“Radikal” qəzetinin daimi yazarı Gündüz Vassaf, qəzetinin 31 oktyabr 2004-cü il tarixli sayında nəşr etdiyi və “mədəniyyətlər təsadüfi” başlıqlı yazısında bunları yazırdı:

 

“Məncə tarixin müxtəlif dövrlərində, müxtəlif mədəniyyətlərin müstəqil olmağının şərhi, daha çox Darvininkinə oxşar təkamül nəzəriyyəsində axtarılmalıdır. Necə ətrafdakı vəziyyət və şərtlərə görə “müvəffəqiyyətli” növlər mutasiya nəticəsində, yəni təsadüfən yaranırsa, məncə, mədəniyyətlər də elədir. İqlim, qadın-kişi əlaqələri, qonşularda olub bitən görüşlər, ulduz fallarının şərhi, təbii qaynaqlar, köçlər, saymaqla bitməyən faktorların təsadüfən və keçici bir şəkildə yan-yana gəlməsi, bir müddət bir cəmiyyəti başqalarına görə tarixdə imtiyazlı edir.”

 

Hörmətli Vassaf, burada iki yanlışlıq irəli sürür. Bunlar, aşağıdakı qaydada sıralanır:

 

1) Mutasiyalarla ortaya çıxan növlər nağılı

Vassaf, ətrafdakı vəziyyət və şərtlərə görə “müvəffəqiyyətli” növlərin mutasiya nəticəsində, yəni təsadüfən ortaya çıxdığını iddia edir. Ancaq, bu iddia tamamilə həqiqətdən uzaqdır. Hörmətli Vassaf, xəyal məhsulu olan bəzi fikirləri həqiqət kimi bildirir.

Məşhur biokimyaçı Michael Behe, bu haqda olan darvinist iddianın elmi əsassız olduğunu göstərmək üçün, Lynn Margulisin işlərini nümunə verir.

Massachussettes Universitetində biologiya professoru vəzifəsində işləyən Lynn Margulis, günümüzün qabaqcıl təkamül tədqiqatçılarındandır. Mutasiyaların təkamülləşdirici heç bir rolu olmadığını yaxından bilən Margulis, darvinistlərə bu haqda açıq-aydın meydan oxuyur.

Margulis, bir çox reallaşdırdığı konfranslardan birinin sonunda, tamaşaçılar arasında iştirak edən molekulyar bioloqlardan, mutasiyaların yığılması vasitəsi ilə əmələ gələn yeni bir növə aid naməlum olmayan, tək bir nümunə vermələrini istəmişdir. Darvinistlər, Margulisin bu meydan oxumağının qarşısında susmuşduqlar.1

 

2) Mədəniyyətləri, darvinizm kimi əsassız (yersiz) izah etmək istədikləri yanılması

Vassafın digər yanılması, Darvinin bioloji təkamül nəzəriyyəsi ilə mədəniyyətlərin ictimai təkamülü arasında oxşarlıq yaratmaq səhvidir. Bunlardan ilki daş, torpaq, qaya, su kimi maddələrdən əmələ gələn və tamamilə şüursuz olan bütün təbiətə əsaslandığı halda, ikincisi böyük ölçüdə insan mədəniyyətləri ilə əlaqədardır və bir sözlə şüurlu inkişaflara bağlıdır.

Məsələn, mədəniyyətlərin inkişafında kritik bir dönüş nöqtəsi olan Sənaye İnqilabı buxar maşınının icadı ilə başlamışdır. Bu icad, Darvinin nəzəriyyəsinin əsaslandığı kor təsadüf və şüursuz təbiət hadisələri ilə reallaşmamışdır, bunun kimi icadlarda əsl rolu, məlumat və müşahidələrindən yeni məlumatlara nail ola bilən şüurlu insanlar oynamışlar.

