“Hürriyet Bilim” jurnalının 15 fevral 2003-cü il tarixdə yayımlanan nəşrində, 7 dekabr 2002-ci il tarixli “New Scientist” jurnalından alınan və “Uşaqlıq dövrü nə üçün bu qədər uzundur?” başlığı daşıyan yazı nəşr olundu. Yazıda insanın, qorilla və şimpanzeyə müqayisədə daha uzun uşaqlıq dövrü yaşamasına diqqət çəkilir, bu vəziyyət təkamülçü iddialarla açıqlanmağa çalışılırdı. Ancaq bu təkamülçü iddialar elmi dəlillərə deyil, yalnız xəyal gücünə əsaslanır. Bu yazıda, bəhs edilən iddiaların məntiqsizliyi və elmi baxımdan əsassızlıqları araşdırılacaq.

 

Yazının əvvəlində insanlar və sözdə təkamüllü qohumları arasındakı fərqlilik bu şəkildə ifadə edilməkdədir:

 

“İnsanlar nə üçün bu qədər gec böyüyür? Şimpanzelər səkkiz yaşında balalayacaq yetkinliyə çatır; qorillalar isə altı yaşında tam mənasıyla yetkin hala gəlir. Halbuki insan balası eyni ölçüdəki bir meymuna görə tam iki misli müddətdə böyüyür.”

 

Burada haqqında danışılan fərq, insanlar ilə qorillalar və şimpanzelər arasındakı bir çox əhəmiyyətli fərqdən yalnız biridir. Yazıda bu fərqlilik təkamülün insan oğluna verdiyi bir xüsusiyyət olaraq açıqlanmaqda, təkamülün niyə belə bir fərqlilik meydana gətirdiyi sualı üzərinə çıxarılan fərziyyələr oxucuya deyilməkdədir. Ancaq bu fərziyyələrin heç biri elmi izah xüsusiyyətində deyil.

 

Insan oğlu heç bir zaman meymunlarla ortaq ataya sahib olmadı

Yazıda, uzun uşaqlıq dövrünün ilk ortaya çıxışı haqqında belə bir ifadə yer alır:

 

“Uzun uşaqlıq müddətinə izah gətirmək üçün əvvəl insanın təkamülünə bir nəzər salmaq lazımdır. Australopitekusların, meymunlarda olduğu kimi, sürətlə uşaqlıqdan çıxıb yetkin mərhələyə keçdiyi görülür. Ancaq Homo növünün (*) ortaya çıxmasıyla uşaqlıq dövrü uzanmağa başladı.”

 

Əslində, “Hürriyet Bilim”in yuxarıdakı ifadəsində əhəmiyyətli gerçək gizlidir. Təkamülçülər Australopitekusların insanın sözdə təkamülündə ara-keçid növü olduğunu qarşıya qoymaqdadırlar. Halbuki Australopitekuslar yalnız bir meymun növüdür. Necə ki, yuxarıda bəhs edilən xüsusiyyətləri də meymunlarla bənzərdir, yəni Australopitekusların uşaqlıq dövrü meymunlarda olduğu kimi qısadır. Homo genisi isə tamamilə insan irqlərindən meydana gələr. Yuxarıdakı ifadədə də Homo genisində uşaqlıq dövrünün uzun olduğu ifadə edilməkdədir. Bu səbəbdən uşaqlıq dövrlərinin uzunluqları müqayisə edildiyində ortada ara keçidi yaradan bir növ yoxdur. Elmi tapıntılar da hər iki genisə, yəni Australopitekus və Homo genisinə biçilən ara növ rolunun tamamilə həqiqətdən kənar olduğunu göstərməkdədir.

(Geniş məlumat üçün baxın: http://www.harunyahya.org/evrim/hy_hayatin_gercek_kokeni/hk.html)

 

Təkamülçülərin uşaqlıq dövrü ilə əlaqədar iddialarındakı bir başqa əsassızlıq

Təkamül nəzəriyyəsinə görə insanın ən yaxın qohumu şimpanzelər olduğu üçün, uşaqlıq dövrü baxımından müqayisə edildiyində, insana bu mövzuda ən yaxın məməlinin şimpanzelər olması lazımdır. Halbuki, xəyali təkamül ağacında insana şimpanzedən daha çox uzaq canlı, anatomik baxımdan insandan tamamilə fərqli olmasına qarşı, ortalama həyat müddəti və uşaqlıq dövrü baxımından insana daha yaxındır. Bu canlı fildir. Fillər də insanlar kimi ortalama 70 il yaşayarlar və insanlara yaxın bir yaşda, 15 yaşında balalaya biləcək yetkinliyə çatarlar. Bu vəziyyətdə, uşaqlıq dövrü təkamül nəzəriyyəsi üçün bir çıxmaz meydana gətirməkdədir və yazıda fikirlərinə (daha doğrusu fərziyyələrinə) yer verilən təkamülçülər bu mövzuya dair heç bir şərh etməməkdədirlər.

