“Sabah” qəzetinin 13 may 2004-cü il tarixli sayında “Cazibədar kişinin təkamülü nağılı” başlıqlı xəbər nəşr olundu. Xəbərdə Almaniyanın Senckenberg İnstitutundan Dr. Eleanor Westonun, cazibədar kişilər haqqındakı təkamül iddialarına yer verilirdi. Weston, diqqətə çarpan çənə quruluşu və iti üz xətlərinə sahib olan kişilərinin üz quruluşunun, qadınların xəyali təkamül prosesində dəyişən seçimlərinə bağlı olaraq əmələ gəldiyi bildirdi. Westonun iddiasına görə qadınlar qədim dövrlərdə sakit, geniş üzlü və balaca kişilərə üstünlük vermiş və kiçik dişli olanları istəmişlər. Daha sonra bəyənmə və seçimləri dəyişən qadınlar, kişilərin görünüşündə dəyişmələrə gətirib çıxartmış və günümüzün cazibədar kişi modeli ortaya çıxmışdı.1
Ancaq Westonun çalışması təkamül nəzəriyyəsinə heç bir dəlil gətirmir. Westonun çalışmasında istifadə etdiyi üsula baxanda bu iddianın yalnız ön fikirlərə görə yaradılmış bir ssenaridən ibarət olduğu ortaya çıxır.
Təkamülü ən başdan bir ehkam kimi mənimsəyən Weston, İngiltərənin Cambridge Universitetinin tədqiqatçıları ilə birlikdə şimpanze, qorilla və digər primatlarda (bütün meymun növləri) üz xüsusiyyətlərini forma və ölçülərini araşdırmış, insan ilə digər primatların üz anatomiyası arasında görülən fərqləri üzə çıxarmışdır. Weston, sonra bu fərqləri təkamül nəzəriyyəsinin iddialarına görə şərh edərək, yəni insan və digər primatların ortaq atadan təkamüllə yarandıqlarını fərz edərək, fərqləri bir təkamül nağılı uyduraraq açıqlamışdır. Bu hekayədə kişi insanların, primat atalardan qadınların yaraşıqlı kişilər üzərindəki seçimləri ilə təkamülləşdiyi iddiası, tamamilə xəyal gücünə əsaslanır. Necə ki, Westonun əlindəki məlumatlar insan və digər primatların üz anatomiyasındakı fərqlərdir. “Sabah” qəzeti xəbərindəki iddia isə, bu fərqlərin üzərinə təkamülçü ön mühakimələri qurulan bir hekayədən ibarətdir. Əslində Westonun əldə etdiyi məlumatların, yəni insan ilə digər primatların üz anatomiyası arasındakı fərqlərin təkamülə dəlili gətirmədiyi aydındır. Məsələn bir traktorla bir avtomobil arasında fərqlər vardır, ancaq bunlar traktorun və ya avtomobilin təkamüllə ortaya çıxdığını göstərməz. Əgər bir mühəndis bunlarla əlaqədar bir təkamül hekayəsi izah etsə də, bu vəziyyət dəyişməz. Məsələn “avtomobil başlanğıcda asfalt yollarda hərəkət etdiyinə görə şassisi zərif, şinləri də kiçikdir. Ancaq daha sonra kələ-kötür ərazilərdə istifadə edilməyə başlandı və hissələrinin ərazi quruluşuna uyğunlaşdırıb təmin edəcək formada, inkişafı ilə traktora çevrildi” şəklində bir hekayə, traktorun və avtomobilin bəzi bənzər və fərqli xüsusiyyətlərə malik, iki ayrı vasitə olduğu həqiqətini dəyişdirməz.
Qəzet xəbərində istifadə edilən “Təkamülün əsəri” ifadəsi ilə, oxucuların şüur altına daşınan darvinizm təbliğatını da, qısaca nəzərdən keçirtmək lazımdır. Bu ifadə, təkamül nəzəriyyəsinə, heç bir elmi əsas gətirməyən bir tədqiqatın, təkamülçü ön mühakimələrə görə şərh olunub, uydurma bir etiketlə necə bir təkamül dəlili kimi təqdim edilə biləcəyinin yaxşı bir nümunəsini əmələ gətirir. Təkamül, şüursuz təsadüflər və məqsədsiz təbii səbəblərə əsaslanan bir proses olduğuna görə, bu ifadə ilə insanlara, şüurdan və məqsəddən məhrum bir prosesin məhsulu olduqları xəbərini verir. Halbuki bu düşüncə tamamilə ağıldan uzaqdır. Bir insan üzünə baxanda, üzdəki dizayn dərhal fərqlənir. qorunan yerlərdə yerləşdirilmiş gözlər, alından axan təri qaşlar qoruyar. Qaşların forması təri, tamami ilə gözlərdən uzaqlaşdıracaq xüsusiyyətdədir. Simmetriya, insan üzünə estetik qazandıran əhəmiyyətli faktordur. Üzün ortasında yerləşən burun, qoxuları saxlayacaq (hiss edəcək) şəkildə qabarıqdır və havanı içəriyə daşıyacaq kanallara və xüsusi bir sistemə malikdir. Olduqca müxtəsər olan bu izahat da, üzün quruluşu, insanın ehtiyaclarına görə təşkil edilmiş bir plan olduğunu açıq-aydın göstərər. İnsan üzündəki açıq-aşkar dizayna baxmayaraq, kişilərin cazibədar xətlərinin məqsədsiz təbiət hadisələrinə və şüursuz təsadüflərə əsaslanan bir prosesdə ortaya çıxdığının iddia edilməsinin axmaqlığı ortadadır. Allah, insanı ən gözəl şəkildə yaratmışdır.
Üzdəki açıq-aşkar dizaynı görməməzlikdən gəlib belə ağılsız iddialara əsaslanan səbəb, elmi deyil fəlsəfidir. “Sabah” qəzeti səlahiyyətlilərinin, darvinizmin materialist fəlsəfəyə əsaslanan bir yalan olduğunu görmələrini diləyir, özlərini təkamül təbliğatına alət olmamağa dəvət edirik.