Yusuf surəsi, 6-14, 17-22-ci ayələrin təfsiri
Adnan Oktar: Məsələn 6-cı ayə. Şeytandan Allaha sığınaram. “Beləcə, Rəbbin səni seçəcək”. Sadəcə bir əbcədi var, 2018 tarixini verir. Allahın Mehdi (ə.s)-ı seçəcəyinə işarə edir, inşaAllah. “Sənə sözləri yozmaq bacarığı öyrədəcək” Mehdi (ə.s) demək ki, gözəl təfsir edəcək. Quranı gözəl izah edəcək, hədisi gözəl izah edəcək, buna işarə var. “Bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır”. Ən son olaraq Hz. İbrahim (ə.s) nəslinin nemətinin tamamlanması, nə olur? Dünya hakimiyyəti. Hz. İbrahim (ə.s) nəslinin anlı-şanlı nəticəsi Rəsullulah (s.ə.v)-in doğumu, Peyğəmbər olması və Peyğəmbərimiz (s.ə.v)-in nəslindən Mehdi (ə.s)-ın çıxışı ilə Quranın bu ayəsi tam təsdiqlənmiş olur. Bax, ayədə nə deyir; “İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır”.
Mehdi (ə.s)-ı çıxışı məhz bu nemətin tamamlanması olur. Axır zamanın Bəni İsraili Mehdi (ə.s) və tələbələridir. Bəni İsrail həqiqi, xalis Müsəlmanlara verilən addır və Axır zamanda Mehdi (ə.s) və tələbələri dünya hakimi olacaqlar, inşaAllah. “And olsun, Yusuf və onun qardaşlarında soruşanlar üçün ayələr (ibrətlər) vardır”. Baxın, “And olsun, Yusuf və onun qardaşlarında” Mehdi (ə.s) və tələbələrində, “soruşanlar üçün ayələr (ibrətlər) vardır”. Əbcədi 2019 tarixini verir. Sadəcə bir əbcədi var, o da 2019 tarixini verir. “Bir vaxt onun qardaşları belə dedilər: “Yusuf və qardaşı atamıza bizdən daha sevimlidir””. Məhz xurafatçıların çətinliyi bu olacaq.
Qısqanclıq və həsədlik. Mehdi (ə.s)-a qarşı azğınlıqların mənşəyində bunu görəcəyik. Quran buna işarə edir. Bax, nə deyir o zaman, Mehdi (ə.s) əleyhdarları nə deyir? “Bir vaxt onun qardaşları belə dedilər: “Yusuf və qardaşı”” yəni, Mehdi (ə.s) və İsa (ə.s), “atamıza bizdən daha sevimlidir”. Daha çox sevilirlər. Nə olacaq? Şeyxlər ikinci plana keçəcək, müəllimlər ikinci planda qalacaq. Bu onlara çətin gəldiyi üçün Mehdi (ə.s)-a qarşı vəziyyət alacaqlar. “Halbuki, biz bütöv, bir-birini dəsdəkləyən bir birliyik” O zamankı xurafatçılar bir-birlərini dəstəklədiklərini söyləyəcəklər, “biz bir ittifaq edən birliyik” -deyəcəklər.
“Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir”. İndi də bax, alimləri ağlını itirmiş qocalıqla, ağılsızlıqla, axmaqlıqla (haşa) ittiham edən hörmətsiz, tərbiyəsi pis adamlar törədi, deyilmi? Şeyxini, mürşidini bu şəkildə ittiham edir. Yəni Cübbəliyə də burada bir işarə var kimi görünür amma mən onu yenə tənzih edirəm. Cahilliyindən o söylədi. Cübbəli nə danışdığını bilmir, sözün hara gedəcəyini bilmir, ağızına gələni danışır. Şeyx Mahmud Əfəndi müəllimimiz haqqında da deyir ki; “on dəqiqədə olsa danışa bilir və şüuru açıqdır” -deyir. İndi bunu eşidən insan nə anlayar? İnsan mürşidi üçün belə söz söyləyərmi?
