“Cumhuriyet Bilim Teknik” (CBT) jurnalının 30 avqust 2003-cü il tarixli sayında “İnsan təbiəti: Analıq dünəndən bu günə necə dəyişdi” başlıqlı yazı nəşr olundu. Yazı təkamülçülərin içində olduqları yanılmaları və bu yanılmalara kor-koranə bağlılığın onları sürüdüyü əsassızlığı göstərməsi baxımından maraqlı idi.
“New Scientist” jurnalının 24 may 2003-cü il tarixli sayından alınan yazıda Kaliforniya universitetindən təqaüdçü antropoloq Sarah Blaffer Hrdy ilə edilən reportaj verildi. Təkamülə verilən gözübağlı dəstək hələ ilk sualda gözə dəyirdi:
“Primatlardan qalan davranışlarımız son 20-30 il içində necə dəyişdi?”
CBT-dəki bu sualı oxuyan oxucu, insan davranışlarının mənşəyinin sözdə təkamüllü ataları olan primatların davranışları olduğu istiqamətində təəssürata qapıla bilər. Çünki sual cümləsi, təkamüldən heç şübhəyə yer buraxmayacaq şəkildə danışmaqdadır.
Halbuki, bu portret hiyləlidir. Təkamül nəzəriyyəsi insanın sözdə bioloji təkamülünü belə açıqlaya bilməməkdədir. İnsan davranışları ilə əlaqədar şərhləri isə, nağıl izahatından başqa bir şey deyil, heç bir elm ehtiva etməməkdədir. (Detallı məlumat üçün baxın: Harun Yəhya, Həyatın gerçək mənşəyi, İnsanın mənşəyi)
Fal baxmaq qədər elmdən kənar intizam: Təkamüllü psixologiya
Hrdy, reportaj boyunca primatlarla insan davranışları arasında paralellik qurmaqda, insanlara xas bəzi davranışların sözdə primat atalarından miras qaldığını iddia etməkdədir. Təkamülçülər, insanların davranış formalarının təkamülün bir nəticəsi olduğunu göstərmək üçün təkamüllü psixologiya olaraq bilinən yeni bir intizam icad etmişlər. İnsanın bioloji təkamülünü də açıqlaya bilməyən təkamülçülərin, təkamüllü psixologiya sahəsində qarşıya qoyduqları iddialar, ən az bioloji təkamül iddiaları qədər əfsanəvi və elmdən kənardır. Bəzi elm adamları tərəfindən “məhz elə hekayələr” (just so stories) olaraq təyin olunan bu iddialar, təkamül təbliğatının əhəmiyyətli bir parçasıdırlar. (*) Məsələn, təxminən bütün biologiya dərs kitablarında yer alan “dinozavrların ağcaqanad arxasında qaçarkən ön ayaqlarını ağcaqanad tutmaq üçün açıb bağladıqlarını və bu sayədə qanad sahibi olaraq quşlara təkamülləşdiklərini” iddia edən hekayə bunun nümunələrindən biridir. CBT-də yer alan bu yazı da bu cür əfsanəvi izahatların və xəyal gücünə söykənən çıxarmaların tipik nümunəsidir. Təkamülçülər bu xəyali ssenarilərlə, sanki təkamül insan həyatındakı hər mövzunu açıqlayan elmi həqiqətmiş kimi təəssürat meydana gətirməyə çalışmaqdadırlar.
Təkamüllü psixoloqların iddiaları elmdən kənar olmalarının xaricində, cəmiyyət əxlaqı və insan davranışlarının degenerasiyası baxımından olduqca risklidir. İnsan davranışlarını heyvan davranışları ilə uyğunlaşdıran bu intizam, insanlara aid bir çox pis əxlaqı məqbul və qanuni göstərməkdədir. Qısqanclığın, təcavüzkarlığın, fürsətçiliyin, eqoizmin, mərhəmətsizliyin, var gücü ilə rəqabətin, homoseksuallığın, aldatmanın və bunlar kimi daha bir çox pis davranış və xüsusiyyətin heyvan atalarımızda görülən “təbii” davranışlar olduğunu, bunların insanlara atalarından genetik olaraq miras qaldığını iddia etməkdədirlər. Bu axmaq iddiaya görə, insanlar bu davranışlarından ötəri qınanmamalı, günahkar görülməməlidirlər, çünki bu xətalı rəftarları “təbiətin bir qanunudur”.
