6 yanvar 2001-ci il tarixli “Cumhuriyet Bilim Teknik” jurnalının 12-ci səhifəsində “Cinsi istək və təkamül: Şiddətə əsaslanan təcavüzün məhsuludur, yoxsa təkamülün?” başlıqlı yazı nəşr olundu. Alman “Der Spigel” jurnalının 16/2000 tarixli sayındakı məqalənin tərcüməsi olan yazıda, Randy Thornhill və Craig Palmer adlı iki araşdırmaçının, heç bir elmi müşahidə və ya dəlilə əsaslanmayan, tamamilə xəyal məhsulu olan iddialarına yer verilmişdi.
Yazıda qısaca şiddət, cinsi istismar, təcavüz, aqressivlik, qısqanclıq kimi xüsusiyyətlərin insanlara heyvan atalarından miras qaldığı və bu davranışların təkamülün təbii nəticəsi olduğu iddia edilməkdədir. Məsələn, təcavüz edən bir kişinin tək məqsədinin heyvan ataları kimi genlərini bir sonrakı nəsilə köçürmək olduğu iddia edilməkdədir. Bu impulsla hərəkət edən kişi və qadınların bütün davranışlarına bu çərçivədə məqbul izah gətirilməyə çalışılmaqdadır.
Bu iddia, heç bir elmi dəlili olmayan fərziyyədir və elm dünyasında da etibar görməməkdədir. Təkamülçülərin çoxu da bu tezisi axmaqca hesab edir.
Genlərin “Şüurlu” olduqları yanılması
CBT-də mövzu edilən təkamülçü tezis, qısaca, insanın cinsi istiqamətinin “daha çox törəyərək təkamüldə üstünlük qazanmaq” impulsundan qaynaqlandığını qarşıya qoymaqdadır. Bu iddianın təməlində isə, insanın genlərdən ibarət bir maşın olduğu, genlərin isə sanki şüurlu varlıq kimi davamlı olaraq “təkamülləşmə və həyatda qalma” məqsədində olduğu şəklindəki təkamülçü batil inanc yatır.
Bu batil inanc, xüsusilə çağımızın öndə gələn ateist təkamülçülərindən Riçard Davkinsin “The Selfish Gene” (Eqoist gen) adlı kitabıyla məşhur olmuşdur. Davkins, bütün canlıların əslində “eqoist, mənfəətçi və yalnız özünü çoxaldaraq varlığını qorumağa çalışan genlərdən ibarət olduğunu” irəli sürmüşdür. CBT-dəki “Cinsi istək və təkamül” başlıqlı yazıda haqqında danışılan “cinsi istismar və təcavüz, kişilərin genlərini artırma yoluyla çoxaltma instinktindən qaynaqlanar” iddiası da, Davkinsin iddiasının yeni uydurmasıdır.
Halbuki, bu iddia son dərəcə çürük və məntiqsiz fərziyyəyə əsaslanır: Genlərin ağlı, şüuru və hətta “xarakteri” olduğu fərziyyəsinə. Bu fərziyyənin axmaqlığını görmək üçünsə, genlərin nə olduğuna baxmaq kifayətdir: Genlər, bir-birinə əlavə olunmuş və xüsusi “qatlama və qablaşdırma” üsulu ilə sıxışdırılmış DNT parçalarıdır. DNT, bir canlı haqqındakı bütün irsi məlumatların kodlaşdırılmış olduğu bir şifrələmə sistemidir. DNT, “halqa” adı verilən dörd fərqli molekulun bir zəncir boyunca bir-birinə əlavə olunmasıyla meydana gələr. Adenin, Timin, Sitozin və Quanin adlı bu molekulların sıralanma forması, bir növ kod meydana gətirməkdə və beləcə DNT canlı haqqındakı bütün fiziki xüsusiyyətlərin məlumatını saxlamaqdadır.
Qısacası, DNT dörd hərfli əlifbayla yazılmış bir kitabdır.
Və əlbəttə, bir kitabın “eqoist” olması, “özünü törəmə yoluyla çoxaltmağı hədəfləməsi” və ya başqa bir şəkildə bir məqsədə sahib olması mümkün deyil. DNT, şüursuz və cansız atomlardan ibarət olan molekul zənciridir və heç bir molekul ağıl və şüura sahib deyil. Bu səbəbdən Davkinsin ortaya atdığı “eqoist gen” tezisi, bir növ pəri nağılı kimi, ağıl və elmdən kənar nağıldan ibarətdir. Təkamülçülər, insanın ruhunun varlığını qəbul etmək istəmədikləri üçün, insanı bir maddə yığınından ibarət görməkdə, bu səbəbdən bu maddə yığınının bir yerinə bir şəkildə şüur ətf etməyə çalışmaqdadırlar. Genlərə şüur ətf edəcək qədər əsassız iddia irəli sürmələri isə, nə qədər pis vəziyyətdə qaldıqlarının göstəricisidir. Əvvəllər taxtadan və ya daşdan düzəldilmə bütlərdə ağıl və şüur olduğunu zənn edən bütpərəstlərin yerini, indiki vaxtda molekullarda, bu molekulları meydana gətirən cansız atomlarda ağıl və şüur olduğunu zənn edən təkamülçülər almışdır.