Bax, “on dəqiqə danışa bilir” -deyir. “Danışdığını eşitdim” -deyir. Bu müdhiş bir nalayiqlikdir. “Və şüuru açıq” -deyir, əksini iddia edənmi var? Bu ciddi bir şübhəni meydana gətirməzmi? Məsələn mən sənə desəm, “on dəqiqə danışa bilir və şüuru açıqdır” desəm, bu təhqiramiz bir sözdür, çox anormal bir sözdür. Belə bir şeyi insan mürşidinə söyləməz. Nə danışdığını bilmir, nə mənanı verəcəyini bilmir. Şeyx Nazim müəllimimiz də getdi, “qütb” dedi; əlini öpdü, bu səfər də “ağlını itirdi” dedi, “ağlını oynatdı” dedi. Bax nə deyirlər; “Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir” -deyir.
Demək ki, Axır zamanda da mürşidlərə belə yaraşıqsız sözlər ediləcək. Buna işarə var. Bax, o zamanın xurafatçıları nə deyir; “Yusufu ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin”. Yəni diqqəti çəkən birlik siz olun. Çünki Mehdi (ə.s) varsa adamın həm mürşidi, həm birliyi köhnə nüfuzunu itirmiş olacaq, onun fikirinə görə. Çünki hər müsəlmanların bir qismində xeyli bir eqoizm və böyüklük hissi var. “Mənim mürşidim ən böyükdür, bizim birliyimiz ən böyükdür” -deyir. İndi Mehdi (ə.s) çıxınca nə olacaq? Mehdi (ə.s) və tələbələri çıxınca onu ən böyük olaraq görəcək, tələbələrini ən böyük görəcək, özü ikinci planda olacaq. Bunu çəkə bilmədiyi üçün, bax nə deyir?
“Bir vaxt onun qardaşları belə dedilər: “Yusuf və qardaşı atamıza bizdən daha sevimlidir. Halbuki, biz bütöv, bir-birini dəsdəkləyən bir birliyik. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir””. Demək ki, bundan xilas olmaq üçün bunu söyləyəcəklər. Bildiyiniz kimi o zamanlar Bədiüzzamana da ağıl xəstəsi dedilər. Axır zamanda demək ki, üləmaya, alimlərə bu tərz böhtanlar atılacaq, bu tip sözlər deyiləcək. Və Mehdi (ə.s)-a və tələbələrinə qarşı bir həsədlik və qısqanclıqdan qaynaqlanan birliklər və onların liderlərindən ibarət olan mütəşəkkil etirazlar olacaq. Quran buna işarə edir.
“Yusufu ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin”. Yalnız siz diqqəti çəkən kəslər olun, siz ən çox qabaqda olan olun. Yəni əsrin ən böyük alimləri siz olun, ən böyük mücəddidi siz olun; ən böyük qabaqda gələn birliyi, ən seçkin birliyi siz olun. Yəni qurtuluşa çatmış birlik siz olun. “Və bundan sonra siz əməlisalehlərdən olarsınız”. Yəni mükəmməl, səmimi bir birlik olarsınız. Yəni deyir məsələn; “bu camaatın tayı-bərabəri olan camaat yoxdur” -deyir. “Qurtuluşa çatan camaatdır” -deyir. “Onlardan biri dedi: “Yusufu öldürməyin!”. Demək ki, Mehdi (ə.s)-ı də öldürməyə çalışacaqlar. Bütün Peyğəmbərləri şəhid etməyə çalışdılar, Quranın izahatından Mehdi (ə.s)-ı da şəhid etməyə çalışacaqları aydın olur. “Əgər ona qarşı hökmən nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!”
