Keçən günlərdə, Arkansas Universitetindən, Peter Ungar və yoldaşlarının apardığı araşdırma mediada xəbər verildi. Bu araşdırmada, “Australopithecus afarensis” və “Homo” növünün guya, təkamül kimi primitiv üzvlərinin diş morfologiyaları müqayisə edilmişdi. Ungar, araşdırdığı dişlərin səthlərini və aşınma formalarını hansı növ yeməyin, hansı formada aşınma əmələ gətirəcəyini ölçmədə faydalı zəmin inkişaf etdirməyə çalışır, araşdırdığı dişlərin anatomiyaları arasındakı fərqləri, bəslənmə vərdişlərini qiymətləndirirdi.
Dişlərin uc qisimlərinin itiliyinin daha sərt yeməklər yeməyə bağlı olaraq yarandığını fərz edən Ungar, bu dişlərdə bəhs edilən xüsusiyyətə keçidin görüldüyü, 2.5 milyon il əvvələ diqqət çəkir və insanların ilk dəfə bu dövrdə ət yeməyə başladıqlarını ifadə edirdi.
Bu araşdırmanı və Ungarın şərhlərini dərc edən nəşrlərin isə, Darvinizmə kor-koranə dəstək olduqları diqqət çəkirdi. İnsanın təkamül prosesi nağılları izah edilir, insanın 2.5 milyon il əvvəl vegetarianlıqdan ət yeməyə “çevrildiyi” iddia edilirdi. Ancaq Ungarın əldə etdiyi məlumatları, təkamülçü prizmasından şərh etməyi, yalnız öz ön mühakimələrini göstərir. Bəhs olunan araşdırmada, araşdırılan dişlərin sahiblərinin guya meymundan insana doğru təkamülləşən canlılar olduğuna dair dəqiq bir göstərici yoxdur. Bu dişlər arasındakı təkamül əlaqələr “fərz edilir.” Bir başqa sözlə, əldə edilən məlumatlar, insanın meymunabənzər bir canlıdan təkamülləşdiyi ssenarisini qururlar. Bu vəziyyət, Arizona Əyalət Universitetində biologiya və fəlsəfə professoru olan Jane Maienscheinin bu sözlərində açıqca ifadə edilir:
“Ənənəvi paleoantropoloqlar, sümük və dişlər üzərinə daha çox dayanarlar. Əlaqədar bütün qalıq (fosil) kəllələri, diş və sümükləri yığarlar. Bunları araşdırar, ölçər, müqayisə edər və bunlar arasındakı təkamül əlaqələrini göstərmək üçün fərz edilən morfoloji xarakteristikalarını, soy və ya filogenetik ağac əmələ gətirərlər – əlbəttə, bütün bunlar, təkamüllü əlaqələr olduğu fərz edilərək edilir.” 1
Beləliklə, Ungar, bir təkamül dəlili tapmamışdır, əldə etdiyi məlumatları “insanın təkamülü” nağılı uyduraraq izah edir. Bu isə məğlub olmuş bir nəzəriyyəni dəstəkləmək səyindən başqa bir şey deyil. Darvinizmə gətirdiyi tənqidlərlə tanınan bioloq Francis Hitching, təkamül nəzəriyyəsinin elmi tapıntılar qarşısında təzib olduğunu belə yekunlaşdırır:
“Müasir təkamül nəzəriyyəsi, sınaqdan keçirilə biləcəyi bu üç əsas sahədə etibarsızdır. Qalıq (fosil) qeydləri pilləli və yavaş bir dəyişiklik yerinə, təkamüllü sıçrayışlı bir model ortaya qoyar. Genlər, yeni formaların təkamülləşməyə maneə törədən güclü sabitləyici mexanizmdirlər. Molekulyar səviyyədəki təsadüfi addım-addım mutasiyalar, həyatın artan və mütəşəkkil kompleksliyini açıqlaya bilmir.” 2
Hitchingin sözlərindən də, aydın olduğu kimi, təbiətdə, canlıların genlərinə yeni genlər əlavə edərək, onları təkamülləşdirə bilən heç bir mexanizm yoxdur. Təkamülçülərin əsaslandığı təsadüfi mutasiyaların, orqanizmin genetik məlumatını pozur (xarab edir, dağıdır). Darvinistlər tərəfindən fərz edilən təkamülün, heç bir mexanizmi olmadığı ortadadır. Vəziyyət bu cür ikən, sümük və dişlərə baxaraq, aralarında təkamüllü əlaqələr qurmaq, bir traktor ilə bir təyyarə şini arasındakı bənzərliklərə baxaraq, aralarında təkamüllü əlaqə yaratmağa bənzəyir. Ancaq bunların hər ikisi də, ağılsızlıqdır, çünki nə traktoru təyyarəyə, nə də, meymunabənzər bir canlını insana təkamülləşdirə bilən heç bir təbii mexanizm yoxdur.
Göründüyü kimi Ungarın təkamül nağılları və onu kor-koranə dəstəkləyən nəşrlər, yalnız darvinist ön mühakimələrə əsaslanır. Buna aid xəbərlər verən və aşağıda sadaladığımız yayımlara, darvinist xurafatlardan imtina etmələrini və müasir elmin canlılığın mənşəyi sahəsində, şüurlu dizaynı göstərdiyini qəbul etmələrini tövsiyə edirik.
“İnsan 2.5 milyon il əvvəl ət yeyən oldu”, 9 sentyabr 2003, “VATAN”
“Ət yemə, köhnə bir vərdiş”, oktyabr 2003, “BİLİM VE ÜTOPYA”
“2.5 milyon ildir ət yeyirik”, 27 sentyabr 2003, “HÜRRİYYET BİLİM”
1) Jane Maienschein, “The One and the Many Epistemological Reflections on the Modern Human Origins Debates”; “Conceptual Issues en Modern Human Origins Research” edited by G. A. Clark – and C. M. Willermet, Published by Al De Gruyter, New York, 1997, səh. 414
2) Francis Hitching, The Neck of the Giraffe (1982), səh. 103, 107