“Birgün” qəzetinin 13 sentyabr 2004-cü il tarixli sayında “Dinozavrları öldürən asteroidlər həyatı yaratdı” başlıqlı xəbər nəşr olundu. Xəbərdə, həyatın mənşəyinə dair yeni materialist nağıla yer verilirdi. Bu nağıla görə həyatın, dünyaya çarpan böyük bir meteoritin təsiri ilə təkamülləşdiyi iddia edilirdi. Nağılın əsaslandığı tapıntı, Kanadanın qütb bölgəsindəki Houghton kraterində, ehtimala görə böyük meteoritin təsiri ilə qayaların şəffaflaşmış olduğu idi.

Yazıda, Kanada torpaqlarında olan və 23 milyon il əvvəl meteorit çarpması nəticəsində əmələ gəldiyi təxmin edilən Haugton kraterindəki şəffaf qayalarla əlaqədar bu iddiaya yer verilirdi:

 

“Tədqiqatçılar, zərbədən sonra, krater səthindəki qayaların şəffaflaşdığını təyin etmişlər. Bu şəffaflaşma, günəş şüalarının keçməsini və şəffaf qaya içindəki tək hüceyrəlilərin fotosintez edə bilməsini təmin edə bilər. Bu quruluş, ehtiva etdiyi su ilə birlikdə həyatın yenidən yarana bilməsini və təkamülün başlamasını təmin etmişdir.”

 

Görüldüyü kimi, izah edilən ssenaridə, şəffaf qayaların içində təkhüceyrəlilər onsuz da mövcud hesab edilir. Bunların necə ortaya çıxa biləcəyinə dair heç bir şərh gətirilmədən “necə oldusa-olmuş, meteoritin təsiri ilə bu şəffaf qayalarda hüceyrələr əmələ gəlmişdir” kimi ön mühakimə ilə, açıq-aydın nağıl danışılır.

Əsl əhəmiyyətli olan, meteor çarpması ilə həyatın yarana biləcəyi fikri, ağla və sağlam fikrə tamami ilə ziddir. Həyatın təməl yeri olan hüceyrədə kompleks quruluş müşahidə edilir. Bir hüceyrə pərdəsi ilə qorunan orqanellər, böyük əməkdaşlıq və uyğunlaşma ilə vəzifələrini yerinə yetirərək, hüceyrənin həyatını davam etdirə bilmirlər. Bu mütəşəkkil işdə orqanellər təsadüfən davranmır, etdikləri işin sonrakı mərhələlərini hesaba alaraq planlı şəkildə bir iş görürlər. Hüceyrə içində nəqliyyat sistemləri, yollar, vasitələr vardır. Hüceyrənin bu işi haqqında bir az məlumat sahibi olan bir kəs, hüceyrədəki şüurlu dizaynı asanlıqla fərq edə bilər. Hissələr, müəyyən bir məqsədi yerinə yetirmək üçün yerli-yerində yerləşdirilmiş və heç bir şüuru olmayan atomlardan əmələ gələn orqanellər, möcüzəvi planlı şəkildə, tək bir mərkəzdən əmr alaraq bir uyğunlaşma ilə hərəkət edirlər.

Məşhur molekulyar bioloq Michael Denton, “Evolution: A Theory en Crisis” adlı kitabında hüceyrənin bu kompleks quruluşundan belə danışır:

 

“Həyatın molekulyar biologiya tərəfindən üzə çıxarılan həqiqətini qavraya bilmək üçün, bir hüceyrəni, təxminən bir milyon dəfə böyütmək lazımdır, ta ki, diametri 20 km.-ə çatsın. Bu vəziyyətdə, hüceyrə, New York ya da, London kimi böyük bir şəhəri əhatə edəcək ölçüdə nəhəng bir kosmos gəmisinə bənzəməlidir. Bu vaxt da, qarşımızda bənzərsiz dərəcədə kompleks bir sistem və qüsursuz bir dizayn olduğunu görərik. Hüceyrəni də araşdırsaq, üzərindəki milyonlarla kiçik qapı ilə qarşılaşarıq. Eyni ilə bir kosmos gəmisində ola biləcək avtomatik qapılar kimi, bu qapılar həmişə açılıb-bağlanaraq hüceyrənin içinə, ya da, xaricinə edilən maddə axışını nəzarət edərlər. Əgər bu qapıların hər hansı birindən içəri girsək, möhtəşəm bir texnologiya və təəccüblü kompleksliklə qarşılaşarıq. Hər cür insan istehsalından çox üstün olan bu texnologiya, bizim yaradıcı zəkamızı çox aşar. Bu sistem, “təsadüf” anlayışının hər mənada tam bir təzad meydana gətirməkdədir.”1

 

Dentonun hüceyrə üçün etdiyi bənzətmədə, bir şəhərdən bəhs etməsi diqqət çəkicidir. Şəhər, ictimai həyatın nizamlı şəkildə davamını təmin etmək üçün qurulmuş, planlı bir quruluşdur. Bir şəhərdən də çox kompleks bir planlama, dizayn göstərən hüceyrənin mənşəyinin şüurlu dizayn olduğu açıq-aşkar bir həqiqətdir. Sağlam fikir sahibi hər insan, bunu asanlıqla görə bilir.

Ancaq nə var ki, bəzi insanlar sağlam fikirləri ilə gördükləri bu həqiqəti rədd edən iddiaları müdafiə edə bilmirlər. Allahın varlığını inkar edən materialist fəlsəfəni mənimsəmiş adamlar, bu dizaynı kor təsadüflərə aid etməyi, dəstəkləyən ən kiçik bir elmi tapıntı da olmamasına baxmayaraq bu axmaq iddialarını müdafiə etməyi seçirlər. Bu iddia, tamami ilə elmdən kənar və axmaqdır. Bunun axmaqlığını materialistlərin özləri də bəzən etiraf edirlər.

Məşhur astronom Sir Fred Hoyle, özü də bir materialist olmağına baxmayaraq, təsadüflər nəticəsində canlı bir hüceyrənin əmələ gəlməsi ilə, qasırğanın sovurduğu dəmir qırıntılarını təsadüfən bir Boeing 747 təyyarəsinin əmələ gəlməsi arasında bir fərq olmadığını ifadə etmişdir.2

 

Böyük-kiçik hər zərbə, mövcud olan nizamı pozar, ortaya daha nizamlı bir sistem çıxartmaz. Məsələn, bir qovşaqda çarpışan avtomobillər ziyana düşər, deformasiya olar. Daha üstün model avtomobillərə çevrilməzlər. Bir sement fabrikində meydana gələn partlayış, fabrikin dağılmasına gətirib çıxardar, ortaya qüsursuz bir bina çıxartmaz.

“Birgün” qəzeti isə, bu həqiqətə məhəl qoymayaraq, kor-koranə bir inancı müdafiə edirlər. Meteoritin çarpması ilə həyatın ortaya çıxdığını iddia etmək və bunu elm adı altında etmək, materializm üçün davam etdirilən bir yalandan ibarətdir.

“Birgün” qəzetinin səlahiyyətli nümayəndələrini, öz düşüncələrinə görə davam etdirdikləri bu yalana son qoymağa dəvət edirik.

 

 

1) Michael Denton, Evolution: A Theory en Crisis, London: Burnett Books, 1985, səh. 242

2) “Hoyle on Evolution”, Nature, cild 294, 12 noyabr 1981, səh. 105