“Cumhuriyet Bilim Teknik” jurnalının 13 aprel 2002-ci il tarixli sayında, “Həyatın təməl daşları kosmosdandır” başlıqlı yazı vardı. Yazıda, Almaniya və Amerikada iki araşdırma qrupunun, dünyadakı həyatın kosmosdan gələn amin turşuları ilə başladığını göstərdikləri ifadə edilirdi. Bu araşdırmaçılar laboratoriyada 4.6 milyard il əvvəl günəş sistemində meydana gələn toz və qaz kütlələrinin kimyəvi yaranışını hazırlamışlar və bu mühitdə bəzi amin turşularının meydana gəldiyini müşahidə etmişlər. “Cumhuriyet Bilim Teknik” jurnalı isə bu nəticələri, dünyadakı həyatın meydana gəlməsinin qaynağı olaraq qiymətləndirmişdir. Nə var ki, bu nəticələri qiymətləndirən elm adamları, bu təcrübə nəticələrinin həyatın mənşəyini işıqlandırmadığını ifadə edirlər.

 

Laboratoriyada yaradılan amin turşuları, həyatın təsadüfən meydana gəldiyi tezisini dəstəkləməz

Təkamülçü elm adamları, illərdir canlılığın təsadüfən meydana gəldiyini sübut etməyə çalışırlar. Bunun üçün canlıları meydana gətirən hüceyrələrin bəzi parçalarını, həm də ən kiçik quruluş daşlarını laboratoriyalarda sintez etməkdə, sonra da “canlılığın necə meydana gəldiyini tapdıq” mesajı verən başlıqlarla bu təcrübələri xəbər etməkdədirlər.

“Nature” jurnalının 28 mart 2002-ci il tarixli sayında yer alan araşdırma nəticələri qaynaq alınaraq hazırlanan CBT-nin xəbəri də bənzər xüsusiyyətdədir. Bu təcrübədə, bir neçə amin turşusu sintez edilmişdir və bunlardan yalnız bəziləri insan bədənində vardır. Amin turşuları, zülalların elementləridir. Ancaq, bu kiçik parçaların hamısı laboratoriyada sintez edilsə də, bu canlıları meydana gətirən hüceyrənin necə meydana gəldiyini, yəni canlılığın təsadüflər nəticəsində necə meydana gəldiyini açıqlamaz. Çünki əhəmiyyətli olan bu kiçik parçaların öz aralarındakı qüsursuz təşkilatıdır.

Əgər hüceyrəni bir fabrikə bənzətsək, zülallar bu fabrikin həm maşınları, həm binası, həm də məhsullarıdır. Amin turşuları isə fabriki meydana gətirən ən kiçik parçacıqlardır. Bir fabriki meydana gətirən bütün vəsaitin üst-üstə yığıldığını düşünün. Əgər bu fabrikin arxitektura dizaynını, mühəndisliyini, inşaatını edəcək, maşınların montajını reallaşdıracaq, nə çıxarılacağına qərar verəcək, vəsaitləri bu dizaynlara və planlara uyğun olaraq dizayn edərək montajlayacaq ağıl, güc və qabiliyyət olmazsa, vəsaitlərin varlığı heç bir işə yaramaz. Əhəmiyyətli olan mövcud vəsaitin məqsədə uyğun miqdarda əldə edilməsi və təşkil edilərək qiymətləndirilməsidir. Bu səbəbdən amin turşuları kosmosdan da gəlsə, dünya şərtlərində özbaşına da meydana gəlsə, amin turşularının təşkil edilərək, qüsursuz dizayna və fövqəladə kompleksliyə sahib zülalları təsadüfən meydana gətirməsi qeyri-mümkündür. Qaldı ki, bu zülalların da daha sonra kafi say və xüsusiyyətlərə sahib olaraq, yenə daha da fövqəladə ağıl tələb edən bir təşkilat ilə təşkil edilmələri və bir fabrikdən daha çox kompleks quruluşa sahib olan hüceyrəni meydana gətirə bilmələri lazımdır. İlk hüceyrədən sonra gedərək artan bir kompleksliyə sahib canlılığın təsadüflər nəticəsində meydana gəlməsi isə qeyri-mümkündür.

 

Nəticə olaraq, laboratoriyada primitiv dünya şərtləri və ya 4.6 milyard il əvvəlki günəş sisteminin şərtləri yaradılaraq əldə edilən bir neçə amin turşusu canlılığın mənşəyinə işıq tutmaqdan çox uzaqdır. Necə ki, “Nature” jurnalında nəşr olunan iki araşdırmanın nəticələrini qiymətləndirən Vaşinqton universitetindən Everett L. Shock, “Astrobiology: Seeds of Life?” (Astrobiologiya: həyatın toxumlarımı?) başlıqlı məqaləsinə bu sözlərlə başlayır:

 

“Həyatın təməl daşı olan amin turşuları, ulduzlar arasında olan toz zərrəciklərində meydana gələ bilir. Ancaq bu, Yer üzündə həyatın mənşəyi haqqında bizə nə qədər məlumat verir?”

 

Shock, təcrübələri və əldə edilən nəticələri yekunlaşdırdıqdan sonra, canlılığı meydana gətirən vəsaitlərin bir yerlərdə olduğunu qarşıya qoymağın, canlılığın mənşəyini açıqlamadığını ifadə edərək məqaləsini belə bitirir:

 

“Bu, bizə həyatın mənşəyi haqqında çox məlumat verirmi? Həyatınızı qazanmaq üçün geologiya oxuya bilərsiniz. Ancaq, fərqli qayaların necə meydana gəldiyini bilmək sizə hansı qaya qrupunun Teotiuakan, Tac Mahal və ya Toninin yeri olacağını göstərməz. Həyatın kimyəvi təməl daşlarını araşdırmaq, bunların hər yerdə olduğunu və həyat olmadan da var ola bildiklərini göstərə bilər… Bu gerçəyi qəbul edərək, həyatın ortaya çıxışı ilə əlaqədar araşdırmalar başqa şəkildə istiqamətləndirilməlidir. Həyatın mənşəyi ilə əlaqədar materiallar nəzərə alınmalı, ancaq bunlara birbaşa olaraq bağlı qalmaq lazım deyil. İnanıram ki, bu naşı astrobiologiya üçün böyük meydan oxumaqdır.” (Everett L. Shock, “Astrobiology: Seeds of Life?”, Nature, 28 mart 2002, 416, səh. 380-381)

 

Nəticə

Canlılığın təməl daşı olan strukturların laboratoriyalarda yaradılması, təkamül nəzəriyyəsinə heç bir dəlil vermir. Daha əvvəl də ifadə edildiyi kimi, əhəmiyyətli olan bu parçaların quruluşu və dizaynıdır. Bu parçalar ancaq üstün ağıl və şüurlu dizaynla faydalı parçaları meydana gətirə bilərlər. Bu gerçək, sonsuz bir Ağıl və Güc sahibi Yaradıcımızın varlığını göstərir.

CBT jurnalı kimi təkamülçü nəşrlər isə, təkamül nəzəriyyəsinin təbliğatını etmək məqsədiylə, bu cür elmi araşdırmaları təbliğat vəsaiti etməkdə və oxucuları yanıltmaqdadırlar.