“Time” jurnalının 17 fevral 2003-cü il tarixdəki nəşrində “Təkamülün rolu: Köhnəlmiş zehin, zəifləmiş bədən (Evolution`s role: A frazzled mind, a weakened body)” başlıqlı yazı nəşr olundu. Michael D. Lemonick imzasını daşıyan yazıda, stress və stressin bədəndə ortaya çıxardığı narahatlıqlar ələ alınırdı. Yazıda insanın ani vəziyyətlərə verdiyi “döyüş ya da qaç” reaksiyasından da danışılır, bu reaksiyanın təkamüllə ortaya çıxmış davranış şəkli olduğu iddia edilirdi. Lemonick bu iddiasını heç bir elmi sübutla dəstəkləmir yalnız ön fikrini dilə gətirirdi.

 

“Döyüş ya da qaç” reaksiyası bizə hücum, zərər və ya təhdidlə qarşılaşdığımızda bədənimizdə reallaşan son dərəcə sürətli reaksiyalar nəticəsində verdiyimiz bir reaksiyadır. Bu reaksiya, bədənimizin bu vəziyyətin qaynağıyla döyüşmək ya da qaçmaq üçün etdiyi hazırlıqları ifadə edər. Belə bir vəziyyətlə qarşılaşdığımızda beyindəki hipotalamus bölgəsindən göndərilən siqnallar bədənimizi həyəcana keçirər. Beləcə sinir hüceyrələrinin atəşləmələri və böyrək üstü ifrazat vəzindən ifraz olunan kimyəvi maddələrin bədənimizi döyüşmək və ya qaçmaq üçün hazırlayar.

Bu reaksiya verildiyində bir sıra sinir hüceyrəsi qızışar və adrenalin, nöradrenalin və kortizol kimi kimyəvi maddələr qana buraxılar. Bütün bunlar bədəndə sürətli dəyişikliklərə gətirib çıxarar. Həzm yollarındakı qan, döyüşmək, ya da qaçmaq üçün daha çox enerjiyə ehtiyacı olan qol və ayaq əzələlərinə istiqamətləndirilər. Göz bəbəklərimiz iriləşər, diqqətimiz itiləşər. Nəbz atışlarımız sürətlənər və ağrını qəbul etmə nisbətimiz azalar. Döyüş ya da qaç reaksiyası çox kompleks fizioloji tənzimləmələrin çox qısa müddətdə və mükəmməl şəkildə reallaşdırıldığı möcüzə sistemdir.

 

Lemonick, yazısında bu reaksiyayla əlaqədar olaraq bu iddiaları edir:

 

“İnsanlığın stressə verdiyi və “döyüş ya da qaç reaksiyası” olaraq bilinən fiziki reaksiyası böyük ehtimalla, atalarımızın təhlükəli dünyanın öhdəsindən gəlməsinə köməkçi olmaq üçün təkamülləşdi. Yaxın bir təhlükəylə qarşılaşıldığı zaman (məsələn, burma dişli bir qaplan ya da əlində çubuq olan düşmən bir Homo erektus görüldüyündə) bədənin özünü müdafiə etmək ya da ola bildiyi qədər sürətli qaçmaq üçün hazır olmalı idi”.

 

Daha əvvəlki müxtəlif yazılarımızda da ifadə etdiyimiz kimi, bu kimi təkamülçü izahların heç birinin elmi dayağı yoxdur. Bu izahları edən təkamülçülərin tək dayaq nöqtələri, təkamülün onsuz da mütləq doğru olduğu istiqamətindəki səhv inanclarıdır. Bu inancdan yola çıxaraq, canlılardakı hər quruluşa, təkamüllü “meydana gəlmə nağılı” çıxarmaqdadırlar. “Deduktiv” olaraq da təyin oluna biləcək olan bu üsul, elmi deyil doqmatikdir. Dəlildən deyil, inancdan yola çıxmaqdadır.

Bu kimi təkamül nağıllarını “təkamül nəzəriyyəsinin yeni bir dəlili daha ortaya çıxdı” deyə oxucularına təlqin edən media quruluşları isə çox böyük yanılma və cəhalət nümayiş etdirirlər.

Bu nümunədə də yuxarıda yekunlaşdırdığımız vəziyyəti açıqca görə bilərik: Lemonick burada təkamülün klassikləşmiş hekayə izahatını istifadə etməkdə və təkamül iddiasına heç bir elmi dəlil təqdim etməməkdədir. Etdiyi şey insanlarda olan və mükəmməl şəkildə çalışan bir sistemin faydasını izah edərək təkamül ssenariləri meydana gətirməkdir. Lemonick daha sonra bu reaksiya əsnasında meydana gələn mərhələləri bir-bir sıralamaqda və yenə heç dəlil göstərmədən nağıl izah etməkdədir:

 

“Beləliklə ürkmüş beyin, böyrəklərin üzərində olan adrenal bezlərə, adrenalin, qlukokortikoid və digər ifrazatları; sinir hüceyrələrinə də nöradrenalin ifraz etmələri siqnalını verərdi. Bu güclü kimyəvi maddələr duyğuları daha iti, əzələləri daha möhkəm edər, ürəyi daha sürətli atdırar və damarları enerji üçün hazır olması lazım olan şəkərlə doldurardı. Sonra təhlükə keçincə reaksiya sakitləşərdi”.

 

Diqqət yetirilsə, buradakı hekayənin tək dayağı, Lemonickin təxəyyüldür. Belə bir kimyəvi inkişafın yaşandığına dair heç bir dəlil yoxdur. Hətta, belə bir inkişafı təmin edə biləcək hər hansı mutasiya da tapılmamışdır.

