini qəbul etmir, aydın ola bilməyən bir şəkildə bunun genlərdən qaynaqlandığı düşüncəsindən imtina edə bilmir. Əlbəttə bu elmi deyil, fəlsəfi bir iddiadır.

Necə ki, Eichierin iddialarını şərh edən, Morris Goodman (Detroitdəki Wayne Əyalət Universiteti) özü də, bir darvinist olmağına baxmayaraq, köçürülmənin insanı təkamülləşdirəcəyinə dair hər hansı bir dəlili olmadığını etiraf edir.

Xülasə, CBT-də Eichierdən irəli sürülən bu iddia, materializmə görə çıxarılmış bir xəyaldan ibarətdir.