Header

CBT-də əxlaqın təkamülü nağılı

Aa4a

“Cumhuriyet Bilim Teknik” (CBT) jurnalının 14 aprel 2004-cü il tarixli sayında “Əxlaqın təkamüllü mənşəyi” başlıqlı məqalə nəşr olundu. Yazıda ağırlıqlı olaraq Princeton universiteti psixologiya fakültəsində çalışan Jashua Greenenin son bir neçə ildir davam etdirdiyi araşdırmaları mövzu edilirdi. Bu araşdırmalar əxlaqın təkamülü iddiası çərçivəsində qiymətləndirilir, digər tərəfdən bəzi meymun davranışları əxlaqın təkamülü iddiasına dayaq göstərilirdi. Ancaq əxlaqın təkamülü iddiası yalnız xəyal gücünə əsaslanan nağıldan ibarətdir və haqqında danışılan araşdırma ilə meymun davranışları, əslində əxlaqın təkamülünə dair heç bir elmi dəlil meydana gətirmir.

Greene çalışmalarında bu üsulu izləyir: İnsanların əxlaqi davranışlarındakı seçimlərində təsirli olan faktorları araşdıran Greene, təcrübələrində iştirakçılardan maşinist olduqları, əyləcləri tutmayan bir tramvayın beş dəmiryolu işçisinin üzərinə sürətlə gedərkən düşünmələrini istəməkdədir. Araşdırmaçı, tramvayın bir qovşaq nöqtəsinə gəlmək üzrə olduğunu söyləyərək təcrübəyə bir də variant təqdim etməkdədir: Əgər rels dəyişənə nəzarət edən əmr qoluna müdaxilə etsələr, tramvayı işçilərin üzərinə getməkdən qurtaracaqlar. Amma ssenariyə görə bunun bir əvəzi vardır və tramvayın yolunu dəyişdirsələr o biri tərəfdə tək başına çalışan bir işçini öldürmüş olacaqlar. Greene təcrübələrə belə bir vəziyyətdə necə davranacaqlarını soruşduqdan sonra onlara bu dəfə bir az dəyişdirdiyi ssenarini izah etməkdədir. Greene təcrübələrdən onları eyni tramvayı relslərin üzərindəki bir körpüdən izləməkdəykən düşünmələrini və yanlarındakı iri adamı körpüdən aşağı, tramvayın önünə atdıqları təqdirdə vasitəni dayandıracaqlarını və beləcə beş işçini qurtara biləcəklərini izah etməkdədir.

Görüldüyü kimi, Greenenin işçiləri qurtarmaq üçün təklif etdiyi variantların ikisi də bir insanın ölümüylə nəticələnəcək şəkildədir. Ancaq araşdırmada əldə edilən nəticələr, iştirakçıların bu variantlara bərabər ağırlıqlı olaraq müraciət etmədiklərini göstərməkdədir. Təcrübələrin çoxu, elektronik əmr qolunu çəkərək tramvayın istiqamətini tək işçinin çalışdığı istiqamətə çevirməyi, iri adamı əlləriylə körpüdən atmağa seçməkdədir. İnsanlar bir insanı bir əmr qolunu hərəkət etdirərək öldürməyi onu əlləriylə itələyərək öldürməyə nəzərən daha az narahat hesab etməkdədirlər. Beləcə Greenenin çalışmaları məntiqi nəticəsi eyni olan iki variantın, şəxslərin duyğularına təsirlərinə görə seçim səbəbi ola biləcəklərini; bir başqa deyişlə əxlaqi davranışlarımızda yalnız məntiqimizlə hərəkət etmədiyimizi və bunlarla əlaqədar seçimlərimizdə duyğularımızın da əhəmiyyətli rolu olduğunu ortaya qoymaqdadır.

Bu nəticələrin yazıda ortaya qoyulan xəyali “əxlaqın təkamülü” iddiasına heç bir elmi dayaq meydana gətirmədiyi açıqdır. Əxlaqi davranışların duyğulardan təsirlənməsi əxlaqın və ya bunu təsir edən duyğuların təkamüllə ortaya çıxdığını göstərən nəticə meydana gətirməz.

Yazıda həm də meymunlarda ədalət və düzgünlük duyğusuyla uyğunlaşdırılan davranışların müşahidə edildiyi izah edilməkdə və bunlar əxlaqın təkamülü iddiasına dayaq göstərilməkdədir. Buna görə alacağı xiyarlar qarşılığında balaca daşları verməsi üçün öyrədilən bir qrup meymunun ədalətsiz paylaşım qarşısında nə edəcəkləri araşdırılmaqdadır. Araşdırmaçılar əvvəl salat verdikləri meymunlardan bəzilərinə üzüm verməyə başlayınca bunu fərq edən digər meymunlar bir sıra etiraz hərəkətləri ortaya qoymaqdadırlar.

Araşdırmaçılar bu vəziyyəti meymunlarda ədalət və düzgünlük duyğusu ola biləcəyi şəklində şərh etməkdədirlər. CBT yazısında isə bu təcrübə, meymunlarla sözdə təkamüllü qohum olan insanlarda əxlaqın təkamüllə ortaya çıxdığına bir dəlil olaraq göstərilməkdədir. Ancaq haqqında danışılan meymun davranışlarıyla əlaqədar təkamülçü iddialar, heyvanlar aləmindəki müşahidələrin tək tərəfli dünyagörüşünə görə seçilib şərh olunmasına əsaslanan, ön mühakiməli iddialardır. Meymunlarla əlaqədar bu təcrübə haqqındakı təkamülçü iddialara daha əvvəl verdiyimiz cavabı buradan oxuya bilərsiniz.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313