Header

Kosmosda həyatın olması ehtimalı, həyatın təsadüfən yaranmasına dair elmi dəlil gətirməz

Aa4a

“Hürriyet Bilim”-in 20 dekabr 2003-cü il tarixli sayında “yeni təxminlər doğrudursa kosmos canlı qaynayır (kosmos canlı ilə doludur)!” başlıqlı yazı nəşr olundu. Yazıda, günəş sisteminin xaricində həyatın ola biləcəyi sistemlərin varlığı haqqında fərziyyələr bildirən dörd yeni tədqiqat tanıdılır, “araşdırma sahibi olan elm adamlarının təxminləri doğrudursa, deməli kosmosda canlı qaynayır” kimi bir ifadəyə yer verilirdi.

Oxucuya təqdim olunan fərziyyələr arasında:

  • Orqanizmlərin asteroid zərbəsi ilə dünyadan ayrılaraq, kometaların donmuş təbəqələrinə və buradan da, kosmosun dərinliklərinə daşına biləcəyi;
  • Həyatın təməl maddəsi olan karbonun, kosmosun dərinliklərinə, yenə kometalarla daşına biləcəyi;
  • Dünyadan qopan orqanik vəsaitli qaya parçalarının, aşınıb kiçildikcə, günəş şüalarının təsiri ilə günəş sisteminin xaricinə atıla biləcəkləri;
  • Daşınan mikroblara vahə (həyat üçün ideal mühit) əmələ gətirə bilən, dünyaya bənzər planetlərin tapıla biləcəyi fikirlər bildirilirdi.

Bəzi cəmiyyətlərdə, bu cür tədqiqat və fərziyyələr, həyatın təsadüfən başladığı kimi həqiqətdən uzaq fikirlərlə razılaşırlar. Buna görə, bu fikirlərin, həyatın mənşəyinə aid şərh gətirmək üçün niyə əhəmiyyət daşımadıqlarını qısaca izah etməkdə fayda görürük.

Diqqət yetirilsə, bu araşdırmalarda canlı mikroblar və ya həyatın təməlini əmələ gətirən karbon molekullarının kometalarla nəql edilməsindən danışılır. Halbuki, həyatın mənşəyi bir təşkilat məsələsidir. Orqanizmlərin asteroid zərbəsi ilə dünyadan ayrıldığı ssenarisinin başlanğıcında, həyat onsuz da mövcuddur. Bu ssenariyə görə, “mövcud orqanizmlərin hara və nə formada gedə biləcəyinin”, əslində cavablandırılması vacib olan və “bu orqanizmlərin necə yarandığı” sualı ilə heç bir əlaqəsi yoxdur.

Kometaları bir nəqliyyat vasitəsi kimi istifadə edə biləcəyi fərz edilən karbon molekulları ssenarisi də, həyatın mənşəyi ilə əlaqədar əsl sualı, “necə” sualını cavablandırmır. Bir kompüter hissəsinin varlığını, bir kompüterin təsadüfən yarana biləcəyi fikrinə dəlil gətirməyəcəyi kimi, karbon molekullarının varlığı da, bir hüceyrənin təsadüfən əmələ gələ biləcəyi fikrinə dəlil gətirməz. (Həqiqətdə, həyatın mütəşəkkil kompleksliyinin təsadüfən ortaya çıxması ehtimalı yoxdur. Baxın: http://www.darwinizminsonu.com/m_biyoloji.html)

Əgər, dünyaya bənzər planetlər tapılacaqsa, hətta, bunlarda həyat formalarına rast gəlinsə belə, bu vəziyyət həyatın təsadüfən yaranması fikrinə dəlil olmayacaq. Çünki həyat, təməl olaraq, yüksək səviyyəli və mütəşəkkil komplekslik ortaya qoyan dizayndır. Bir dizaynın geniş şəkildə olması, bu dizaynın təsadüfən yarandığını göstərməz. Onu hazırlayan, yəni Yaradıcısı olduğunu göstərər. Eyni şəkildə, kosmosda həyatın geniş şəkildə tapılması, həyatın necə yarandığına dair bir şərh deyil, yalnız həyatın yayğın olduğuna dair təsbit meydana gətirər.

Dünyadakı həyat qüsursuz dizayna malikdir və bu qüsursuz dizayn hər şeyi bilən, yaratdığı bütün canlılardan xəbərdar olan Allahın əsəridir.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313