Təkamülçü ziddiyyətlərdən nümunələr
“Hər şey genlərdir, insan, genlərin özlərini çoxaltmaq üçün istifadə etdikləri bir vasitədir” şəklindəki doqmatıq iddia bir dəfə doğru kimi qəbul edilincə, artıq hər şeyə genlərə görə sözdə izah gətirmək mümkündür. CBT jurnalında haqqında danışılan təkamülçülərin etdiyi də budur. Amma bu iddia, indiki vaxtda psixologiya ilə maraqlanan elm adamlarının çox böyük hissəsi tərəfindən axmaq və əsassızdır. Bu gerçəyi, CBT jurnalında nəşr olunan məqalənin yazıçıları da görmüş olacaqlar ki, bu kimi təkamülçü izahların “fantaziya ilə” yazıldığını onlar da qəbul etmişlər:
“… insan kimi davranışlarla əlaqədar bəzi izahlar gəlmir deyil, amma bunlar ümumiyyətlə çox sübut oluna bilmir. Bir az fantaziyayla insanın hər cür davranışı təkamülə uyğun olaraq açıqlanmaqda… Belə ki, insanın öz uşağını öldürməsi belə təkamüllü yaranmanın bir səbəbi olaraq göstərilməkdədir. İnsan çox stress altındaykən belə bir cəhd edə bilər, deyilir. Və yenə primitiv impulslar qarşımıza çıxır. Uşaq qətliamı qıtlıq dövrüylə əlaqədar təkamüllü xatirələrə əsaslanılan kitabda belə yazır: O dövrdə uşağın aclıqdan ölməsini gözləmək yerinə onu öldürmək daha ağıllı idi. Bir çox elm adamı, insanın bütün davranışlarını təkamüllü ayırd edilməklə həll etməyə çalışan təkamül psixoloqlarını ciddi qəbul etmir.. (Tərcümə: Nilgün Özbaşaran Baba Qaynaq: Der Spigel 16/2000)
Təkamül psixoloqu deyilən şəxslərin iddialarının ciddiyə alınmadığı, bu iddialar bir az belə araşdırılınca onsuz da aydın olur. Məsələn, CBT-dəki yazıda yer alan aşağıdakı paraqrafda, təkamül psixoloqlarının dahiyanə nəzəriyyələri belə izah edilib:
Hörümçəklər, ovçu atalarımız üçün hər vaxt təhlükə idi və instinkt olaraq ondan qaçmağı öyrəndilər. Bugünkü Avropalı bu qorxunu məğlub etmiş vəziyyətdədir, amma yenə də, beyninə soxulan yeni təlimlərə baxmayaraq, ilk çağlardan qalma izlərin təsiriylə hələ bu heyvana toxunmaqdan qaçar. Yüksəklik qorxusu da qayalıqların kənarlarına yaxınlaşmaqdan çəkinən atalarımızdan qalma bir impuls olaraq qiymətləndirilməkdədir. Və bu gün şirin yeyənlər bunu atalarımızın karbohidrat əskikliyi çəkmiş olmalarına bağlaya bilərlər.
İddiların çox axmaq olduğu ortadadır: İnsanların hörümçəklərdən qorxmaları, “hörümçəklər ovçu atalarımızı qorxudurdular” deyə açıqlanır. Halbuki, hörümçəklər qədim insanlar üçün nə qədər təhlükəlidirsə, müasir insanlar üçün də o qədər təhlükəlidirlər. Qədimdən zəhərli hörümçəklər yaşadığı kimi, bugün də yaşamaqdadır. İkinci iddia da eyni dərəcə axmaqdır: Yüksəkdən düşmək qədim insanlar üçün nə qədər təhlükəli idisə, çağımızdakı insanlar üçün də o qədər təhlükəlidir. Qədim insanlar qayalıqlardan düşmə təhlükəsi ilə qarşılaşıbsa, çağımızdakı insanlar da yüksək yerlərdən düşmə təhlükəsiylə qarşı-qarşıyadır. Üçüncü iddia isə təəccüblü dərəcədə ağılsızdır: Müasir insanların şirin yeməsi, “atalarımızın karbohidrat əskikliyi” ilə açıqlanmağa çalışılır. Halbuki şirin, insan bədəninin təməl ehtiyaclarından biri olan qlükozanın qaynağıdır. Qədim insanlar buna nə qədər ehtiyac duyursa, günümüzdəki insanlar da o qədər ehtiyac duyur.
