“Focus” jurnalının 2003-cü il tarixli, aprel sayında “Yuxuların mənası” başlıqlı yazı nəşr olundu. “Focus” jurnalı, yuxuların, canlıların gündəlik təcrübələri ilə keçmişdəki məlumatlarını aktuallaşdırdıqları gecəlik qeydlər ola biləcəyini, bu aktuallaşdırmalar sayəsində canlıların həyatda qalma strategiyalarını təyin etdiklərini iddia edirdi. Jurnal, eyni zamanda yuxu ilə əlaqədar “REM” yuxusunun (yuxunun yuxularla əlaqədar qismi) təkamüllə ortaya çıxdığını irəli sürürdü.
Ancaq “Focus” jurnalı bu iddialarını dəstəkləyən hər hansı elmi dəlil göstərmirdi. Yazıda, təkamülçülərin həmişə etdikləri kimi, aparılan bəzi müşahidələr, ortaya bir dəlil təqdim edilmədən, birbaşa “təkamülə” bağlanırdı. Bu yazıda “Focus” jurnalının bu ön mühakiməli və səhv fikirləri gözlər önünə səriləcək.
Yazıda Amerikalı tədqiqatçı Jonathan Winsonun yuxu ilə əlaqədar təkamülçü iddialarına yer verilirdi. Winsonun iddiaları “Focus”-da belə bildirilirdi:
“Yuxular, məməlilərin yaddaş əməliyyatlarının gecəlik qeydləridir. Onlar sayəsində, heyvanlar həyatlarını davam etdirə bilmək üçün strategiyalar yaradır və gündəlik təcrübələrini bu qeydlər əsasında qiymətləndirirlər… Yuxular həm insanların, həm heyvanların həyatda qalma bacarıqlarını süzdükləri “vərdişləridir”.
Winson, yuxu görən canlılarda gündüz əldə edilən məlumatların bir növ ayırd edilmədən keçdiyini bildirir. Bu iddiaya görə, gün ərzində əldə edilən məlumatlar (ətrafdan gələn duyğular) həyatda qalma mübarizəsindəki faydaları cəhətdən yuxu əsnasında ayrılır, faydasız məlumatlar ələnərək faydalı olanlar daha uzun, davamlı yaddaşa köçürülür. Beləliklə Winsona görə yuxu, orqanizmə həyatda qalma strategiyasını təyin edən bir proses kimi fayda verir.
Winson bu iddialarında, dovşan və siçan kimi məməlilərdə müşahidə edilən “teta ritmi”ni təməl alır. Bir dovşan beyni, ətrafda qayğılandıran xəbərdar edən varkən, hippokamp bölgəsində “teta” ritmi adı verilən siqnal yayır. “Teta” ritmi pişiklərdə yoldaş axtarmaq, dovşanlarda ovlanma, siçanda araşdırma aparmaq kimi hərəkətlərində üzə çıxır.
“Teta” ritmi məməlilərdə yalnız iki vəziyyətdə ortaya çıxır. Yəni, yuxunun, yuxu görülən qismində və həyatda qalma ilə əlaqədar əhəmiyyətli davranışların əsas olduğu anlarda. Winson, bu nöqtədən hərəkətlə yuxunun, yuxu görülən qismi olan “REM” yuxusunun təkamüllə ortaya çıxdığını irəli sürür. Focus jurnalında, Winsonun şərhləri belə bildirilir:
“Winson REM yuxusu ilə həyatda qalma mübarizəsi arasında bir bağ olduğunu deyir. Canlılar, hərəkət strategiyası təyin edərkən, yeni məlumatları (hissiyyat məlumatları), köhnə məlumatlarla (xatirələrlə) bir yerdə qiymətləndirmək məcburiyyətindədirlər. Winsonun iddiasına görə, “REM” yuxusu, təkamülün bir mərhələsində beynin bu cür bir əməliyyatı hərəkət anında reallaşdırmaq yerinə təxirə salmaq üçün tapdığı bir üsuldur.”
“Focus” jurnalı “REM” yuxusunun təkamülündən danışmaqla yanaşı, bu xəyali təkamülün necə yarandığına dair heç bir elmi tapıntı belə ortaya qoymamışdır. “REM” yuxusunu təkamüllə şərh etmək istəmək tamamilə ehkamın məhsuludur. Bu ehkamı bu cümlələrlə bildirir: “REM yuxusunun təkamülü ilə hər növ qidaların yeri, cütləşmə üsulları, ya da qaçış yolları kimi, öz həyat mübarizəsi üçün əhəmiyyətli məlumatları qeyd etməyi bacardı. “REM” yuxusu əsnasında bu məlumatları təkrar əldə etmək və keçmiş təcrübələrlə birləşdirmək mümkündür. Beləliklə, davranışlar üçün davamlı olan bir strategiya inkişaf edir. Qısaca, yuxular alt növlərdən miras qalan yaddaş əməliyyatı mexanizmini əks etdirirlər.”
