“Bilim ve Teknik” jurnalı, aprel 2001-ci il sayında, “Scientific American” jurnalından tərcümə etdiyi bir məqalə nəşr etdi. “Uzun yaşamaq üçün təkamülləşmiş olsaydıq” başlıqlı məqalə, insan bədəninin necə daha yaxşı hazırlana biləcəyinə dair “tezislər” ehtiva edirdi.
Əslində bu tezislərin bir az diqqətli olduqda hər birinin, ayrı-ayrılıqda bir axmaqlıq olduğu dərhal başa düşülür. Məsələn belə tezisləri irəli sürən təkamülçülər, “insanın nəfəs borusunun ağzına açılması, bu boruya bəzən su getməsinə səbəb olur” deyə düşünmüşlər və guya daha yaxşı bir dizayn (quruluş) qarşıya qoymuşdur: “Nəfəs borusu ağıza deyil, daha yuxarıdakı buruna doğru açılmalı idi…” Ancaq bu dizaynın bir problemi vardır: “Əgər belə olsa, insan nə danışa bilər nə də, ağzı ilə nəfəs ala bilərdi!”
“Bilim ve Teknik”-in qaynağı olan “Scientific American” jurnalı, “bu dizayn bir az düzəliş (dəyişiklik) tələb edəcək, çünki ağızdan nəfəs almağa və danışmaq qabiliyyətinə maneə törədəcək” (the design would need refining, though, because it would disrupt breathing through the mouth and the ability to speak) deyərək bu axmaqlığı etiraf etmişdi əslində. “Bilim ve Teknik” jurnalının müxbiri isə, guya öz fikrinə görə diribaşlıq edib, “maneə törətmək” mənasını verən “disrupt” sözünü “təsir etmək” deyə tərcümə etmişdir və beləliklə ortadakı axmaqlığı bir az kamuflyaj etmək istəmişdi.
Ancaq yazıdakı axmaqlıqları heç cür gizləmək mümkün deyildi.
Yaşlanmaq, xüsusi yaradılmış bir prosesdir
“Bilim ve Teknik” jurnalındakı bəhs edilən məqalənin təməl məntiqi, yazıda keçən “təkamülün bizə qazandırdığı xüsusiyyətlərin uzun bir həyata əlverişli bir bədən təmin etməməsi” ifadəsindən aydın ola bilər. Yəni buradakı təkamülçü iddia, insan bədəninin çox uzun yaşamaq üçün bir dizayna sahib olmadığı və yenə yazıda keçən ifadə də “yaşlandıqca ortaya çıxan qüsurların” təkamülə bir dəlil gətirdiyi şəklindədir. Halbuki bu iddianın heç bir elmi və ağıllı təməli yoxdur. İnsan bədəninin yaşlandıqca qüsurlara və xəstəliklərə düçar olması, “Bilim ve Teknik”-in jurnalistlərinin güman etdiyi kimi, “təkamül lehinə, yaradılış əleyhinə” bir dəlil deyil. Çünki yaradılan bir bədən, yenə yaradılış məqsədinə uyğun olaraq, xüsusi ilə yaşlandıqca, qüsurlar və xəstəliklər əmələ gələr.
Necə ki, Qurana görə, insanın qüsurlarının əhəmiyyətli bir hikməti budur. Bir ayədə: “Allah sizin üçün şəriət hökmlərini yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır. (Nisa surəsi, 28)” -deyə buyrulur və insanın zəiflikləri xatırladılır. Bir başqa ayədə isə, insanın yaşlanmasının Allahın təyin etdiyi bir plana uyğun olduğu bildirilir:
Sizi Allah yaratmışdır. Sonra O sizi öldürəcəkdir. Sizlərdən bəziləri vaxtilə bildiyi şeyləri unutsun deyə ömrünün ən rəzil çağına çatdırılacaq. Həqiqətən, Allah Biləndir, hər şeyə Qadirdir. (Nəhl surəsi, 70)
Yaradılış, insanın heç xəstələnməyəcəyini, heç yaşlanmayacağını, qüsurlu olmayacağı bir bədənlə yaradıldığı mənasını vermir ki, yaşlılıq, xəstəlik və qüsurlar “təkamül lehində” bir dəlil olsun. Əksinə bunlar, xüsusi yaradılmış proseslərdir.
