“Habertürk” televiziyasında hörmətli Atilla Yeşiladanın hazırlayıb təqdim etdiyi “Yaşıl Xətt” proqramının 6 sentyabr 2003-cü il tarixində, nəşr olunan hissəsində Mars planeti haqqında danışıldı. “Marsa səfər etmək, xəyallar və gerçəklər” adlı hissədə, dünyamızla arasındakı məsafə, bundan bir neçə gün əvvəl minimuma enən Mars planeti ilə əlaqədar, müxtəlif məlumatlar verildi. Proqramda, Marsda yaşayışın olub-olmaması haqqında fərziyyələr edildiyi, sırada olduqca əhəmiyyətli bir yanılma üzə çıxarıldı. Hörmətli Yeşilada, proqramın bu qismində, əvvəl planetləri əmələ gətirən maddənin inşası cəhətdən Dünya ilə Mars arasında bənzərliklər tapıldığına diqqət çəkirdi. Bu bənzər inşalara qarşı, yer üzündə yaşayış olması isə, Yeşiladaya görə, təsadüflərə əsaslanan ziddiyyətdən başqa bir şey deyildi. Çünki, Yeşilada, Marsın bir şey qaçırdığını, yer üzünün isə bəzi təkamüllü inkişafları bacararaq canlı planet halına çevrildiyini iddia edirdi. Qısacası Yeşilada yer üzündəki həyatın “təkamül”lə ortaya çıxdığını müdafiə etməkdədir. Ancaq, hörmətli Yeşilada yanılır. Bu yazıda, Yeşiladanın niyə yanıldığını elmi dəlillərlə açıqlayacağıq.

Atilla Yeşiladanın, yer üzündəki həyatın mənşəyinə dair iddiası, heç bir elmi dəlilə əsaslanmır, yalnız fəlsəfi səbəblərlə müdafiə olunan “təsadüf” məntiqinin bir davamıdır. Bu fəlsəfəyə görə, həm Marsda yaşayış olmaması həm də, dünyanın dörddə üçünün sularla dolu atmosferə sahib olan, milyonlarla canlı növünü saxlayan bənzərsiz planet olmağı eyni faktora əsaslanır: Təsadüf. İndi bu təsadüf faktorunun yer üzündə həyat əmələ gətirib-gətirə bilməyəcəyi haqqında müasir elmin tapıntıları haqqında bəhs edək. Təsadüflər hər hansı bir ağıl və plan ehtiva etməyən, təbiət qanunlarına əsaslanan hadisələrdir. Yer üzündə həyatı dəstəkləyən şərtlər araşdırıldığında isə, təsadüfə əsaslanmağı tamami ilə səhv olduğu aydın olur. Çünki nə kainat, nə də, həyat, təsadüflərin nəticəsidir.

Kainatın başlanğıcını əmələ gətirən Big Bangda (Böyük Partlama) olduqca qəti dəqiq nizamdan bəhs olunur. Bu partlama o qədər tarazlı şəkildə reallaşmışdır ki, ABŞ-ın məşhur elm jurnalı “Science”, bu tarazlığı bir qələmi iti ucu üzərində bir milyard il sonra da dayana biləcək şəkildə yerləşdirməyə bənzədir.1

Bu tarazlıq, astronomik ölçülərdə bir “həssas nizam” ortaya qoyur və kainatın təsadüflərin əsəri kimi deyil, dizaynla ortaya çıxdığını göstərir. Dövrümüzün məşhur fiziklərindən Paul Davies bu həqiqəti belə ifadə edir:

 

“Çox kiçik sayda dəyişikliklərə həssas olan kainatın, hal-hazırdakı quruluşunun, çox diqqətli bir şüur tərəfindən ortaya çıxarıldığına qarşı çıxmaq çox çətindir… Təbiətin ən fundamental tarazlıqlarındakı həssas tarazlıqlar, kosmik dizaynın varlığını qəbul etmək üçün olduqca güclü dəlildir.”2

 

Kainatdakı bu qüsursuz dizayn, yer üzü ölçülərində də, açıq-aydın görünür. Yer üzündə həyatı dəstəkləyən və bilinən kosmosda başqa heç bir planetdə olmayan möhtəşəm tarazlıqlar əhəmiyyətlidir. Məsələn, cazibə, əgər daha güclü olsaydı, yer atmosferi çox ammonyak və metan yığardı, bu da həyata mənfi təsir edərdi (yaşayış mümkün olmazdı). Əgər daha zəif olsaydı, yer atmosferi çox su itirər, yaşayış mümkün olmazdı. Günəşə uzaqlıq, əgər daha çox olsaydı, planet çox soyuyar, atmosferdəki su dövrü mənfi təsirlərə məruz qalar, planet buzlaq çağına girərdi. Əksinə daha yaxın olsaydı, planet qovurular, atmosferdəki su dövriyyəsi mənfi təsirlənər, həyat, qeyri-mümkün olardı. Yer qabığı əgər daha qalın olsaydı, atmosferdən yer qabığına çox miqdarda oksigen keçərdi. Tam əksinə daha incə olsaydı, həyatı qeyri-mümkün edəcək qədər çox sayda vulkanik hərəkət olardı. Yer üzündə bu saydıqlarımızın yanında həyatı dəstəkləyən daha bir çox həyati əhəmiyyətli tarazlıq vardır (Baxın: Harun Yəhya, “Kainatın yaradılışı”).

