“Sabah” qəzetinin 31 avqust 1999-cu il tarixli sayında, “Seçimə darvin damğası” başlıqlı xəbər nəşr olundu. Xəbərdə, ABŞ-da aparılacaq Prezident seçkilərində, Demokrat Partiya və Mühafizəkar Partiya namizədlərinin, canlıların mənşəyi haqqında fərqli fikirlər müdafiə etdiyi bildirilirdi. “Sabah” qəzeti, bu xəbəri ilə, ABŞ-da davam edən aktual müzakirəni oxucularına təqdim görünüşü verdi.

 

Təkamül nəzəriyyəsini elmlə eyni sanma yanılması

“Sabah” qəzetinin xəbərində “elm adamları şokda” alt başlığı ilə, bu sətirlər yazılmışdı:

 

“Darvin müzakirəsinin rəflərdən yenidən endirilib alovlandırılması, elm adamlarını şoka saldı. Elm adamları XXI əsrə girərkən, Amerikanın gülünc vəziyyətə düşdüyünü ifadə edirlər. Kaliforniya Universitetinin genetik mütəxəssislərindən Francisco Ayala, “uşaqlarımıza elmi öyrədə bilməsək, elm və texnologiya üzərində qurulmuş bu dünyada maneələrlə qarşılaşarlar” şəklində danışdı.”

 

Bu sətirlərdə və “Sabah”ın xəbərində verilən çox səhv bir mesaj vardır: Təkamülün “elm adamları”, yəni bütün elm dünyası tərəfindən qəbul edildiyi mesajı vardır. “Sabah” qəzeti, “bir qisim mühafizəkarlar, yaradılışı müdafiə edir, elm adamları isə şoka düşmüş vəziyyətdə” deyərkən, təkamülün elmi bir həqiqət olduğunu və bir sözlə bütün elm adamları tərəfindən qəbul edildiyi imicini verirdi. Halbuki, bu açıq bir yalandır. Təkamülü müdafiə edənlər, bütün elm dünyasının deyil, bəzi elm adamlarıdır. Digər bəzi elm adamları isə yaradılışı, ya da təməldə eyni mənanı verən “şüurlu dizayn” (intelligent design) şərhini müdafiə edir. Yəni təkamül və yaradılış haqqındakı müzakirə, “mühafizəkarlar” ilə “elm adamları” arasında deyil, elm dünyasının öz içindədir. Həm də, son 20-30 ildir, bu müzakirədə konkret dəlillər gətirən, qarşı tərəfin iddialarını təkzib edən tərəf, yaradılışı müdafiə edən tərəfdir.

“Sabah” qəzetinin xəbərində, özündən nəql edilən Francisco Ayala, onsuz da təkamül nəzəriyyəsinin ən qatı müdafiəçilərindən biridir. Amma, çox təəssüf ki, “Sabah”ın xəbərində Ayalanın fikri bütün elm dünyasının ortaq qənaətinin ifadəsi kimi əks etdirilmişdir. Əgər yalnız təkamülçülərin fikirlərini götürmək yerinə, Michael J. Behe, Philip Johnson, Michael Denton, Deyən Kenyon, Charles Taxton, Siegfried Scherer kimi dünyada tanınmış və təkamül nəzəriyyəsinə qarşı çıxan elm adamlarından da müsahibə alınsaydı, ortaya daha fərqli tablo çıxacaqdı.

 

Təbii seleksiyanin yeni növlər əmələ gətirdiyini sanma yanılması

“Sabah” qəzetinin xəbərində, eyni zamanda darvinizmin nəzəri iddialarından da danışılır və xüsusi ilə təbii seleksiya vurğulanırdı. “Sabah” qəzetinin bu haqda şərhi belə idi:

 

“Darvinin təkamül nəzəriyyəsini dəstəkləyən ən əhəmiyyətli kəşfi, təbii seleksiya idi. Yəni təbiət, bir növ içərisindəki fərdlərdən dayanıqlı, güclü və törəməyə əlverişli olanların yaşamasına icazə verir, digərlərini isə ölümə tərk edirdi. Dəyişik heyvan növləri həmişə belə yaranmışdır.”

