10.04.2001-ci il tarixdəki “Hürriyet” qəzetindəki “İnsan monoqam deyil, ardıcıl monoqamdır” başlıqlı xəbərdə darvinist bir həkimin ağıl və elmdən kənar tezislərinə yer verilmişdir. Urologiya üzrə professor Ateş Kadıoğlu ilə edilən reportaj, insanın cinsi həyatını mövzu əldə etmiş, ancaq təkamülçü dünyagörüşü ilə, insanlar ilə heyvanların cinsi həyatları arasında bağ qurmağa yönəlik xəyali şərhlərdən başqa bir şey təqdim edə bilməmişdir. Bu həkimin elmi ədəbiyyatdan tamamilə uzaq üslubla ortaya atdığı iddialar, ciddilikdən çox uzaqdır.

Reportajda hakim olan fikir araşdırıldığında, qarşımıza fosilləşmiş Lamarkçı zehniyyətin müdafiə olunmasından başqa bir şey çıxmamaqdadır. 19-cu əsrdə yaşamış olan Lamarckın iddiası, ana ya da atanın həyatı boyunca qazandığı bir sıra xüsusiyyətləri uşaqlarına köçürəcəkləri şəklindədir. Ancaq Mendel varislik qanunlarını ortaya qoyaraq, bədənin irsi xüsusiyyətlərinin ətraf şərtlərindən təsirlənmədiyini, qazanılmış xüsusiyyətlərin nəsildən nəsilə keçməyəcəyini və dolayısilə növlərin genetik hovuzunun həmişə sabit qaldığını göstərmişdir. Lamarckın genetik qanunlarının bilinmədiyi bir dövrdə ortaya atdığı “canlılar ətraf şərtlərinə özlərini uyğunlaşdırır və bu dəyişikliyi sonrakı nəsillərə ötürərlər” şəklindəki xurafat, hər istiqamətiylə artıq tərk edilmişdir. Yüz il əvvəl çürüdülmüş iddianı hələ etibarlı zənn etməsi isə, Kadıoğlunun elmi ədəbiyyatı yüz il geridən izlədiyi mənasını verməkdədir.

 

Körpənin başının böyüklüyü, anasının və atasının anatomiyasını dəyişdirməz

Kadıoğlunun iddiaları ağıl süzgəcindən keçirildiyində tamamilə elmdən kənar fantaziyalardan ibarət olduğu dərhal aydın olmaqdadır. Məsələn, körpənin başı böyüdükcə, anasının doğum kanalının get-gedə daha böyüyəcəyini iddia etmək son dərəcə axmaqlıqdır. Əvvəlcə körpənin başı nə qədər böyük olursa olsun, omba sümüklərinin olduğu doğum kanalından asanlıqla keçmək üzrə hazırlanmışdır. Bu məqsədlə kəllə sümükləri yetkindəkinin əksinə, bir-birləriylə qaynamamış vəziyyətdədir. Bu dizayn sayəsində, kəlləni meydana gətirən sümüklər bir-birinin üzərinə sürüşərək kəllə həcminin ən aşağı ölçüyə çatmasına imkan tanıyarlar. Belə ki, körpə doğulanda, kəllə uzun doğum kanalının şəklinə malikdir.

Bu anatomik xüsusiyyətlərin zaman içində dəyişəcəyi fikri isə heç bir şəkildə elm ilə uyğun gəlməz. Çünki körpələrin başının get-gedə daha böyük olmasına səbəb olacaq bir faktor yoxdur. İnsanoğlunun bütün fiziki xüsusiyyətləri kimi, beyninin də hansı hüceyrələrdən necə meydana gələcəyi, beyin hüceyrələri arasındakı əlaqələrin necə olacağı, hansı orqanın beyində hansı hüceyrə qrupu tərəfindən nəzarət ediləcəyi insanın DNT-sində şifrələnmiş olaraq sabitdir. Nəsildən-nəsilə köçürülən DNT-nin, milyonlarla il keçsə belə, təsvir etdiyi xüsusiyyətlərdə bir dəyişiklik olmaz. Vəziyyət belə ikən, insanın başının “ehtiyac gərəyi” nəsildən-nəsilə böyüdüyünü iddia etmək 100 il əvvəl də qalmış Lamarkçı xurafatları təkrarlamaqdan başqa bir mənanı verməz. (Təkamül nəzəriyyəsi, DNT-nin mutasiyalarla təsirlənib dəyişdiyini müdafiə etməkdədir, amma mutasiyalar “ehtiyaclarla” bir əlaqəsi olmayan, təsadüfi dəyişikliklərdir. Bu səbəbdən Dr. Kadıoğlunun iddiaları, günümüzdəki təkamül nəzəriyyəsi baxımından da etibar edilməyəcək, Lamarkçı xurafatlardan ibarətdir.)

