“Hürriyet Bilim” jurnalının, 26 iyul 2003-cü il tarixli sayında, “Cinsi cazibədarlığı artırmaq üçün tüklərdən təmizləndik?” başlığı ilə bir xəbər nəşr olundu. Yazıda insanın bir çox məməlidən fərqli olaraq, çılpaq dəriyə sahib olması ilə əlaqədar müxtəlif təkamül lehinə fərziyyələr bildirilirdi. Buna görə, İngiltərədəki Oxford və Reading Universitetlərindən tədqiqatçılar, tüklərdən təmizlənmiş dərinin daha az parazit (mikrob) çəkəcəyi, bu səbəbdən sağlam olacağı, bir tərəfdən də, cinsi cazibədarlığı artıracağı fikrini irəli sürürdü. İnsan dərisinin buna görə guya təkamül prosesinin sonunda ortaya çıxdığını iddia edirdilər.

Halbuki, bu iddialar heç bir elmi dəlili olmayan, üstəlik öz aralarında da əsassız xəyali fərziyyələrdən ibarətdir. Təkamülçülər, sanki bir bioloji quruluşun hansı cəhətdən üstün olduğunu göstərdikdə, bunun mənşəyini də izah etdikləri kimi, bir təəssürat bağışlayırlar, amma bu, olduqca axmaq fikirdir. Bu iddiaları əvvəl də cavabladığımız üçün uzun-uzadı danışmırıq, yalnız “Hürriyet Bilim” jurnalının darvinizmə, necə gözübağlı dəstək olduqlarını göstərən bir-iki ifadəyə diqqət çəkmək istəyirik.

(Orijinal cavabımızı buradan oxuya bilərsiniz)

 

“Hürriyet Bilim”, guya ki, bu elmi nəzəriyyəyə dayaq olaraq, kor siçanı göstərir. “Hürriyet Bilim” jurnalına görə, bu canlıların tüksüz əmələ gəldiklərinin səbəbi, yeraltında qazdıqları oyuqlarda hava istiliyindəki dalğalanmalardan qorunmaları idi. Halbuki canlılar dünyasına bir göz gəzdirmək belə, bunun əsassız bir iddia olduğunu görməyə kifayətdir. Məsələn, fillər də eyni ilə kor siçan kimi tüksüz quru məməlilərdir. Fillər, torpaq altında oyuqlarda deyil isti günəşin altında yaşadıqlarına görə, bu vəziyyət “Hürriyet Bilim”-in bəhs olunan elmi nəzəriyyəsi ilə necə açıqlana bilər? Fillər, torpaq altında yaşamaz və istilik dalğalanmalarından qorunmazlar. Bu vəziyyətdə tüklərdən məhrum bir dəri ilə, torpaq altında həyat arasında, əslində mənalı bir əlaqə qurulamayacağı ortaya çıxar.

“Hürriyet Bilim”-in etdiyi şey, ortaya atdığı hər hansı darvinist fərziyyəyə uyğun bir canlını seçib, bu fərziyyələrə zidd canlıları əhəmiyyət vermədən, dəlil ayırd etməkdir.

Burada, bir daha da üzə çıxır ki, “Hürriyet Bilim”, darvinizmə dəstək olmaq məqsədi ilə, irəli sürülən fərziyyələri, elmi cəhətdən güclü olduqları üçün deyil, yalnız materialist ehkamı saxlamaq məqsədi ilə, bir növ təbliğat vəsaiti üçün mənimsəyir. Bu tərəfli yanaşma, “Hürriyet Bilim”-i, o qədər gözübağlı bir vəziyyətdə saxlamışdır ki, insanın dərisinin təkamüllə ortaya çıxa biləcəyini, ya bilməyəcəyini sorğu-sual etmədən, bunu müzakirəsiz qəbul edir. Yalnız, “insan dərisi təkamüllə ortaya çıxdı, amma necə çıxdı?”-sualını soruşmaqla kifayətlənir. Yəni “Hürriyet Bilim”, darvinizmə kor-koranə inanır.

Halbuki insan dərisi bir az araşdırılsa dərinin təsadüflərə söykənən bir təkamül müddətiylə meydana gəlmədiyi, şüurlu şəkildə hazırlanmış olduğu asanca aydın ola bilər. Dəri, bədən istiliyini tənzimləmədə təsirlidir, bədən mayelərini içəridə tutar, xəstəliklərə qarşı qoruma təmin edər, özünü təmir edə bilər və yeniləyə bilər. Toxunma duyğusu üçün həssas orqandır, istiliyi, soyuğu, ağrını və s. hiss etməmizi təmin edər. İnsan bədəni tüklərdən tamamilə də məhrum deyil əlbəttə. Saçlar estetik görünüş təmin edər, soyuqdan qoruyar. Qaşlar gözə enən təri maneə törədəcək nöqtədə və bucaqda olar. Kirpiklərin yuxarı qıvrımlı olması, göz açıb bağlama əsnasında bir-birinə ilişib qalmalarını mane olar. Kirpiklər bunu təmin edəcək şəkildə davamlı yağlı tutularlar. (Bu yağı təmin edən xüsusi ifrazat bezləri vardır.) Qulaq və burun girişindəki tüklər isə, zərərli olan cisimlərə maneə törədən nöqtədə yerləşərlər. Hər tük, lazımlı yerdə və lazımlı quruluşdadır. Məsələn, qaşlarımız və kirpiklərimizin boyu sabit qalar, saçlarımız isə davamlı uzanar. Əks halda, həmişə qaş və kirpiklərimizi taraş etmək məcburiyyətində qalardıq, saçlarımız isə, bizə heç bir gözəllik vermədən sabit qalardı. Ancaq dəri və üzərindəki tüklər, olduqca ən ideal quruluşlarda hazırlanmış və yaradılmışdır.

Bütün bu tüklərin ortaq xüsusiyyəti isə, funksiyalarını icra edə biləcəkləri böyüklükdə qalmalarını təmin edən genetik proqrama əsaslanmağıdır. Bu proqramlaşdırma bir proqramçının, yəni bütün bunları hazırlayanın olduğuna işarə edir. Bu da, canlıları və insanı Allahın yaratdığı həqiqətinin elmi dəlillərindəndir.

“Hürriyet Bilim” qəzeti, artıq darvinizmin etibarsızlığını qəbul etməlidir. Bu yalanı davam etdirmək həm mənasızdır, həm də, yorucudur. Darvinizmin yalanlarını bu xəbərdə görünən tərzdə, xəyali yanaşmalarla bərpa etmək səyi, yaxın gələcəkdə məyusluqla nəticələnəcək. Çünki darvinizm, qarşısı alınmaz şəkildə məğlubiyyətə uğrayır.