Təkamülçülər, təkamül nəzəriyyəsi lehində bir iddia irıli sürmək istəyirlərsə, canlıların təsadüfən yarandıqları iddiasına dəlil tapmalıdırlar. Məsələn insanın tənəffüs sisteminin, bəslənmə sisteminin, eşitmə sisteminin, sümük quruluşunun, oynaqlarının, ifrazetmə sisteminin “təkamül mexanizmləriylə (mutasiya ilə və təbii seleksiya ilə) necə əmələ gəldiyini izah etməlidirlər. Bunu isə əlbəttə edə bilmirlər, çünki bu orqan və sistemlər, “sadələşdirilə bilinməyən komplekslik” xüsusiyyətinə sahib olan quruluşlardır və təkamül mexanizmləri ilə mərhələ ilə inkişafları qeyri-mümkündür. Bu həqiqət, “əgər bir-birini izləyən çox sayda kiçik dəyişikliklə kompleks bir orqanın əmələ gəlməsinin qeyri-mümkün olduğu göstərilsə, nəzəriyyəm bütünlüklə məhv olacaq” deyən Darvinin, narahat olduğu kimi, təkamül nəzəriyyəsini təməlindən yıxmışdır. (Charles Darvin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 189)
Təkamülçülər isə, bu məğlubiyyəti gizləmək üçün təbliğat üsullarına bel bağlamışlar. “Bilim ve Teknik” jurnalının “Scientific American”dan nəql olunan uşaq kimi şəkillər, bu təbliğat üsullarının bir nümunəsidir. Şəkillərin hər birində, insan bədəninin bir qismi ələ alınmış və “bu şəkildə olsaydı daha yaxşı olardı” kimi, tamamilə fərziyyədən ibarət olan və cəhalət xaricində bir təməli olmayan iddialar irəli sürülmüşdü.
Hər biri ayrı-ayrılıqda bir axmaqlıq olan bu iddiaların biri, girişdə ifadə etdiyimiz “nəfəs borusunun buruna bağlanması” fikridir. Digərləri isə belə sıralana bilər:
Daha da qısa boy, yeni qabırğalar, daha qalın onurğalar, daha böyük əzələlər, yağlar və sümüklər.
“Bilim ve Teknik” jurnalındakı yazıda, bu şəkildəki bir insanın daha möhkəm olacağı bildirilmişdir. Halbuki bu quruluşdakı bir insanın deyil, hərəkət etməsi, yatağından qalxa bilməsi belə mümkün deyil. Olduqca kobud bir quruluşa sahib olan bu bədənin daha yaxşı bir dizayn olduğunu bildirmək, təəccüb doğuran bir məntiqsizliyin nümunəsidir.
Diz qapağı olmayan diz oynağı:
“Bilim ve Teknik” jurnalındakı təkamülçülərin bir başqa axmaqlığı, diz qapağının olmamağı və yeni diz oynağı dizaynıdır. “Geriyə doğru bükülə bilən düz quruluşu deyə ortaya atılan bu şəklin anatomiya cəhətdən ciddi yanaşılacaq heç bir tərəfi yoxdur. Çünki diz qapağı olmayan bir diz, funksional ola bilməz. Ayağın ön tərəfində olan əzələlərin yapışa biləcəyi yeganə yer olduğu üçün, hərəkətli bir sümük olan diz qapağının varlığı əsas şərtdir. Əks halda insanın yeriməyi, ayaqda dayanmağı hətta ayağını yataqdan aşağı endirə bilməyi belə mümkün ola bilməz. Bu fikir, yazını hazırlayan və nəşr edən təkamülçülərin tibbi cəhalətindən başqa heç bir məna daşımır.
Tor qişanın quruluşu
“Bilim ve Teknik” jurnalındakı məqalədə irəli sürülən bir başqa fikir isə, insan gözünün dizaynı ilə əlaqədardır. Yazıda, gözdəki neyronların birləşərək optik sinir halında, tor qişanı tərk etməsi pis bir dizayn kimi göstərilmiş, neyronların tor qişanın içindən, hər nöqtədə arxaya doğru keçirilməsinin isə, daha yaxşı olacağı iddia edilmişdir.
Bu izah da, yenə tam bir məlumatsızlıq və səthi düşüncə nümunəsidir.
Bunu anlamaq üçün tor qişanın quruluşunu yaxşı bilmək lazımdır. Tor qişada, işığı qəbul edib, elektrik siqnalına çevirən fotoreseptor hüceyrələr arxa tərəfə, yəni retinal epiteliyaya və koroidal qan otaqcıqlarına doğru baxarlar. Bu yerləşmə, görünüşü beyinə çatdıran sinirlərin, işıq ilə fotoreseptorlar arasında qalmasını tələb edir.
