“Milliyyet” qəzetinin 19 iyul 2003-cü il tarixli sayında, baş redaktor və daimi jurnalisti Mehmet Y. Yılmazın, “Kişi olmanın dözülməz “Ağırlığı”” başlıqlı yazısı nəşr olundu.
Məqaləsində Avstraliyada yaşayan bir növ olan sığırçın quşunun cütləşmə seçimlərindən danışan Yılmaz, erkək quşların, yoldaşların diqqətini çəkmək üçün nizamlı (ciddi) şəkildə hazırlayıb “dekorasiya etdikləri (bəzədikləri)” yuvalarından danışırdı. Erkək sığırçın quşu, dişi quşun diqqətini çəkmək üçün, yuvasını, ətrafdan yığdığı parlaq əşyalarla gözoxşayan şəkildə bəzəyir. Yuvasının dekorasiyasında qırıq şüşə və alüminium folqa parçalarından, bundan başqa qoyun sümüyü və siqaret jelatinindən də faydalanan quş, bunları daim “simmetrik nizamda” yerləşdirər. Bu yolla daha gözəl yuva bəzəməyi bacaran quş, dişi quşu yuvasına cəlb edir, beləliklə, cütləşərək genlərini yeni nəsilə ötürmək və köçürmək üstünlüyü verilir.
Yuva düzəldə bilməyən erkək sığırçın quşunun isə, həyatı boyunca cütləşmədən ölüb gedəcəyini yazan Yılmaz dərhal sonra bunları əlavə edirdi:
“Darvinin növlərin mənşəyi” kitabında izah etdiyi kimi, təbii seleksiya, bacarıqsız erkəyin, genlərini sonrakı qurşaqlara köçürə bilməməsini də zəmanət altına alır.”
Yılmazın bu ifadəsi həm yarımçıq, həm də, səhvdir. Yazar, nəzəriyyənin müasir elm tapıntıları qarşısındakı etibarsızlığından görünür ki, tamamilə xəbərsizdir. Buna görə, oxucularını səhv məlumatlandırır. Bu səbəblə, darvinizmin heyvan davranışlarına aid etdikləri şərhlərin elmi əsası olmadığını, yalnız fərziyyəyə əsaslanan dəlilsiz izahlar olduqlarını bildirməkdə fayda görürük.
Sığırçın quşunun davranışlarını təbii seleksiyaya əsaslandırma yanılması
Yılmazın əvvəlcə diqqətə almalı olduğu nöqtə, Darvinin sığırçın quşunda görülən növdən cütləşmə davranışlarını təbii seleksiya (seçim) deyil, “seksual seleksiya” anlayışını qavramağıdır.
Canlılarda seksual seleksiya cinsi yolla törəyən canlılarda, bir cinsiyyətdə, əsasən də, erkəklərdə, daha çox cütləşib daha çox bala sahibi olmağı təmin edən fiziki xüsusiyyətlərin digər cinsi yolla seçilməsini müəyyənləşdirir. Darvin, “Növlərin mənşəyi” adlı kitabında seksual seleksiya ilə əlaqədar belə fərz etmişdir:
“… Dişi quşların, öz gözəllik standartlarına görə, ən gözəl səsli və gözəl görünüşlü erkək quşları, minlərlə nəsil boyunca, seçmələri nəticəsində diqqətə çarpan effekt olacağıdan şübhə etmək üçün heç bir yaxşı səbəb görə bilmirəm.”1