 

Orqanlar ehtiyaca görə şəkillənməz, dizaynları DNT-lərində sabitdir

“Hürriyet”in təkamül məsləhətçisi rolundakı Dr. Kadıoğlu, qadın cinsi orqanındakı bir quruluş dəyişikliyinin kişi cinsi orqanını irsi olaraq təsir edəcəyini iddia etmişdir ki, bu da elmdən kənar xurafatdan başqa bir şey deyil. İnsan anatomiyasında olmalı olan bir dəyişikliyin meydana gələ bilməsi üçün onu dəyişdirəcək dəyişiklik DNT-də olmalıdır. Ancaq bu təqdirdə nəsildən-nəsilə köçürülə bilən və qalıcı ola bilər. Yazıda iddia edilən ehtiyaca görə şəkillənmə iddiası isə heç bir məntiqli, elmi istiqaməti olmayan bir iddiadır. Qadının törəmə sistemindəki qalıcı dəyişiklik (bu dəyişikliyə səbəb olacaq bir mexanizm də olmaz) qarşı cinsin çoxalma sistemini əsla şəkilləndirə bilməz.

Yazıda keçən La Peyroni xəstəliyi yaşlılıqda cinsi orqanda zaman içində meydana gələn qalıcı sərtlikdir. Ancaq Kadıoğlunun bu xəstəliyi bəzi heyvanların cinsi orqanlarında olan sümük quruluşu ilə bir tutması maraqlı cəhalətdir. Sümük ilə toxuma sərtləşməsi arasında hüceyrə ölçüsündə çox böyük fərq vardır. Elastikliyin itməsi ilə yaranan sərt toxumanı, kalsium və astrocyte deyilən hüceyrələrin meydana gətirdiyi sümük toxuması ilə eyni saymaq, doktor ünvanına sahib biri baxımından, bağışlanılmaz səhvdir. Qaldı ki, insan bədənindəki xəstəliyi bir başqa heyvanın quruluşuna bənzədərək bir bənzərliyi təkamülün dəlili olaraq qarşıya qoymaq, orta əsrlər xurafatlarını xatırladan xəyaldan başqa bir şey deyil.

 

Cəmiyyətin sadə quruluşu olan “ailə” yenə materializmin hədəfidir

Dr. Kadıoğlunun insanları bir heyvan olaraq qiymətləndirən materialist dünya görüşü, sadə ailə quruluşunu heyvanlarla müqayisə etməklə nəticələnməkdədir. ABŞ-dakı artan boşanma nisbətini nümunə göstərərək, qorillaların fərqli dişilərlə cütləşməsi ilə əlaqələndirməkdə, beləcə ailə quruluşunun parçalanmasını “təbii” və haqlı müddət kimi göstərməyə çalışmaqdadır. Halbuki, Qərb dünyasındakı artan boşanma nisbətinin ictimai və əxlaqi degenerasiyanın bir nəticəsi olduğu çox açıqdır.

Dr. Kadıoğlunun ailə quruluşunun parçalanmasını haqlı göstərməyə yönəlik bu şərhləri, insanı bir heyvan növü olaraq qəbul edən materialist və darvinist dünya görüşünün təlqinləridir. İnsanın heyvan kimi davranmasını və başıboş heyvan kimi tez-tez yoldaş dəyişdirməsini, eyni Friedrich Engels kimi insanın “təbii davranışlarına özünü buraxması” deyə təyin edən Kadıoğlu, elm adı altında əslində materializm təbliğatı etməkdədir.

