25 fevral 2002-ci il tarixdəki “Evrensel” qəzetində, “Bacardılar, amma nəyi?” başlıqlı yazı nəşr olundu. Bu yazı, 2 fevral 2002-ci il tarixdəki “The Guardian” qəzetində, Tim Radford imzası və “Following the Thread” başlığı ilə nəşr olunan məqalənin tərcüməsi idi. Burada, haqqında danışılan yazıda yer alan əhəmiyyətli yanılmaya izah gətiriləcək.
Gələcəkdə, insanları idarə edə bilən ağıllı robotlar yaradıla biləcəyi yanılması
Yazıda, Sir John Sulston adlı elm adamının fikirlərinə yer verilməkdədir. Sulston, bir gün süni zəkalı robotlar yaradılacağı, bu robotların insanlardan daha ağıllı olacaqları və hətta insanları idarə edə biləcəklərini söyləyir.
Kompüterlərin və ya robotların bir gün insanlar kimi düşünməyə, danışmağa, şüurlu davranışlar nümayiş etdirməyə başlayacaqları iddiası, xüsusilə, materialist elm adamlarının ən böyük xəyallarından biridir. Əgər ruhi xüsusiyyətləri olan şüurlu kompüter və ya robot düzəldilə bilsə, materializmin “şüurun, maddənin məhsulu olduğu” iddiasının sübut ediləcəyini ümid etməkdədirlər.
Ancaq, bu günə qədər edilən çalışma və araşdırmalar, heç bir maşının, metal və ya silikon parçalarının insan şüuruna sahib ola bilməyəcəklərini çox açıq olaraq göstərmişdir. Bir kompüter və ya bir robot, çox yaxşı proqramlaşdırma sayəsində çox müvəffəqiyyətli əməliyyatlar edə bilər, amma heç bir şəkildə “şüur” sahibi ola bilməz.
Bunun ən diqqətə çarpan nümunələrindən biri, “Deep Blue” adlı şahmat proqramıdır. Bu şahmat proqramı, keçdiyimiz illərdə, dünya şahmat çempionu Qarri Kasparovu məğlub etdikdə, materialistlər sevincə qapılaraq, düşünən kompüter xəyallarını daha da irəli aparmışlar. Ancaq, bu xəyallarının heç bir zaman reallaşmayacağını, şəxsən “Deep Blue” proqramını meydana gətirən mütəxəssislər ortaya qoymuşlar:
“İnkişaf etmiş robotların mexanizmlərini bilən dizaynerlər və mühəndislər, onların həqiqətən şüura sahib olduqlarını iddia edəcək son şəxslərdir. İçinə baxdığınızda robotlar nə qədər inkişaf etmiş olurlarsa olsunlar, mexaniki prinsiplərə görə hərəkət edən maşınlar olacaqlar. Bir bütün olaraq qiymətləndirildikləri kənardan baxıldığında, ağıllı olduqları təsiri meydana gələcək.”1
Elm filosofu Karl Popper, Nobel mükafatlı Sir John Eccles ilə birlikdə yazdığı kitabında bu mövzudakı düşüncələrini belə bildirər:
“Çox müzakirə edilən bir mövzu olan, “bir gün düşünə bilən bir maşın düzəldə bilərikmi” sualı ilə əlaqədar olaraq daha bir şey söyləmədim. “Kompüterlər düşünə bilərmi?” başlığı altında bu mövzu çox danışıldı… Tərəddüdsüz olaraq, söyləyə bilərəm ki, xeyr düşünə bilməzlər… şüurlu kompüterlər düzəldə bilməyəcəyimizi bildirirəm. İllər əvvəl də kompüter müzakirəsinin əvvəllərində yazdığım kimi, bir kompüter inkişaf etmiş bir qələmdir, ancaq o qədər.” 2
Bu sahədə edilən işlərin nəticəsində çox inkişaf etmiş robotlar, maşınlar və kompüterlər çıxarılacağı açıqdır. Beləcə, texnologiyada çox böyük və əhəmiyyətli inkişaflar təmin ediləcək, ev işlərindən fabriklərdəki istehsala qədər bir çox iş çox daha qısa müddətdə və praktik olaraq həll edilə biləcək. Ancaq, bu inkişafların nəticəsində heç bir zaman düşünən, ağladan, insanları idarə edə bilən, şüurlu maşınlar meydana gəlməyəcək. Bu cür iddialara daha əvvəl, yenə “Evrensel” qəzetində nəşr olunan bir xəbər səbəbiylə detallı olaraq cavab verildiyi üçün, burada daha çox yer verilməyəcək. (http://www.netcevap.org/”Evrensel”011112.html)
Təkamül nəzəriyyəsinin çöküşünü göstərən etiraf
“Evrensel” qəzetindəki eyni yazıda, Sulstonun bu sözlərinə yer verilməkdədir:
“(Süni zəkalı robotlar) Bizə nəzarət edəcəklər. Bəlkə də biz, onların eqoist genləri olacağıq. Amma o zamanda belə, bir hüceyrə düzəldə bilməyəcəyik. Bu iş bu qədər çətindir.”
