16 mart 2002-ci il tarixdəki “Cumhuriyet Bilim Teknik” jurnalında, “Ulduz partlamaları insan oğlunu necə təsir etdi?” başlıqlı yazı nəşr olundu. Yazıda, 2 milyon il əvvəl reallaşdığı fərz edilən iki supernovanın (böyük ulduzların partlayaraq yox olmaları) insanın sözdə təkamülü üzərində təsirləri olduğu qarşıya qoyulurdu. CBT jurnalı, bu iddiasıyla da insanın xəyali təkamülü üzərinə qurulmuş ssenarilərə bir yenisini daha əlavə etmiş oldu.
Haqqında danışılan yazıya vəsait olan mövzunun əsli isə budur: John Hopkins Universitetindən Dr. Narciso Benitez və “Space Telescope Science Institute” astronomlarından Dr. Jesus Maiz-Apellanizin araşdırmalarından əldə etdikləri nəticəyə görə, günümüzdən 2 milyon il əvvəl dünyaya çox yaxın meydana gələn böyük ulduz partlamalarının, dünyanın ozon təbəqəsini böyük ölçüdə korladığı, bunun isə quruda və dənizdə yaşayan bir çox canlının böyük ölçüdə yox olmasına səbəb olduğu təxmin edilməkdədir. (Nasa Media Alerts Archive, Ancient Supernova May Have Triggered Eco-Catastrophe, 8 yanvar 2002, http://eob.gsfc.nasa.gov/Newsroom/MediaAlerts/2002/200201086824.html)
Haqqında danışılan tapıntı NASA, elmi jurnallar və CNN kimi bir çox media quruluşu tərəfindən, 2 milyon il əvvəl dünyaya fəlakət gətirən bir partlama olaraq xəbər verilmişdi. Sözgəlişi NASA-nın və “National Geographic” jurnalının əlaqədar internet səhifələrindəki xəbərin başlığı belə idi:
“Qədim supernova ətraf fəlakətinə təsir etmiş ola bilər” (Ancient Supernova May Have Triggered Eco-Catastrophe). CNN-nin 11 mart 2002-ci ildəki internet səhifəsində isə eyni xəbər “Partlayan ulduz yer üzü fəlakətini odlamış ola bilər” (Exploding star may have sparked Earth disaster) başlığı ilə verildi. “New Scientist” jurnalının yanvar ayındakı sayında isə bu partlama üçün “supernova dəlilləri toplu nəsil tükənmələri ilə əlaqələndirildi” (Supernova “smokinq gun” linked to mass extinction) deyildi. “Space News” adlı jurnalın internet səhifəsində isə “Partlayan ulduz bir zamanlar yer üzündəki həyatı yox etdi” (exploding star Once Killed Earth Life) deyildi.
“Science News” jurnalı, USA Today kimi qəzetlərdə də eyni partlama bir zamanlar dünyadakı canlılığın böyük hissəsini yox edən fəlakət olaraq təlqin edildi.
Nə var ki, yalnız CBT jurnalı və jurnalın tez-tez istinad olaraq istifadə etdiyi və təkamülçü təbliğatları ilə diqqət çəkən “The Observer”, digər mətbuat nəşr orqanlarından və elmi nəşrlərdən fərqli olaraq, bu ulduz partlamasını insanın təkamülünü təmin edən inkişaf olaraq deməyi seçdi.
Şübhəsiz, CBT-dəki yazını diqqətlə oxuyanlar, mövzu haqqında çox məlumat sahibi olmasalar da, yazıdakı əhəmiyyətli ziddiyyəti fərqinə varmışlar. Bu ziddiyyət budur: Dünyanın ozon təbəqəsini əhəmiyyətli ölçüdə korlayaraq dəniz və quru canlılarının əhəmiyyətli ölçüdə yox olmalarına səbəb olduğu fərz edilən ulduz partlaması, CBT-də iştirak edən iddiaya görə, bir tərəfdən də xəyali ibtidai insanları təkamülləşdirərək günümüzdəki insanlarını meydana gətirmişdir. İlk baxışda da məntiqsizliyi açıqca görülən bu iddianın niyə elm və ağıldan kənar olduğunu daha detallı araşdıraq.
Ozon təbəqəsinin dəlinməsiylə meydana gələn mutasiyalar canlıları inkişaf etdirməz, onları xəstə edər və ya öldürər
Bu kəşfdən çıxardılan nəticəyə görə, dünyaya yaxın meydana gələn supernovalar, 2 milyon il əvvəl ozon təbəqəsini korlamış, bunun nəticəsində ağır radiasiyaya məruz qalan canlıların DNT-lərində hər cür mutasiya zərəri meydana gəlmiş və hətta bəzi canlı növləri toplu olaraq yox olmuşdur.
CBT jurnalında yer alan iddiaya görə isə, canlıları yox edən və ya müxtəlif zərərə uğradan bu mutasiyalar, günümüzdəki insanın meydana gəlməsinə səbəb olmuşdur. CBT-nin bu məntiqsiz iddiasının səbəbi darvinizmə kor-koranə olan bağlılığıdır.