 

Bu sətirlərdə ifadə edilən fikir “təbii seleksiya yeni növlər əmələ gətirər” iddiasındadır. Ancaq bu iddia, heç vaxt elmi tədqiqatçılar tərəfindən təsdiqlənməmişdir. Bu həqiqəti, bu gün, təkamül nəzəriyyəsini müdafiə edən bir çox elm adamı da etiraf edir.

Əvvəl təbii seleksiyanın niyə yeni növ əmələ gətirə bilməyəcəyini məntiqini qiymətləndirək. Təbii seleksiya, “Sabah” qəzetinin xəbərində də yazıldığı kimi, güclü və olduğu təbii şərtlərə uyğun olan canlıların həyatda qalması deməkdir. Məsələn, şirlər tərəfindən təhdid edilən bir zebra sürüsündə, daha sürətli qaça bilən zebralar həyatda qalacaq. Amma sürətli qaçan zebraların həyatda qalmağı, bu zebraların bir müddət sonra bir başqa növə çevriləcəkləri, məsələn ata çevriləcəkləri mənasını verməz. Təbii seleksiya, yalnız bir canlı növündə şikəst, zəif ya da ətraf şərtlərə uyğun gəlməyən fərdləri ayırd edər. Yeni canlı növləri, yeni genetik məlumat ya da yeni orqanlar yarada bilməz.

Dövrümüzün məşhur təkamülçülərindən Harvard Universiteti paleontoloqu Stephen Jay Gould, təbii seleksiyanın bu maneələri belə bildirir:

 

“Darvinizmi, tək bir cümlə ilə ifadə etmək olar. Təbii seleksiya təkamüllə baş verən dəyişikliklərin yaradıcı gücüdür. Heç kim təbii seleksiyanın uyğun olmayanı seçməsindəki mənfi rolunu inkar etməz. Ancaq darvinist nəzəriyyə, uyğun olanı yaratmağını da istəyir.” (Stephen Jay Gould, “The Return of Hopeful Monsters”, Natural History, cild 86, iyul-avqust 1977, səh. 28) 

 

Necə ki, təbii seleksiyanın canlıları təkamülləşdirdiyinə dair heç bir müşahidə edilmiş dəlil yoxdur. Məşhur bir təkamülçü, İngilis paleontoloq Colin Patterson, bu həqiqəti belə etiraf edir:

 

“Heç kim təbii seleksiya mexanizmləri ilə yeni bir növ yarada bilməmişdir. Heç kim belə bir şeyə yaxınlaşa belə bilməmişdir. Bu gün, neodarvinizmin ən çox müzakirə edilən mövzusu da budur. (Colin Patterson, “Cladistics”, Brian Leek ilə Reportaj, Peter Franz, 4 mart 1982, BBC)”

 

Bu səbəbdən “Sabah” qəzetinin xəbərində yazılan “müxtəlif heyvan növləri həmişə belə (təbii seleksiya ilə) əmələ gəlmişdi” cümləsi də həqiqətlərə zidddir.

 

Darvinizmin fosillər tərəfindən təsdiqləndiyini sanma yanılması

“Sabah” qəzetinin xəbərində dilə gətirilən bir başqa iddia isə, aşağıdakı cümlədə ifadə edildi:

 

“Darvinin nəzəriyyəsi, insanın da meymundan gəldiyi fikirləri ortaya atır və bunu fosil qeydləri ilə təsdiqləyirdi.”