Darvinə görə, daha gözəl və diqqət çəkici xüsusiyyətlərə sahib olan quşlar, nəsillər boyunca seçilərək, ən sonda fərqli xüsusiyyətlər qazana biləcəklər və ya başqa bir növə çevrilə biləcəklər. Bu düşüncələrinin əleyhində, heç bir yaxşı səbəb görə bilməyən Darvin, on iki il sonra nəşr etdiyi “İnsanın törəməsi” adlı kitabında, quşlardan meymunlara qədər gəlib çatan ardıcıllıqda mövcud olan canlı növlərində, erkəklərdə olan, dişilərdə isə olmayan gözoxşayan fiziki quruluşlarla əlaqədar bir iddia irəli sürdü. Darvinin iddiasına görə erkəklərə xüsusi estetik quruluşlar(erkək tovuzquşlarında olduğu halda dişilərdə olmayan quyruq tükləri kimi) dişilərin nəsillər boyu etdiyi seçmə nəticəsində ortaya çıxmışdır. Ancaq Darvin yanılırdı. Onun dövründə elmi tədqiqat aparmaq üçün imkanları kafi olmadığı üçün, bu fərziyyənin nə dərəcə səhv olduğunu başa düşmək üçün vaxt keçməli idi. Elmdə yaşanan inkişaflar, Darvinin görə bilmədiyi səbəbin mövcud olduğunu və ən əsası, bu səbəbin təkamül nəzəriyyəsi üçün əhəmiyyətli maneə olduğunu üzə çıxartdı. Bu maneəni qısaca olaraq belə izah edə bilərik: Genetik prinsiplərinə görə, növləri təyin edən genetik məlumatlar, öz gen hovuzlarında sabitdirlər. Bu genetik məlumatlar cütləşmə yolu ilə nə şəkildə uyğunlaşırlarsa-uyğunlaşsınlar, ortaya çıxan variasiyalar, heç vaxt növün xarakteristika xüsusiyyətləri xaricində bir xüsusiyyət qazanmazlar. Bu səbəbdən dişilərin seçməsi, nəsildən-nəsilə qorunan genetik xüsusiyyətlər üzərində təsirli ola bilməz. Buna görə də, erkəklərə əvvəldən sahib olmadıqları xüsusiyyətlər qazandıra bilməzlər.
Məsələn, bir irqə mənsub olan bütün qadınlar bu gündən etibarən uzun boylu kişilərlə evlənsələr və bunu, nəsillər boyu davam etdirsələr, o irqə mənsub kişilərin boy ortalaması bir müddət uzandıqdan sonra müəyyən dərəcədə tavana çatıb dayanacaq. Bənzər şəkildə hər hansı bir erkək quş, dişisinin seçməsi nəticəsində ancaq növünün gen hovuzundakı variasiyalar ölçüsündə, morfoloji (müəyyən biçim quruluşunda) dəyişər. Tükləri müəyyən ölçüdə uzanıb qısala bilər və ya gen hovuzunda mövcud rənglərə sahib ola bilər. Amma yeni bioloji quruluşlar əmələ gəlməz, yəni “təkamül” yaşanmaz.
Darvinist seksual seleksiya nəzəriyyəsinin çökməsi (məğlubiyyəti)
Genetik prinsiplər bir tərəfə qalsın, təbiətdə aparılan müşahidələr, seksual seleksiya nəzəriyyəsini birbaşa etibarsız edir. Təbiətdə çox sayda canlı növünün cütləşmə davranışlarını araşdıran bioloqlar, seksual seleksiyada, darvinist baxış aspektinin “heç bir izahının qalmadığını” vurğulayırlar. Dünyanın müxtəlif bölgələrindən olan elm adamları, çox müxtəlif növlərlə əlaqədar və seksual seleksiya nəzəriyyəsi ilə tamamilə ziddiyyət təşkil edən vəziyyətləri bildirir. Bu nümunələr, o qədər çoxdur ki, mövzunun mütəxəssisi olan tədqiqatçıların, seksual seleksiya nəzəriyyəsinin dəyərini tamamilə itirdiyinə dair, demək olar ki, şübhələri qalmamışdır. Nəzəriyyə əleyhindəki bütün bu müşahidə və düşüncələr, elm adamlarını bir yerə toplayan yığıncaqlarda da bəhs olunurdu.
