“Discovery Channel” də 13 avqust 2003-cü il tarixdə, “Gözəllik qanunu” adlı sənədli film yayımlandı. Sənədli filmdə, insanlarda gözəllik qavrayışının guya təkamüllə inkişafı haqqındadır, bu mövzu haqqında bir-birindən axmaq iddialara yer verilirdi. Xüsusilə təkamülçü psixoloqların fikirlərinə yer verilən sənədli filmdə, elm deyil, nağıl izah edilirdi. Aşağıda bu sənədli filmdəki məntiqsizliklər və elmdən uzaq iddialar izah olunacaq.
İrqlərin mənşəyi təkamül deyil Allahın yaratmağıdır
Sənədli film, irqlər haqqındakı adi təkamülçü iddia ilə başlayırdı və “təkamül prosesi ərzində, insan bədəninin bir çox iqlimə uyğunlaşmasını təmin etdiyi, bunun nəticəsində isə, ortaya dəri rəngi, saç quruluşu, göz şəkli, dodaq şəkli, boy və kilo kimi müxtəlif xüsusiyyətlərin, dəyişən mənzərəsinin ortaya çıxdığı” bildirildi. “Discovery Channel”-in iddiasına görə, məsələn isti iqlimlər buruna yastı və geniş şəkil verdiyi halda, soyuq iqlimlər isə, dar və kiçik burun əmələ gətirmişdir. Başqa sözlə desək, təkamülçülərin iddialarına görə, isti iqlimlərdəki insanlar daha çox hava tənəffüs etməyə və istinin təsirindən qoruna bilməyə ehtiyacı olduqları üçün geniş burunlara sahib olduğu halda, əks vəziyyət, soyuq iqlimlərdəki insanlar üçün reallaşmışdır.
Bu, heç bir elmi dəlili olmadığı kimi, olduqca məntiqsiz bir iddiadır. “Ehtiyaca görə xüsusiyyət qazanmaq” üçün, bir insanın hüceyrələrinin olduqca şüurlu, məlumatlı olmaları, xarici dünyadan xəbərdar olmaları və nə edəcəklərini bilmələri lazımdır. Halbuki hüceyrələr proqramlaşdırıldıqları şəkildə işləyirlər. Proqramları isə DNT-dədir. Elə isə, bir insanın DNT-sini iqlimə görə, nə və ya kim dəyişdirəcək? Təkamülçülər bunun mutasiyalar olduğunu bildirirlər. Halbuki mutasiyalar şüurlu deyil, müəyyən bir ehtiyaca və ya plana görə davranmazlar. Həm də, mutasiyalar 99% zərərlidir, yalnız mövcud olanı pozarlar, korlayarlar. Bu vəziyyətdə, insanların DNT-lərini fərqli irqi xüsusiyyətlərə görə proqramlaşdıran güc və ağıl nədir?
İrqlərə aid xüsusiyyətləri yaradan və onları insanların DNT-sinə kodlaşdıran Allahın sonsuz elmi, bənzərsiz üstün ağlı və yaradıcı gücüdür. İnsanların gen hovuzlarında bütün irqlərə aid xüsusiyyətlər əvvəldən etibarən var. Ancaq, müəyyən bir coğrafiyada və ya iqlimdə yaşayan cəmiyyətlərdə, bəzi xüsusiyyətlər daha üstünlük təşkil etdiyi üçün bu insanlar, daha sağlam olmuşlar, buna görə nəsillərini daha uzun zaman davam etdirə bilmişlər. Bu səbəblə müəyyən iqlimlərdə müəyyən müddətdən sonra, müəyyən xüsusiyyətlərə sahib olan insanların sayı artmışdır. Məsələn, isti iqlimlərdə tünd rəng dərili insanlar daha sağlam və rahat yaşaya bildikləri üçün, bir çox generasiyadan sonra (bir neçə nəsildən sonra) bu bölgədə yaşayan insanların hamısı tünd rəng dərililərdən əmələ gəlmişdir.
İnsan davranışlarının meymun atalarından miras qaldığı nağılı
“Gözəllik qanunu” adlı sənədli filmdə, insanların “yoldaş seçmə” kimi davranışlarının atalarından miras qaldığı irəli sürülür və belə deyilirdi:
“Eşqbazlıq edən bu insanlar bilmirlər, ancaq yoldaşını tapma oyununu köhnə qaydalara görə oynayırlar. Təkamül psixologiyası, atalarımızdan qalma keçmişimizin, günümüzdəki davranışlarımıza necə təsir etdiyi üzərində işləyir.”