Bu tarazlıqlar müasir elmdə əhəmiyyətli bir qanunun yaranmasına da gətirib çıxarmışdır. Elm adamlarının bu tarazlıqları bir-bir üzə çıxarması ilə yanaşı kainatın insan həyatını dəstəkləyəcək şəkildə hazırlandığı fikri məşhurluq qazanmışdır. (Antropik qanun)

Müasir elm, kainatda və yer üzündə üstün bir dizayn olduğuna dair, hər keçən gün, yeni bir tapıntı ortaya qoyur. Elm adamları bu dizaynın təsadüflərin məhsulu ola bilməyəcəyini, bütün bunların ardında, yaradıcı bir ağıl olduğunu tez-tez ifadə etmişlər. 1986 Nobel mükafatı sahibi fizik, Carlo Rubbia, bu həqiqəti belə yekunlaşdırır:

 

Fizika və biologiya qanunlarındakı uyğunlaşma və ağılla qarşılaşan birinin təşkiledici bir ağılın varlığını qəbul etməməsi qeyri-mümkündür.” 3

 

Bütün bunlar göstərir ki, müasir elmin, kainatın və həyatın mənşəyi ilə əlaqədar tapıntılarında hörmətli Yeşiladanın bəhs etdiyi növdən “qəzalara” yer yoxdur. Kainatdakı dizayn, üstün ağıl sahibi bir Yaradıcının varlığını göstərir. Şübhəsiz, bu vəziyyət, İlahi qaynaqlarda bildirilən bir həqiqəti sübut edir və kainatı Allahın yaratdığını bir daha da sübut edir.

 

Hörmətli Yeşiladanın studiyasına aid bir nümunə

Hörmətli Yeşilada burada izah etdiyimiz elmi həqiqəti, sadə bir müşahidə və ağılla da tapa bilər. Proqram çəkilişləri üçün “Habertürk” televiziyası studiyalarına gələn hörmətli Yeşilada təbii olaraq bəzi nizamlamalarla qarşılaşır. Bunlar üzərində bir az düşünək və studiyaya ümumi nəzər salaraq ortaya belə bir tablo qoyaq:

 

Aparıcının masasına doğru yönəldilmiş spot işıqlar müəyyən məsafə və mövqedə yerləşdirilmişdir. İşıqların şiddətinin də xüsusi olaraq nizamlandığı dərhal görünə bilər. Proqram çəkilişi üçün müəyyən bucaqla yönəldilən işıqlar, mühiti işıqlandırır, ancaq gözü almayacaq (qamaşdırmayacaq) dərəcədə nizamlanmışdır. Bənzər bir nizamlama studiyanın istiliyi üçün də etibarlıdır. Sentyabr ayında canlı olaraq təqdim edilən bu proqramda, aparıcının proqram əsnasında istilikdən narahat olmaması üçün kondisionerlər yerləşdirilmiş, istilik müəyyən səviyyədə nizamlanmışdır.

İstilik və işıqdan başqa nizamlamalar da belədir. aparıcının proqram əsnasında ortaya çıxara biləcək ehtiyacları hesablanmış, masaya bir stəkan su qoyulmuşdur.

İndi bu tablo, görən birinin nələr düşünəcəyini qiymətləndirək. Əlbəttə, bu nizamlamaları görən hər kəs, bunların ardında şüurlu insanların, yəni rejissorun və digər işçilərin olduğunu dərhal qavrayar. Heç kim, masa, kürsü, spot işıqlar, kamera, kondisioner kimi əşyaların bu mühitdə qəza əsəri (təsadüfən) ortaya çıxdığını və proqram üçün uyğun şərtlər meydana gətirdiyini müdafiə etməz.

Yer üzündəki nizamlamalar isə, hörmətli Yeşiladanın studiyasındakı nizamlamalardan daha da mürəkkəbdir. Atmosferin quruluşu və iqlim hadisələri, planetlərin mövqeyini, suyun varlığı, dünyanın qoruyucu təbəqələri kimi saysız faktorlar, böyük uyğunluqla bir yerə gətirilmiş və çox sayda canlı növünün yaşaması üçün uyğun mühit yaradılmışdır. Yer üzünü, ölü bir qaya yığınından fərqi olmayan, digər planetlərdən ayıran və Mavi Planet adı ilə də çağırmağımızda rol oynayan faktorların hamısı, bu nizamlamaların bir göstəricisidir.

Hörmətli Yeşiladanın studiyasındakı nizamı bir dizaynerin göstərdiyi kimi, yer üzündəki nizamları da bir dizaynerin varlığını göstərir. Şübhəsiz, yer üzünü qüsursuz hazırlayan, bir başqa sözlə desək, yaradan Uca Allahdır. Hörmətli Yeşiladaya bu elmi həqiqəti diqqətə almağını təklif edir, kainatın və həyatın yaranmasının təsadüf əsəri kimi boş inancdan imtina etməyini tövsiyə edirik.

 

 

1) “Bilim ve Teknik”, sayı 201, səh. 16 (“Science” jurnalından tərcümə)

2) Paul Davies. “God and the New Physics”. New York: Simon & Schuster, 1983, səh. 189

3) John S. J. Martinetti, “Reasons to Believe Today”, Marquette University Press. Place of Publication, 1996, səh. 45.