İngilis “New Scientist” jurnalında yer alan bir iddia yerli mətbuatımızda geniş əks-səda doğurdu. 7 fevral günü bir çox qəzet, tamamilə xəyal məhsulu olmasına baxmayaraq, bu iddiaya səhifələrində sübut edilmiş həqiqət kimi yer verdi.

Xəbərlərdə Christian Straus adlı təkamülçü araşdırmaçının bir fərziyyəsinə yer verildi: Straus, insanlarda hıçqırığın, təkamüldən qalma xüsusiyyət olduğunu irəli sürürdü. Qurbağalardakı tənəffüs şəkliylə hıçqırıq arasında bənzərlik olduğunu iddia edir və bunun bəlkə də 370 milyon il əvvəldən bu günə qədər insana qədər çatan bir xüsusiyyət olduğunu qarşıya qoyurdu. Ancaq Straus, bu iddiasına dəlil ola biləcək tək bir tapıntı belə ortaya qoymur, yalnız “ola bilər” şəklində fərziyyə edirdi. Necə ki, Pennsylvania universiteti Tənəffüs Nörobiyolojisi hissəsindən Allan Pack, belə bir iddianın sübut edilməsinin çox çətin olduğunu ifadə edirdi.1

 

Göründüyü kimi, irəli sürülən bu iddia, təkamül nəzəriyyəsi adına bir dəlil deyil. Yalnız, təkamül nəzəriyyəsini əvvəldən mübahisəsiz olaraq qəbul etmiş bir sıra insanların, bu nəzəriyyə uyğun olaraq təbiətə baxaraq fikir gimnastikası etmələrindən (digər ifadə ilə fərz etmələrindən) ibarətdir. Bu kimi fərziyyələrin isə bir dəyəri yoxdur, çünki bunların çıxış nöqtəsi olan təkamül nəzəriyyəsinin etibarlılığıdır.

Türkiyədəki bəzi media quruluşlarının bu kimi fərziyyələri heç araşdırmadan, həm də bir də sübut edilmiş həqiqət kimi təlqin etmələri isə, səthi yanaşma, məlumatsızlıq və ön fikir nümayişindən başqa bir şey deyil. Bu qəzetlərdəki xəbərlər araşdırıldığında sensasiya yaradıcı üslub asanlıqla diqqət çəkməkdədir. Başlıqlarda gözə dəyən “ata yadigarı”, “miras” kimi təyin etmələr bunun göstəricisidir:

 

“Milliyyet”, “Hıçqırıq miras qaldı”

“Vatan”, “Hıçqırıq qurbağadan miras qalıb”

“Posta”, “Hıçqırıq “ata” yadigarı ola bilər”

“Hürriyet”, “Hıçqırıq quyruqlu qurbağadan miras”

“Güneş”, “Hıçqırıq bizə mirasdırmı?”

“Tercüman”, “Hıçqırıq primitiv nəfəs alma şəkli”

“Radikal”, “Hıçqırıq təkamül mirası”

 

Görüldüyü kimi xəbərin qəzetlərdə tapdığı əks-səda olduqca şişirdilmişdir. Straus iddiasını sübut edəcək tək bir dəlil belə ortaya qoymamış, bu iddia başqa elm adamların tərəfindən qəbul görməmiş olmasına baxmayaraq, təkamülü isbat edən həqiqət kimi qəzet səhifələrinə daşınmışdır.

Bu “hıçqırıq” xəbərləri, bir çox bənzəri xəbərin yalnız bir nümunəsidir. Ölkəmizdəki bir çox qəzet təkamüllə əlaqədar xəbərlər daxil olmaq üzrə iddiaların elmi arxa planını araşdırmadan mövzunu asanca səhifələrinə daşıya bilməkdədirlər. Yaxın bir zaman içində qəzetlərdə rast gəldiyimiz “Atalarımız mikrob çıxdı”, “Məgər Marsdan gəlmişik” “Uçdu, uçdu dinozavr uçdu”, “İnsanın ulu babası qarışqayeyən çıxdı” kimi başlıqlar eyni sensasiyalı jurnalistikanın məhsullarıdır. Bu qəzetlər müasir elmin təkamül nəzəriyyəsini çürütdüyü gerçəyini göz ardı etməkdə və heç bir elmi dəyəri olmayan təkamül kobud səhvləri həqiqətmiş kimi əks etdirməkdədirlər.

Bu qəzetlərə, agentliklərdə keçən hər təkamül fərziyyəsini “təkamül dəlili” olaraq təqdim etməkdən və beləcə özlərini məlumatsız, səthi və ön fikirli media quruluşları kimi göstərməkdən imtina etmələrini tövsiyə edirik