Bu düşüncələrin bir ağızdan dilə gətirildiyi ən əhəmiyyətli yığıncaqlardan biri isə, Amerikan Elmi İnkişaf Dərnəyinin, 2003-cü ildəki yığıncağı oldu. Yığıncağın nəzərində seksual seleksiya nəzəriyyəsi ilə əlaqədar müşavirə təşkil edən Stanford Universiteti (ABŞ) bioloqu Joan Roughgard, mövzunu qısa və dəqiq bir şəkildə belə yekunlaşdırdı.
“Darvinist seksual seleksiyasını təkzib edən, çox sayda müşahidə olunan dəlillər mövcuddur… Qanunsuz vəziyyətlər o qədər çoxdur ki, “şərh lazımdır” deyə avaz-avaz qışqırırlar… “Darvinin seksual seleksiya nəzəriyyəsinin məzmunu tamamilə həll edilir…. Yəni, Darvin, təməl təkliflərində yanılmışdır, ancaq daha da əhəmiyyətlisi, seksual seleksiya nəzəriyyəsi hələ bir yanaşma kimi də, qeyri-kafidir.”2
17 fevral 2003-cü il tarixində həyata keçən müşavirədə, çıxış edən Lethbridge Universiteti (Kanada) psixoloq və nevropatoloqu Paul Vasey isə bununla əlaqədar bu şərhi etmişdir:
“… Seksual davranışlarla əlaqədar ənənəvi təkamül nəzəriyyələr, olub bitəni izah etməkdə qeyri-kafi və yoxsuldur.”
Seksual seleksiyanın həqiqi mənşəyi
Darvin, seksual seçimi bir “təkamül mexanizmi” kimi şərh edərək yanılmışdır. Amma seksual seleksiya vardır və heyvanlar aləmində olduqca məşhur bir faktdır. Müxtəlif canlılar, seksual seçim edərək olduqca ağıllı davranışlar göstərə bilirlər. Məsələn:
Üstdəki şəkillərin birincisində, böyürtkənin bənzəri, rəngli mayesi olan meyvə çeynəyən sığırçın quşu görürük. Yanındakı şəkildəki eyni quşun, çeynədiyi meyvələrdən əldə etdiyi mayeni “boya” kimi istifadə etdiyi və bunu dişinin diqqətini çəkmək üçün bəzədiyi çardağına çəkdiyi görürük.
Altdakı şəkillərin birincisində, bu dəfə qızıl sığırçın quşunun, budağından qopardığı təzə səhləb çiçəyini ağzında daşıdığı, yanındakı şəkildə isə, bu ağ səhləb çiçəyini, dişinin diqqətini çəkmək üçün bəzədiyi yuvasına yerləşdirdiyi görürük.
Yaxşı bəs, bu davranışlar “ilk olaraq” necə yarana bilər? Sığırçın quşu bu qabiliyyətə doğuşdan sahibdir, yoxsa öyrənərək bu davranışları göstərməyə başlamışdır? Bu cür quşlar bu davranışı (təkamül nəzəriyyəsində iddia edildiyi kimi) müddət ərzində inkişaf etdirmişdir, yoxsa bu davranış quşlarla birlikdə, həmişə var olmuşdur? Aparılan tədqiqatlar və müşahidələr, quşların seçici davranışlarının kor təsadüflərin deyil, əksinə, şüurlu dizaynın əsəri olduğunu göstərir. Bu qüsursuz dizaynın sahibi isə Uca Allahdır. Bu quşları uzun illər araşdıran Gerry Borgia, doğuşdan etibarən qəfəsdə saxlanıb böyüdülmüş, tamamilə təcrübəsiz quşların belə, çör-çöp yığaraq bir yerə gətirməsinə dair dəlillərə sahib olduqlarını, bu vəziyyətin də, quşlardakı bu davranışın doğuşdan olduğunu göstərdiyini ifadə edir.3
Bu isə, davranışın varisliklə keçməsinə, yəni genetik məlumata əsaslandığını göstərir. Quşdakı bu davranışların əvvəldən proqramlaşdırılılması aydındır. Genlərdəki məlumatlar nukleotidlərlə “yazılı” olduğuna görə, bu proqramlaşdırma da genlərdə xüsusi bir nukleotid sırası ilə təmsil edilməlidir.