 

Hormonlardakı qüsursuz nizamı təkamüllə şərh etmə komediyası

Dr. Kadıoğlunun bir başqa axmaq iddiası isə insanın yumurtlama (ananın çoxalma orqanlarındakı yumurta yaranması) zamanını öz-özünə nizamlamış olduğu şəklindədir. Kadıoğluna görə, insan meşəlik açıq sahələrdə yaşayarkən və yalnız isti mövsümlərdə yumurtlayarkən, ani bir qərarla mağaralarda yaşamağa qərar vermişdir. Hər mövsüm isti olan mağaralarda yaşamağa başladıqdan sonra isə, artıq yumurtalıqlarından nizamlı olaraq hər ay yumurta buraxılmasını təmin etmişdir. Dr. Kadıoğlunun bu qeyri-mümkünü məqbul göstərmək üçün qarşıya qoyduğu səbəb isə “balaların, isti və yemək tapıla bilən mövsümlərdə doğulması” ehtiyacıdır.

Təkamülçülərin, canlılar hər nəyə ehtiyac duysa, bunu təsadüfən meydana gətirən sehrli “ana təbiət”in var olduğu şəklindəki batil inancı, burada bir dəfə daha ortaya çıxmaqdadır.

Halbuki, heç bir qadının yumurtalıqlarına hakim olması mümkün deyil. Bədəndə, yumurtalıqları xarici mühitə görə təşkil edən bir sistem də yoxdur. Kadıoğlu da çox yaxşı bilər ki, yumurtalıqlar, hipofiz vəzindən ifraz olunan hormonların idarəsində hər 28 gündə bir yumurta buraxarlar. Hormon adı verilən mesajçı zülal molekulları bu vəzdə xüsusi məqsədlə ifraz olunmaqdadırlar. Məqsəd, qadının yumurtalıqlarının işini idarə altında tutmaqdır. Bu bənzərsiz üstün ağıl məhsulu nizam, mövzudan xəbərsiz olan qadının idarəsində olmadığı kimi, tibbi müdaxilələrlə dəyişdirilməsi belə mümkün ola bilməməkdədir. Dərmanlarla edilən müdaxilələr ancaq yumurtlamanın bir müddət nizamsızlaşmasına səbəb olmaqdadır. Kadıoğlunun məntiqsiz olduğu qədər elmi gerçəklərə də tamamilə zidd olan bu iddiası, hər şeyi təkamüllə şərh etmə səyinin yenə divara çarpması ilə sonlanmışdır.

 

İnsan bədəni ağıl məhsulu dizayndır

Kadıoğlunun əsas fikri, insan oğlunun bir plan daxilində Allahın yaratmadığını, öz-özünə inkişaf etdiyi iddiasından ibarətdir. Halbuki, elmi gerçəkləri ağıllı şəkildə qiymətləndirən, Lamarkçı batil inanc və xurafatlardan uzaq olan bir insan, 100 trilyon hüceyrənin bir nizam içində bir araya gətirildiyi insan bədəninin, öz-özünə ortaya çıxa bilməyəcəyini dərhal fərqinə varar. Bir göydələnin usta bir memarı olduğunu qəbul edən insan, bir göydələndən, hətta bir şəhərdən daha çox kompleks olan öz bədəninin Yaradıcısını necə qəbul etməz?

 

Düşünən insan Uca Allaha iman edər

Elmi doğruya çatmada bir vasitə olaraq mənimsəyən insan, kompleks bir təşkilata sahib quruluşun əsla öz-özünə meydana gələ bilməyəcəyini anlayar. Bir orqanizmin öz-özünə meydana gəlməməsi, bizi onun hazırlandığı və yaradıldığı nəticəsinə aparar. Həqiqətən də hansı canlını araşdırsaq, qüsursuz dizayn məhsulu olduğunu görərik. Düşünən insanın etməli olduğu isə, hər şeyi yaradan uca Allahı əsərləriylə təqdir etmək və qüsursuz yaradılışı qarşısında Ona şükür etməkdədir…