Cümhuriyyət qəzetinin əlavəsi olan “Cumhuriyet Bilim Teknik” (CBT) jurnalının 4 yanvar nəşrində Tahir M. Ceyran imzalı məqalə yer aldı. “Mənasız məlumat: İnsan inkişaf edirmi?” başlıqlı məqalədə təkamül nəzəriyyəsini müdafiə etmək adına elmdən kənar iddialar, hətta “nağıllar” izah edildi. Bu yazımızda, müzakirə mövzusu nağılların etibarsızlığı gözlər önünə sərilməkdədir.
İnsanın sözdə təkamülünü əfsanəvi dillə izah etmək, necə və niyə suallarını tamamilə görməzlikdən gəlib, sanki yaşandığı qəti sübut edilmiş hadisəni olmuş kimi təkamül təsvirləri etmək, təkamülçülərin başda gələn üsullarından biridir. CBT jurnalında Tahir M. Ceyran imzasıyla nəşr olunan məqalə bu üsulun bir nümunəsidir. Yazı boyunca izah edilən iddiaların heç bir elmi dayağı və dəyəri yoxdur.
Panik pozulmasını təkamüllə izah etmə yanılması
Bu yazıda panik atak narahatlığının, “pələngdən qorxub qaçan meymunabənzər atalarımızdan bizə miras qaldığı” iddia edilmişdir. Halbuki, panik pozulmanın bu gün artıq psikosomatik narahatlıq olduğu çox yaxşı bilinməkdədir. Bu vəziyyətə, sinir hüceyrələri arasındakı siqnal mesajlaşması əsnasında ifraz olunan Serotonin molekuluna qarşı həddindən artıq həssaslığın səbəb olduğu sübut edilmişdir. Elmi olaraq səbəbi işıqlandırılmış, serotonin təzyiq edici dərmanlarla müalicəsi olan bu narahatlığı, bir təkamül ssenarisiylə şərh etməyə çalışmaq doqmatizmdir. Orta əsrlərdə bütün xəstəlikləri “pis ruhların lənəti” olaraq görən cahil kütlələr ilə, hər xəstəliyə təkamül nəzəriyyəsinə uyğun ssenari uyduran zehniyyət, eyni səviyyədədir.
Erkən doğumu həll yolu sanma yanılması
Məqalədə insanın kəllə böyüklüyünün doğumu çətinləşdirdiyi iddia edilmişdir. Doğumun rahat keçməsini məqsəd qoyan yazıçı, öz düşüncəsi ilə uşağı daha erkən doğmağı bu problemə çözüm olaraq qarşıya qoymuşdur. “Böyüyən kəllə sümüyü doğmaq üçün doğumu tezləşdirmək lazımdır” deyə yazır.
Bu iddia bir çox yöndən səhvdir. Yazıçının nəzərə almadığı mövzulardan biri, ana qarnındakı körpənin kəllə sümüyündəki xüsusi dizayndır: Doğum əvvəlində yumşaq və zəif olan kəllə sümükləri, doğum anında körpənin ana rəhmindən çıxışını asanlaşdırar. Bu, doğumun yazıçının sandığı kimi təsadüfi hadisə olmadığını, xüsusi yaradılışla reallaşdığını göstərən bir çox dəlildən yalnız biridir.
Yazıçının əhəmiyyət vermədiyi başqa həqiqət, insanda hamiləlik müddətinin meymunlara görə daha qısa deyil, daha uzun olmasıdır. Şimpanzelərin hamiləlik müddəti 8 aydır, insanın isə 9 ay 10 gündür. Əgər iddia etdiyi kimi gec doğum bir dezavantaj olsaydı, o zaman öz inandığı nəzəriyyəyə görə insanın bu çatışmazlığı səbəbiylə “təkamül müddəti”ndən çıxarılması lazım idi.