Təkamülçülər bir müddətdir ki, bu dizaynı gündəmə gətirir və səmərəsiz olduğunu bildirirlər. Halbuki bu iddiaların yeganə qaynağının elmi cəhalət olduğu üzə çıxmışdır. Bu mövzunu ilk dəfə gündəmə gətirən insan, dünyada darvinizmin və ateizmin bir nömrəli nümayəndəsi kimi tanınan ingilis zooloq Riçard Davkinsdir. Davkins, tor qişa hüceyrələrinin ön tərəfə, yəni işıq istiqamətinə doğru dönük olmasının daha xeyirli olacağını irəli sürmüşdür, gözün mövcud dizaynının səhv olduğunu iddia etmişdir və bunu yaradılışa qarşı bir dəlil kimi göstərmişdir. Halbuki gözün quruluşunun daha yaxından araşdırılması, Davkinsin iddiasının tamamilə yanlış və göz boyama olduğunu üzə çıxartmışdır. Gözdəki fotoreseptor hüceyrələrin işığa doğru deyil, arxadakı tor qişa təbəqəsinə dönük olmalarının səbəbi, bu hüceyrələrin çox oksigen ehtiyacının təmin edilməsi üçündür. İşığı həmişə kimyəvi enerjiyə çevirən bu hüceyrələr, insan bədənində ən çox oksigen sərf edən hüceyrələrdir. (Oksigen istehlakları ürək əzələlərindəki hüceyrələrin 3 qatıdır.) Bu yüksək oksigen ehtiyacını təmin etmək üçün, fotoreseptor hüceyrələrin dərhal arxasında çox sıx damar təbəqəsi var və bu təbəqə bu hüceyrələri bəsləyir (Oksigenlə qidalandırır). Araşdırmalar bu hüceyrələrin, Davkinsin iddia etdiyi kimi “işığa doğru” yönəlmələri vəziyyətində, oksigensiz qalacaqlarını və vəzifəsini yerinə yetirə bilməyəcəklərini aşkar etmişlər. (Michael J. Denton, “The Inverted Tor qişa: Maladaptation or Pre-adaptation?”, Origins & Design, 19:2; Corc Ayoub, “On the Design of the Vertebrate Retina” Origins & Design17:1)
“Bilim ve Teknik” jurnalındakı məqalədə, gözün dizaynı haqqında irəli sürülən iddia isə, Davkinsin çürümüş iddiasının yeni versiyasıdır. Bu dəfə də, təkamülçülər, hüceyrə sinirlərinin tor qişa təbəqəsini tək bir nöqtədən (kor nöqtədən) deyil, ayrı-ayrı tərk etmələrinin daha yaxşı bir dizayn olacağını iddia edirlər. Halbuki, bu da, olduqca yanlış fərziyyədir.
Əgər haqqında danışılan dizayn reallaşsa, bu təqdirdə fotoreseptorlarin arasından keçmək istəyən neyronlar, görmə qabiliyyətini tamamilə azaldacaq. Hər neyronun görmə qabiliyyəti azalacaq və nəticədə insanın görmə qabiliyyəti məhdudlaşacaq. İnsan gözünün mövcud dizaynında isə, sinirlər yalnız “tək bir nöqtədəki (kor nöqtədəki)” fikri əngəlləyir, bu, onsuz da, beyin tərəfindən təsvirin doldurulması yolu ilə bərpa olunur.
Bir sözlə, insan tor qişası bu cür dərindən araşdırılanda, mövcud dizaynının, ən ideal quruluş olduğu aydın olur. Təkamülçülərin, gözün mənşəyi haqqında heç bir şərh önə sürə bilməzkən, gözün dizaynını düşüncələrinə əsasən tənqid etmələri və bunu edərkən də, bu cür gülünc vəziyyətə düşmələri, təkamül nəzəriyyəsinin məğlubiyyətinin maraqlı ifadəsidir.
İfrazetmə sistemi: Ağılları donduran möhtəşəm dizayn
“Bilim ve Teknik” jurnalındakı məqalədə “yanlış dizayn nümunəsi” kimi göstərilən bir başqa orqan, ifrazat sisteminin ən əhəmiyyətli parçası sidik kisəsidir. İfrazat sistemi əslində bir dizayn möcüzəsidir. Böyrəkdən hər dəqiqə damla-damla ifraz olunan tullantı maye, bir rezervuar xüsusiyyətindəki kisəyə yığılır. Beləliklə vanna otağında yaşamaq məcburiyyətində qalmırıq, gündəlik fəaliyyətlərimizə ara vermədən davam edə bilirik. Sidik kisəsinin sahib olduğu əsnəyə bilən əzələdən divarları sayəsində, yalnız tutumu dolduğunda xəbərdar edilirik. Beləliklə “sfinkter” adı verilən əzələnin istənilən şəkildə ifrazat sidik kisəsi üçün kifayətdir. Bu dizaynın rahat olmağımız üçün yaradıldığı aydındır.