“Discovery Channel”-in iddiasına görə, insanlar bir-birləri ilə, meymunlar kimi tanış olurlar, meymunlar kimi razılaşırlar və cütləşirlər! Təkamülçü psixoloq Geoffrey Miller, bu iddianı bir az da geniş izah edərək belə deyir:
“Bəzi şeylərin gözəl, bəzilərinin isə gözəl olmamağının şüurundayıq və bunun dərin bir səbəbi vardır. Seçimlərimizin genetik bir səviyyədə davamlı olaraq üstün, kor-koranə şəkildə bərpa edildiyi, bu böyük təkamül oyunda, kuklalar kimi olduğumuzu bilmirik. Amma bu, yenə də baş verir. Ən azı 1 milyon ildir olur və intuitiv (intuisiya ilə) gözəl tapdığınız hər şey, təkamül bərpa prosesinin bir mirasıdır.”
Millerin danışdığı, “genetik səviyyədə təkamüllə bərpa prosesi”, DNT-nin mutasiyaya uğrayaraq, insanın və insan davranışlarının əmələ gəlməsi idi. Bu iddiaları daha da, aydınlaşdırsaq təkamülçülər bunu iddia edirlər:
“Mutasiyalar, genlərimizi dəyişdirər, bu dəyişiklik nəticəsində bəzi davranışlar qazanarıq, bunlar meymunlarla ortaq olan atalarımızın davranışlarının bir az da bərpa edilmiş, bir az da dəyişdirilmiş halıdır, amma təməldə davranışlarımız bu heyvan atalarımızdan miras qalmışdır.”
Əlbəttə ki bu, çox məntiqsiz və elmdən uzaq iddiadır.
Bir insanın başqa bir insandakı gözəlliyi görməyi və onu təqdir etməyi, ətrafındakı varlıqların gözəlliklərindən zövq almağı, insanların bir-birlərinə sevgi, dostluq, yaxınlıq, güvən, sədaqət hissləri duymağı, genlərlə izah oluna bilməz. İnsan hissləri və davranışları, genlərə daxil etmək olmaz. Bunun ən açıq sübutu budur: Elm nə qədər inkişaf edirsə-etsin, heç bir meymunun genlərinə müdaxilə edərək, bu meymunlara sevgi, bağlılıq, şəfqət, qarşılıqlı razılaşma, söhbət etmək, fikir paylaşmaq, düşünmək kimi qabiliyyətlər qazandırmaq olmaz. Heç bir meymun, genlərini dəyişdirərək insanlaşdırmaq olmaz. Bu, bütün elm dünyasının qəbul etdiyi bir həqiqətdir.
Ən inkişaf etmiş texnologiyaya sahib, olduqca inkişaf etmiş bir elm, ağıl, şüur və məlumat sahibi elm adamlarının edə bilməyəcəyi aydın olan bir şeyi, 99% zərərli olan və şüur, ağıl sahibi olmayan mutasiyaların reallaşdırdığını iddia etmək, sözlərlə ifadə edilməsi çətin olan məntiqsizlik və axmaqlıqdır. Buna görə təkamülçü psixoloqların, insan davranışlarını təkamüllə şərh etmələri iddiaları, elmdən uzaq və əsassızdır, əksəriyyəti içi boş, heç bir məna ifadə etməyən cümlələr xaricində bir izahatları yoxdur.
Bəhs olunan sənədli filmdə də, cümlə aralarına təkamül sözü əlavə olunaraq, sanki insan davranışları təkamüllə izah olunmuş kimi göstərməyə çalışılmışdır. Məsələn, “Kişilər və qadınlar bir-birlərinin üzlərini təkamül xəritələri kimi oxuyar. Axtardıqları şey “cinsi hormonlarının saxta işarələridir” cümləsi bunun bir nümunəsidir. “Təkamül xəritəsi” nədir? Bir-birinin üzünə baxanda xarakter təhlili edən insanların “təkamül xəritəsi” oxumaları ilə nə əlaqəsi vardır? Hər insan, həyatı boyu əldə etdiyi həyat fikri və təcrübələrlə sahib olduğu ağılla digər insanlar haqqında bəzi fikirlər əldə edər. Ancaq bunun təkamüllə nə əlaqəsi vardır? Onsuz da təkamülçü psixoloqlar da, bu haqda heç bir şərh gətirmir, yalnız çoxlu təkamül ifadəsi ehtiva edən cümlələr istifadə etməklə kifayətlənirlər.
