“Radikal” qəzetinin 23 iyun 2004-cü il tarixli sayında, “DNT”nin atasıdır?” başlıqlı xəbər nəşr olundu. Xəbərdə, bir meteorit tapıntısı ilə, Bremen Universitetində vəzifəli Uwe Meierheinrichin, buna dair təkamülçü iddiası xəbər verilirdi. Ələ keçirilən meteoritdə kosmosda amin turşusu tapılmışdı və Alman elm adamı, bunun su ilə birləşərək guya DNT-də əvvəl PNA-i əmələ gətirdiyini, ilk canlıların da bundan təkamülləşdiyi bildirdi. Radikal qəzeti, bunun “həyatın qaynağını kosmosdan aldığına dair nəzəriyyələri gücləndirdiyini” yazırdı.
Bəlkə bu xəbəri ilk dəfə görənlər bilməyə bilər, ancaq bu, həqiqi elmi yanaşma deyil, aralıqda gündəmə gətirilən bir yalandan ibarətdir. Bu yalanın adı “kosmosdan gələn həyatdır”. Təkamülçülərin bu ssenariyə müraciət etməsinin səbəbi, yer üzündəki primitiv mühitdə, həyatın təsadüfən yarandığının qeyri-mümkün olduğunun elmi tapıntılarla və dəqiq göstərilməsidir. Həyatın, dünyanın primitiv mühitində özbaşına başladığına dair iddiaları bir-bir etibarsız vəziyyətə düşən təkamülçülər, çarəni həyatın dünyaya kosmosdan gəldiyi yalanında axtarırlar. Bundakı məqsəd, həll edilməsi mümkün olmayan bir problemin “kosmosa göndərilməsi”, beləliklə həyatın dünyada təsadüfən yaranmasının qeyri-mümkün olduğunu xalqdan gizləyəcək duman pərdəsi yaratmaqdır. Bu yalanda iki adi fikir, həyatın kosmosda, meteorlarla səfər edən bakteriyalarla dünyaya gəldiyi, ya da, meteorlar üzərindəki təbii molekulların dünyaya çarpma anında reaksiyaya girərək, həyatın yaranması üçün uyğun mühit əmələ gətirməsidir. Necə ki, “Radikal”dakı iddia, bunlardan ikincisinin sahəsinə girir. Bu iddia reallıqdan olduqca uzaqdır, çünki:
- DNT-dən əvvəl olduğu iddia edilən PNA molekulu, təbiətdə ələ keçirilmiş və DNT-nin qabaqcılı sayıla biləcək bir molekul deyil, tamamilə süni olaraq laboratoriyada yaradılmış sintetik molekuldur. Yəni təkamülçülər, təbii olan DNT molekulunu təqlid etməyə çalışaraq yaratdıqları bir molekulun, DNT-nin guya təkamüldən əvvəl olduğunu iddia edilir. Süni olaraq sintez edilən bir molekul əlbəttə ki, həyatın təbii olaraq, özbaşına yaradıldığı iddiasına dəlil ola bilməz. Necə ki, təkamülçülər də, PNA-ə əsaslanan ssenarilərinin zəifliyini qəbul edirlər.1
- Bir meteor üzərindəki amin turşusu ilə həyat arasında, bir vint ilə kompüter arasında olan fərqdən dəfələrlə daha çox fərq vardır. Amin turşularının təsadüfən, hüceyrədə istifadə edilən tək bir zülalı da, əmələ gətirmələri riyazi olaraq qeyri-mümkündür. Zülal əmələ gəlsə belə, bu hüceyrə xaricində dərhal parçalanıb dağılacaq. Parçalanmasa belə, kafi olmaz çünki, zülalın təkbaşına varlığı da həyat üçün yenə kafi deyil. Hüceyrəvi maşınların işləməyi üçün DNT və zülallar eyni anda dövrədə olmalıdırlar. DNT-nin də zülal kimi təsadüfən əmələ gəlməsi ehtimalı sıfırdır. Bunlar bir yerdə hazır olsalar da, hüceyrə pərdəsi olmadan heç bir işə yaramayacaqlar. Hüceyrə pərdəsi olsa belə, genetik kod olmadan hüceyrəvi maşınlar işləməyəcək… Bu siyahı daha da uzana bilər. Burada toxunduğumuz mərhələlərin hər biri, riyazi cəhətdən qeyri-mümkündür və müasir elm, hüceyrənin təsadüfən yaranmağı ehtimalının qətiyyən olmadığını göstərir.
Astronom və eyni zamanda bir təkamülçü olan Paul Davies, amin turşusu tapıntısına əsaslanaraq həyatın bu şəkildə yarana biləcəyini səhv iddia olduğunu belə ifadə edir:
“Amin turşuları zülalların quruluş daşları ola bilərlər, ancaq quruluş daşları ilə bir yerə gətirilmiş bir quruluş arasında dünyalar qədər fərq vardır. Necə ki, bir neçə kərpicin kəşfi, bir az kənarda bir evin olduğunu göstərməz, eyni şəkildə bir amin turşusu yığını da, həyatın tələb etdiyi, zülal kimi böyük və xüsusiləşmiş molekullardan çox uzaqdır.” 2
Bütün bu həqiqətlərə baxmayaraq, bəzi elm adamlarının, meteor üzərində bir amin turşusu tapıb, həyatın yarana biləcəyini xəyal etmələrinin yeganə əsası vardır, o da, materializmə kor-koranə olan bağlılıqlarıdır. Bu bağlılıq səbəbi ilə həyatın özbaşına yarana bilməyəcəyini qəti surətdə üzə çıxardan elmi tapıntıları əhəmiyyətsiz edir, qeyri-mümkün ssenarilərin yenə də reallaşmalı olduğuna inanmağı seçirlər.
Əhəmiyyətli olan, xalqın, təkamülçülərin yalanları qarşısında ağıllı olmağı və bir vint tapmağı “demək ki, kompüter özbaşına yarana bilərmiş” deyə düşünmək üçün kafi görmək kimi hərəkət edən materialistlərin “elm adamı şəxsiyyətinə aldanmamalarıdır.
Yer üzündəki canlılıq, təsadüflərlə yaranmağı mümkün olmayacaq şəkildə kompleks bir dizayna malikdir və bütün dəlillər canlılığı Allahın yaratdığı həqiqətinə işarə edir.
1) ”YAŞAMIN MƏNŞƏYİ: Dünyanın ən böyük sirri, “ Focus, dekabr 2003
2) Davies P. C. W., “The Fifth Miracla: The Search for the Origin of Life,” Penguin: Ringwood, Australia, 1998, səh. 57-58