Neo-Darvinist nəzəriyyəyə görə, mutasiyalar canlıların təkamülləşməsini təmin edən mexanizmdir. Ancaq bu günə qədər əldəki bütün əlaqədar məlumatlar, mutasiyaların bir canlını təkamülləşdirmə kimi bir təsirinin olmadığını (çünki genetik məlumatı inkişaf etdirmədiyini) göstərmişdir.
Mutasiya, bir canlının DNT-sindəki məlumatlarda meydana gələn dəyişikliklərdir. DNT, milyardlarla hərfdən meydana gələn məlumat bankıdır. Mutasiya isə, radiasiya kimi təsirlərlə bu məlumat bankındakı hərflərin hər hansı birində təsadüfi meydana gələn dəyişikliklərdir. Və bu günə qədər edilən araşdırmalar və təcrübələr göstərmişdir ki, bir canlının DNT-sində təsadüfi mutasiyalar nəticəsində yaranan dəyişikliklər, canlılara daim zərər verərlər və ya ən yaxşı ehtimalla təsirsizdirlər.
Təkamül nəzəriyyəsinin iddiasının qəbul edilə bilməsi üçün, mutasiyaların canlıların genetik məlumatını inkişaf etdirmələri, bu məlumata yeni məlumatlar əlavə etmələri lazımdır. Sözgəlişi bir sürünənin DNT-sinə isabət edən mutasiyalar, bu sürünənin DNT-sinə qanadla əlaqədar məlumatları əlavə etməli və beləcə bu sürünən qanadlanaraq uca bilməlidir.
Halbuki, daha əvvəl də ifadə edildiyi kimi bu günə qədər müşahidə edilmiş tək bir “genetik məlumat inkişaf etdirici”dir, faydalı mutasiya yoxdur. Mutasiyalar çox vaxt irsi xəstəliklərə, şikəstliklərə və ölümcül bioloji ziyanlara səbəb olarlar.
20-ci əsrdə ən çox elmi inkişaf göstərən elm növlərindən biri genetikadır. Canlılarda müşahidə edilən genetik xəstəliklərin inkişaf edən elm işığında araşdırılması nəticəsində, mutasiyaların heç də təkamül müdafiəçilərinin iddia etdikləri kimi təkamülə dəstək verəcək bioloji dəyişikliklər olmadıqları ortaya çıxmışdır. Xüsusilə tibbi genetika elminin irəliləməsi nəticəsində mutasiyalar nəticəsində meydana gəlmiş olan 4500-ə yaxın genetik xəstəlik təyin olunmuşdur.
Patoloq Dr. Demick, mutasiyaları əlində silahı olan kor insana bənzədər və bu mövzuda belə deyər:
“Qısaca, son araşdırmalar insan genomuna təsir edən on minlərlə fərqli mutasiya olduğunu ortaya çıxardı. Və daha bir çoxlarının təyin olunması ehtimalı var. Bu mutasiyaların, orqanizmdəki hər orqan və toxumaya təsir edən minlərlə xəstəliyin səbəbi olduğu aydın oldu. Bütün bu araşdırmalarda, genetik olaraq kodlaşdırılmış insan zülalının fəaliyyətini artıran tək bir mutasiya da tapılmamışdır. (Demick, D. A., fevral 1999. The Blind Gunman. Impact #308, Institute for Creation Research; http://www.icr.org/pubs/imp/imp-308.htm)
Berkeley Universitetindən hüceyrə bioloqu Dr. Jonathan Wells isə, mutasiyaların fərqli orqanizmlərin və bədən strukturlarının meydana gəlməsinə heç bir təsiri olmadığını belə açıqlayır:
“Ancaq DNT mutasiyalarının təkamül üçün lazım olan variasiyaları təmin edə biləcəyinə dair heç bir dəlil yoxdur… Darvinist təkamülə təsir edə biləcək variasiya növləri, sümük quruluşu və ya bədən planı kimi şeylər ehtiva etməkdədir. Makro təkamül səviyyəsində faydalı mutasiyalara heç bir dəlil yoxdur, ayrıca mikro təkamül olaraq bilinən səviyyədə də heç bir dəlil yoxdur.”
Dr. Wells, təkamülçülərin mutasiyaları təkamülə dəlil olaraq göstərərkən istifadə etdikləri məntiqsizliyi isə belə bir örnəklə açıqlamaqdadır:
“Mutasiyaların, genlər arasındakı fərqləri və buna görə orqanizmlər arasında fərqləri açıqladığı iddiası, əlkimyaçıların bir neo-darvinist variasiyasıdır. (əlkimya, xüsusilə orta çağlarda metalları qızıla çevirməyi araşdıran elm sahəsidir). (Neo-darvinistlərin və əlkimyaçıların iddiaları arasında)
Bir müqayisə aparaq:
1) Bilirik ki, mutasiyalar meydana gəlir və bunlar DNT silsilələlərini dəyişdirərlər; orqanizmlərin DNT silsilələri fərqlidir, elə isə orqanizmlər arasındakı fərqlər (nəticədə) mutasiyalara bağlı olmalıdır.
