“Birgün” qəzetinin 15 avqust 2005-ci il tarixli sayında “Yoldaşlığın təkamülü” başlıqlı məqalə nəşr olundu. A. Murad Aytekin tərəfindən hazırlanan yazıda, canlılar arasında zənn edildiyi kimi güclünün zəifi daim yox etdiyi mübarizə müddəti olmadığı izah edilir, müxtəlif canlı növlərində görülən dostluq və köməkləşmə davranışları nümunə verilirdi. Aytekin, sənədli filmlərdəki döyüş səhnələrinin təbiətin tək gerçəyi olmadığını bu sözlərlə ifadə edirdi:

 

“Sizə daha əvvəl heyvanlar arasında vəhşi rəqabətlər yaşandığı deyilmişdi? Sənədli filmlərdə həmişə qorxunc musiqilərin müşayiəti ilə qanlı döyüş səhnələrimi seyr etdiniz? Güclünün zəifi əzməsi “təbii” olandır deyə öyrədildi sizə? Hətta madam ki təbiətin qanunu budur insanlar üçün də belə olmalı deyildi utanmadan? Əslində heyvanlarda növ daxili döyüşlər düşünülənin əksinə nadir olaraq ölümlə nəticələnər. O da ümumiyyətlə qəza ilə olur, məsələn, döyüş əsnasında maralların buynuzları bir-birinə ilişib dolansa hər ikisi də aclıqdan ölə bilər, ya da toz, tüstü arasında yüksək uçurumdan birlikdə aşağıya düşə bilərlər. Bunun xaricindəki döyüşlər ümumiyyətlə göz dağı vermə formasındadır və olduqca qısa olar. Tərəflərdən biri qarşısındakını məğlub edə bilməyəcəyini anlayınca çəkilib gedər. Qazanan belə bir az lovğalanar, amma həyatını bununla öyünərək keçirməz, sakitcə mürgülədiyi yerə, ya da uğrunda döyüşdüyü yoldaşının yanına dönər” 1

 

Özü də bir təkamülçü olan hörmətli Aytekin, bu yazdıqlarıyla təkamülçü nəşrlərin təbiətdə davamlı həyatda qalma mübarizəsi olduğu istiqamətindəki izahatların gerçəkləri əks etdirmədiyini açıqca ortaya qoymaqdadır. Ancaq bunun yanında yoldaşlığın bir təkamül müddətində ortaya çıxdığı yanılmasına qatılmaqda da qorxu görməməkdədir.

 

Aytekin, yoldaşlığın təkamülü iddiasını yalnız təkamülçü ön fikirləri üzündən mənimsədiyini yazdıqlarıyla ortaya qoymaqdadır. Aytekin yazısının başlığında bu ifadələrə yer verməkdədir:

 

“Bir çox heyvan növü xüsusilə balalarını qorumaq üçün ölümü gözə alar. Bu vəziyyət öz irsi gələcəyini qorumağa sərmayə olaraq düşünülə bilər.”

 

İrsi gələcəyi qorumağa sərmayə mövzusu, gələcəyi planlama yəni düşünmə qabiliyyətiylə əlaqədar olan bir mövzudur. Bir insan düşünə bildiyini, özü bu qabiliyyəti şəxsən təcrübə etdiyi üçün bilər. Bir heyvanın balasını qoruyarkən bir şey düşünüb düşünmədiyi və ya nələr düşündüyünü bilmək isə mümkün deyil. Bu səbəbdən heyvanın soyunun davamı üçün balasını qoruduğu, bunun üçün sərmayə qoyduğu şəklindəki düşüncə elmdən kənardır. Necə ki, heyvan davranışları mövzusundakı nəşrləriylə tanınan Kanadalı elm yazıçısı John Gearyın da ifadə etdiyi kimi, elmi birlik, “Heyvanlar düşünə bilərmi?” sualına “bəli” cavabı verən şərhləri və bu istiqamətdə qarşıya qoyulan sözdə dəlilləri elmdən kənar, bu səbəbdən də dəyərsiz olmaqdadır. 2

 

Qısacası Aytekin təkamül nəzəriyyəsi lehində yazdıqlarında, təbiəti öz dünya görüşü istiqamətində şərh etməkdədir. Ancaq bu dünyagörüşünün elmi heç bir dayağı yoxdur. Canlılardakı fədakarlıq, təkamül nəzəriyyəsinin söykən təsadüflərlə açıqlanması mümkün olmayan şüurlu (şüur sərgiləyən) davranışlar ortaya qoymaqdadır. Bütün canlıların yaradıcısı olan Allah, onlara davranışlarını ilham edəndir.

 

Qeyd: Təkamül nəzəriyyəsini heyvan davranışları sahəsində çürüdən tapıntıları buradan oxuya bilərsiniz.

 

 

1) A. Murat Aytekin, “Arkadaşlığın Evrimi”, Birgün, 15 avqust 2005

2) John Geary, ‘All These Brains – And Good Looks, Too!’, http://www.kookycongos.ca/lament.htm