“Milliyet” qəzetinin 15 mart 2003-cü il tarixli sayında “Kişilər yarışarkən qadınlar seçər” başlıqlı yazı nümayiş olundu. Yazıda, qəzetlərdə çıxan “həyat yoldaşı axtaranlar” elanlarında hər iki cinsiyyətin əhəmiyyət verdiyi meyarlardan bəhs edilirdi. Psixoloq Richard Atkins, surətini çıxartdığı 3 minə yaxın elanda, kişilərin özlərini bəyəndirmək üçün mübarizə apardıqlarını, qadınların isə daha çox öz istədiklərini izah edərək, kişilər arasından seçim etdiklərini müşahidə etdiyini ifadə edirdi. Bir təkamülçü psixoloq, kişilərin özlərini cazibədar göstərməyə, qadınların da, seçici davrandığı bu cür elanların, Charles Darvinin cinsi cazibədarlıqla əlaqədar nəzəriyyəsini təsdiqlədiyini irəli sürürdü.
“Milliyet” qəzetində Atkinsin tapıntıları ilə Darvinin nəzəriyyəsi arasındakı əlaqə bu sətirlərdə bildirilir:
“Darvinin cinsi cazibədarlıq nəzəriyyəsi doğru çıxdı. Kişilər özlərindən bəhs edərək qadınların diqqətini çəkməyə çalışır. Qadınlara isə aralarından birini seçmək qalır… Nəzəriyyədə, kişilərin dişilərin diqqətini çəkmək üçün rəqabət apardığı, dişilərin də aralarından ən yaxşı olanı seçdiyi müdafiə olunur.”
Charles Darvinin cinsi cazibədarlıq nəzəriyyəsi, təbiətdəki bəzi canlıların erkəklərində görünən dəbdəbəli fiziki strukturlarla əlaqədardır. 1871-ci ildə nəşr etdiyi “İnsanın mənşəyi və cinsi seçiciliyin qanunları” kitabında, müxtəlif canlıların erkəklərə xas quruluşlarından (erkək maralların buynuzları, erkək tovuz quşlarının quyruqları kimi) bəhs etmiş, bunlardakı gözəlliklərin, dişilərin seçməsi nəticəsində zamanla əmələ gəldiyini irəli sürmüşdür.
Bu nəzəriyyənin “isbat edildiyini” zənn edən “Milliyet” qəzetinin müxbiri isə, həqiqətdə hələ bu nəzəriyyəni başa düşməmişdir hələ də. Çünki Darvinin nəzəriyyəsinin “erkəklərin özlərini bəyəndirməyə çalışması, dişilərin də seçməsi” olduğunu güman edir. Halbuki bu bir nəzəriyyənin mövzusu və bir sözlə bir isbatı da ola bilməz. Çünki, bu nəzəriyyə ilə izah olunacaq bir şey deyil, müşahidə edilən bir faktdır. Necə “dünyada heyvanlar yaşayır deyə” bir “nəzəriyyə” olmasa (çünki bu müşahidə edilən bir faktdır) heyvanlar arasındakı cütləşmədə bir bəyənmə -bəyəndirmə təsirinin yaşanması da, bir nəzəriyyənin mövzusu ola bilməz. Bu səbəbdən “insanlar arasında da, bəyənmə-bəyəndirmə təsiri var, deməli, Darvinin nəzəriyyəsi isbat edildi deyə bir məntiq irəli sürmək (yəni “Milliyet”in xəbərindəki kimi düşünmək) olduqca ağılsızlıqdır.
Həqiqətdə isə, Darvinin nəzəriyyəsi, heyvanlar arasındakı bəyənmə-bəyəndirmə təsirinin, bu heyvanların və onların bəzi orqan və sistemlərinin necə ortaya çıxdığını açıqladığını irəli sürür. Yəni məsələ bir bəyənmə-bəyəndirmə təsirinin olub-olmadığı deyil, bu təsirin heyvanlarda bir təkamül təmin edib etmədiyidir. Məsələn Darvin, buynuz və ya bəzəkli quyruq kimi “bioloji quruluşların”, bu quruluşlara sahib olan canlılar qarşı cins tərəfindən bəyənildiyi üçün ortaya çıxdığını irəli sürmüşdür. Halbuki, təkamül nəzəriyyəsinin iddiasına görə, bu quruluşların ortaya çıxması və inkişafı üçün mutasiyalar lazımlıdır və mutasiyaların da, heç bir zaman canlıları inkişaf etdirən təsiri görünməmişdir. Bu səbəbdən Darvinin nəzəriyyəsi məğlub olmuşdur.
“Milliyet” qəzetinin dayağı olan Atkins isə, bu haqda şərh gətirmir, yalnız Darvinin ifadə etdiyi bir təsbiti təkrarlayır. Bu təsbitin özbaşına Darvinizmə dəlil olmaq kimi bir vəziyyəti yoxdur. Darvin, hər insanın edə biləcəyi kimi, təbiətdə erkəklərin özlərini bəyəndirmə səyinə girişdiklərini, dişilərin də, seçici davrandıqlarını görmüş, nəzəriyyəsini ortaya qoyarkən bu vəziyyətə toxunmuşdu. Təbiətdəki uyğunlaşmalarda erkək və dişilərin belə davrandığı Darvindən əvvəl də, əsrlərdir bilinirdi.
Əgər Atkins, “erkəklərdə olduğu halda, dişilərdə olmayan estetik bioloji quruluşların mənşəyi, dişilərin seçimləridirmi?” sualına cavab verən bir tapıntı ortaya qoysaydı, bunu, nəzəriyyəni təsdiqləyən bir tapıntı olub-olmadığı mübahisə edilə bilərdi. Halbuki Atkins bir tapıntı ortaya qoymaq yerinə, hər kəsin bildiyi bir vəziyyəti, sırf Darvinin bir nəzəriyyəsində izah edildiyi üçün dəlil göstərməyə çalışır. Əgər bu məntiqlə hərəkət edilsə, “Qalapaqos adalarında alacəhrə quşları yaşayırmış, deməli Darvin haqlı çıxdı” və ya, “heyvan yetişdiriciləri müxtəlif cinsləri cütləşdirərək növləri əmələ gətirir. Darvinin nəzəriyyəsi isbat edildi” kimi gülünc iddialar da, irəli sürülə bilər. Bunlar, yalnız bunları ortaya atanların məlumatsızlığını və səthi düşünməsini sübut edəcək.
“Milliyet” qəzeti də Atkinsin şərhlərini Darvinin cinsi cazibədarlıq nəzəriyyəsinə dəlil kimi zənn edərək, özünü gülünc vəziyyətə salmışdır.
Nəticə
“Milliyet” qəzetinin hələ Darvinin cinsi cazibədarlıq nəzəriyyəsinin iddiasına belə vəqf olmadığı açıq-aydın ortadadır. Bu məlumat əskikliyinə baxmayaraq, həyəcanlı üslubla nəzəriyyənin sübut edildiyini müdafiə etmək, ancaq kor-koranə Darvinizmə inanmaqla əlaqədar ola bilər, obyektiv elm xəbərçiliyi ilə əlaqədar deyil. Qəzetə tövsiyəmiz, sıravi təsbitlərlə ortaya çıxıb, Darvinizmi sübut etdiyini zənn edən hər elm adamından xəbər verməkdən imtina etməsidir.