Təkamülçü psixoloqların bir başqa xüsusiyyəti isə, dinsizliyin gətirdiyi, əxlaqsızlıqdan ibarət olan insan xarakteri və davranışları, guya təkamülün mənşəyini izah edərək, üzrlü göstərmək istəyirlər. Məsələn, təkamülçü psixoloq Randy Thornhill “hər kişinin gözəl bir qadınla birlikdə olmaq istədiyini, qadınların da, on milyon dolları olan kişilərlə evlənmək istədiklərini, ancaq bu istəyini reallaşdıra bilən insanların sayının çox az olduğunu” deyir. Thornhillin bundan çıxartdığı nəticə isə belədir: “Təkamül prosesi içimizə fədakarlığı təmin edən şeylər qoymuşdur.”
Burada xatırlatmaq lazımdır ki, Randy Thornhill Craig T. Palmer ilə birlikdə, “Natural History of Rape” (Təcavüzün təbiət tarixi) adlı kitabın yazıçısıdır. Thornhill və Palmer bu kitabda, təcavüzün təkamül prosesinin bir nəticəsi olduğunu bildirmişlər, sonrakı nəsillərə daha çox gen köçürmək istəyən, ancaq bunun üçün kifayət qədər qadın tapa bilməyən kişilərin təcavüz etmələrinin, təkamül cəhətdən olduqca təbii olduğunu müdafiə etmişlər. Bu cür təkamül məntiqlərlə əxlaqsızlığın bir çox növünü qanuni göstərən, əxlaqsızlığı təşviq edən, bəhs edilən elm adamlarının sözlərini ciddi alınmayacağı açıqca ortadadır. Necə ki, təkamülçülər də, xüsusi ilə təkamülçü psixoloqların iddialarını elmi qəbul edirlər. Məsələn, genetika professoru Gabriel Dover, təkamülçülərin hər sahədə hekayə izah etmə vərdişlərini belə ifadə edir:
Yerli-yerində hekayə izah etmə problemi? Daha da dərin və geniş təkamül psixologiyası, darvinist tibb, dilçilik, bioloji etika və sosiobiologiya kimi bir çox yeni elm sahəsini də ehtiva edir. Burada, seçim nəzəriyyəsinin ən kobud xəbərdarləqlarına əsaslanaraq, insanın niyə belə olduğuna dair ən kobud şərhlər təqdim edilir. Psixoloji quruluşumuzun fərz edilən təkamül şərhlə əlaqəsi olmadığı görünür? 1
Sheffield Universitetindən davranışsal ekoloq Tim Birkhead isə, “Discovery Channel”-in fikirlərinə yer verdiyi Geoffrey Millerin, “Mating Mind” adlı kitabında yazdığı bənzər iddialar üçün bu şərhdə mövcuddur:
“Çox səyə ehtiyac olmadan, təkamül psixologiya həqiqi elm olmaq yerinə, nəzəri əyləncə kimi qalacak.”2
Təkamülçü paleoantropoloq İan Tatterstall isə belə deyir:
“Nəticə olaraq biz, burada bir nağılbazın məhsullarına baxırıq, elmin deyil.” 3
“Discovery Channel”-dəki iddiaların elmi olmadığı, hətta gülünc deyiləcək qədər axmaq olduqları ortadadır. Təkamülçülər, təkamül nəzəriyyəsini elmi dəlillərlə müdafiə edə bilmədiklərini başa düşdükdə, təkamül psixologiya kimi süni elm sahələri uydurmuşlar və “hər şey təkamüllə açıqlana bilər” xəbərini vermək istəmişdilər. Ancaq bu səyləri təkamül nəzəriyyəsinin daha da etibarsızlığına səbəb olmuşdur. “Discovery Channel” kimi kanallar, bu cür nəşrlərlə təkamül nəzəriyyəsini diriltməyə çalışsalar da, şüuruna varmadan, nəzəriyyənin məntiqsizliklərini daha da, vurğulayırlar.
1) Gabriel Dover, “Dear Mr. Darvin: Letters on the Evolution of Life and Human Nature,” [1999], University of Kaliforniya Press, Berkeley CA, 2000, səh. 45
2) Jerry A. Coyne, “Of Vice and Məhrum: The fairy tales of evolutionary psychology,” The New Republic (3 aprel 2000)
3) Tattersall, I., ‘Whatever turns you on’, review of The Mating Mind by Geoffrey Miller, New York Times Book Review, 11 iyun 2000.