19 oktyabr 2002-ci il tarixdə “Hürriyet” qəzetinin “Bilim” əlavəsində dərc olunan ““Europa”da yaşama əlaməti” və “NASA: Peyklərin çoxunda həyat var” adlı elmi məqalədə nəşr olunan xəbərdə, oxucuya kosmosda həyat olduğuna aid sübutlar tapıldığı xəbəri verildi. Halbuki xəbərə aid olan araşdırmalarla əlaqədar hesabatlarda və xarici mətbuat qaynaqlı xəbərlərdə belə bir dəlildən danışılmırdı.
“Hüriyyət” qəzeti “təkamül nəzəriyyəsini dəstəkləmək” missiyasını, oxucularını yanıltmaq bahasına davam etdirir.
“Hüriyyət Bilim” jurnalında bəhs olunan tədqiqatın məğzi belə idi: Qaliley olaraq adlandırılan kosmos peykindən əldə edilən məlumatlara görə, Yupiterin peyki olan “Europa”nın səthindəki buz təbəqəsinin altında, okeanlar olacağı təxmin edilir. Hər su yığınında canlılığın özbaşına yarana biləcəyini iddia edən və kosmosda da həyatın özbaşına yaranmağını sübut edilməsini böyük bir ümidlə gözləyən təkamülçülər isə, “Europa”da tapıldığı fərz edilən okeanda, canlı orqanizmlərə rast gələcəyini ümid edirlər. Ancaq bunlar, yalnız təxminlər və ümidlərdən ibarətdir, təkamülçülərin hələ bu istəklərini və ümidlərini dəstəkləyəcək bir dəlil yoxdur.
“Hürriyet Bilim” isə, bu təxmin və ümidləri, varlığı isbat edilmiş məlumatlar kimi oxucuya təqdim etmişdir. “Europa”da okean var və bu okeanda, digər bənzəri peyklərdə həyat var” demişdir. Bu, “Hürriyet Bilimin” əslində elmlə əlaqəsi olmadığını göstərən yeni bir dəlildir.
Vostok Gölü və “Europa”
Bəzi təkamülçü elm adamlarının “Europa”da var olduğunu ümid etdikləri okeanla bu qədər maraqlanmalarının səbəbi isə Antarktikadakı “Vostok” adlı göldür. Elm adamları, dünyanın ən soyuq suyu olan bu göldə, əgər canlı orqanizmlər tapsalar, “Europa”dakı soyuq sularda da həyatın izlərinin tapılacağına ümid edirlər. (Ayrıca bunu ifadə etmək lazımdır ki, “Vostok” gölündə canlı orqanizmlərə rast gəlinməsi, bu orqanizmlərin burada, öz başlarına, təsadüfən yarandığını göstərməz. Təkamülçülər, ən uyğun şərtlərdə də, canlılığın öz-özünə təsadüfən yarandığını sübut edə bilməmişlər. Bu haqda ətraflı məlumatlara Netcevap.org arxivindən tapa bilərsiniz.) Ancaq bəzi elm adamları bu cür müqayisənin doğru olmadığını bildirir. Çünki, “Vostok” canlılığın onsuz da mövcud olan planetdə var və bu gölə canlı orqanizmlər hər hansı bir bölgədən bir şəkildə gələ bilər. Məsələn “ABC News”-in elm yazıçısı Lee Dye, bu haqda belə şərh edir:
“Bununla bərabər, iki göy cismi arasında çox böyük fərqliliklər var. Əgər, bu mikroblar (Vostok gölündə tapılması ümid edilən mikroblar) bir neçə milyon illik olsalar belə, bəzi elm adamlarının inandığı kimi, bunlar, “Europa” kimi quraq qayalıqlarda deyil, bioloji fəaliyyətin olduğu bir planetdə yaradılar.”1
Ayrıca, bəhs edilən tədqiqata aid xəbərlərdə, “Europa”da yaşayış ola biləcəyinin yalnız təxmin edildiyi xüsusi ilə vurğulanır və bu təxminin doğruluğunun sınana bilməsi üçün NASA-nın 2003-cü ildə göndərəcəyi, “Europa” peykindən gələcək məlumatların gözlənildiyi ifadə edilir. Lee Dyenin “ABC News”-dakı şərhində belə deyilir:
“Arizona-Tukson Universitetindən, Richard Greenberg: “Artıq orada nə olduğunu bilmirik” dedi və çöküntünün bir növ orqanik maddə ola biləcəyini bildirmək üçün hələ tez olduğunu əlavə etdi. 2003-cü ildə, “NASA”-nın “Europa” peyki, bir okeanın var olub-olmadığına dəlil tapmaq üçün, “Europa”nı daha da yaxından ziyarət edəcək.”2
“Europa”nın həyat üçün əlverişli mühitə sahib olduğu iddiası da, bəzi elm adamları tərəfindən qəbul edilmir. Məsələn, İngiltərə Şəhər Universitetindən astronom alim Dr. Mark Burchell, “Europa”dakı şərtlərin və mühitin həyat üçün uyğun olduğu iddiasının bir fərziyyə olduğunu bildirir.3
“NASA Ames Araşdırma Mərkəzi”ndən, Jack J. Lissauer isə, “Nature” jurnalında bu haqda nəşr olunan məqaləsində qəti məlumatlar olmadan kosmosda həyat olduğu haqqında çıxardılan söz-söhbətlər üçün belə deyir:
“Başqa bir yerdə həyatın kəşf edildiyini təxmin etmək fərziyyə üzərinə fərziyyə yığmaqdır.”4
Ancaq “Hürriyet Bilim” Təkamül Nəzəriyyəsi və kosmosda həyat kimi dəlili olmayan fərziyyələr haqqında “fərziyyə yığmaqdan” imtina etmir. Təkamülçü elm adamlarının da, “yalnız təxmin” olaraq bildirdikləri və əllərində hələ bir sübut olmadığını ifadə etdikləri mövzular haqqında “qəti başlıqlar” istifadə etməkdən çəkinmir. Bunu etməkdəki tək məqsəd isə, canlılığın təsadüflərlə və təbiət qanunları ilə kosmosun bir yerində əmələ gəldiyini, şüurlu bir Yaradıcının dizaynı və əsəri olmadığını oxucuya təlqin etməkdir. Halbuki, kosmosda olduğu ümid edilən bir neçə amin turşusu növü, bir qarışqadan hörümçəyə, arılardan pələngə, zebralardan quşlara, atlardan dovşanlara, bənövşələrdən insanlara qədər heç bir canlıdakı möhtəşəm dizaynı və qüsursuz yaradılışı izah edə bilməz. Allahın varlığını inkar edən heç bir nəzəriyyə, canlılığın mənşəyinin nə olduğu sualına cavab verə bilməz, nə də, verə bilmir. “Hürriyet Bilim”in bu qəti və açıq həqiqəti görməsini, əsassız xəbərlərdən “fərziyyə yığınlarından” imtina etməsini diləyirik.
- Lee Dye, Tiny Lifə Under Antarctic, http://abcnews.go.com/sections/science/DyeHard/dyehard991215.html
- Lee Dye, Tiny Lifə Under Antarctic, http://abcnews.go.com/sections/science/DyeHard/dyehard991215.html
- Helen Briggs, Boost for lifə on Jupiter moon, 30 sentyabr 2002, BBC News Online
Jack J. Lissauer, “Extrasolar planets”, Nature, 419, 355 – 358 (2002); doi:10.1038/419355a, 26 sentyabr 2002