 

Uşaqlıq dövrünün uzunluğunu nə uşaq, nə də təbiət nizamlaya bilməz

Yazıda uşaqlıq dövrü haqqında bəzi təsbitlər edilməkdə ancaq uzun uşaqlıq dövrünün təkamüllə necə ortaya çıxmış ola biləcəyinə dair heç bir şərh ortaya qoyulmamaqdadır. Məsələn, “Hürriyet Bilim”də bu ifadələrə yer verilməkdədir:

 

“Uzun uşaqlıq dövrü, yetkin hala gəldiyimizdə qarşılaşdığımız mürəkkəb problemlərin öhdəsindən gəlmək üçün lazımlı müddətdir. Məsuliyyətlərin çox az olduğu uşaqlıq dövründə, ictimai məhdudlaşdırmalardan uzaq və azad olan insan irəlidə ehtiyac duyacağı texniki məlumat və qabiliyyəti əldə etmə şansına qovuşar. Bu qabiliyyət və bacarıqlar, həyat və ölüm arasındakı fərq qədər əhəmiyyətlidir. Qısaca, uşaq gələcəyə sərmayə qoymaqdadır.”

 

Uşaqlıq dövrünün məlumat və qabiliyyət qazanılan dövr olduğu doğrudur. Bu məlumat və qabiliyyətin gələcəkdə özünə fayda gətirəcək bir növ sərmayə olduğu da müdafiə oluna bilər. Ancaq burada təsbit edilən şüurlu tənzimləmənin “Hürriyet Bilim”in etdiyi kimi uşağın özünə ətf edilməyəcəyi açıqdır. Uşağın, özünü daha yaxşı inkişaf etdirmə məqsədiylə daha çox sərmayə qoyması, yəni uşaqlıq dövrünü uzatması mümkün deyil. Böyümə, hormonların müəyyən miqdarlarda müəyyən dövrlərdə dövrəyə soxulmasıyla davam etdirilən kompleks bioloji inkişaf müddətdir. Əlbəttə, bir uşağın, öz diləməsiylə böyümə hormonlarını nəzarət etməsi mümkün deyil. Ayrıca təbiətdə bu müddəti uzadıb qısaldacaq faktorlar da olmaz. Məsələn, təbii mühit ya da bəslənmə kimi faktorların uşaqlıq dövrünün uzunluğunu təsir edə bilməz. Qısacası, uşağın “sərmayə qoyması” mümkün deyil.

“Hürriyet Bilim”in yazısındakı bir başqa əsassızlıq da bu ifadədə ortaya çıxmaqdadır:

 

“Bogin, uşaqların irəlidə tək başlarına həyatlarını davam etdirə bilməsi üçün uzun şagirdlik dövrünə ehtiyac duyduğunu irəli sürür. Bu görüş müasir çağın uşaqlıq anlayışına da yatır. Çünki uşaq uzun təhsil müddətindən keçib pul qazanacaq səviyyəyə gəlir.”

 

Uşağın tək başına həyatı öyrənməsi üçün, adamdan adama dəyişməklə birlikdə, uzun müddət lazım ola bilər. Ancaq pul qazanmağa istiqamətli hazırlıqları genişlətmək üçün uşağın, yuxarıda da açıqladığımız kimi, öz istəyiylə yetkinliyini gecikdirə bilməyəcəyi açıqdır.

 

“Hürriyet Bilim”in təkamüllü təbliğat taktikaları

“Hürriyet Bilim”, elmi dəlillər və tutarlı məntiqlərlə dəstəkləyə bilmədiyi təkamül iddiasını hiyləli üsulla oxucularının zehnində yerləşdirməyə çalışmaqdadır. “Hürriyet Bilim”in aşağıdakı cümləsi araşdırıldığında bu yalan asanlıqla ortaya çıxmaqdadır:

 

“Atalarımız ovçu, toplayıcı idi, bu cür məşğuliyyətlərdə lazım olan zehni və bədəni uyğunlaşma qabiliyyəti, müasir insanın zehni infrastrukturunu meydana gətirdi”.

 

Burada danışılan atalar ovçuluq və toplayıcılıq etdikləri üçün, onsuz da bu fəaliyyətlərdə lazımi zehni və bədəni uyğunlaşma qabiliyyətinə də sahib olmalıdırlar. Zehni uyğunlaşma qabiliyyəti də yalnız insana xas xüsusiyyətdir. Bu səbəbdən “atalarımız” sözüylə təyin olunan canlılar onsuz da insandır və zehni infrastruktura da malikdir. Burada yalan üsulla əvvəl insana xas xüsusiyyət təyin olunmaqda, sonra “atalarımız” və ya “müasir insan” kimi ifadələrlə bu xüsusiyyət təkamüllü anlayışlarla təhrif edilmək istənməkdədir.