Diqqət yetirilsə, təkamülçülərin ortaya atdığı bütün bu iddialar tamamilə xəyal məhsuludur. Necə ki, CBT-də nəşr olunan məqalədə də bunu vurğulayan mütəxəssislərin fikirlərinə yer verilmişdir. Məsələn, təkamülçülərin ortaya atdığı cinsi istək ilə əlaqədar iddiaların son dərəcə xəyali və səthi olduğu, mövzunun mütəxəssisi Hertha Richter Appeltdən təlqin edilən sözlərlə də qəbul edilmişdir:
Seksoloq Hertha Richter Appelt hadisəni “Yazıçılar empirik olaraq (elmi dəlillər baxımından) möhkəm təməllərə dayandırılmayan nəzəriyyə inkişaf etdirirlər” deyə qiymətləndirdi… Hertha Richter-Appelt (Hamburg), yazıçıların gerçəkləri əks etdirməkdən uzaq olduqlarını və hər şeyi bir-birinə qarışdırdıqlarını söyləyir.
Görüldüyü kimi, CBT-dəki “Cinsi istək və təkamül: Şiddətə əsaslanan təcavüzün məsulu, yoxsa təkamülmü?” adlı yazıda nəşr olunan təkamülçü iddialar, bir xəyal məhsulundan, fantaziyadan ibarətdir. Gerçəkdə bu iddialar, təkamül nəzəriyyəsini müdafiə edənlərin nə dərəcə korlaşdıqlarını göstərən əhəmiyyətli dəlil vəziyyətindədir.
Təkamülçü zehniyyətin insana baxışı
Mövzunun bir başqa əhəmiyyətli istiqaməti isə, “Cumhuriyet Bilim Teknik” jurnalında təlqin edilən bu təkamülçü boş sözlərin cəmiyyətlərə gətirəcəyi zərərdir. İnsanları heyvan olaraq xarakterizə edən, insanı yalnız genlərini daşımaqla və bir sonrakı nəsilə köçürməklə məsul robot kimi görən darvinist düşüncə, 20-ci əsrdə artan şiddət hadisələrinin, soyqırımların, zalımlıqların, əxlaqi degenerasiyanın ən böyük məsulu olmuşdur. Çünki bütün zalımlıqlara, təcavüzkarlıqlara, əxlaqsızlığa sözdə elmi qanunilik qazandırmışdır. 20-ci əsrin ən böyük qırğınlarını reallaşdıran Hitler da özünə Darvinizmə dəstək olaraq göstərmişdir. Sözdə “üstün irq”in xaricindəki irqlərin yaşamalarına gərək görməyən, onları öldürməyi heyvanları öldürməklə bir tutan Hitlerə zalımlığı və təcavüzkarlığı mövzusunda dəstək verən darvinizm olmuşdur.
İnsanların genetik olaraq təcavüzkar, mərhəmətsiz, rəqabətçi, eqoist, qatil ola biləcəyini müdafiə edən Darvinizm, bütün cinayətləri qanuni göstərmək üçün istifadə edilmişdir. Necə ki, məşhur təkamülçü Stephen Jay Gould bu mövzuda belə deyir:
“Günahkarlığa bağlı bioloji qaydalar çox yeni sayılmazdı, amma Cesare Lombroso (İtalyan həkim) bu müzakirəyə yeni, təkamüllü istiqamət verdi. Doğuşdan günahkarlar yalnız zehni tarazlığı pozulan, ya da xəstə deyildilər; daha əvvəlki bir təkamüllü mərhələyə geri düşmüş, sözün tam mənasıyla soyuna çəkmişdilər. Primitiv və meymunabənzər atalarımızın irsi xüsusiyyətləri genetik repertuarımızda qorunar. Bəzi talehsiz fərdlər normaldan çox atasal xüsusiyyətə sahib olaraq doğular. Davranışları keçmişin bəzi yabani cəmiyyətləri üçün uyğun olsa belə, bu gün bu davranışlara cinayət deyirik. Doğuşdan günahkara rəhm edə bilərik, çünki özünə hakim ola bilməz.” (Stephen Jay Gould, Ever Since Darwin, səh. 223)
Belə bir zehniyyətlə yetişən və ya müxtəlif nəşr orqanlarında bu cür əxlaqsızlıqların və mərhəmətsizliklərin təkamülün təbii nəticəsi olduğunu və adamın bunlara görə günahlandırıla bilməyəcəyi təlqinini alan ağıl və vicdanı zəif insanların nələr edə biləcəkləri ortadadır. Bu səbəblə CBT-də edilən təkamül təbliğatı, axmaq və ziddiyyətli olduğu qədər, eyni zamanda da təhlükəlidir.
