“Cumhuriyet Bilim Teknik” jurnalının 23 iyul 2005-ci il tarixli sayında İ. Ü. təhsil işçisi və TÜBA-nın (Türkiyə Elm Akademiyası) əsl üzvü Güven Arsebükün bir məqaləsi nəşr olundu. Arsebük, “İNSAN VƏ ALƏT ƏLAQƏLƏRİ: İnsanı digər canlılardan ayıran təməl xüsusiyyət nədir?” başlıqlı məqaləsində, insanın, gələcəyi planlayaraq alət hazırlaya bilməsi ilə (planlama üsulu ilə), digər canlılardan ayrıldığı və bu qabiliyyətinin təkamül prosesində yarandığını iddia edirdi. Arsebük, bu mövzuda heç bir elmi dəlilə söykənməyən klassik təkamülçü hekayəni təkrarlayır və bunları yazırdı:

 

“Məhz insan, daşı daşa vuraraq əmələ gətirdiyi bu yeni məhsulları, bədənini gücləndirmək üçün bir vasitə kimi istifadə edir (eynilə ətrafında yaşayan digər bəzi ətyeyənlərin, bədənlərinin bir parçası olan pəncə və dişləri ilə etdiyi işləri) fərqli bir şəkildə reallaşdıra biləcəyini, yəni qarnını doydurmaq məqsədi ilə, ət əldə etmək üçün tüklü heyvan dərilərini parçalaya biləcəyini, ətləri bölə biləcəyini və hətta sərt sümükləri qırmaqla qida dəyəri yüksək olan iliyə də çata bildiyini görmüşdür”.

 

Hörmətli Arsebükün bu sətirlərdə irəli sürdüyü iddia yalnız öz təkamülçü ön mühakimələrdən qaynaqlanır. Meymunabənzər bir canlının açıq ərazidə gəzərkən, daşı daşa vuraraq alət edib kəşf etmə hekayəsi, elm yolu ilə təcrübə aparıla biləcək fərziyyə deyil. İnsanın meymunabənzər ataları, yalnız təkamülçülərin xəyallarında yaşayır və bu xəyali meymunun yerdən götürdüyü daşları bir-birinə vura bilməsi də eyni dərəcədə xəyalidir.

Alət düzəltmək qabiliyyəti tamamilə qavrayış faktorlara əsaslanan bir qabiliyyətdir, yəni zehin gücü ilə əlaqədardır. Halbuki milyonlarla il əvvəl yaşadığı fərz edilən bu canlının, qavrayış qabiliyyətlərini və ya davranışlarını hal-hazırda sübut edə bilməsi mümkündür. Təkamülçülərin buna dair iddiaları tamamilə xəyal gücünə əsaslanan və bir o qədər də, bilavasitə fərziyyələrdən ibarətdir. Bəzi daşdan alətlərlə birlikdə tapdıqları canlı qalıqları arasından xüsusi ilə meymunlara rol biçir, təkamül ehkamına görə, bu canlıların bu alətləri düzəldə bilməsinin lazım olduğunu qəbul edirlər. Buna görə, bu, tamamilə bir xəyal gücü məsələsidir. Təkamülçülər, daşdan bir alətin yanında olan sümük qalıqlarına baxar və kor-koranə inandıqları təkamül nağılı üçün ssenari hazırlamağa başlayarlar.

Sümüklərin meymun və insan xüsusiyyətləri göstərən spesifik səslər çıxararaq bir-birləri ilə ünsiyyət quran canlılara aid olduğunu xəyal edər, gözlərində onları bu daşdan alətləri düzəldərək canlandırarlar. Sonra da, insanın guya meymunabənzər atalarının bu alətləri necə düzəltdiyi hekayəsini “elm” kimi izah edərlər. Halbuki, bunlar heç bir şəkildə elmi deyil və heç bir dəqiq dəlil olmadan edilən fərziyyələrdən ibarətdir. Harvard Universitetindən təkamülçü antropoloq William Howells, bu haqda belə etiraf etmişdir:

 

“Təkamül nəzəriyyəsi bədənlə əlaqədar deyil, amma davranışla əlaqədar başqa suallar da gündəmə gətirir. Bunlar fəlsəfə ilə əlaqədardır, həqiqətləri tapmaq daha da çətindir. Davranış, kəllə kimi fosilləşməz (daş qalığına çevrilməz) və ya daşdan alətlər kimi dövrümüzə kimi gəlib çatmaz və bu vəziyyətdə, biz, qədim dövrlərdə nələr baş verdiyinə dair çox az məlumata sahibik, fərziyyələrin yoxlanılması isə qeyri-mümkündür.” 1

 