  

Bu iddianın həqiqətlərə zidd olduğunu görmək üçün, çox sadə bir araşdırma da kifayətdir. Əvvəlcə təkamül nəzəriyyəsinin Darvinin dövründə qalıqlar (fosillər) yolu ilə sübut edildiyini fikirləşmək gülüncdür, çünki Darvinin özü bunun əksini qəbul etmişdir. “Növlərin mənşəyi” adlı kitabında, “qalıqlar (fosillər) problemi”nə xüsusi bir hissə ayırmışdır, “Nəzəriyyənin Problemləri” (Difficulties on Theory) adlı hissədə isə, bu etirafı etmişdir:

 

“Əgər həqiqətən növlər, digər növlərdən yavaş inkişaflarla törəmişdirsə, niyə saysız ara-keçid formasına (qalıqlarına) rast gəlmirik? Niyə bütün təbiət bir qarışıqlıq halında deyil, bütünlüklə təyin olunmuş və yerli yerindədir? Saysız ara-keçid forması (qalıqlar, fosillər) olmalı, lakin nə üçün yer üzünün sayıla bilməyəcək qədər çox yerində basdırılmış olaraq tapa bilmirik…? Nə üçün hər geoloji quruluş və hər təbəqə, belə əlaqələrlə dolu deyil? Geologiya yaxşı dərəcələndirilmiş bir proses ortaya çıxartmır və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq. (Charles Darvin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 172, 280)”

 

 Darvinin “nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz” dediyi qalıq qeydləri, o dövrdən indiyə kimi gələrək, daha da böyük bir problem yaratmışdır. Bir başqa təkamülçü paleontoloq Mark Czarnecki belə şərh edir:

 

“Nəzəriyyəni (təkamülü) sübut etməyə ən böyük maneə törədən, həmişə qalıq (fosil) qeydləri olmuşdur… Bu qeydlər heç vaxt Darvinin fərz etdiyi ara formaların izlərini üzə çıxartmamışdır. Növlər birdən əmələ gələrlər və yenə birdən yox olarlar. Bu gözlənilməz vəziyyət, növlərin Allah tərəfindən yaradıldığını müdafiə edən yaradılışçı arqumenti dəstəkləmişdir. (Mark Czarnecki, “The Revival of the Creationist Crusade”, MacLean”s, 19 yanvar 1981, səh. 56)”

 

Qalıq qeydlərinin təkamülə qarşı yaratdığı problem (maneə), “insanın təkamülü” iddiası üçün də etibarlıdır. Təkamülçülər müxtəlif meymun növləri ilə, insan irqlərinin kəllələri ard-arda düzərək ziddiyyətli “soy ağacları” meydana gətirərlər. Ancaq, bu “soy ağacları” yalnız fərziyyələrə əsaslanır və təkamülə dəqiq bir dəlil gətirmir. Təkamül nəzəriyyəsinin XX əsrdəki ən əhəmiyyətli müdafiəçilərindən biri olan Ernst Mayr, “Homo sapiens”ə (günümüz insanına) uzanan zəncir həqiqətdə mövcud deyil” deyərək bu həqiqəti qəbul edir. (Scientific American, dekabr 1992)

Paleoantropologiyai haqqındakı əhəmiyyətli bir kitabın yazıçısı olan William Fix isə, bu şərhi verir:

 

“İnsanın mənşəyi haqqında heç bir şübhə etməməli olduğunu deyən saysız elm adamları vardır, ancaq yeganə əskiklikləri bir dəlillərinin olmamağıdır… “ (William R Fix,. The Bone Peddlers, Macmillan Publishing Company: New York, 1984, səh.150-153)”

 

“Sabah” qəzeti də, həmişə təkamüldən şübhə edilməməli olduğuna aid təlqinləri var. Amma yeganə çatışmamazlığı, heç bir dəlilinin olmamasıdır.

“Sabah” qəzetinə tövsiyəmiz, necə yarandıqları kimi çox əhəmiyyətli bir sualı, bir az da, ön mühakiməsiz, obyektiv və elmi nöqteyi-nəzəri ilə qiymətləndirsinlər.