“Cumhuriyet Bilim Teknik” jurnalının (CBT) 21 dekabr 2002-ci il tarixli sayının qapaq mövzusu, “Aşiq olmaqda bir növ narkotikdir” başlığını daşıyan xəbər idi. 23 noyabr 2002-ci il tarixli “New Scientist” jurnalından alınan xəbərdə narkotiklərin və cinsi istəkin beyində təsir etdiyi bölgələr arasında bir əlaqə yaradılmağa çalışılır, hər ikisinin də eyni asılılıq bölgəsinə təsir etdiyinə dair bəzi tapıntılardan danışılırdı. Əsasən Pensilvaniya universitetindən Annarose Childressin və Montreal universiteti Nevroloji institutundan Mario Beauregardın iddialarına yer verilən yazının sətir aralarında beyindəki həzz alma sisteminin sözdə təkamül məhsulu olduğu təlqin edilirdi. Cinsi istək, narkotik və təkamül arasında qurulmağa çalışılan sintezin son bir nümunəsi olan yazıda narkotiklərdən tərifləyərək bəhs edilən ifadələrə də yer verilirdi.

 

CBT yanılır: sinir sisteminin təkamülü bir nağıldan ibarətdir

Yazının “Təkamül və asılılıq” başlıqlı hissəsində beyindəki həzz və mükafat sistemindən danışılarkən belə deyilir:

 

“Childress və bir qrup elm adamına görə mükafat sisteminin təkamülündə əsas hədəf heyvanların cinsi istəkə maraq duymasıdır. “Bu sistem, təkamül müddətiylə varlığını davam etdirərək heyvanların qarınlarını doyurub törəmələrini təmin etmişdir” deyilir.”

 

Burada təkamülçülərin klassik “xəyali ssenari yazma” üsulunu görürük. Hər biri son dərəcə kompleks strukturlara sahib olan orqanlar, sistemlər və ya hisslər mövzu ilə bağlı olduğunda, bunların ilk olaraq necə ortaya çıxması sualı təkamülçülər üçün açıqlanması mümkün olmayan, bu səbəbdən onları sıxışdıran bir sualdır. Buna görə mövzu izah edilərkən orqan, ya da sistemin (onsuz da heç bir zaman var olmayan) “təkamül mərhələləri” açıqlanmaz. Bu orqan, ya da sistem sanki təkamülün bir məhsulu olaraq göstərilərək, “oldu-bitdi” izahatıyla mövzunu yola vermə üsuluna gedilir. Yuxarıdakı nümunədə də eynilə belə edilmişdir. Beyindəki mükafat və həzz sistemi açıqlanarkən “təkamül boyunca varlığını davam etdirdiyi” iddia edilmiş bu sistemin sözdə təkamülünün necə reallaşdığına dair heç bir izah gətirilməmişdir.

CBT-dəki yazıda Larry Young adlı təkamülçü elm adamından təlqin edilən sözlər diqqət çəkicidir:

 

“Bunlar əslində heyvanların qarınlarını doyurma, cinsi istək və ictimai əlaqə yaratma kimi hərəkətləri nəticəsində təkamülləşmişdir.”

 

Burada bir başqa yanlış təkamül məntiqi qarşımıza çıxır. Bəhs edilən qarın doyurma, cinsi istək və ictimai əlaqə yaratma kimi davranışlar beyindəki həzz alma fəaliyyətinə nəzarət edən hüceyrələrin ortaya çıxışının səbəbi kimi təqdim edilməkdədir. Halbuki, bu hüceyrələr olmadan bu davranışların heyvana bir faydası olmayacaq. Məsələn, qarın doyurma; beyində aclıq və toxluq hisslərinin yanında ləzzət hissini oyandıran hüceyrələr olmadan mənasız davranışdır. Bu dövrələrdən məhrum heyvan nə belə bir davranışın ehtiyacını duyacaq, nə də yoxluğunda çətinlik çəkəcəkdir.