Bu fərziyyələrin yoxlanılması qeyri-mümkündür, amma hər təkamülçü buna heç şübhə göstərmədən kor-koranə inanar. Hörmətli Arsebük də eyni şəkildə bir inanc bəslədiyini şəxsən öz yazdıqları ilə üzə çıxmışdır. Yuxarıdakı sətirlərdə bir meymunabənzər canlının daşı daşa vuraraq alət düzəltməyi “kəşf etdiyi” inancını irəli sürən Arsebük, yazısının sonrakı hissələrində buna dair sübutlar əldə etmək istəyən təkamülçülər tərəfindən təşkil edilən bütün təcrübələrin müvəffəqiyyətsiz olduğunu şəxsən özü etiraf edir. Arsebük bu haqda aşağıdakıları yazır:

 

“ABŞ”-da laboratoriya mühitində bir şimpanzeni öyrədərək ona çaxmaq daşından ən primitiv növdən alətlər düzəltmə işlərinin müvəffəqiyyətsiz olduğu artıq bilinən bir həqiqətdir.”

 

Burada diqqət yetirilməli olan əhəmiyyətli bir nöqtə budur:

Təkamülçülər, bu təcrübədə, “təbii” mühitdə kəşf edildiyi bildirildiyi bir qabiliyyəti, laboratoriyanın nəzarət altında də kəşf etməyə çalışır. Təkamülçülərin hekayəsində açıq ərazidə gəzişən meymunabənzər canlı tamami ilə öz başınadır və təkamülçülər bu kəşfin təsadüfən olduğunu bildirir. Bu səbəbdən bu xəyali canlının ərazidə gəzişərkən bir alət tapmaq, beləliklə işlərini daha praktik yollarla həll etmək kimi bir məqsədi yoxdur. Heç bir məqsəd, plan və şüurlu cəhd olmadan reallaşdığı irəli sürülən bu kəşfi, laboratoriyada, sübut etmək üçün səyləri isə xüsusi olaraq planlanmış, şüurlu yönə əsaslanır.

Təkamülçü laboratoriya tədqiqatçıları, daşları xüsusi olaraq seçir, şimpanzenin bunlarla təsirlənməsi üçün xüsusi mühit yaradır, müxtəlif yollardan şimpanzeni istiqamətləndirirlər (Məsələn, alət istehsalında addımla əmələ gətirə biləcək davranışları mükafatlandırır, düzəldə bilməyənləri isə cəzalandırırlar). Beləliklə şimpanzeyə, təbii mühitdə, heç bir şəkildə tapılmayan, onu sistemli olaraq müşahidə edən və istiqamətləndirən bir kömək əli uzatmışlar.

Aldığı bütün bu köməklərə baxmayaraq, müvəffəqiyyətsiz olan şimpanze isə, təkamülçülərə sanki hekayələrinin səhv olduğunu izah etmək istəmişdir. Nə var ki, təkamülçülər təkamül nəzəriyyəsi əleyhinə bütün elmi dəlillərə qarşı sıx bir şüur bağlılığı göstərir, materializmə olan bağlılıqları səbəbi ilə, xəyali meymun adamın xəyali hekayəsinə inanmağı davam etdirirlər.

 

Nəticə:

Hörmətli Arsebükün yazdıqları, təkamül nəzəriyyəsi ilə əlaqədar təəccüblü həqiqəti bir dəfə də ortaya qoyur. Bu nəzəriyyə, heç bir şəkildə elmi deyil. Ən tanınmış təkamülçülərin, nəzəriyyəni müdafiə etmək üçün, bu xəyali hekayələrə sarılmaq məcburiyyətində qalmağı, nəzəriyyənin elmi olaraq içinə düşdüyü çıxılmaz vəziyyətin bir göstəricisidir. CBT jurnalını, bir neçə elmi terminlə bəzənərək kor-koranə inandıqları “hekayəni”, cəmiyyətə elmi qəliblə mənimsətməyə, işlərini sona çatdırmağa dəvət edirik.

 

Qeydlər

1) Hörmətli Arsebük, bəhs olunan yazısında insanla primatlar (meymun) arasındakı bənzərlikləri xatırladır, bunların təkamüllə əlaqəsinin dəlili olduğunu bildirir. Ancaq bu tamamilə ön mühakiməyə görə müdafiə olunan və heç bir qalıq (fosil) dəlili tapılmayan bir iddiadır. Təkamülçülərin bu yanılmasına cavabımızı buradan oxuya bilərsiniz.

 

2) Həm də, insan ağılının təkamüllə açıqlana bilməməsi haqqında yazımızı buradan və alət istehsalı ilə əlaqədar darvinist nağılın niyə elmdən uzaq olduğunu, təkamülçülərin etirafları ilə əlaqədar yazımızı buradan oxuya bilərsiniz.

 

 

1) William Howells, “Getting Here: The Story of Human Evolution”, Compass Press, Vaşinqton, DC.,1993, səh. 229