Əxlaqın və əxlaqsızlığın gerçək səbəbi
Darvinizm insanlara yalnız inkişaf etmiş bir növ heyvan olduqları yalanını deyil, eyni zamanda təsadüflərin bir əsəri olduqlarını, yəni bir Yaradıcılarının olmadığı yalanını da təlqin edər. Bu təlqinləri məktəblərdəki dərs kitablarından, seyr etdikləri filmlərdən, oxuduqları kitablardan alan insanlar özlərini bir heyvan kimi məsuliyyətsiz zənn edərlər.
Ancaq darvinizmi müdafiə edənlərin və buna inananların hamısı yanılmaqdadır. Çünki insan başıboş və məsuliyyətsiz deyil. Onu yaradan, hər anını müşahidə edən, düşüncələrini də bilən və öldükdən sonra onu sorğulayaraq etdiyi hər şeyə qarşılığını verəcək olan bir Yaradıcısı vardır. Və Yaradıcısı olan Allah onu heyvanlardan fərqli olaraq bir ruh, ağıl, iradə, mühakimə qabiliyyəti ilə yaratmışdır. Yəni bir insan içində hər cür hərəkətə qarşı bir istək və ya impuls duysa da sahib olduğu bu xüsusiyyətlərlə ona maneə törətmə gücünə sahib olaraq yaradılmışdır. Məsələn, bir hadisə qarşısında şiddətlə hirslənən, iradəsi zəif insan özünü və qarşısındakı insanı heyvan kimi görsə, ona heç düşünmədən zərər verə bilər, mərhəmətsizcə davrana bilər. Qarşısındakının kiçik uşaq, müdafiəsiz insan olması fərqinə varmaz. Ancaq Allahın ona verdiyi ruhu daşıdığını bilən, ağıl və vicdan sahibi insan hər cür vəziyyətdə hirsinə hakim olar. Mühakiməsi, vicdanı hər an açıq olar. Allaha hesab verə bilməyəcəyi ən kiçik hərəkət etməz.
Allah bir ayəsində insanlara həm pisliyin, həm də pisliklərdən çəkinmənin ilham edildiyini bildirir. (Şəms surəsi, 7-10). Bu səbəbdən, bəzi insanların əxlaqlarındakı pozuqluqların, cinayət törətmələrinin ardındakı səbəb xəyali təkamül müddəti deyil. Bunun səbəbi Allaha iman etməmələri, etdiklərinə görə Allaha hesab verməyəcəklərini zənn etmələri və bu səbəblə çəkinməmələridir. Bugün bütün dünyada meydana gələn müharibələrin, irqçi qırğınların, quldur dəstəsi döyüşlərin, dazların, xuliqanların mərhəmətsiz hücumlarının, insanların aclığa, səfalətə tərk edilmələrinin, ədalətsizliyin, mərhəmətsizliyin ardındakı tək səbəb budur. İnsanları heyvan olaraq görənlər, heyvanlar kimi həyat mübarizəsi içində olmaları lazım olduğunu zənn edənlər, Allahı və axirəti unudan və unutduranlar heç bir zalımlıqda sərhəd tanımazlar.
Məhz bu səbəblə haqqında danışılan tərzdə yazıları nəşr edənlər nəyin təbliğatını etdiklərini, bəzi insanları necə bir xəttə çağırdıqlarını bir daha ağıl və vicdan ilə düşünməlidirlər. Bosniyada Serblərin təcavüz və zülmünə məruz qalmış qadınların şəkillərinin altına “Bosniyadakı cinsi istismar qurbanları şiddət və cinayət də təkamüllü bir haqdırmı?” deyə yazıb heç bir izah gətirməyən CBT yazarları, bunun nə demək olduğunu bir daha düşünməlidirlər.
Hər insan Allahın ona üfürdüyü ruhu daşıyar və özünü yoxdan var edən Yaradıcısına qarşı məsuldur. Allah, Quranda özünü başıboş zənn edənlərə yaradılışlarını və ölümdən sonra təkrar diriləcəklərini belə xatırladar:
“İnsan, “özbaşına və məsuliyyətsiz” buraxılacağınımı sanır? Özü, axıdılan spermadan bir damla su deyildimi? Sonra bir ələq (embrion) oldu, deyərkən (Allah, onu) yaratdı və bir “nizam içində biçim verdi.” Beləcə ondan erkək və dişi olmaq üzrə cütlər yaratdı. (Elə isə Allah,) Ölüləri diriltməyə güc çatdıran deyilmi?” (Qiyamət surəsi, 36-40)