Bu vəziyyətdə “bu davranışlar necə ortaya çıxmışdır?” sualı, “bu nukleotid düzülməsi necə yaradıla bilər?” sualına çevrilər. Bu vaxt təkamül nəzəriyyəsinin irəli sürə biləcəyi tutarlı bir şərhi olmayacağı ortaya çıxar. Çünki nəzəriyyə, təsadüfi mutasiya və təbii seleksiya kimi “məqsədsiz” proseslərə əsaslanır. Bu elmdən uzaq nəzəriyyəyə görə, belə mexanizmlərlə quşlar, başqa bir canlıdan (bir sürünən qoldan) əmələ gəlmiş, genlərindəki bu məlumatlar da, eyni məqsədsiz və şüursuz mexanizmlər tərəfindən təsadüfən yerləşdirilmişdir.
Əlbəttə, bu, həm məntiq, həm də, elmdən uzaq iddiadır, reallaşmağı mümkün deyil. Bununla yanaşı, quşun davranışlarının da, olduqca xüsusi məqsədyönlü, ətrafda estetik anlayışı tələb edən ciddi bir iş olduğu aydındır. Bu vəziyyətdə, yenə nəzəriyyənin iddialarına görə, təsadüfi mutasiyalar yığılmalıdır ki, quşa bütün bu prosesdə lazımlı motivasiya, seçicilik kimi xüsusiyyətləri və lazım olan strategiyanı qazandırsın. Ancaq, əlbəttə bu da bir xəyaldan başqa bir şey deyil, çünki belə bir şeyin olmağı qeyri-mümkündür.
Mutasiyalar 99% nisbətində zərərlidirlər, 1% isə təsirsizdirlər. Əmələ gəldikləri orqanizmdə genetik məlumatı korlayaraq fizioloji və quruluşca anormallıqlara, hətta ölümlərə gətirib çıxardarlar. Bu günə qədər bir canlıya genetik məlumat əlavə edən, yəni “faydalı” mutasiya müşahidə edilməmişdir.
Digər tərəfdən də, genlərdəki nukleotidlərin kimyəvi quruluşu ilə “motivasiya, estetik, istək” kimi psixoloji faktorlar arasında, bir əlaqə olduğuna dair elmi dəlil yoxdur. Digər bir ifadə ilə, gələcəkdə bir gün, hər hansı bir genin, bu davranışa təsir etdiyi göstərilsə də, bu psixoloji faktorların genlərdəki nukleotidlərdən doğulduğunu düşünmək məntiqli olmaz. Çünki nukleotidlər atomlardan əmələ gələn sadə molekullardır və atomlar əmələ gətirdikləri quşun cütləşməli olduğunu bilə bilməz və istəyə bilməzlər. Bir səhləb çiçəyini qarşı cinsin diqqətini cəlb etmək üçün bəyənib seçə bilməzlər. Bunlar, məlumat və şüur tələb edən xüsusiyyətlərdir. Bu vəziyyəti belə bir nümunə ilə açıqlaya bilərik.
Bu yazının ortaya çıxmasının məqsədsiz və şüursuz təbiət hadisələri nəticəsi, məsələn mürəkkəb olan bir maddənin küləklə hərəkət edib bəzi şəkillərə düşməsi ilə əmələ gəlməsi ehtimalı yoxdur. Yazını görən biri, təbii olaraq, bunun ağıl sahibi bir varlığın səyi nəticəsində ortaya çıxdığını başa düşəcək.