Diqqət yetirilsə, yazıçının bütün bu iddiaları, son dərəcə subyektiv və dolayısilə mənasız şərhlərdən ibarətdir. Əgər insanların ortalama hamiləlik müddəti 9 ay 10 gün deyil, 7 və ya 8 ay olsaydı, bu dəfə eyni yazıçı “insanın gərəksiz yerə erkən və dolayısilə vaxtından əvvəl doğulduğunu” iddia edəcək, “doğum daha gec olmalı idi” deyəcəkdi. Bu sözdə “xəta”nı da sözdə “təkamül müddəti”nə bağlayacaqdı. Eyni zehniyyətlə minlərlə “belə olsa daha yaxşı olardı” şərhi etmək mümkündür. Bir başqa təkamülçü “insanın 2 gözünə əlavə olaraq başının arxasında üçüncü bir gözü olsa daha yaxşı olardı” deyə bilər. Və ya bir başqası “insanın qanadları olsaydı uçardı, nə yaxşı olardı” deyə yaza bilər. Hər şeyin tam olduğunu düşündüklərində isə, bu dəfə də “təkamül müddəti burada qüsursuzluğa çatıb” deyəcəklər. Təkamülçülər üçün hər vəziyyətə uyğun bir “şərh” tapmaq mümkündür və bu da onsuz da təkamül nəzəriyyəsinin eynilə astrologiya (ulduz falı) kimi elmdən kənar, doqmatik inanc olduğunu göstərməkdədir.
Təkamülçülər əgər insanın mənşəyini inandıqları nəzəriyyəyə görə açıqlamaq istəyirlərsə, insanın mövcud orqanlarının, sistemlərinin, zehni qabiliyyətlərinin təbii seleksiya, mutasiya mexanizmi ilə necə meydana gəlmiş ola biləcəyini izah etməlidirlər. Belə bir izah olmadığı (çünki belə bir təkamül mümkün olmadığı) üçün, bu yazıda da görüldüyü kimi, xəyali ssenarilər çıxarmağı seçməkdədirlər.
İnsanın tüksüzlüyünü erkən doğuma uyğunlaşdırma yanılması
Yazıda insan oğlunun kürkünün olmaması yenə elmdən kənar ssenari ilə açıqlanmışdır. Bəzi meymunların erkən doğulduğunda tüksüz qaldığı izah edildikdən sonra, ilk tüksüz insanların da bu şəkildə ortaya çıxdığı irəli sürülmüşdür. Bu iddia bir çox istiqamətdən həqiqətdən kənardır. Əvvəlcə, erkən doğumun meymunlarda tüklərin çıxmasını maneə törətdiyi, həqiqətdən kənar iddiadır. Meymun ya da başqa hər hansı növə aid fərdlər erkən doğulsalar belə tükləri də daxil olmaq üzrə heç bir xüsusiyyətlərini itirməzlər. İnsan ya da meymun heç bir canlının genetik xüsusiyyətləri, erkən doğulsalar belə, dəyişikliyə məruz qalmaz.
Həm də əgər erkən doğumla dünyaya gələn meymunun tüksüz ola biləcəyini fərz etsək belə, bunun təkamülçülərə qazandırdığı heç bir şey yoxdur. Çünki erkən doğan bu fərd, qaçılmaz olaraq digərlərinə görə zəif və dolayısilə əlverişsiz olacaq və dolayısilə təbii seleksiya ilə çıxarılacaq. Digər yandan tüksüz olmanın da bir meymuna gətirəcəyi heç bir üstünlük yoxdur; əksinə təbiət şərtlərinə qarşı müdafiəsiz hala gələcək və yenə təbii seleksiya ilə çıxarılacaq.
