“Cumhuriyet Bilim Teknik” jurnalının 30 noyabr 2002-ci il tarixdəki nəşrində “İnsanın dəri rəngindəki fərqlərin sirri həll edildi” başlıqlı yazı nəşr olundu. İnsan dərisinin rənginin sözdə təkamülü haqqında bu yazıda yer alan yanılmalar aşağıda açıqlanmaqdadır.

 

İnsan dərisinin rəngindəki fərqlər təkamülün nəticəsi deyil

Bu yazıda, ilk insanların fərqli iqlimlərə köç etdikcə, dərilərinin rənginin bəzi faktorlara bağlı olaraq dəyişdiyi izah edilməkdə və bu dəyişiklik təkamülün bir parçası olaraq göstərilməkdədir. Halbuki, fərqli dəri rənglərinin meydana gəlməsi insan təkamülünün bir nəticəsi deyil. Fərqli insan rəngləri, insanların sahib olduğu genetik müxtəlifliyin bir nəticəsidir.

Müzakirə mövzusu yazıda, fərqli insan dərisi rənglərinin mənşəyi qısaca belə açıqlanmaqdadır: İlk insanlar fərqli bölgələrə köç etdiklərində, fərqli iqlimlər və yeməklərlə qarşılaşdılar. Bu yeni ətraf şərtləri isə, dəri rəngi ilə birləşdiyində insanın sağlamlığı üzərində fərqli təsirlər meydana gətirdi. Məsələn, daha soyuq iqlimlərə gedənlər arasında daha tünd rəng dəriyə sahib olanlar D vitamini əskikliyi yaşadılar; bu səbəblə raxitlik kimi xəstəliklərə sahib idilər. Bilindiyi kimi dəri, günəş işığından istifadə edərək D vitamini istehsal edər. Soyuq iqlimlərdə daha az günəş işığı olduğu və tünd rəng dərilər, günəş işığına daha çox müqavimətli olduqları üçün daha az D vitamini istehsal etdilər. Bunun nəticəsi olaraq isə, soyuq iqlimə köç edən insan birliyi içindəki tünd rəng dərilər zaman içində ələndilər, geriyə isə ağ dərililərdən ibarət olan topluluqlar qaldı.

Bunun tam əksi vəziyyət isə, daha isti bölgələrə köç edən topluluqlar arasında yaşandı. Daha isti bölgələrdə, daha tünd rəng dərilər daha asan yaşayacaqları və dəri xərçəngi kimi dəri xəstəliklərinə tutulma riskləri daha az olduğu üçün, burada yaşayan insan topluluqlarının içində, ağ bədənlilər zaman içində yavaş-yavaş çıxarıldı və geriyə tünd rəng bədənlilər qaldı.

 

Təkamülçülər bu müddəti nəzəriyyələrinin bir dəlili kimi göstərməyə çalışırlar, halbuki, yuxarıdakı şərhdə görüldüyü kimi, gerçəkdə ortada bir təkamül müddəti yoxdur. Onsuz da mövcud olan insan dərisinə aid xüsusiyyətlər, müəyyən yerlərdə daha basqın çıxmaqda və bir müddət sonra üstün vəziyyətə gəlməkdədir. Müəyyən bir bölgədəki müəyyən bir dəri rəngi, təkamül nəzəriyyəsinin nəzərdə tutduğu kimi mutasiyalar nəticəsində meydana gəlməməkdədir. Ortada sadədən mürəkkəbə doğru təkamül də yoxdur. Daha əvvəl olmayan genlərin təkamülü də mümkün deyil. Yalnız mövcud olan genetik növlərə ayırılmanın coğrafi dağılımı və coğrafi şərtlərə görə bəzi genetik variasiyaların basqın çıxması vəziyyəti vardır. Halbuki, təkamül ola bilməsi üçün, daha əvvəl olmayan genlərin mutasiyalar və təbii seleksiya nəticəsində ortaya çıxması, və orqanizmdə sadədən mürəkkəbə doğru bir inkişaf olmalıdır.

CBT jurnalı, təkamülçülərin klassik yanılmasını təkrar edərək, bir növ içindəki variasiyaları, təkamül kimi izah etmişdir.

 

Variasiyalar təkamül deyil

Variasiya, genetika elmində istifadə edilən termindir və “növlərə ayrılma” mənasını verir. Bu genetik hadisə, bir canlı növünün içindəki fərdlərin, ya da qrupların, bir-birlərindən fərqli xüsusiyyətlərə sahib olmasına səbəb olar. Variasiyaların qaynağı isə o növün içindəki fərdlərin sahib olduğu genetik məlumatdır. Bu fərdlərin aralarındakı uyğunluqlar nəticəsində bu genetik məlumat yeni nəsillərdə dəyişik kombinasiyalarda bir yerə gəlir. Ana və atanın xromosomları arasında genetik maddə alış-verişi olar. Beləcə genlər bir-biriylə qarışar. Bunun nəticəsində də bu fərdin fiziki xüsusiyyətlərində növlərə ayrılma meydana gəlməsidir.

İnsan irqləri və insanlar arasındakı bir-birindən fərqli fiziki xüsusiyyətlər də insan növünə aid “variasiyalar”dır. Yer üzündəki insanların hamısı təməldə eyni genetik məlumata sahibdirlər, amma bu genetik məlumatın icazə verdiyi variasiya potensialı sayəsində bəzisi açıq rəng, bəzisi tünd rəng dərilidir, bəzisi qıyıqgözlüdür, bəzisi qırmızı saçlıdır, bəzisinin burnu uzun, bəzisinin boyu qısadır. (Variasiyanın mənası və niyə təkamül nəzəriyyəsinə dəlil olmadığı mövzusunda detallı məlumat üçün baxın: http://www.harunyahya.org/evrim/hy_hayatin_gercek_kokeni/hk3.html)

 

Nəticə

Yuxarıdakı məlumatlarda da görüldüyü kimi, insanların dərilərinin fərqli rənglərdə olması, təkamül nəzəriyyəsi baxımından dəlil deyil. CBT jurnalı, hər zamanki üslubunu istifadə edərək, bəzi elmi tapıntıları təkamül nəzəriyyəsinin lehindəymiş kimi şərh etməkdə qorxu görməmişdir. CBT jurnalının, təkamülçü və materialist mühafizəkarlıqdan xilas olmuş, obyektiv elm xəbərləri verməyə başlayacağı günlərin çox yaxın olduğunu ümid edirik.