Təkamül müddətiylə varlığını davam etdirdiyi iddia edilən mükafat-həzz sisteminin çalışa bilməsi üçün sinir sistemi və hormonal sistemin eyni anda dövrədə olması lazımdır. Mükafat həzz sisteminin təkamülləşdiyini qəbul etmək, sinir və hormon sistemlərinin də təsadüfən eyni anda təkamülləşdiyini qəbul etməyi şərt edir ki, ən sadə ehtimal hesabı belə bunun “qeyri-mümkün” olduğunu göstərməyə çatacaq.

 

Elm sinir sistemində və beyindəki mürəkkəblikdən çox geridədir

Beyindəki həzz alma fəaliyyətinə nəzarət edən hüceyrələr, son dərəcə mürəkkəb fəaliyyətlərin icra edildiyi sinir sistemiylə hormonal sistemin bir parçasıdır. Bu sistemlər son dərəcə mürəkkəb orqanlardan meydana gəlir. Hormonal sistemdə böyrəküstü vəzləri, hipotalamus, hipofiz və qalxanvari vəzləri möcüzəvi şəkildə bizim xəbərimiz belə olmadan öz aralarında hormonal yolla “danışaraq” razılaşar və həyatımızı mümkün edərlər.

Sinir sistemi də eyni şəkildə mürəkkəbdir. Xüsusiləşmiş sinir hüceyrələrindən meydana gələn beyindəki mürəkkəb quruluş “Science” jurnalında nəşr olunan “Mürəkkəblik və sinir sistemi” adlı məqalədə belə ifadə edilməkdədir:

 

“1,5 kiloqramlıq yumşaq maddədən ibarət olan qıvrımlar, təxminən 100 milyard sinir komponenti, bunlar arasında yüzlərlə trilyon əlaqə və minlərlə kilometr uzunluğunda məlumat xətti ortaya çıxmaqdadır. Beyin, ümumiyyətlə, kainatdakı ən mürəkkəb sistem adlandırılır”1

 

Beynin nə qədər üstün bir dizayn və əməliyyat həcminə sahib olduğuna dair bir başqa nümunəsini məşhur IBM firmasının texnologiya mütəxəssisi Dr. Kerry Bernstein verir. MSNBC.com-da “Beyin kompüterlərə dərs keçir” başlığı ilə verilən xəbər-reportajda Bernstein, daha yaxşı kompüter yaratmaqda beyindəki sistemi təqlid edə bilmənin əhəmiyyətini vurğulamışdır.2 Hətta bu məqsədlə IBM mərkəzində nizamlı olaraq konfranslar verildiyini ifadə etmişdir. Buna görə nevroloqlar kompüter mühəndislərinə beynin quruluşu və iş sistemləri haqqında məlumatlar verirlər. Bernstein, texnologiyanın beyindəki dizayna əsla çata bilməyəcəyini belə vurğulamışdır:

 

“Beyində fövqəladə paralellik hakimdir. Yəni tək bir bit məlumat, bir anda tam 100.000 neyrona yayıla bilir. Beləcə beyin, bilinən ən sürətli kompüterdən yüz minlərlə daha sürətli olur. Bizim isə bunu elektronikada reallaşdıra bilməyimiz mümkün deyil”.

 

Bu möcüzə sistemdə, xəyal gücünü aşan miqdarlarda məlumat gizlidir. “New Scientist” jurnalı və “Cumhuriyet Bilim Teknik” məhz bu fövqəladə məlumatın və qüsursuz dizaynın təsadüflərlə ortaya çıxdığını iddia edən bir nəzəriyyəni, darvinizmi müdafiə edir. Oxucularına sözdə elm xəbəri kimi təqdim edilən məqalə, bu xurafatı ayaqda tuta bilmək üçün davam etdirilən içi boş təbliğatdan başqa bir şey deyil.