CBT-dəki yazıda da bu iddianın bir çox nümunəsinə rast gəlmək mümkündür. Məsələn Hrdy, ana davranışı üçün bu cür şərh etməkdədir:
“The Woman That Never Evolved (Heç bir zaman təkamülləşməyən qadın) adlı kitabımı nəşr etdiyimdə, qadınların, atanın kim olduğu mövzusunda qarışıqlıq meydana gətirmək üçün bir çox kişi ilə birlikdə olmağı təcrübə edə biləcəkləri və bunun insanlara da tətbiq oluna biləcəyi iddiasını genişlətdim. Bu fikir yaxşı qarşılanmadı. Məsələn, “The Evolution of Human Sexuality” (İnsan cinsinin təkamülü) adlı kitabın müəllifi Don Symons, “Another woman that never existed” (Heç bir zaman var olmayan başqa qadın) adlı məqaləsində bunun təkamüllü mirasımızın bir parçası ola bilməyəcəyini yazdı. Onun məntiqi belə idi: İnsanlarda qadının, çox xərci olan uşağının yetişdirilməsi üçün yoldaşının köməyinə ehtiyacı vardır.
Təbii ki, insanlarda qadının çox köməyə ehtiyacı olduğunu qəbul edirəm, ancaq mən anaları fərqli seqmentlərdən kömək tələb edən bacarıqlı fürsətçilər olaraq düşünürəm. Qadınların şəxsiyyətlərinin bir çox istiqaməti yalnız dəstək tələb etməkdir. Ancaq Symons bu cür köməyin yalnız atalığı qəti olan bir yoldaşdan gələcəyini qəbul edir. Əks halda heç bir kişinin belə bir sərmayə qoymayacağına inanır…”
Əslində bu ifadələr, təkamülçülərin insana olan dünyagörüşlərinin xülasəsi xüsusiyyətindədir. Yuxarıdakı ifadələrdə iki ayrı görüşə sahib təkamülçünün şərhləri yer almaqdadır və hər ikisi də analarla əlaqələrində mənfəətçi, fürsətçi xarakterlər olaraq təyin etməkdədir. Cəmiyyətdə belə düşünən insanların çox olduğu qətidir. Ancaq, bu pis əxlaq xüsusiyyətlərinin, primatlarla ortaq davranış olduğunu və bu səbəblə həyatda qalma mübarizəsində göstərilməsi lazım olan davranışlar olduğunu açıqlamaq, cəmiyyət əxlaqı baxımından son dərəcə təhlükəlidir. İndiki vaxtda bir çox lisey və universitetdə psixologiya dərslərində insan davranışlarının sözdə təkamüllü mənşəyindən və heyvanlardan miras qalan bu cür davranış pozuqluqlarından bəhs edilməkdədir. Cəmiyyət tərəfindən qınanması, tənqid olunması lazım olan davranışlar və pis xarakterlər, elm adamı ünvanı daşıyan insanlar tərəfindən “təbiətin qanunu normal davranışlar” olaraq izah edildiyində, cəmiyyətin böyük seqmentinin bundan mənfi istiqamətdə təsirlənəcəyi qətidir.
Təkamüllü psixoloqlar, insan davranışlarını açıqlayarkən, sanki bir heyvanın instinkt olaraq etdikləri davranışlardan bəhs edər kimi üslub istifadə etməkdədirlər. Halbuki insan ağıl, vicdan və iradə sahibi bir varlıqdır. Yaradılış olaraq hər insan mənfəətçi, eqoist, təcavüzkar ola bilər və bundan qazanc təmin edəcəyini düşünə bilər. Ancaq, iradə, ağıl və vicdan istifadə edərək bir çox insan bu cür davranışlar sərgiləməz; fədakar, vəfalı və mülayim olar. Yəni, təcavüzkar və pis əxlaqlı insanlar bunları heyvan atalara sahib olduqları üçün deyil, iradə və vicdanlarını istifadə etmədikləri üçün edərlər.
Təkamüllü psixologiyanın iddialarını təkamülçülər də qəbul etməməkdə, bu iddiaları “pəri nağılları, gülünc hekayələr” olaraq müəyyən etməkdədirlər. Məsələn Çikaqo Universitetindən Jerry E. Coyne, təkamülçü olmasına baxmayaraq təkamüllü psixologiyanın hər şeyi izah etdiyi iddiasını “böyüklük ehtirası” olaraq xarakterizə etmiş, “Təkamüllü psixologiyanın pəri nağılları” başlıqlı yazısında belə demişdir:
Problem budur ki, təkamüllü psixologiya meqalomaniyanın (böyüklük ehtirasının-özünü həddindən artıq qiymətləndirmə maniyası) elmi qarşılığından çətinlik çəkir. Təkamüllü psixologiya tərəfdarlarının çoxu hər insan hərəkətinin və ya hissinin (bunlara depressiya, homoseksuallıq, din və şüur da daxildir) beyinlərimizə təbii seleksiya ilə qoyulduğuna razı oldular. Bu düşüncəyə görə, təkamül insanlığımızı açacaq tək kiliddir. (Jerry Coyne, “The fairy tales of evolutionary psychology”, The New Republic, 4 mart, 2000.)
