31 yanvar 2001-ci il tarixli “Sabah” qəzetində, “Yoxsa kosmosdanmı gəldik” başlıqlı xəbər nəşr olundu. Xəbərdə Amerikan Milli Elm Akademiyası NASA tərəfindən aparılan bir təcrübədən danışılırdı. “Sabah”ın iddiasına görə, NASA işçiləri “hüceyrələrin yerin cazibə qüvvəsi olmadığı mühitdə, kosmos şərtlərində də meydana gəlib çoxala bildiyini sübut etmişdilər” və bu da həyatın kosmosdan gəlmiş ola biləcəyinin işarəsi idi.

 

Qısacası, “Sabah” qəzeti həyatın kosmosda təsadüfən yarandığı və dünyaya gəldiyi şəklində yekunlaşdırıla biləcək şəklindəki təkamülçü tezisi, “isbat edildiyi” iddiasıyla oxucularına təqdim edirdi.

Halbuki, gerçəklər daha fərqlidir. “Sabah” qəzetinin xəbərinə və xəbərin qaynağı olan NASA nəşrinə baxdığımızda, iki əhəmiyyətli nöqtə gözə dəyir:

 

  • ”Sabah” qəzeti, daha əvvəl də tez-tez etdiyi kimi, təkamül nəzəriyyəsini dəstəkləmə məqsədiylə, kənar təkamülçü qaynaqda yer alan bir iddianı şişirdərək köçürmüşdür. “Sabah”ın xəbərində “hüceyrələrin yerin cazibə qüvvəsi olmadığı mühitdə, kosmos şərtlərində də meydana gəlib çoxala bildiyi sübut edildi” deyilməkdədir ki, bu, tamamilə, həqiqətə uyğun deyil. “Sabah”ın istinad etdiyi NASA xəbərində də belə bir iddia yoxdur.

 

  • Xəbərin qaynağı olan NASA yayımlarında isə, təkamülçü elm adamları, əldə etdikləri bir tapıntını təhrif edərək, “kosmosda canlı hüceyrələrin təsadüfi olaraq meydana gələ bilməsi mümkündür” şəklində bir nəticəyə gəlmişdilər.

 

NASA təcrübəsi gerçəkdə nə mənanı verir?

NASA-nın internet saytında nəşr olunan “NASA Scientists Find Clues That Life Began in Deep Space” başlıqlı xəbərə görə, bu təşkilatda vəzifə alan bir qrup elm adamı, kosmos mühitini bir laboratoriyada süni olaraq meydana gətirmişlər, bu mühitə su, metanol, ammonyak və karbon monoksid qazları əlavə etmişlər və ultrabənövşəyi şüalardan istifadə edərək bir-birinə bir pərdə şəklində bağlanan orqanik birləşmələr yaratmışlar.

NASA-nın xəbərində bu orqanik birləşmələrin, canlı hüceyrələrin pərdəsinə bənzədiyi ifadə edilməkdə və buna əsaslanaraq da haqqında danışılan birləşmələr “proto-cells” (primitiv hüceyrələr) adlandırılır. “Sabah” qəzetinin “hüceyrələrin yerin cazibə qüvvəsi olmadığı mühitdə, kosmos şərtlərində də meydana gəlib çoxala bildiyi sübut edildi” deyə ifrat şişirdərək xəbərini yaydığı tapıntı, bundan ibarətdir.

Halbuki, meydana gələn birləşmələr, bir “hüceyrə” deyil. Bir “hüceyrə pərdəsi” belə deyil. Yalnız, bir hüceyrə pərdəsinin meydana gəlməsində istifadə edilə biləcək “vəsait” ilə bənzər xüsusiyyətlər daşıyır.

Təkamülçülərin nəzərə almadıqları, daha doğrusu gizlədikləri gerçək də burada ortaya çıxır: Bir canlı hüceyrəsi, yalnız “vəsait”dən ibarət deyil. Hüceyrə, vəsaitin yanında çox detallı və əhatəli bir “dizayn məlumatı”ndan meydana gəlir. Hüceyrənin içində bir-biriylə uyğunluq içində çalışan onlarla orqanel, bunların elementləri olan zülallar, bu zülalların necə sintez ediləcəyinə dair genetik məlumat və bu genetik məlumatı oxuyub anlayan və buna görə istehsal edən fermentlər vardır. Bu sistem yalnız vəsaitdən (yəni molekullardan) ibarət deyil. Əgər elə olsaydı, bu vəsaiti üst-üstə yığdığımız hər yerdə hüceyrə meydana gəlməli idi. Əhəmiyyətli olan bu vəsaitin necə təşkil ediləcəyinin məlumatıdır. Bu məlumat, fövqəladə dərəcədə əhatəli məlumatdır və “həyat təsadüfən meydana gəldi” deyən təkamül nəzəriyyəsini çökdürür.