 

Təhlükəli sintez: Cinsi istək, narkotik və təkamül

CBT-dəki yazıda təkamül fəlsəfəsinin təməl nöqtələrindən biri ön plana çıxır. İnsanı inkişaf etmiş bir heyvan növü olaraq izah edən bu fəlsəfəyə görə insanlar davranışlarını nizamlamaqda hər hansı əxlaqi prinsiplə istiqamətləndirməməlidir. İnsan davranışlarını instinktlərə və beyin kimyasına bağlayan bu düşüncəyə görə həm cinsi istək, həm də narkotik istifadəsi guya təkamülün nəticəsidir.

 

Narkotiklər və təkamül

Narkotik istifadəsinin təkamülün bir nəticəsi olduğu iddiası ötən ilin ortalarında “Addiction” jurnalında ortaya atılmışdır. “New Scientist”in 1 aprel 2002-ci il tarixli internet səhifəsində xəbər verilən iddianın sahibləri Auckland universitetindən Roger Sullivan ilə Kaliforniya universitetindən Edward Hagendir.3

Buna görə sözdə təkamüllü atalar ətraf mühitin çətin şərtlərinə qarşı qoya bilmək üçün kokain və nikotin kimi xəbərdar edənləri ətrafdakı bitkilərdən alıb istifadə ediblər. İddianın əsl axmaq istiqamətə isə budur: Sullivan və Hagenə görə, bu xəbərdar edənləri ehtiva edən bitkilər də məməlilərdəki sinir daşıyıcılarını təqlid edə bilmək üçün təkamülləşmişlər. Bu iddia elmi dayağa sahib olmadığı kimi məntiqi olaraq da axmaqlıqdır. Heç bir düşüncə sistemi olmayan, ətrafını qəbul edəcək duyğu orqanlarından məhrum bir bitki məməlilərdəki sinir daşıyıcılarının quruluşunu haradan bilir? Bunları bilməsi də, öz istəyiylə törətməsi qeyri-mümkündür. Həm də bitki, məməlilər üçün sinir daşıyıcıları törətməsi vəziyyətində daha çox istehlak ediləcək. Bu vəziyyət təkamülün öz məntiqi içində də əsassızdır. İstehlakı artan bitkinin həyatda qalma ehtimalı azalacaq.

 

Cinsi istək və təkamül

Allahın insanlar üçün yaratdığı və müəyyən qaydalarla təşkil etdiyi bir nemət olan cinsi istəyi təkamüllə şərh etməyə çalışanların içinə düşdükləri yanılmalardan biri, cinsi istismar cinayət və azğınlıqları qanuni göstərməyə çalışmalarıdır. Bunun nümunələrindən biri Alman “Der Spiegel” jurnalının 16/2000 tarixli sayında nəşr olunan Randy Thornhill və Craig Palmer adlı araşdırmaçıların fərziyyələrə əsaslanan şərhləri idi. CBT təkamül fəlsəfəsinin təbliğatını edən bu yazını da 6 yanvar 2002-ci il tarixli sayında nəşr etmişdi.

Yazıda qısaca şiddət, cinsi istismar, təcavüz, aqressivlik, qısqanclıq kimi xüsusiyyətlərin insanlara heyvan atalarından miras qaldığı və bu davranışların təkamülün təbii nəticəsi olduğu iddia edilmişdi. Məsələn, təcavüz edən bir kişinin tək məqsədinin heyvan ataları kimi genlərini bir sonrakı nəsilə köçürmək olduğu irəli sürülməkdə idi. Bu davranışlarından məsul olan isə guya genlər idi.

Genlər möhtəşəm məlumat bankıdır. Ancaq bu məlumatı şərh edərək insanı istiqamətləndirdiyini qəbul etmək ağılsız davranış olacaq. Genlər şüursuz atomlardan meydana gəlir. Genlərdəki məlumatı yığan, istifadə edə bilən şüurun bu şüursuz varlıqlardan qaynaqlanmadığı açıq həqiqətdir.

