“Hürriyet Bilim” jurnalının 13 dekabr 2003-cü il tarixli sayında “meteoritlərin dünyaya çarpması həyatı başlatmış ola bilər” başlıqlı yazı nəşr olundu. Yazıda, Kanadanın şimalında, Devon adasındakı aparılan bir krater üzərində tədqiqatda təkamülçü elm adamlarının fərziyyələrinə yer verilirdi.

23 milyon il yaşında olan və meteorit zərbəsi nəticəsində əmələ gəlmiş bu kraterin, çarpmasından sonrakı dövrdə hidrotermal sistemlərə (isti su sistemləri) və həyat formaları cəhətindən zəngin bir faunaya sahib olduğuna dair tapıntılar sıralanırdı. Hal-hazırda yaşayan və yüksək (dərəcəli) istilikdə yaşamağa dözümlü kimi tanınan Sianobakterileriyaların, Devon kraterində də bir zamanlar ortaya çıxmış ola biləcəyi şəklində iddia irəli sürüldü. Bununla əlaqədar, həyatın meteorit çarpmasından sonra yaranan isti su sistemlərində, yarana biləcəyi şəklində yeni təkamülçü fikir müzakirə edilirdi.

Ancaq cansız maddələrdən, meteoritin çarpması nəticəsində istiyə dözümlü olan, haqqında bəhs edilən bakteriyaların əmələ gələ biləcəyi iddiası heç bir dəlilə əsaslanmır. Bu, materialist fikri mənimsəmiş olan təkamülçülərin, öz xahişləri ilə qurduqları xəyali fikirdən ibarətdir. Həm də, bu fərziyyələr əsl suala, yəni ilk hüceyrənin təsadüfən necə yarana biləcəyi sualına şərh gətirməkdən (cavab verməkdən) də tamami ilə uzaqdır.

Təkamülçülər bu sualın cavabını verə bilmək üçün, dərhal dünya üzərindəki hər cür mühit ilə əlaqədar, müxtəlif fərziyyələr ortaya atmışdılar. Ancaq çoxlu səylərinə qarşı, dünya üzərində, ilk hüceyrənin guya təsadüfən əmələ gəlməsi iddiası üçün, mütləq lazımlı olan kimyəvi təkamülə əlverişli mühiti göstərmələri də mümkün olmamışdır. Okeanlar, quru sahələr, vulkanlar, okean diblərindəki isti su bacaları… Bütün bu mühitlər, təkamülçülərin, ilk hüceyrənin təsadüfən əmələ gəlməsi ssenariləri cəhətdən öhdəsindən gəlmək mümkün olmayan maneələr ortaya çıxarmış və həyatın mənşəyinə, materialist şərh gətirmək üçün, məşğul olanları başqa məcbur etmə fərziyyələr çıxartmağa sövq etmişdir.

Bu məcbur etmə fərziyyələrdən biri də, yazıda bildirilir. Guya həyatın hidrotermal sistemlərdə əmələ gələ biləcəyi iddiasında, Sianobakteriyaların isti suya dözümlülüyü xüsusi ilə vurğulanır. Bakteriyanın dözümlüyünə görə, keçmişdəki meteorit çarpmaları nəticəsində əmələ gəldiyi fərz edilən, hidrotermal sistemlərdə, bu bakteriyaların əmələ gəlməli olduğu iddia edilir. Ancaq bu məntiqdəki əsassızlıq ortadadır. Sianobakteriyaların, haqqında danışılan xüsusiyyəti, təkamülçü nöqteyi-nəzəri ilə tək tərəfli şərh olunaraq, süni dəlil halına gətirilməyə çalışılır. Çətin şərtlərə dözümlü ola bilmələri, bakteriyaların bu mühitdə təsadüfən yarandıqlarını göstərməz. Çətin təbiət şərtlərinə dözümlülük, şüurlu dizayn məhsullarında görülən bir xüsusiyyətdir. Məsələn, ciplər səhra şərtlərinə dözümlüdür və əlbəttə ciplər təsadüflə yaranmamışdır. Göründüyü kimi, Sianobakteriyaların, yaşadıqları çətin şərtlərdə, təsadüfən əmələ gəlməsi iddiası dəlillərə əsaslanan, tutarlı bir məntiqdən deyil, fəlsəfi seçimdən qaynaqlanır.

“Hürriyet Bilim” səlahiyyətlilərini bu saydığımız nöqtələr üzərində düşünməyə və araşdırma xəbərlərini oxucularına daha obyektiv bir izahatla təqdim etməyə dəvət edirik.