Yazıda, insanın erkən uşaqlıq (3 ilə 7 yaş arası) dövrünün təkamüllə əlavə olunan bir dövr olduğu irəli sürülməkdə, bu iddiayla əlaqədar bəzi fərziyyələr edilməkdədir. Ancaq bu fərziyyələr gerçəyi əks etdirməməkdədir. “Hürriyet Bilim”də bu mövzuda aşağıdakı ifadələr ortaya qoyulmaqdadır:

 

“Uzun uşaqlıq dövrünün valideynlərə üstünlük təmin etməyə istiqamətli olduğunu irəli sürən Bogin, erkən uşaqlıq (3 ilə 7 yaş arası) dövrünün atalarımızın çoxalma qabiliyyətini artırmaq üçün həyatlarına əlavə edilən yeni bir mərhələ olduğunu irəli sürür.

Boginə görə digər məməlilər balalarını, azı dişləri çıxıb öz yeməklərini yeməyə başlayana qədər əmizdirmək məcburiyyətindədir. Bu da ananın doğurduğu bala sayını azaldan faktordur. Halbuki insan oğlu həyatına əlavə edilən bu erkən uşaqlıq dövrü sayəsində, uşaqları hələ kiçik ikən yenidən hamilə qalıb uşaq doğa bilərlər, çünki uşaqlar bu dövrdə tamamilə analarından asılı deyil; ailənin başqa üzvləri də özlərini bəsləyə bilər.

Boginə görə insan oğlu bu xüsusiyyətinə görə ölçülərinin böyüklüyünə, ömrünün uzunluğuna qarşı, çox uzun müddət doğurqanlıq xüsusiyyətini qoruyar. İki doğum arasındakı tipik müddət iki yarım ildir. Yəni qadınlar iki yarım il ara ilə doğa bilərlər. Halbuki, bu müddət şimpanzelərdə beş ildir. Həm də on beş yaşına çatma şansına çatan insan balası sayı şimpanzelərin iki qatıdır.”

 

Birincisi, balaların azı dişinin çıxmasını gözləməsinin, bir məməlinin doğduğu bala sayını azaltdığı doğru deyil. Çünki itlər və pişiklər bir dəfədə səkkizə yaxın bala doğa bilərlər. Üstəlik bunu ildə bir və ya iki dəfə təkrarlaya bilərlər. İkincisi, uzun uşaqlıq dövrünün valideynlərə üstünlük verməsi mümkün deyil. Çünki təkamül nəzəriyyəsi, təməl olaraq fərdlərin həyatda qalma mübarizəsinə əsaslandırrılmaqdadır. Darvin, fərdlərin valideynləriylə ittifaq qurması ya da onlara üstünlük verməsi deyə bir şeydən danışmamışdır. Həm də yuxarıda ifadə etdiyimiz bioloji açmazdan ötəri, nə uşaq valideynlərinə üstünlük vermək üçün öz uşaqlığını uzada bilər, nə də valideynləri özlərinə üstünlük vermək üçün uşağın uşaqlıq dövrünü uzatmış ola bilər.

Digər yandan ananın daha çox doğum edə bilməsinin, bir an üçün belə uzun uşaqlıq dövrü sayəsində mümkün olduğu düşünülsə, bu vəziyyətin uşaq üçün əlverişsiz vəziyyət olacağı görülür. Çünki uzun uşaqlıq dövrü yaşayan bir uşaq, anasının daha çox doğum edə bilməsi səbəbiylə iki valideynlər yerinə bir valideynlərin əlaqəsiylə kifayətlənmək məcburiyyətində qalacaq. Qısacası, valideynlərə üstünlük vermək üçün uşaqlıq dövrünün uzandığı fikri etibarsızdır.

Yuxarıda “Hürriyet Bilim”ə əsaslandığımız hissənin sonlarında, bu əsassız iddianın əslində təlqin məqsədli istifadə etdiyi görülməkdədir:

 

Halbuki, insan oğlu həyatına əlavə edilən bu erkən uşaqlıq dövrü sayəsində uşaqları hələ kiçik ikən yenidən hamilə qalıb uşaq doğa bilərlər, çünki uşaqlar bu dövrdə tamamilə analarından asılı deyil; ailənin başqa üzvləri də özlərini bəsləyə bilər”.

 

Burada erkən uşaqlıq dövrü, oxuculara həqiqətən təkamüllə əlavə olunmuş bir dövr olaraq ifadə edilməkdə və qəti olaraq bildirən ifadələrlə köçürülməkdədir. Burada, “Hürriyet Bilim”in bir daha, təkamülçü iddiaları, elmi baxımdan etibarsız və məntiq baxımından da əsassız olduqları halda, oxucularına elmi gerçək görünüşündə köçürdüyü ortaya çıxmaqdadır.

 

Nəticə

“Hürriyet Bilim”dəki bu iddialar təkamül nəzəriyyəsinə heç bir dəstək təmin etməməkdədir. Jurnal nəzəriyyəyə gözü bağlı dəstək verdiyi üçün bu sadə gerçəyi fərqinə vara bilməməkdədir: Bu qədər əsassız iddialar bir nəzəriyyəyə etibar qazandırmaz, ancaq onun çürük olduğunu gözlər önünə sərər.

 

 

(*) “Repeat After Me”, Discover, noyabr 2002