Yəni “elə bir yerə atın ki” -deyir, “öldürülmə ehtimalı da olsun və yaxud onu təsirsiz hala gətirəcək bir sistem olsun”. Məsələn, bir insanı bir insan öldürməyə cəsarət edə bilmirsə, nə edir bəzən? Onu rahatca öldürə biləcəkləri bir yerə buraxırlar, rahatca öldürülə biləcək bir yerə. Beləcə əgər öldürülsə və yaxud şəhid edilsə deyəcəklər ki; “mən elə bir şey qəsd etmədim. Amma o orada, o adamlar tərəfindən öldürülmüş yaxud şəhid edilmiş, mənim bir məlumatım yoxdur” -deyiləcək. Quran belə qurumsaqlıq ediləcəyinə də işarə edir. “Onlar dedilər: “Ey atamız! Sənə nə olub ki, Yusufu bizə etibar etmirsən? Həqiqətən də, biz ona xeyir arzulayırıq””
Demək ki, Axır zamanda fırıldaq, saxtakar xocalar çıxacaq. Bax, burada məsələn yalan danışırlar açıqca. Taktika edəcəklər, oyun oynayacaqlar, qurtarırıq kimi göstərib alçaqca tələyə salmağa çalışacaqlar. Quran buna işarə edir. “Sabah onu bizimlə göndərsən, bir qədər əylənib oynayar. Biz onu mütləq qoruyarıq!” Yəni görən də çox dürüst, əfəndi, qoruyucu zənn edir amma elə deyil. Xain, öldürücü və dağıdıcıdır. Quran belə insanların törəyəcəyinə işarə edir. “O dedi: “Onu aparmağınız məni narahat edər. Həm də qorxuram ki, sizin başınız oyuna qarışıb onu nəzarətsiz qoyduqda, canavar onu yesin””
İndi burada iki dənə Peyğəmbər zəlləsi var. Bir kərə kədərlənmək haramdır, Peyğəmbər kədərlənməz, bu bir zəllədir, Peyğəmbər zəlləsidir. İkincisi, zəiflik bildirilməz. Yəni bir birliyin, bir camaatın və yaxud bir şəxsin zəif istiqamətini bildirildiyində adamlar gəlib oradan vurmağa qalxarlar, bildirilməz. İki dənə zəllə var. “Həm də qorxuram ki, … canavar onu yesin”. Bax, adamların ağlına salmış olur, fikir vermiş olur. “Onlar dedilər: “Biz bütöv bir dəstə olduğumuz halda canavar onu yesə, demək biz ziyana uğrayanlarıq””. Yəni özlərincə taktika edirlər. “canavar onu yesə, demək biz ziyana uğrayanlarıq”.
Zəmanət verirlər, yəni demək ki, bir fırıldağın verdiyi bir zəmanətə güvənməmək lazımdır. Yəni Mehdi (ə.s) dövründə də məsələn Mehdi (ə.s) əleyhdarları da belə hiyləgər hadisələr olacaq. Buna qarşı müsəlman tətikdə və çox oyanıq olacaq. “Dedilər: “Ey atamız! Biz Yusufu əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Canavar da onu yedi. Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən””. Axır zamanda məhz Mehdi (ə.s) əleyhdarı olanlar nə qədər axmaqca, nə qədər axmaqca, saxtakarca yalanlar söyləyəcəyini və xalqı aldatmaq üçün belə yalançılıq edəcəyinə, saxtakarlıq edəcəyinə Quran işarə etmiş olur.
Və buna qarşı müsəlman çox ayıq olacaq. Demək ki, yalançılıq yayılacaq, fırıldaqlıq yayılacaq. Bir qisim alimlər, xocalar insanların gözünün içinə baxa-baxa və açıq-aşkar yalan danışacaqlar. Çünki bu çox naşıca və axmaqca bir yalan görünür. Bax, “Biz Yusufu əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Canavar da onu yedi”. Burada həm cinayətə təşəbbüs, həm zülm, həm də yalan var. Müsəlman bunu etməz. Zalımlıq içindədirlər. İnşaAllah Allah bağışlamışdır sonra. “Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”. Demək ki, müsəlman hər sözə dərhal inanmaz. Bax onlar da bilirlər, onlar da öz zəifliklərini ortaya qoyurlar. Bax, “doğru danışsaq da, sən bizə inanan deyilsən”.
Bunu söylədimi bir insan tamamdır, deyilmi? Allah onu xəbərdar etmiş olur, Peyğəmbəri. Yəni yalan danışacaqlarına dair bir əlamət olmuş olur, onların verdiyi zəiflik də budur. “Qardaşları onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər”. Demək ki, dəlalətə düşən, belə saxtakar insanlar, bu tip saxta dəlillər də meydana gətirə biləcəklər. Yəni Mehdiyyətə qarşı saxta dəlillər, oyunlar. Yəni Mehdiyyəti çökdürmək üçün həqiqəti poza biləcəklər. Məsələn haqq olan dəlilləri yox edə biləcəklər. “Yaqub dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir””.