Beyinin böyüklüyünü doğum problemi kimi göstərmə yanılması
CBT-dəki yazıda böyüyən beynin doğumu çətinləşdirdiyi də iddia edilmişdir. Obstetri (mamaçalıq elmi) sahəsindən əldə etdiyimiz məlumatlar, bu iddianın səhv olduğunu göstərməkdədir. Buradakı mövzu, kəllə diametri ilə omba sümüyünün iç diametri arasındakı uyğunluq və ya uyğunsuzluqdur. Ancaq burada başda da ifadə etdiyimiz kimi doğumu asanlaşdıran xüsusi dizayn vardır: körpədə kəllə sümükləri hələ qaynamadığı üçün bir-birləri üzərində sürüşmə hərəkəti edərlər. Beləcə körpənin başı doğum kanalının uzun şəklini alar. Bu uyğunluq, yumşaq bir toxuma olduğu üçün, beyin üçün problem yaratmaz. Lakin nadir olaraq da olsa, doğum müddəti davam etməyə bilər və körpə doğum kanalında sıxışa bilər. Problemin qaynağı, ya rəhm əzələlərinin səmərəsiz sıxılmaları, ya da çanağın keçidə imkan verməyəcək dərəcədə dar olmasıdır. Beyin həcmi ilə doğumun çətinləşməsi arasında isə heç bir əlaqə yoxdur.
Özünü çölə dartaraq doğulan körpə yanılması
Bu yazıda keçən başqa bir iddia isə, körpənin refleksləri haqqındadır. Xəyali meymunabənzər atalarımızdakı doğum əsnasında körpənin sahib olduğu moro və tutma refleksləri sayəsində öz doğumunu asanlaşdırdığı qarşıya qoyulmuşdur. Hətta Homo erectusun tüklü olduğu qarşıya qoyulmuş və körpənin anasının kürəyindəki tükləri tutub özünü çölə çəkdiyi iddia edilmişdir.
Körpənin doğulduğunda tutma, Moro (düşmə hissi ilə ortaya çıxan qucaqlama refleksi) kimi refleks əzələ hərəkətlərinə sahib olduğu bir gerçəkdir. Ancaq bilindiyi kimi doğum əsnasında əvvəl baş çıxar, sonra çiyinlər. Əllər də omba ilə birlikdə çıxar. Omba və əllər çıxdıqda isə onsuz da doğum bitmişdir. Bu səbəbdən, körpənin özünü əlləriylə çöldə bir yerlərə tutaraq çəkməsi mümkün deyil. Təkamülçü yazarın bu iddiası, tək üsulu olan “xəyal qurma”da belə, gerçəklərdən tamamilə uzaq olduğunu göstərməkdədir.
Homo erectusun soyu tükənmiş insan irqlərindən biri olduğu isə artıq təkamülçü paleontoloqlar arasında belə geniş şəkildə qəbul edilməyə başlanan bir gerçəkdir. Homo erectusun tüklü olduğunu göstərən hər hansı bir dəlil də yoxdur. Yazıçının, Homo erectus haqqında çəkilən xəyali meymunabənzər insan şəkillərinin təsirində qaldığı aydın olmaqdadır. Körpənin Homo erectus anasının “tüklərinə” yapışdığı iddiası isə, daha əvvəl də ifadə etdiyimiz kimi, tamamilə xəyal gücünə söykənən ssenari yazma nümunəsidir. 2 milyon il əvvəl yaşamış insanların doğumları əsnasında, körpələrin hara “yapışdığı” haqqında ssenari yazmağın, elm bir tərəfə, ən kiçik “məlumat”la əlaqəsi yoxdur.
Nəticə
Yalnız bir neçəsinə toxunduğumuz bu çürük iddiaların hamısı, təkamül nəzəriyyəsinə olan kor-koranə inancın ifadəsidir. Yazıçı insanların təkamül müddətinin məhsulu olduğu yanılmasını heç mübahisəsiz qəbul etdikdən sonra, bir sıra “fikir gimnastikaları” etmişlər. Halbuki, bunlar təkamül nəzəriyyəsinə görə belə tutarlı olmayan, ən fundamental məlumatlardan məhrum düşüncələrdir.
Yazıçının özünə, həyatın mənşəyi haqqındakı ön mühakimələrini sorğulamasını, “Cumhuriyet Bilim Teknik” jurnalına isə təkamül nəzəriyyəsini müdafiə etmək adına bu cür elmdən kənar yazılar nəşr etməkdən imtina etməsini tövsiyə edirik.