“Focus” jurnalının dekabr 2003-cü il sayında “HƏYATIN MƏNŞƏYİ: Dünyanın ən böyük sirridir” başlıqlı məqalə nəşr olundu. Məqalədə həyatın mənşəyiylə əlaqədar təkamülçü tezislər ələ alınır; Təməl şorba, RNA dünyası, Gil həyatı, Panspermia, İsti su bacaları və PNA qaydalarıyla əlaqədar qısa məlumatlar verilirdi. “Focus”dakı bu məqalədə diqqət çəkən əhəmiyyətli bir nöqtə vardı.
Ortaya qoyduqları fərziyyələr baxımından fərqlilik göstərsələr də, hər bir tezisin təqdimatı eyni şəkildə, çarəsizlik ifadələriylə bitirdi. Yazı bir tezis olmaqdan daha çox da etirafnamə xüsusiyyəti daşıyır kimi idi.
Bu tezislərlə əlaqədar çarəsizlik ifadələri sırasıyla bu şəkildə idi:
- RNA dünyası tezisiylə əlaqədar olaraq;
“RNA-nın özünü əskiksiz şəkildə köçürdüyü müşahidə edilmədi”;
- Təməl şorba tezisiylə əlaqədar olaraq;
“Qədim dünyadakı təməl şorbanın həyatın ən fundamental elementlərin bəzilərini çıxardığı göstərildi, amma bunlar özünü köçürə bilən DNT kimi bir molekul olmaqdan çox uzaq idi”;
- PNA qaydasıyla əlaqədar olaraq;
“DNT, (PNA adlı sintetik molekullardan) daha üstün idi”;
- Gil həyatı tezisiylə əlaqədar olaraq;
“Ancaq gillərin bu şəkildə köçürüldüyü hələ sübut edilmədi”;
- Panspermia (kainatda həyatın, uyğun mühitlərdə ortaya çıxan spor və ya bakteriyalarla yayıldığı tezisi) tezisiylə əlaqədar olaraq;
“Əslində (bu tezislə) mənşə problemi cavablanılmış olmur”…
- İsti su bacaları (Okean dibində olan və maqmadan istilik və mineral püskürdən yarıqlar) tezisiylə əlaqədar;
Yazıda bu mövzuda açıqca ifadə edilmiş maneə görülmürdü. Ancaq bu tezis də eyni şəkildə dilemmalarla əhatə edilmiş tezisdir.
Stanley Miller və Jeffrey Badanın birlikdə apardığı təcrübələr, isti su bacalarındakı istiliyin bəzən 300O C-ni aşdığını göstərmişdir. Miller və Bada, bunların kompleks orqanik mürəkkəblər çıxarmış ola bilməyəcəklərini, tam əksinə onları parçalayacaq xüsusiyyətlər göstərdiyini ifadə etmişlər.1
Görüldüyü kimi, “Focus”da həyatın mənşəyiylə əlaqədar olaraq tanıdılan altı materialist tezis gerçəkdə altı materialist dilemmadan ibarətdir. Materialistlərin bütün dilemmalarına baxmayaraq, bu tezislərə dəstəyi davam etdirmələrinin təməlində yatan faktor isə elmi araşdırmaların yaxın gələcəkdə müvəffəqiyyət əldə ediləcəyinə dair bir işıq ucu göstərməsi deyil, kor-koranə mənimsədikləri inanclarıdır. Həyatın mənşəyini materialist baxımdan izahdakı səyləriylə tanınan Harold Urey bunu aşağıdakı sözlərlə ifadə etmişdir:
“Həyatın mənşəyi mövzusunu araşdıran bütün bizlər, bu mövzunu nə qədər çox araşdırsaq, həyatın hər hansı bir yerdə təkamülləşmiş ola bilməyəcək qədər kompleks olduğu nəticəsinə gəlirik. (Ancaq) Hamımız bir inanc ifadəsi olaraq, həyatın bu planetin üzərində ölü maddədən təkamülləşdiyinə inanırıq. Lakin kompleksliyi o qədər böyükdür ki, necə təkamülləşdiyini xəyal etmək belə bizim üçün çətindir.”2
“Focus” səlahiyyətliləri, jurnalın gerçək mənada elmi jurnal olmasına əhəmiyyət verirlərsə, materialist doqmaya əsaslandıqları açıq olan bu kimi tezislərə dəstək verməkdən imtina etməli, həyatın təməlindəki təşkilat və kompleksliyin şüurlu dizayna işarə etdiyini qəbul etməlidirlər.
Bir hüceyrə, hər biri son dərəcə kompleks vəzifələr icra edən və sadələşdirilə bilməz komplekslik ortaya qoyan orqanellərdən meydana gəlməkdədir. Bu orqanellərin birinin əskik olması vəziyyətində hüceyrə fəaliyyətləri dayanacaq və hüceyrə öləcək. Bu səbəbdən bu orqanellərin təsadüfi olaraq bir yerə gəlib canlı hüceyrə meydana gətirə biləcəkləri inancı tam mənasıyla ağılsızlıqdır. Riyazi hesablamalar da bu orqanellərin, hüceyrənin element vəzifəsindəki tək bir zülalın da təsadüfi olaraq ortaya çıxma ehtimalı olmadığını ortaya qoymaqdadır. Hüceyrə nüvəsində olan DNT molekulunda gizli olan yüklü miqdardakı məlumatın da təsadüfi olaraq ortaya çıxmış olma ehtimalı, eyni şəkildə, “0”dır. Üstəlik zülallar DNT-dəki məlumata görə çıxarıldıqları halda DNT molekulunun quruluş daşları arasında iştirak edərlər. Bu, hüceyrənin mövcudluğu üçün zülalların və DNT-nin də eyni anda qüsursuz olaraq olmaları deməkdir ki, bu lazımlılıq iki qeyri-mümkünlüyün eyni anda təsadüfən reallaşmasını zəruri edir!
Aydındır ki, hüceyrədə təsadüfü rədd edən bu strukturların bir-birləriylə uyğun şəkildə son dərəcə kompleks təşkilat içində olması ancaq yaradılış gerçəyiylə açıqlana bilər. [*] Bütün canlıları Allah qüsursuz şəkildə və bir anda yaratmışdır.
“Focus” jurnalına materialist ön mühakimələrini nəzərdən keçirməsi və elmi tapıntılara baxmayaraq, dəstəklənilən ağılsız ssenarilərə dəstək verməkdən imtina etməsini tövsiyə edirik.
- Horgan J.,”In The Beginning…,” Scientific American, Vol. 264, No. 2, Şubat 1991, səh.105
- R. Bird, The Origin of Species Revisited, Nashville, Thomas Nelson Co., 1991, səh. 325
[*] Həyatın mənşəyi ilə əlaqədar materialist ssenarilərin geçersizliği haqqında daha geniş məlumatı buradan əldə edə bilərsiniz.