“Cumhuriyet Bilim Teknik” (CBT) jurnalının 22 noyabr 2003-cü il tarixli sayının sual-cavab qismində, “İnsanlar və ağlamaq” başlıqlı qısa yazı nəşr olundu. “Ağlayan tək primat insandırmı?” sualına verilən cavabda, duyğuların sözdə uzun təkamüllü müddətdən sonra meydana gəlmiş dərin beyin funksiyası olduğu iddia edilirdi. Ancaq bu iddia yalnız haqqında danışılan sualı cavablandıran adamın ön mühakimələrinə əsaslanır. Gerçəkdə duyğuların təkamüllə ortaya çıxdığını göstərən heç bir elmi dəlil yoxdur.

Bu mövzuda təkamülçü nəşrlərdə edilən izahlara baxıldığında duyğuların mənşəyiylə əlaqədar şərhin əsaslandığı ön mühakimələr asanlıqla görülə bilər. Təkamülçü biopsikoloq Victor S. Johnston, “Niyə hiss edirik: insan duyğularının Elmi” adlı kitabında belə yazmışdır:

 

“Törəmə qabiliyyətindəki nisbi müvəffəqiyyət olaraq xarakterizə edilən fərdi uyğunluq (fitness); törəmə yaşı, çoxalma, uşaqların baxımı, qonşular və qohum köməkləşməsindən qaynaqlana biləcək əlavə təsirlərdən ortaya çıxan həyatda qalma vəziyyətinin bir məhsuludur. Bizim duyğu repertuarımız uyğunluğu artıran bu sahələrdən bir və ya daha çoxunu izləyər. Bu vəziyyətdə duyğuları fərdi uyğunluğumuzun bəzi xüsusiyyətlərinə gəlməsi gözlənilə biləcək təhlükə və ya faydaların təbiəti, böyüklüyü və istiqamətini təmsil edəcək şəkildə təkamülləşmiş, keyfiyyət olaraq fərqli şüurlu hallar olaraq izah edə bilərik.”1 vurğu bizə aiddir)

 

Görüldüyü kimi, bu izahda duyğuların necə və hansı mexanizmlə təkamülləşdiyinə dair heç bir əlamət təmin edilməməkdədir. Yazar duyğunun, insana gələ biləcək fayda və ya zərərləri izləmək üzrə təkamülləşmiş olduğunu ifadə edərkən, yalnız bir üstünlük təsvir etməkdə, sonra heç bir dəlil göstərmədən duyğunun təkamülləşdiyi mühakiməsini ortaya qoymaqdadır. Bunu söyləmək, “Avtomobillərdə sükan, şoferin vasitəni fərqli istiqamətlərə yönəltməsini təmin edəcək şəkildə təkamülləşmişdir” demək kimidir.

 

Duyğuların təkamüllə ortaya çıxdığı mühakiməsinin elmi heç bir dayağı yoxdur. Johnstonun kitabında və CBT jurnalında vəziyyət eynidir. Hər ikisində də kor-koranə batil inanc ifadəsi ortaya qoyulmaqdadır. Bu kimi ifadələrin isə elmi yönü yoxdur, bunları doğru qəbul etmək insanın seçiminə bağlıdır. Bəziləri inanar, bəziləri inanmaz.

 

CBT səlahiyyətlilərini təkamülə gerçəkləri göz ardı edərək dəstək verməyi buraxmağa, müasir elmin ortaya qoyduğu gerçəyi artıq qəbul etməyə çağırırıq. Müasir elm tapıntıları, həyatın, materialist fəlsəfənin öyrətdiyi kimi təsadüflər və təbiət hadisələriylə deyil, şüurlu dizayn yəni yaradılışla ortaya çıxdığını göstərməkdədir. Bu vəziyyətdə CBT səlahiyyətlilərinin öz inanclarını oxucularına elmi gerçəklər kimi göstərmə səyindən imtina etmələri həqiqi və uyğun bir davranış olacaq.

 

 

1) Victor S. Johnston “Why We Feel: The “Science” of Human Emotions”, Perseus Books, Reading, MA, 1999, səh. 87