Eyni vəziyyət, quşun genlərindəki məlumat üçün də etibarlıdır. Burada da, kodlaşdırılmış məlumatdan bəhs olunur. Həm də, bu məlumat və kodlaşdırma daha da kompleksdir. Bu vəziyyətdə, bu məlumat təsadüfə əsaslanan mutasiyalarla yığılma nəticəsi deyil, yaradıcı bir ağlın əsəri olaraq bura yerləşdirilmişdir. Müxtəlif canlılardakı məlumatlar, bütün canlıların üstün bir ağıl tərəfindən hazırlandığını göstərir. Təkamül nəzəriyyəsinin, bu cür kompleks məlumatların, canlıların genlərində necə təsadüfən kodlaşdırıldığını şərh etmək qətiyyən mümkün deyil. Elmi dəlillər, canlılığın mənşəyinin təsadüfi təkamül deyil, şüurlu dizayn, bir başqa ifadə ilə “Yaradılış” olduğunu göstərir.
Nəticə
Bu məlumatlandırmaları etdikdən sonra, hörmətli Yılmazın diqqətini bir nöqtəyə də çəkmək istəyirik. Mehmet Yılmaz, sığırçın quşu ilə əlaqədar yazısında “National Geographic” jurnalının iyul sayında nəşr olunan bir məqalədən ilham aldığını ifadə edir. Sığırçın quşunun davranışılarını, təbii seleksiya və Darvinlə əlaqələndirmə yanılmasında bu məqalədə sərgilənən təkamül lehinə izahat təsirli ola bilər.
İllərdir yaxından izlədiyimiz “National Geographic” jurnalının redaktor və jurnalistləri qatı darvinistlərdir. Bu adamlar, nə qədər əsassız olursa-olsun, canlıların mənşəyini şərh etdikdə heç vaxt, təkamül ehkamını müdafiə etməkdən əl çəkməmişlər. Hətta, buna görə “National Geographic” vaxt keçdikcə təkamülçülər tərəfindən də, tənqid olunur. Məsələn, bu jurnalın 1999-cu ildə bütün dünyaya “dino-quş” kimi tanıtdığı “Archaeoraptor” fosilinin saxta olduğunu başa düşüləcəyinə görə, etdiyi şərh diqqət çəkicidir.
ABŞ-dakı məşhur “Smithsonian Institute” Təbiət Tarixi Muzeyindən Dr. Storrs Olson, bu qalığın (fosilin) saxta olduğuna dair, əvvəldən “National Geographic” jurnalını xəbərdar etdiyini, ancaq jurnal rəhbərliyinin bunu tamamilə əhəmiyyət vermədiyi yazmışdır. Olsona görə, onsuz da “National Geographic”, uzun zamandır sensasiyalı, köməksiz və tabloid xəbərçilik edərək səviyyəsini aşağı salmışdır.”4
Buna görə, elmi tapıntıların əksini sübut etməyinə baxmayaraq, tamami ilə ideoloji qayğılarla hərəkət etməsinə davam edən “National Geographic” jurnalının, ön mühakimələrini sorğu-sual etmədən qəbul etmək doğru deyil.
Hörmətli Yılmaz bir jurnalistdir. Lazımlı sualları soruşaraq doğru qaynaqlara asanlıqla əldə edə bilər və qısa bir araşdırma ilə “National Geographic”-in və buna bənzər qatı darvinist qaynaqların kor-koranə müdafiə etdiyi, təkamül nəzəriyyəsinin, nə qədər səhv olduğunu görə bilər. Nəzəriyyənin əleyhindəki dəlillər olduqca aydın və dəqiqdir. Yalnız fəlsəfi səbəblərlə ayaqda saxlamağa çalışılan darvinizmin tamamilə məğlub olduğu aydın görünür.
Mehmet Yılmaza bu əhəmiyyətli həqiqəti diqqətə almağı təklif edirik.
1) http://www.tbi.univie.ac.at/Origin/origin_4.html#xtocid1864527
2) “Sex and gender scientists explore a revolution in evolution”, 16 fevral 2003, http://www.eurekalert.org/pub_releases/2003-02/su-sag021003.php
3) “On the Trail of the Bowerbird “, http://www.pbs.org/wgbh/nova/bowerbirds/trail.html
4) Tim Friend, “Dinosaur-bird link smashed in fossil flap”, USA Today, 01/25/00