Bilindiyi kimi, materialist və darvinist düşüncəyə sahib elm adamları, canlılığın, cansız maddələrin təsadüfü birləşmələri ilə meydana gəldiyini qarşıya qoymaqdadırlar. Günümüzdən 100 və ya 150 il qədər əvvəl, hüceyrəni sadə bir ləkə və ya içi jele dolu maddə zənn edən elm adamları üçün, belə məntiqsiz iddiaya inanmaq çox çətin olmamışdır. Canlılardakı qüsursuz quruluş və fövqəladə komplekslikdəki quruluş hələ kəşf edilmədiyi üçün, bir hüceyrənin bəzi atomların təsadüfən bir araya gəlməsiylə özbaşına meydana gələ biləcəyini sanmışlar. Ancaq, xüsusilə 20-ci əsrin ikinci yarısında meydana gələn inkişaflar, hüceyrənin təsadüfən meydana gələ bilməyəcək qədər kompleks quruluşa və təşkilata sahib olduğunu göstərmişdir. Təkamülçü və materialist elm adamlarının qalası mövqeyindəki “National Academy of Sciences” rəhbəri Bruce Alberts, “The Cell as a Collection of Protein Machines” adlı məqaləsində hüceyrənin bu yeni kəşf edilən xüsusiyyəti üçün aşağıdakı etirafında var:
“Biz hüceyrənin əhəmiyyətini çox təxmin edə bilməmişdik… Hüceyrə, bir fabrik olaraq qəbul edilə bilər. Bu fabrikdə, hər biri böyük zülal maşını dəstlərindən ibarət olan, bir-birinə keçmiş və diqqətlə hazırlanmış montaj xətləri şəbəkəsi vardır… Niyə hüceyrə funksiyasının təməlini meydana gətirən böyük zülal birləşmələrini zülal maşınları olaraq adlandırırıq? Çünki, eyni insanlar tərəfindən icad edilən və makroskopik dünya ilə təsirli şəkildə başa çıxa bilən maşınlar kimi, bu zülal qrupları bir-biriylə çox yaxşı əməkdaşlıq içində olan hərəkətli parçalara sahibdirlər.” 3
Elm adamlarının hüceyrənin kompleksliyi və ən irəli texnologiya ilə də bir hüceyrə çıxarıla bilməyəcəyi haqqındakı etirafları, təkamül nəzəriyyəsinin etibarsızlığını göstərən əhəmiyyətli göstəricidir. Çünki, texnologiya, insan ağılı, məlumatı və təcrübəsi ilə inşa edilə bilməyən hüceyrənin, şüursuz atomların, küləklərin, ildırımların təsiriylə təsadüfən meydana gəldiyini qarşıya qoymaq son dərəcə məntiqsizdir, ağıl və elmdən kənardır.
Bu gün, hüceyrənin laboratoriyalarda çıxarıla bilməyəcəyini görən elm adamları, artan sürətlə təkamül nəzəriyyəsinin nə qədər böyük çıxılmaz vəziyyət içində olduğunu və elmi etibarlılığı olmadığını anlamaqdadırlar. Təkamül nəzəriyyəsi, önümüzdəki 10 ili böyük ehtimalla çıxara bilməyəcək. Və elm dünyası, 19-cu əsrin köhnə ideologiyalarına görə üz çevirdiyi yaradılış gerçəyini yenidən kəşf edəcək.
1) Hans Moravec Robotics Institute Carnegie Mellon University, http://www.frc.ri.cmu.edu/~hpm/
2) The Self And Its Brain: An argument for Interactionism, Karl Popper and John C. Eccles, Routledge, reprint 2000, səh. 207-208
3) Bruce Alberts, ““The Cell as a Collection of Protein Machines: Preparing the Next Generation of Molecular Biologists,” Cell 92 (8 fevral 1998):291