Header

Tin surəsi, 1-8-ci ayələrin təfsiri

Aa4a

Tin surəsi, 1-8-ci ayələrin təfsiri

Adnan Oktar: 95-ci surə Tin surəsi. Şeytandan Allaha sığınaram. Rəhman və Rəhim olan Allahın adıyla. “And olsun əncirə və zeytuna!“ Əncirin və zeytunun bol olduğu bir yer. Ona işarə edilmiş olur. “And olsun Sina dağına! And olsun bu təhlükəsiz şəhərə! Biz insanı ən gözəl surətdə yaratdıq! Sonra isə onu aşağı qatların ən aşağısına çevirəcəyik”. Sina Dağı. Müsəlmanların Sina dağında da ibadət edə biləcəklərini, Sina dağının da müsəlmanların idarəsi altına keçəcəyi orada da bütün insanlığın, bütün insanların rahat, dinclik içində yaşayacaqlarına işarə etmiş olur. “And olsun bu təhlükəsiz şəhərə!” Demək ki, bir yerin etibarlı olması lazımdır. Müsəlmanların ən böyük ehtiyacı olan şey etibarlılıqdır.

Yoldaşının etibarlı olmasını istəyər, evinin etibarlı yerdə olması, məsələn səmt seçərkən belə etibarlı bir səmt istəyir. Təhlükəsizlik insan üçün çox həyati bir lüksdür. Böyük bir nemətdir. Hz. Mehdi (ə.s) dövründə bu olacaq. Bütün dünya bir diyar halına gələcək. Bax, deyir ki, ayədə “And olsun bu təhlükəsiz şəhərə!” Bütün dünya təhlükəsiz diyar halına gəlir, inşaAllah. “Biz insanı ən gözəl surətdə yaratdıq!” Görünüş olaraq, estetik olaraq qızıl nisbətlə və mükəmməl yaradılmışdır. Simmetrik və qızıl nisbətlə. “Sonra isə onu aşağı qatların ən aşağısına çevirəcəyik”. İçlərindən Dəccal çıxır və Hz. Mehdi (ə.s) da çıxar. Məsələn ən gözəl şəkildə olan nədir? Peyğəmbərlərdir, Mehdilərdir (ə.s) və Hz. Mehdi (ə.s)-dır. “Sonra isə onu aşağı qatların ən aşağısına çevirəcəyik”.

Aşağıların ən aşağısına çevrilənlər dəccallardır, Fironlardır, Nemrutlardır. Məsələn, Peyğəmbərimiz (s.ə.v) dünyanın ən gözəl insanı, ən mübarək insanıdır. Məsələn, dördüncü ayə Peyğəmbər Əfəndimiz (s.ə.v)-in o gözəlliyinə baxır. Birinci məna olaraq “biz insanı ən gözəl surətdə yaratdıq!” Və bütün Peyğəmbərlər, bütün vəlilər və gözəl insanlar, hamısı gözəldirlər. “Sonra isə onu aşağı qatların ən aşağısına çevirəcəyik”. Bütün dəccallar, Fironlar, Nemrutlar, Tiranlar, azğın tüğyan və dəlalətin hamısı olur, inşaAllah. “İman gətirib saleh işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat hazırlanmışdır”. İman etməli və səmimi hərəkətlər etməlidir. O zaman Allah, “tükənməz mükafat hazırlanmışdır” -deyir.

“Heç vaxt tükənməz” -deyir. Amma bax Allah səmimiyyətin üstündə dayanır. Son dərəcə səmimi olacağıq. “Mən səmimiyəm” -deyib səmimi olmayan insanlar olar. Səmimiyyət elə bir anda diaqnoz qoyub səmimiyyəti buraxmaq olamaz. Səmimi olmaq elə asan deyil. “Bundan sonra dini yalanlamağa səni nə məcbur edir?” Yalanlamağa nə məcbur edir? Darvinizm, materializm məcbur edir. Dəccal yalanlamağa məcbur edir. Quran ayəsində yeddinci ayədə ona diqqət yetirir, “bundan sonra dini yalanlamağa səni nə məcbur edir?” İnsanların normal bir üslubu heç bir şeyi yalanlamağa məcbur etməz.

Amma Dəccal dünyanın yüzdə doxsan doqquzuna dini yalanlamağa məcbur etmişdir. Darvinizm, materializm yalanlatmış və dəccal zühur etmişdir. 7-ci ayə ona baxır. “Məgər Allah hakimlərin hakimi deyilmi?” Deyilmi? Bütün hakimlərin hakimidir. İnşaAllah. “Məgər Allah hökm edənlərin hakimi deyilmi?” Hökm edən kimdir? Mehdi (ə.s) hökm edəcək, inşaAllah. Onun hakimi kimdir? Allahdır. Ona hakim olan kimdir? Onu istiqamətləndirən (Mehdi (ə.s)-ı istiqamətləndirən) kimdir? Allahdır. Burada ayə ona da baxır, bu mövzuya da belə. Ələq surəsi, dəccala baxar eyni zamanda, dəccaliyyətə və Mehdiyyətə baxır.

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313