Genetik professoru Gabriel Dover isə təkamülçülərin hər sahədə hekayə izahını belə ifadə edir:
Yerli yerində hekayə izah etmə problemi çox dərin və genişdir; təkamüllü psixologiya, Darvinçi tibb, dilçilik, bioloji etik və sosial-biologiya kimi bir çox yeni elm sahəsini də ehtiva edir. Burada, seçilim nəzəriyyəsinin ən kobud uyğunlaşdırmalarına əsaslanaraq, insanın niyə belə olduğuna dair ən kobud izahlar təqdim edilir. Psixoloji yapımızın fərz edilən təkamüllü izahdan payını almayan bir yönü yox kimi görünür? (Gabriel Dover, “Dear Mr Darvin: Letters on the Evolution of Life and Human Nature,” [1999], University of Kaliforniya Press, Berkeley CA, 2000, səh. 45).
Sheffield universitetindən davranış ekoloq alimi Tim Birkhead isə təkamüllü psixologiya haqqındakı çalışma üçün etdiyi tənqidində belə deməkdədir:
“Çox böyük səyə ehtiyac olmadan, təkamüllü psixologiya gerçək elm olmaq yerinə nəzəri əyləncə olaraq qalacaq.” (Jerry A. Coyne, “Of Vice and Men: The fairy tales of evolutionary psychology,” The New Republic (3 aprel, 2000))
Hrdyin meyvə ağcaqanadı nağılı
Hrdyə verilən suallardan biri belədir:
Qadınların “daha xüsusiyyətli” uşaqlar yetişdirmə istəyi ilə kişilərin “daha çox” uşaq istəyi arasında çəkişmə var kimi görünür. Bunu həll etmənin bir yolu varmı?
Hrdy buna Drosophilia cinsi meyvə ağcaqanadları üzərində edilən bir araşdırmanı izah edərək cavab verir:
Drosophilia erkəklərin birdən çox dişisi vardır və sperma ilə birlikdə seminal maye içində toksik molekullar yayaraq törəmə qabiliyyətlərini artırarlar. Ancaq çox toksik olan bu molekullar, dişinin bala doğurma şansını artırarkən digər tərəfdən həyat müddətini qısaldar. Rice ilə Brett Hollandın apardıqları təcrübədə, 44 nəsil boyunca erkəklər tək bir dişiylə, dişilər də tək bir erkəklə cütləşdi. Axırda nə oldu? 44 nəsil sonra sperma toksik xüsusiyyətini itirdi. Bir dişili drosophilia erkəkləri “Yoldaşını sev və onu şərəfləndir” fəlsəfəsini qəbul etdilər.
Bu çalışmada müşahidə edilən dəyişiklik, ağcaqanadların çıxardığı seminal mayenin biologiyasında görülən dəyişiklikdir. Spermanın 44 nəsil sonra zəhərsiz çıxarılmağa başlaması, Hrdyin əks etdirdiyi kimi bir “fəlsəfə” məhsulu deyil. Spermada çıxarılan zəhər müəyyən kimyəvi düstura əsaslanır. Bu zəhərin erkəyin istəyi üzərinə spermadan təmizlənildiyini iddia etmək, bu zəhərin ağcaqanadın istəyi üzərinə çıxarıldığını qəbul etməyi tələb edir, ki belə bir iddianın heç bir elmi və məntiqi təməli yoxdur. Hər kəs bilir ki, canlılar bədənlərindəki ifrazatları qərar verərək çıxarmazlar. Bir erkək ağcaqanad da, dişi ağcaqanadların məhsuldarlığını artıracaq zəhərin kimyasını bilə bilməz və onu öz istəyiylə çıxara bilməz. Həm də şüur, duyğu kimi xüsusiyyətlərdən məhrum olan ağcaqanadlar yalnız instinktləriylə hərəkət edərlər və Hrdyin iddia etdiyi kimi fəlsəfələrə sahib ola bilməzlər. Bunlar təkamülçülərin “içi boş” izah etdikləri hekayələrdən parçalardır. Açıqca görüldüyü kimi elmi və məntiqi heç bir təməlləri yoxdur.
Nəticə
CBT-də yer verilən iddialar ideoloji meylləri səbəbiylə insanın meymunlardan təkamülləşdiyinə inanan bir araşdırmaçının elmdən kənar xəyallarından ibarətdir. CBT jurnalına elmi xüsusiyyəti olmayan təkamüllü psixologiya iddialarından imtina etməsini və darvinizmə kor-koranə dəstək verməkdən imtina etməsini tövsiyə edirik.
(*) “National Geographic TV”-də yayımlanan bir sənədli film bunun bəsit nümunəsidir. “National Geographic TV”, bir-birlərinin bitlərini ayırd edən meymunların bir-birlərini rahatlaşdırdıqlarını, insanların da bərbərə getdiklərində saçlarına edilən əməliyyatlar əsnasında bənzər rahatlıq yaşadıqlarını izah etdikdən sonra insanın bərbərə getmə davranışının primatlardan qalma təkamüllü davranış olduğunu iddia etmişdi! “National Geographic TV”-nin bu elmdən kənar iddialarına verilən cavabı görmək üçün baxın: http://www.netcevap.org/natgeoch0302_2.html