Aydındır ki, şüurlu faktorların rol oynadığı mədəniyyət inkişafını, Darvinizm kimi, tamami ilə şüursuz faktorlara əsaslanan bir nəzəriyyə ilə izah etməyə çalışmaq, tamamilə məntiqdən uzaq yanaşmadır.

Vassaf, burada əhəmiyyətli bir nöqtəni də nəzərə almır. Diqqət yetirilsə, mədəniyyətlərin inkişafına səbəb olaraq saydığı faktorlar arasında, təbii olan və təbii olmayan səbəbləri bir yerdə sıralayır. Məsələn, iqlim və təbii qaynaqlar (təbii faktorlar) ilə “ulduz fallarının şərhi” və “qonşularda olub bitən kəşflər” (təbii olmayan, insan mədəniyyəti ilə əlaqədar olan faktorlar).

mədəniyyətlərin inkişafı, bu iki cür faktorun olduqca kompleks qarşılıqlı təsirinin nəticəsidir. Bu prosesdə həm təbii faktorlar təbii olmayan faktorlara təsir etmişdir, həm də, bunun tam əksi olmuşdur.

Bu qarşılıqlı təsiri təhlil etmək isə mümkün deyil. Məsələn, səth şəkilləri, insan cəmiyyətləri arasındakı ünsiyyət və nəqliyyata təsir edər ancaq ünsiyyət və nəqliyyat da, nəticədə bu səthlərə təsir edər (məsələn tunellər açılması). Faktorlar arasındakı qarlılıqlı təsirin bu və bunun kimi saysız nümunəsi, tarixin hansı dövründə, harada olmuşdur? Məhz bu sualların cavabını belə bilmək mümkün deyil.

Buna aid bir başqa əsas maneə, mədəniyyətlərin tarixən, inkişaf mühitini laboratoriyanın təcrübə mühitində təqlid edərək, insanlar üzərində təcrübə aparmağın qeyri-mümkün olmağıdır. Bütün bu əngəllər, mədəniyyətlərin inkişafını darvinist nöqteyi-nəzərindən şərh etmələrinə, elmdən uzaq səylərə yol vermir. Bu həqiqət, təkamülçü bioloqlar tərəfindən də, qəbul edilir.

ABŞ-ın nüfuzlu qəzeti “New York Times”da Erica Goode imzası ilə, 14 mart 2000-ci il tarixində nəşr olunan məqalədə, eyni ilə bunlar yazılmışdır:

 

Bəzi təkamül bioloqları da, insanlara, tarixən darvinist prinsiplərinin tətbiq edilməsinə qarşı çıxdılar. Çünki bunun çox qarışıq bir iş olduğunu düşünürlər. Təkamül mirasını, minillik insan mədəniyyətlərinin təsirlərindən ayırd etmək işi, demək olar ki, qeyri-mümkün maneələr ortaya qoyur, xüsusi ilə, insanlarla aparılan təcrübə növlərindəki məhdudlaşdırmalar başlıca bir maneə yaradır…2

 

Nəticə

Hörmətli Vassafın, Darvinin nəzəriyyəsi kimi bir nəzəriyyə ilə mədəniyyətləri izah etməyə cəhd etməsi, yalnız bir xəyal ola bilər, bundan kənara çıxa bilməz. Vassafın iddiası, yuxarıda aydın şəkildə ortaya qoyulduğu kimi, tamami ilə subyektiv və elmdən uzaq xəyali fərziyyədən ibarətdir. “İki alma ilə üç portağalı toplasam nə əldə edərəm?” sualı nə qədər axmaqdırsa, şüurlu inkişaflardan təsirlənən mədəniyyətləri, tamami ilə şüursuz faktorların nəzəriyyəsi olan darvinizmlə izah etmək istəmək də o qədər axmaqdır.

 

 

1) Michael J. Behe, Darvins Black Box: Biochemical Challenge to Evolution, Free Press, 1996, səh. 26

2) Erica Goode, “Human Nature: Born or Made?”, The New York Times, 14 mart 2000.