Bir nümunə ilə mövzunu açıqlayaq: Hüceyrəni nəhəng bir fabrikə bənzədə bilərik. Bir fabriki meydana gətirən vəsait isə müəyyəndir: divarları təşkil edən beton, sement, kərpiclər, maşınlarda istifadə edilən polad, kabellər üçün istifadə edilən mis, plastik və s. kimi. Ancaq hər kəs qəbul edir ki, bir fabrik “vəsait”dən ibarət deyil. (Əgər elə olsaydı, sementi, poladı, misi, plastiki üst-üstə yığdığımız hər yerdə özbaşına fabrik yaranardı.) Fabrikdə ən əhəmiyyətli faktor, bütün bu vəsaitləri yerli yerinə yerləşdirən, nizama salan və işə başladan “dizayn məlumatı”dır.

Təkamülçülər, müxtəlif təcrübələr apararaq hüceyrəni meydana gətirən “vəsaitin” bəzi parçalarını (həm də çox kiçik parçalarını) sintez etməkdə, sonra da “həyatın təsadüfən meydana gələ biləcəyinə dair dəlil tapdıq” deyə aldadıcı başlıqlar atırlar. NASA kimi elmi təşkilatlarda müəyyən ölçülər içində qalan bu yalan “Sabah” qəzeti kimi nəşr orqanlarında, “həyatın təsadüfən meydana gəldiyi sübut edildi” kimi daha da həqiqətə uyğun olmayan bir üsluba bürünürlər.

 

Miller-Fox təcrübələrinin təkrarı

NASA elm adamları tərəfindən reallaşdırılan bu təcrübəyə baxıldıqda, bunun əslində 1953-cü ildə Stanley Miller və 1960-cı illərdə Sydney Fox adlı iki təkamülçü tərəfindən təşkil edilən təcrübələrin yeni təkrarı olduğu görülər. Miller, eynilə NASA mütəxəssisləri kimi su buxarı, metan və ammonyak qazlarını ehtiva edən bir qarışığa enerji verərək bir neçə amin turşusu sintez etmişdir. Fox isə, bəzi amin turşularını istilətmək surətiylə birləşdirmiş və “protenoid” (proteinə bənzər) adını verdiyi, gerçək zülalların heç bir funksiyasına sahib olmayan amin turşusu zəncirləri meydana gətirmişdir.

Bu təcrübələrin heç biri həyatın mənşəyi mövzusuna təkamülçü izah gətirməmişdir. Çünki bu təcrübələr, təsadüflər nəticəsində yalnız bəzi sadə orqanik birləşmələr meydana gələ bildiyini, ancaq hüceyrə kimi kompleks sistemin bu şəkildə meydana gəlməsinin qeyri-mümkün olduğunu göstərmişdir.

NASA təcrübəsi də eyni nəticəyə gəlmişdir. Təcrübəni aparan elm adamları, metan və ammonyak kimi orqanik birləşmələrin meydana gəlməsində çox əlverişli olan qazlara elektrik vermişlər və hüceyrə pərdəsinə bənzədiyini söylədikləri sadə birləşmələr meydana gətirmişlər. Amma əhəmiyyətli olan, bu kimi sadə birləşmələrin necə olub ki, hüceyrə kimi dünyanın ən kompleks dizaynına çevrildiyi sualıdır. Buna darvinizmin heç bir cavabı yoxdur, çünki bu çevrilmənin təsadüfən ola bilməyəcəyini hər kəs bilir.

Qısacası, NASA mütəxəssislərinin apardıqları təcrübə, bir fabrikin xarici divarını meydana gətirən vəsaiti (sementi və kərpicləri) yan-yana gətirməkdən ibarətdir. Fabrikin necə var olduğu sualı, yəni əsl məsələ, təkamülçülər baxımından həll olmadan qalmağa davam edir.

Gerçək isə açıqdır: hüceyrədəki fövqəladə dizayn, bir Yaradıcının varlığını isbat edir. Həyat təsadüflərlə meydana gəlməmiş, həyatı Allah yaratmışdır.

 

Nəticə

Nəticədə, “Sabah” qəzetində “hüceyrələrin yerin cazibə qüvvəsinin olmadığı mühitdə, kosmos şərtlərində də meydana gəlib çoxala bildiyi sübut edildi” deyə nəşr olunan xəbərin, gerçəkləri qəti olaraq əks etdirmədiyi, hiyləli təkamül təbliğatı olduğu görülür.

“Sabah” qəzetinin daha əvvəl də nümunələrini nümayiş etdirdiyi bu təbliğat üsulu, şübhəsiz, obyektiv jurnalistika ilə heç bir şəkildə uyğun gəlmir. Əksinə, “Sabah” az qala “darvinizmin gözübağlı müdafiəçisi kimi davranır. Maraqlıdır ki, “Sabah”da uzun illər publisistlik edən jurnalist Əhməd Vardar da, ötən günlərdə bu mövzuda təəccüblü bir şərh etmişdir. Vardara görə, “Sabah”dakı işinə son verilməsinin səbəbi, Darvinə qarşı çıxdığı üçün qəzet rəhbərliyinin qəzəbinə məruz qalmasıdır!

Xahişimiz, “Sabah” qəzetinin bu ön mühakiməli və mühafizəkar rəftarını dəyişdirməsi, təkamülün gözübağlı müdafiəçisi olmaqdan imtina etməsi və elmin səsinə qulaq asmasıdır. Elm, darvinist doqmanı yıxmaqda və yaradılışın dəlillərini inkar edilə bilməz qətiyyəti gözlər önünə sərməkdədir.