“Bilim ve Teknik” jurnalının may 2003-cü il tarixli sayında, Boğaziçi Universiteti nüvə müh. bölümündən hörmətli Prof. Dr. Vural Altının “Termodinamika və həyat: Niyə və necə?” başlıqlı yazısı nəşr olundu. Olduqca dərin və yaxşı mənimsənmiş bir fizika məlumatının məhsulu olan, yazıda verilən məlumatlardan çıxan nəticə, fizika qanunlarının, həyatın cansız maddədən özbaşına yaranmağına icazə vermədiyi idi.
Prof. Altın, canlılardakı enerji istifadəsinin “DNT, RNA və kompleks bir fermentlər şəbəkəsi” sayəsində mümkün olduğunu izah edir və bir çox təkamülçünün qavraya bilmədiyi əsas faktoru tutaraq, bu sualı soruşurdu:
“Bu vasitələr bir dəfə ortaya çıxmışkən, bu işlər mümkündür və nisbətən asandır: Lakin, amin turşusu zəncirlərindən ibarət olan bu “mühərrik” haradan gəlir?”
- Tək bir zülalın meydana gəlməsi üçün DNT lazımdır
- Zülal olmadan DNT əmələ gələ bilməz
- DNT olmadan zülal meydana gələ bilməz
- Zülal olmadan zülal əmələ gələ bilməz
- Tək bir zülalın əmələ gəlməsi üçün 60 müxtəlif zülal lazımdır
- Bu zülalların biri belə əskik olsa zülal yarana bilməz
- Ribozom olmadan zülal əmələ gəlməz
- RNA olmadan da zülal əmələ gəlməz
- ATP olmadan zülal əmələ gəlməz
- ATP-ni çıxaran mitoxondri olmadan da zülal əmələ gəlməz.
- Hüceyrə nüvəsi olmadan zülal əmələ gəlməz
- Sitoplazma olmadan da zülal əmələ gəlməz
- Hüceyrədəki orqanellərdən biri əskik olsa zülal əmələ gələ bilməz
- Hüceyrədəki bütün orqanellərin yaranması və hərəkət etməsi üçün də zülallar lazımlıdır
- Bu orqanellər olmadan da, heç bir şəkildə zülal olmaz.
Bu sistem, bir yerdə işləmək məcburiyyətində olan, bir-birinə bağlı bir sistemdir. Biri olmadan digəri də, ola bilməz. Tək bir hissəsi olsa belə, sistemin digər hissələri olmadan bu parça heç bir işə yaramaz.
Qısaca, bir hüceyrənin mövcud olması üçün hüceyrənin hamısı lazımdır. Hüceyrə, bu gün araşdırdığımız və çox az bir qismini anlaya bildiyimiz mükəmməl kompleks quruluşu ilə var olmadığı müddətdə, tək biri belə zülal əmələ gələ bilməz.
Prof. Altının aşağıdakı bənzətməsi yenə yerinə düşür:
“Nəticədə, E. Coli kimi “sadə” bir bakteriyanın, tarazlıq şərtləri altında təsadüflər nəticəsində yaranmağı ehtimalının 10-1000 (yəni 101000 də 1) ətrafında olduğu təxmin edilir. Eyni ilə yerə düşüb sınıq-sınıq olmuş bir yumurtanın, özbaşına yığılıb bir yerə yığışaraq masanın üzərinə sıçraması kimidir.”
Prof. Altının yazısı yuxarıdakı cümlələrlə sona çatırdı. Ancaq bu cümlələr, həyatın mənşəyi sualına cavab vermirdi. Prof. Altın, həyatın mənşəyinin təsadüfi təbii proseslər olmağı ehtimalının “yerə düşüb sınıq-sınıq olmuş bir yumurtanın, özbaşına yığılıb bir yerə yığışaraq masanın üzərinə sıçraması” qədər qeyri-mümkün olduğunu qəbul edir, amma başqa bir şərh irəli sürmürdü.
Halbuki belə bir şərh vardır: “Şüurlu dizayn.” Bu gün, bir çox Qərbli biokimyaçı, həyatın mənşəyinin təsadüfi təbiət hadisələri olduğu iddiasından vaz keçib və canlılığın yaradılışında şüurlu dizaynın varlığını qəbul edirlər. Darvinin “Qara qutusu” (Darvin’s Black Box) adlı kitabı ilə, elm dünyasını sarsıdan Lehigh Universitetindən biokimya professoru Michael J. Behe və ya 1970-ci illərdə “həyatın təkamül mənşəyi” haqqındakı fikirləri ilə təkamülçü bir nüfuz halına gələn, ancaq sonradan bu fikri tərk edən San Francisco Universitetinin professoru Dean Kenyon, bunlar arasında sayıla bilər. Necə ki, keçdiyimiz sayların birində də, “Bilim ve Teknik” jurnalı “Şüurlu dizayn” mövzusunu “Həyatın mənşəyi haqqında yeni bir yanaşma: Şüurlu dizayn nəzəriyyəsi” başlıqlı məqalə nəşr edərək dilə gətirmişdi.
Hörmətli Prof. Altına və “Bilim ve Teknik” oxucularına, həyatın mənşəyini mütləq şüursuz təbiət hadisələrində axtararaq, (özlərini) çıxılmaz vəziyyətə salmaq yerinə, “şüurlu dizayn” alternativini də düşünmələrini təklif edirik. O vaxt, şüurlu dizaynın yalnız bir alternativ deyil, çox güclü dəlillərlə açıq-aşkar bir “həqiqət” olduğunu da, öz gözləri ilə görə biləcəklər.
Prof. Altının yanılmaları
Etdiyi məqsədəuyğun şərhləri ilə yanaşı, Prof. Dr. Altının təkamül nəzəriyyəsi haqqında bir neçə nöqtədə yanıldığını da ifadə etmək lazımdır. İlk növbədə, Miller təcrübəsini istinad olaraq göstərilir. Həqiqətdə, Miller təcrübəsi, primitiv yer atmosferi yerinə tamamilə səhv bir atmosfer modelini əsas götürdüyü üçün, elmi etibarlılığı qalmamış bir səydir və həyatın mənşəyinə heç bir şəkildə əsas gətirmir. (Ətraflı məlumat üçün baxın: Miller təcrübəsinin etibarsızlığı.
Prof. Dr. Altınının həyatın mənşəyini “tarazlıq xarici termodinamika proseslər”də axtarışı (yəni İlya Prigoginenin məşhur fikrinə müraciət etməsi) də bir başqa yanılmadır. Həqiqətdə bu proseslər həyatın mənşəyi üçün lazımlı olan kompleksliyin necə əmələ gəldiyini açıqlaya bilməzlər. Çünki həyatın mənşəyi üçün lazımlı olan məlumat, sadə bir “özbaşına düzəlmək”lə izah olunmayacaq qədər kompleksdir. Bütün canlıları Allah qüsursuz yaratmışdır. (Baxın: Harun Yəhya, “Həyatın həqiqi mənşəyi”)