“Cumhuriyyet Bilim Teknik” jurnalının (CBT), 13 sentyabr 2003-cü il tarixli sayında, “Marslıların soyundanmı gəldik?” başlıqlı yazı nəşr olundu. “New Scientist”in 12 iyul 2003-cü il tarixli sayından alınan yazıda, fizik Paul Daviesin “yer üzündəki həyatın Marsdan gələn bir meteoritlə başlamışdır” iddiasına yer verilirdi.

CBT, bu iddiaları yazarkən, heç bir elmi dəlilə əsaslanmayan, yalnız fərziyyələrə əsaslanan təxminlər bildirildi. Yazıya baxıldığında, həyatın “Marsdan gələn meteoritlə təsadüfi olaraq başladığı” ssenarisinə dəstək verildiyi və bunun yüksək bir ehtimal kimi əks etdirildiyi görünürdü. Ancaq, CBT-in bu tutumu, elmi tapıntıların bu fikirləri dəstəkləməsinə görə deyil, öz fəlsəfi fikrinə uyğun fikirlərə dəstək vermə siyasətindən qaynaqlanır. (*)

Həyatın kosmosdan gəldiyi fikrinə verilən dəstək ilə, CBT-in fəlsəfi fikirləri arasındakı əlaqəni əks etdirən bir göstərici, məqalənin hələ girişində yazılan bu sətirlərdə diqqət çəkir:

 

“Mövzu həyatın mənşələri olanda bir neçə konkret həqiqətlə kifayətlənmək məcburiyyətində olmağımız utanc verici vəziyyətdir. Yer üzündə həyatın ilk dəfə nə vaxt və haralarda yarandığına aid üstün kor bir məlumata sahib olsaq belə, bəhs olunan bu prosesin necə inkişaf etdiyinə və həyatdan məhrum bir qrup kimyəvi maddənin necə təsadüfən bir yerə gələrək ilk canlı hüceyrəyə çevrildiklərinə aid müzakirəyə gəlincə geri qalırıq.”

 

Bu sətirlərdə açıq-aydın etiraf edilən həqiqət, yer üzündəki həyatın mənşəyinə təkamülçü (təsadüflərə əsaslanan) bir şərhin edilməsi qeyri-mümkündür. Materializmi mənimsəyən cəmiyyətin həyəcanla sarıldığı Miller təcrübəsi və RNA dünyası fikri kimi cəhdlər nəticəsiz qalmışdır, həyatın təsadüfən başlamasının qeyri-mümkünlüyü ortaya çıxmışdır. 70 ildən çox müddətin elmi təcrübəsi bu həqiqətə açıqca işarə edir. Həyatın mənşəyi ancaq şüurlu dizayn, yəni yaradılışla izah edilir. Ancaq CBT-dəki yazıda göründüyü kimi, canlılığın yaradıldığı həqiqəti öz fəlsəfələri üzündən qəbul etməyən cəmiyyətlər həyatın mənşəyini kor təsadüfdə və məqsədsiz təbiət hadisələrində ümidsizcə axtarmağa davam edirlər. Əslində CBT-dəki bu yazı, adi bir məqalə deyil, bir “strategiyanı” əks etdirən nümunədir.

Bu strategiya, San Francisco Əyalət Universitetindən Dean Kenyonun ifadəsi ilə “Sənədçi Materializm”dir. (Özü mütəxəssis kimyaçı kimi uzun illər həyatın mənşəyini təsadüfdə axtarmışdır, bu məqsədlə qələmə aldığı bir çox məqalə, elm jurnallarında nəşr olunan Kenyon, həyatın ancaq şüurlu dizaynla ortaya çıxa biləcəyi həqiqəti qəbul edərək köhnə fəlsəfi fikirlərini tərk etmişdir. Kenyon, hal-hazırda “Şüurlu Dizayn” fəaliyyətinin əhəmiyyətli adları arasında iştirak edir.)

“Sənədçi Materializm”, bütün elmi tapıntılar açıq-aydın şüurlu dizayna işarə etdiyi halda, fəlsəfi mülahizələrə görə bunu qəbul etməyərək, həyatın təsadüfən başladığı iddiasını bir ehkam olaraq müdafiə etməyi və “elm hələ göstərə bilmədi amma həyatın təsadüfi mənşələri bir gün tapılacaq” kimi saxta imic əmələ gətirmə səyidir. Bunun səbəbi, elmə qatqı yaratmaq deyil, yalnız-etibarsızlığı çoxdan aydın olan materialist fəlsəfəni və Darvinizmi “süni tənəffüs cihazı” ilə həyatda tuta bilməkdir (yaşada bilməkdir).

Şüurlu dizayn fəaliyyətinin bir başqa əhəmiyyətli adı olan, Phillip Johnson isə, həyatın mənşələrini kosmosda axtarmaq səyinin əslində “həlli qeyri-mümkün bir problemi, həll edilmiş olduğu təəssüratı verən kosmosa göndərmək”dən ibarət olduğunu yazmışdır.

 

Elmin göstərdiyi həqiqət, şüurlu dizayndır. Kainatın yaranmasında, günəş sistemində və həyatı dəstəkləyən xüsusi şərtlərə sahib olan, yeganə planet olan mavi planetdə, yəni Dünyamızdakı tarazlıqlar, təsadüfləri rədd edən, həssas bir nizamlılığı göstərir. Əlbəttə, bütün bunlar, kainatı və içindəki canlıları Allahın yaratdığı həqiqətini təsdiqləyir.

CBT-i elmi tapıntıların rədd etdiyi köhnə materialist fəlsəfəni, tərk etməyə və yer üzündəki həyatın təsadüflərlə yaranmadığını və ya Marsdan gəlmədiyini, Allahın yaratmasının əsəri olduğunu qəbul etməyə dəvət edirik.

 

 

(*) Daviesin, həyatın Marsdan gəldiyinə aid xəyali iddiaları, əvvəllər “Sabah” qəzetində də nəşr olunmuş və saytımızda cavablandırılmışdı.

  • Phillip E. Johnson, “Darvin on Trial”, InterVarsity Press,1993 (2nd edition), səh. 110