 

Necə ki, “Der Spiegel”də heç bir konkret dəlilə əsaslanmadan edilən fərziyyələr əksər elm adamı tərəfindən ciddiyə alınmamışdır:

 

Seksoloq Hertha Richter Appelt bu tezisi “Yazıçılar empirik olaraq (elmi dəlillər baxımından) möhkəm təməllərə əsaslandırılmayan bir nəzəriyyə yaradırlar” deyə qiymətləndirmiş və yazıçıların gerçəkləri əks etdirməkdən uzaq olduqlarını və hər şeyi bir-birinə qatdıqlarını söyləmişdi.

 

Eyni şəkildə CBT-nin cinsi istəyin mənşəyini təkamüllə şərh etmə səyi də tamamilə əsassızdır.

 

CBT, narkotikə təşviq edən ifadələrdən qaçmalıdır

CBT narkotiklərdən tərifləyərək bəhs edən ifadələrə yer verməkdədir. “Eşq də bir növ narkotikdir” yazısının başlarında “speedball” adlı narkotikdən tərifləyərək bəhs edilir. CBT sətirlərində eynilə bu ifadələrə yer verilir:

 

“Speedball” deyilən kokain və heroin qarışığı bir kokteyl, sürətləndirilmiş və dozası artırılmış seks kimi, arzu səviyyəsini sürətlə yüksəldib insanı tam doyurar. Bu səbəblə bu cür narkotiklər beynin zövq, mükafat və motivasiya sistemlərini fəal hala gətirib, insanı bu narkotiki daha çox istər hala gətirər. Bu vəziyyətdə istəklərinin təmini üçün insan hər şeyi edə biləcək vəziyyətdədir.

 

Narkotik dünya miqyasında milyonlarla insanın həyatına bais olmuş təhlükəli maddədir. İstifadəsi ölümlə nəticələnməsə belə, insanı xroniki bədbəxtliyə sürüyər. Kolumbiya ensiklopediyasında narkotikin insan üzərindəki fiziki və mənəvi zərərləri belə izah edilir:

 

Narkotik asılılığı olan bir insan narkotiki buraxma qərarı alsa belə, imtina etmə dövründə yaşayacağı çətinliklər özü üçün aşılmaz maneə ortaya çıxara bilər. Məsələn, kokain istifadəsini azaltmağa çalışan bir insanda ruhi çöküntü (narahatlıq, depressiya, həddindən artıq şübhəcilik və yuxusuzluq) baş qaldırır və insan heç bir şeydən zövq almamağa başlayar, heç bir şey istəməz, hər şeydən sıxılar və getdikcə özünü hər şeydən çəkər. Bir çox istifadəçi bu təsirləri azalda bilmək üçün başqa narkotiklərə (marixuana və heroin) və spirtə müraciət edər. Bəziləri isə kokain və heroinin təhlükəli qarışığı olan “speedball” istifadə edərlər. Özünü bundan çəkməyə çalışması. ümumiyyətlə, artan istifadə ilə nəticələnər.

 

İddiaları elmi dəlillərlə dəstəklənməyən “təkamül, cinsi istək və narkotik sintezi” böyük yanılmadır. Bu fikirlərin, bir cəmiyyətdə ailə və cəmiyyət üzərində dağıdıcı olacağı çox açıqdır. CBT bu mövzuda daha həssas davranmalıdır. Bu məqsədlə sırf təkamülə dəstək verdiyi göründüyü üçün nəşr etdiyi yazıları daha sağlam fikirli və şüurlu şəkildə ələ almalıdır. CBT gənclərə narkotiki təşviq edən deyil, zərərlərini izah edən nəşr siyasəti izləməlidir.

 

 

  • “Science”, Volume 284, Sayı 5411, 2 aprel 1999, səh. 96-98
  • com: “The Brain Teaches Computers A Lesson”, 6 avqust 2002

“New Scientist”, “Drug use linked to ancestors” habits”, 1 aprel 2002, http://www.newscientist.com/news/news.jsp?id=ns99992095