“Bilim ve Teknik” jurnalındakı “alternativ bədən” şəkillərində isə, ifrazat sistemimizə yeni əlavələr edilməmişdir, yalnız mövcud olan bağlar ya da əzələlər qalınlaşdırılmışdır. İfrazat sistemi elə mükəmməldir ki, təkamülçülər bu sistem haqqında irəli sürəcəkləri xəyali tənzimləmə belə tapa bilməmişlər.
Prostat vəzinin yerinin dəyişdirilməsi “fərziyyəsi” isə yenə məntiqsizdir. Bu vəzinin yeri fərqli olsaydı, funksiyaları mənfi istiqamətdə zəiflədəcəkdi. Prostat vəzinin ehtiva etdiyi milyonlarla ifrazat vəzisi hüceyrəsi, testesteron hormonu ilə birlikdə spermaların içində, üzə bilən əsas mayeni ifraz etdirmək və bütün sidik kanalının nəmləndirilməsindən məsuldur. Bu vəzifəsini isə çıxardığı ifrazatları sidik kanalının əhatəsində davamlı buraxaraq yerinə yetirər. Yumurtalıqlardan kanallarla ötürülən spermaları, uyğun mayelərlə birləşdirib dərhal sidik kanalına buraxması isə insan nəslinin davamı üçün zəruri funksiyadır. Bu səbəblə prostatın sidik kanalı ilə davamlı yaxın təmasda olması lazımdır.
Nəticə
Təkamülçülərin insan bədəninin dizaynı haqqında, son 100 ildir irəli sürdükləri iddialar sıralansa, qalın bir “elmi xurafatlar” kitabı əmələ gələrdi. Qarşıya qoyduqları iddiaların bir cəhalət məhsulu olduğu isə, hər dəfə üzə çıxmışdır. XX əsrin əvvəlində insan bədənindəki bir çox orqanı “işə yaramayan rudiment orqanlar” deyə tanıtdırmışdılar, halbuki bu orqanların əhəmiyyətli funksiyaları bir-bir kəşf edilmişdir. DNT-in böyük hissəsini “Junk DNT” (Tullantı DNT) elan etmişdilər, bu iddia da son genetik tapıntılarla təkzib edilmişdir. “Scientific American”-da nəşr olunan və “Bilim ve Teknik” müxbirlərinin böyük bir həvəslə tərcümə edib nəşr etdikləri məqalə isə, bu elmi xurafatlar zəncirinin yeni bir halqası olmuşdur. Məqalədə çəkilən xəyali insanın (şəkli), əgər həqiqətən vardırsa, nə kimi problemlərlə qarşılaşacağı və necə xəstəlik və qüsurlardan əziyyət çəkəcəyi məchuldur.
Bunu, bu axmaq nəzəriyyəni təqdim edənlər də bilir və onsuz da əhəmiyyətsiz hesab edirlər. Yeganə etdikləri şey, bir az xəyal gücü işlədib fantaziyalar uydurmaq olmuşdur. Məsələn, insan qulağının yerinə, “daha yaxşı eşitməyi təmin edən iti və böyük qulaqlar” xəyal etmişlər. Bir başqası da, “daha da yaxşı eşitməyi təmin edəcək fil qulaqları” xəyal edə bilər. Digəri də “uçmağımızı təmin edəcək qanadlar” irəli sürə bilər. Məqsəd, elm deyil, xəyal qurmaq olunca, irəli sürə bilməyəcəkləri nəzəriyyə yoxdur.
Ancaq diqqət yetirilsə, bütün bunlar təkamül nəzəriyyəsinin nə qədər böyük məğlubiyyət içində olduğunu bildirir. Heç bir təkamülçü, insan orqanlarının necə yarandığını izah etmək istəməmişdir. Yeganə etdikləri şey, təkamül adına xəyal qurmaqdır. Çünki onsuz da təkamülün özü bir xəyaldır.
Həqiqət isə yaradılışdır. Bütün canlılar və insanoğlu, “Yaradanların ən gözəli olan (Muminun surəsi, 14)” Uca Allah tərəfindən yaradılmışdır.