2) Bilirik ki, metalların xüsusiyyətlərini kimyəvi yollardan dəyişdirə bilərik; qurğuşun və qızılın fərqli xüsusiyyətləri vardır; bu səbəblə kimyəvi yollarla qurğuşunu qızıla çevirə bilməliyik.
Hər iki vəziyyətdə də, mexanizmlər bu faktların bunları edə bilməyəcəyini izah etmək üçün yalvarmaqdadırlar. Darvinistlər (əlkimyaçılar kimi) həqiqətin təbiətini səhv anladılar və vaqonlarını xəyali bir ata bağladılar.” (Wells, J. 1999. Pers. Comm. (Royal Truman,The Problem of Information for the Theory of Evolution, Has Dawkins really solved it?, http://www.trueorigin.org/dawkinfo.asp#53)
Yuxarıdakı bənzətməsində Dr. Wellsin açıqladığı kimi, təkamülçülər təkamülə doqma olaraq inanarlar. Onlara görə təkamül, heç bir dəlil olmasa da reallaşmışdır.
“Massachusetts Institute of Technology”də uzun illər müddət çalışan İsrailli biofizik Dr. Lee Spetner də, canlılardakı məlumatın haradan gəldiyi sualını verir və mutasiyaların canlıların genetik quruluşuna heç bir məlumat əlavə etməyəcəyini ifadə edər:
… Neo-Darvinistlərin təkamülün böyük zəfəri iddiaları və təkamül üçün lazım olan çox saydakı mərhələ göz qarşısında saxlanıldığında, biokosmosa (bioloji kainata) heç olmasa bir az məlumat əlavə edəcək çox sayda təsadüfi mutasiyaya ehtiyac vardır. Bu səbəblə molekulyar səviyyədə araşdırılan bütün mutasiyalar arasında bəzilərinin məlumat əlavə etdiyini tapmalıydıq.
Ancaq gerçək budur ki, tək bir ədəd belə (orqanizmə məlumat əlavə edən mutasiya) tapılmamışdır, (təkamülçü) Davkinsin (faydalı mutasiyalara) tək bir nümunə belə verə bilməməsinin səbəbi budur.” (Spetner, Lee, 1999. Fars. Comm.) (Royal Truman, The Problem of Information for the Theory of Evolution, Has Dawkins really solved it?, http://www.trueorigin.org/dawkinfo.asp#53 )
Görüldüyü kimi, elm adamları mutasiyaların canlıların genetik məlumatlarını inkişaf etdirici xüsusiyyətləri olmadığını, əksinə canlıları korladığını açıqlamaqdadırlar. Bu vəziyyətdə CBT jurnalının 2 milyon il əvvəlki mutasiyaları insanın ortaya çıxışının şərhi olaraq görməsi, əlbəttə, elmə zidd doqmadan başqa bir şey deyil.
Nəticə
Əslində CBT-dəki şərhlərin məntiqsizliyini anlamaq üçün elm adamlarının şərhlərinə də gərək yoxdur. Çünki ozon təbəqəsinin dəlinməsinin və ya canlıların çox radiasiyaya məruz qalması canlıları inkişaf etdirməyəcəyi, əksinə onlara zərər verəcəyi bu gün ibtidai məktəb uşaqlarının da bildiyi açıq gerçəkdir. Necə ki, Xiroşima, Naqasaki, Çernobil və ya Şərqi Türkistanda yaşananlar bunun açıq dəlilidir. Dünyanın bu bölgələri müxtəlif səbəblərlə sıx radiasiyaya məruz qaldıqlarında, buradakı insanlar və digər canlılarda heç bir təkamül və inkişaf görülməmişdir. Əksinə bir çox insan həyatını itirmiş, bir çoxu xərçəng kimi xəstəliklərə tutulmuş, hətta nəsillər boyu şikəst və xəstə doğumlar olmuşdur. İndiki vaxtda ozon təbəqəsində açılan kiçik bir yer də dünya ictimaiyyətində əhəmiyyətli bir yer tutmaqda, insanlar günəşdən gələn zərərli şüalara qarşı davamlı xəbərdar edilməkdədir. Heç kim bu günə qədər “ozon təbəqəsi dəlindiyinə görə insan növü təkamülləşəcək və inkişaf edəcək” iddiasını etməmişdir. Bu səbəbdən keçmişdə ozon təbəqəsinin dəlinməsinin, ağılsız, danışa bilməyən, düşünə bilməyən meymunları, ağıl sahibi, düşünən, elmi araşdırmalar edən, keçmişini araşdıran, texnologiyalar yaradan ağıllı insanlara çevirməsini iddia etmək, böyük yalandır.
CBT jurnalının yer verdiyi iddialar üzərində bir az daha düşünməsini, ağıl, məntiq və elmdən uzaqlaşmamasını diləyirik.