Müsəlmanın xüsusiyyəti onsuz da səbir etməkdir. Səbir müsəlmanın xüsusiyyətlərindən biridir. Bax, “düzüb qoşduqlarınız müqabilində Allahdan kömək diləmək lazımdır”. İndi də bax, əsrimizdə münafiqlərin, xurafatçıların, fırıldaq xocaların davamlı yalan uydurduqları, saxtakarlıqlarla ortaya çıxdıqlarını görürük. Ayə nə deyir? “Düzüb qoşduqlarınız müqabilində” demək ki, uydurmaçılıq yayılacaq “Allahdan kömək diləmək lazımdır”. “Allahdan mən kömək istəyəcəyəm” -deyir. “Quyunun yaxınlığına bir karvan gəldi və suçularını su dalınca göndərdilər. O, su qabını quyuya saldı”.
Dolça bürcünə işarədir. Ayrıca təbii ki, o su satanlarda da bir işarə var. Karvanda da ayrı bir işarə var. “Ey, müjdə!” Biz nə edirik? Mehdi (ə.s)-ı müjdələyirik. Bax, “Ey, müjdə! Burada bir oğlan uşağı vardır!” Məhz bu Mehdi (ə.s)-ın müjdəsidir. “Ey, müjdə!” Bax Mehdi (ə.s)-ı müjdələmənin əhəmiyyəti. Peyğəmbərimiz (s.ə.v) nə deyir? “Mehdi (ə.s) ilə müjdələnin”. Biz nə edirik? Mehdi (ə.s)-ı müjdələyirik. Burada nə deyir? “Ey, müjdə! Burada bir oğlan uşağı vardır!” Yəni Mehdi (ə.s)-ın müjdələnilməsinə açıqca işarə edən bir ayədir. Bax, “başlanğıcda onu çox əhəmiyyət vermədilər” -deyir. “Onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar. Onlar onu çox qiymətləndirmədilər”.
Mehdi (ə.s) də başlanğıcda heç əhəmiyyət verilməyəcək. “Öz-özünə danışır, öz-özünə çıxır”, “Əhli Sünnə xarici, din xarici, İslam xarici bir adam, bu səbəbdən də əhəmiyyət verməyə ehtiyac yoxdur” -deyəcəklər. Bu Mehdi (ə.s)-ın Allah tərəfindən pərdələnməsidir. “Beləliklə, Yusufu yer üzündə yerləşdirdik”. Mehdi (ə.s) nə edəcək? Yer üzündə hakim olacaq. “Və ona sözləri yozmağı öyrətdik”. Mehdi (ə.s) nə edəcək? Çox gözəl bir şərh etmək qabiliyyətinə sahib olacaq. Yəni ayələri və hədisləri çox gözəl şərh edəcək. Ona işarə edir. “Allah Öz işini qələbə ilə başa çatdırandır”. 2014, ayə. Bax, bu cümlə; “Allah Öz işini qələbə ilə başa çatdırandır”. Allah qalibdir, Allah qalib olacaq, Allah tərəfdarları, Allahın camaatı qalib olacaq.
Əbcədi 2014 tarixini verir. “Lakin insanların çoxu bunu bilmir” -deyir. Axır zamanda da indi Mehdi (ə.s)-ın dünyaya hakim olacağını çox az insan bilir. İki, iki, iyirmi iki. “22; Yusuf yetkin çağına çatdıqda” məsələn bax ayəsi çox mənalı, iyirmi iki; iki, iki. “Biz ona mühakimə yürütmək bacarığı və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq”. Ledün elmi və vehbi elm. Demək ki, Mehdi (ə.s)-ın şəxsi qabiliyyəti, şəxsi ağılı deyil. Necə? Doğrudan Allahın ilhamı ilə, an-an Allahın ağıl verməsi ilə Mehdiyyət mövzu bəhs olur. Yoxsa Mehdi (ə.s) onsuz da ağıllı insandır, özü edər deyə bir mövzu yoxdur. Mehdi (ə.s)-ın hər sözünü danışdıran Allahdır. Hər hərəkətini meydana gətirən Allahdır. Bəli, burada çox çox dəlil var.