Görüldüyü kimi “Focus” jurnalı, təkamül nağılı izah edir və son cümlədə bunun “alt növlərdən miras qalan yaddaş əməliyyatı mexanizmi olduğunu” iddia edərək, mövzunu diqqətdən yayındırırlar. “REM” yuxusunun xəyali təkamül prosesində hansı mutasiya ilə və nə vaxt ortaya çıxdığına dair heç bir elmi tapıntı (fosil) təqdim olunmamışdır. “REM” yuxusu görülən məməliləri, xəyali təkamüldə üst növ qəbul edir, sonra bunun alt növ qəbul etdiyi növlərdən miras qaldığını bildirir. Burada bildirilən alt növ və təkamül mirası anlayışları, tamamilə xəyal gücünə əsaslanan fikirlərdir. “Focus” jurnalı deduktiv metod ilə əvvəl təkamülün varlığını qəbul edir, sonra canlılarda gördüyü bütün xüsusiyyətləri bu uzaqgörənliyə görə açıqlayır. Jurnal, təkamülü sorğu-sual etmədən ehkam hekayələr izah edərək bunları oxucularına təlqin edir.
Winsonun iddialarını fikirləşəndə bunların məntiqdən uzaq olduğunu aydın olur. “Tetra” ritmlərini əmələ gətirən orqanların kor təsadüflərə əsaslanan təkamüllə ortaya çıxdığını qəbul etmək məntiqdən uzaqdır. Çünki strategiya inkişaf etdirmək, ağıl tələb edən qabiliyyətdir. Beynin içindəki neyronlarda və ya bunların yaydığı ritmlərdə ağıl əmələ gətirə bilən bir əsas yoxdur. Neyronlar şüursuz atomlardan əmələ gələn hüceyrələrdir. Oksigen, karbon kimi atomlar, hansı yeməyin harada tapılacağını, hansı üsulların yoldaş tapmaq üçün faydalı olacağını, hansı növ sığınacaqların ovçulara qarşı daha mühafizəli olduğunu bilə bilməzlər və bunları ölçərək uyğun strategiya əmələ gətirə bilməzlər.
Müəyyən ritmlərin yoldaşlıq etdiyi davranışlar, canlıya üstünlük qazandırırsa, bu ritmlər şüurlu bir dizayner (yaradan) tərəfindən yaradılmalıdır. Məsələn, müəyyən elektron dövriyyəsindən yayılan siqnallar nəticəsində müəyyən hərəkətləri edən bir robot, onu proqramlaşdıran bir mühəndisin varlığından xəbər verir. Ağıl sahibi heç kim bu siqnalların varlığını kəşf etdiyi anda, robotun təsadüfən bir yerə yığılan metal hissələrindən əmələ gəldiyini iddia etməz. Qısacası “tetra” ritmləri bir strategiyanın təyinedicisi olmağın əksinə, canlılarda bir proqramlaşdırmanın, bu səbəbdən də, şüurlu bir dizaynın işarəsidir.
Digər tərəfdən “REM” yuxusunun kompleks quruluşu canlılarda görüldüyünü ifadə edərək bunun müəyyən müddət ərzində təkamüllə əmələ gəldiyini iddia etmək, yalnız xəyal gücünə əsaslanan davranışdır. “REM” yuxusunun mexanizmi araşdırıldıqda, bunun olduqca kompleks quruluşlara əsaslandığı görünər: Əlaqədar kompleks beyin bölgələri (beyin sapı, septima və hippokamp kimi) isə “məlumata” əsaslanan quruluşdur. Hər bir bölgənin beynin harasında əmələ gəldiyini, hansı alt hissələrdən əmələ gələcəyi, necə və nə vaxt işləyəcəyi kimi məlumatlar canlının “DNT” sində kodlaşdırılmışdır.
Təkamülçülər, canlılardakı bu məlumatların, təsadüfən ortaya çıxan xəyali ilk hüceyrələrin “DNT”-sində müəyyən müddət ərzində yığıldığını qəbul edərlər. Bunun mexanizminin isə nukleotid düzülməsini dəyişdirən təsadüfi mutasiyalar olduğunu bildirirlər. Kor təsadüflərə bağlı mutasiyaların müəyyən müddət ərzində sinir sistemi məlumatından məhrum bakteriyanın DNT-sində bütün bu məlumatın, hərf-hərf işləndiyi kimi qeyri-mümkün olan şeyi müdafiə edərlər.
Bu iddianı müdafiə etmək, bir uşaq kitabının kor təsadüflərlə zaman içində Britaniya Ensiklopediyasına çevrilə biləcəyini qəbul etməkdən daha məntiqsizdir. Necə ki, saysız mutasiya təcrübəsinin ortaya qoyduğu nəticə budur: Mutasiyaların məlumat əlavə edici heç bir rolu yoxdur, hətta təsirli olduqlarında orqanizmi dağıtmaya uğradarlar. Təkamülçülər isə Darvinizmi dəstək olma bahasına bu çarəsizliyi gizləməkdə və “Focus” kimi jurnallar vasitəsilə elmin “qeyri-mümkün” etdiyi ehtimallar zəncirinin həqiqətən yaşanmış olduğu aldatmacasını oxuculara köçürməkdədirlər.
“Focus” jurnalına, kor-koranə müdafiə etdiyi darvinizmdən imtina etməyini və canlıların həqiqi mənşəyinin ancaq şüurlu dizayn, yəni yaradılışla izah oluna biləcəyini qəbul etməsini tövsiyə edirik.