Digər tərəfdən döyüş ya da qaç sisteminin fiziologiyası ələ alındığında Lemonickin təkamül iddiasının böyük yanılma olduğu ortaya çıxmaqdadır. Bu sistemdə rol oynayan minlərlə faktordan yalnız adrenalini ələ almaq belə iddianın əsassızlığını göstərməyə kifayətdir.

Adrenalin son dərəcə qüvvətli kimyəvi maddədir. Bir insanın qanında olan adrenalin hormonu miqdarı, təxminən bu örnəklə ifadə edilməkdədir: Əgər bədənimizdə olan qan, 2 metr dərinliyində 100 metr diametrində bir göllə müqayisə ediləcək olsa, qanımızda olan adrenalin miqdarı bu gölə töküləcək bir çay qaşığı dolusu maye qədər olacaq.

Təhlükə anında beyindən gələn bir əmrlə böyrək üstü vəzlər dərhal adrenalin ifraz edər. Adrenalin qan yoluyla sürətlə bədənə yayılar. Damar hüceyrələri adrenalinlə daşınan mesajı qəbul edər və anında itaət edərək qan axışının nəqliyyat hərəkətini mükəmməl şəkildə dəyişdirər: Qaraciyər və dəriyə gedən qan kəsilərək beyin, ürək və əzələlərə istiqamətləndirilər.

Beləliklə, ürək daha sürətli atar və əzələlərə əlavə güc üçün ehtiyacları olan qan təmin edilmiş olar. Bu tənzimləmə xətasizdir: Heç bir zaman səhvən ürəyə və ya beyinə gedən damarlar daralıb qaraciyərə və ya dəriyə gedən damarlar genişləndirilməz.

Adrenalin molekulu əzələ hüceyrələrinə çatdığı zaman da əzələlərin daha güclü şəkildə sıxıla bilmələrini təmin edər. Qaraciyərə çatan adrenalin molekulları isə burada olan hüceyrələrə, qana daha çox şəkər qarışdırmalarını əmr edər. Beləcə qandakı şəkər miqdarı artar və əzələlərin ehtiyacı olacaq əlavə yanacaq təmin edilmiş olar.

Görüldüyü kimi, fərqli toxumalardakı hüceyrələr adrenalin mayesiylə qarşılaşdığında tək bir məqsəd istiqamətində dəyişmə göstərməkdədirlər. Hər biri özü üçün daşınan mesajı qəbul edərək anında itaət etməkdədir. Bütün bunlar son dərəcə şüurlu olaraq nəzarət edilməkdə və sistem mükəmməl işləməkdədir. Əgər bu qədər qısa müddətdə reallaşan bu zəncirləmə reaksiyalarda tək bir səhv meydana gəlsə, məsələn adrenalin səhv bir toxumanı xəbərdar etsə və ya xəbərdar edilən toxumalar adrenalinə itaət etməzsə, bədəndə asanlıqla ölümcül təhlükələr ortaya çıxa bilər. Həqiqətən də, adrenalin hormonunun bədən içindəki bu fəaliyyəti mükəmməl şəkildə idarə olunmaqdadır. Bütün bu fizioloji dəyişmələr böyük bir ağıl, məlumat və qabiliyyət tələb etməkdədir.

 

Döyüş ya da qaç reaksiyasında adrenalin kimi mükəmməl işləyən bir çox molekul rol oynamaqda, sistemi daha da möcüzəvi etməkdədir. Fərqli-fərqli molekulların mükəmməl xəbərləşmə və məsuliyyət şüurunun yanında sürət, xətasızlıq və uyğunlaşma ortaya qoymaları heyranlıq oyandıran bir tənzimləməni göstərməkdədir. Əlbəttə, bu mükəmməl tənzimləmə şüursuz mutasiyaların məhsulu ola bilməz. Bütün bunlar döyüş ya da qaç sisteminin böyük bir ağılın məhsulu olduğunu ortaya qoymaqdadır.

Təkamülçülərin, döyüş ya da qaç sisteminin təsadüfən var olduğunu iddia etmələri; bir torpağa yığılan sement, kərpic, elektrik kabeli kimi vəsaitlərin, çıxan bir fırtına nəticəsində əvvəl təsadüfən bir göydələn meydana gətirdiklərini, sonra ardından çıxan ikinci bir fırtına ilə bu göydələnin içinə elektrik sistemini döşədiklərini, üçüncü bir fırtınada isə, binanın içinə mükəmməl təhlükəsizlik sistemi qurduqlarını iddia etməyə bənzər. Ağıl və sağlam fikir sahibi heç bir insan belə məntiqsiz bir iddianı qəbul etməz. Ancaq, təkamülçülərin iddiası bundan daha da məntiqsizdir.

Elmi gerçəklər, döyüş ya da qaç sisteminin mənşəyinin (bədəndəki bütün digər kompleks orqan və sistemlər kimi) təsadüflərə əsaslanan təkamül deyil yaradılış olduğunu göstərməkdədir. Allah bu sistemi var edərək insanı, təhlükəylə qarşılaşdığında gücləndirən bir həyəcan sistemiylə təchiz etmişdir. “Time” jurnalındakı bu məqalənin yazıçısı isə, bu gerçəyi ilk başdan rədd edərək yola çıxdığı üçün, təkamülçü fərziyyələri elmi gerçək kimi təlqin etməyə çalışmaqda və darvinizm təbliğatı etməkdədir. “Time” jurnalına həyatın mənşəyi mövzusunda daha tutarlı, ağıllı və ön mühakiməsiz yanaşma mənimsəməyi təklif edirik.