“Time” jurnalının 7 iyun 2004-cü il sayında “Necə bu cür kilolu olduq? (How we grew so big?)” başlıqlı yazı nəşr olundu. Bu yazıda, günümüzdəki cəmiyyətlərinin əsas sağlamlıq problemlərindən piylənmə mövzu edilir, müxtəlif yaş qrupları arasında piylənmə nisbətləri, piylənmənin gətirib çıxardığı digər sağlamlıq problemləri və sağlamlıq quruluşların tərəfindən piylənməyə qarşı icra edilən çalışmalar kimi mövzularda məlumatlar verildi.

Qısacası, piylənmə, bir məməlinin, yağ olaraq yığılan təbii enerji ehtiyatlarının normal səviyyədən çox olması və sağlamlıq problemlərinə gətirib çıxarmasıdır. Müəyyən miqdarda bədən yağı; enerji yığma, istilik, zərbələrin əmilməsi (təsirinin azaldılması) və digər bəzi funksiyalar baxımından lazımlıdır. Həddindən artıq yemək və hərəkətsizlik vəziyyətlərində, normaldan çox miqdarda yağ yığılmağa başlanmaqda və piylənmə ortaya çıxmaqdadır. İnsanların, vaxtlarının çoxunu kompüter və televizor başında keçirdiyi, kalori dəyəri yüksək qidaların asanlıqla tapıldığı və bu qidaların istehlaklarının reklamlarla təşviq edildiyi cəmiyyətlərdə, piylənmə yayğın problem olaraq önə çıxmaqdadır. Bir insanın, piylənmə olub olmadığı, bədəndəki yağ miqdarının bədən ağırlığına nisbətinə görə qiymətləndirilməkdədir.

obeziteHər fizioloji funksiya kimi, yağ yığma da genlərlə nəzarət edilən bir funksiyadır və mütəxəssislər tərəfindən təxminən 20 ilə 30 genin piylənmə ilə əlaqəli olduğu təxmin edilməkdədir.

Həddindən artıq kalori almaq və hərəkətsizlik, canlını həddindən artıq kilolu hala gətirə bilər, müxtəlif faktorlardan ötəri piylənmə populyasiyada önəm qazana bilər. Ancaq bu vəziyyət canlını başqa bir növ canlıya çevirməz, yəni bir təkamülləşmə yaratmaz. Məsələn, yandakı rəsmi görülən piylənmiş laboratoriya siçanı kimi, bir siçan populyasiyasında nə qədər önəm qazanırsa qazansın, o siçanlar başqa canlılara, məsələn dovşanlara çevrilməyəcək.

Qısacası, piylənmədən danışarkən həddindən artıq yağ yığmanın səbəblərini təkamülün iddialarıyla uyğunlaşdırılmağa çalışmaq üçün heç bir elmi səbəb yoxdur.

Ancaq təkamülçülər, təkamül nəzəriyyəsini doqma kimi mənimsədikləri üçün insanın digər bütün fizioloji funksiyalarında olduğu kimi yağ yığmanın da təkamüllə ortaya çıxdığı nağılını ortaya atmaqdadırlar. Necə ki, “Time” məqaləsinin yazıçısı Michael D. Lemonickin də təkamül inancını kor-koranə mənimsəmiş olduğu görülməkdədir. Lemonick, yazıda, piylənmənin sözdə təkamüllü mənşəyinə dair bir hekayə izah etməkdədir. Bu nöqtədə piylənmənin mənşəyinin əslində genlərdə olduğunu və bu genlərin milyonlarla illik xəyali bir müddətdə, sözdə “təkamül qanunları”na məruz qaldığını iddia etməkdədir. Buna görə insanın xəyali təkamül müddətində qıtlıqlarla mübarizə etdiyi hekayəsi izah edilər. Bu xəyali müddətdə insanın tapa bildiyi hər ləzzətli şeyi yemək məcburiyyətində qalması səbəbiylə də piylənmənin ortaya çıxdığı qarşıya qoyulur.

İlk öncə Lemonicin istifadə etdiyi, “təkamül qanunu” ifadəsi heç bir elmi dayağı olmayan boş sözdür. Elm təkrarlana bilən və müşahidə edilə bilən faktları araşdırar. Təkamül nəzəriyyəsinin növlərin başqa növlərə çevrildiyi iddiası isə (Lemonickin də əslində çox yaxşı bildiyi kimi) müşahidə edilməsi mümkün olmayan, ancaq doqma olaraq yaşandığı qəbul edilən bir müddətlə əlaqədardır. Bir faktın qanun olaraq təyin olunması, ancaq çox sayda təcrübədə istisnasız olaraq təkrarlandığının müşahidə edilməsiylə mümkün olar. Buna görə elmdə qanun, təkrarlana bilən və müşahidə edilə bilər faktlar, məsələn fizika və kimya təcrübələrində müşahidə edilən faktlar haqqındadır. Təkamül nəzəriyyəsi isə keçmişdə yaşandığı doqma olaraq qəbul edilən, ancaq heç bir şəkildə təkrarlanmayan bir müddətlə əlaqədardır. Qabaqcıl darvinist zooloq Ernst Mayr, tarixi elmin sahəsinə düşən təkamül nəzəriyyəsiylə; müşahidə edilə bilən və təkrar edilə bilən elm arasında qəti ayrım etmişdir:

 

“…Darvin, elmə tarixilik gətirdi. Təkamül biologiyası, kimya və fizikanın əksinə, tarixi bir elmdir. Bir təkamülçü (sözdə) onsuz da reallaşmış hadisə və müddətləri izah etməyə çalışar. Təbiət qanunları və təcrübələr, belə hadisə və müddətlərin açıqlanması üçün qeyri-kafi texnikalardır. Bunun yerinə, açıqlanmağa çalışılan hadisələrə gətirib çıxaran xüsusi bir ssenarinin maraqlı bərpasından meydana gələn tarixi izahat yaradılar”.1

 

Görüldüyü kim, təkamülü bir qanun qəbul edən elm deyil, doqmatik düşüncəylə hərəkət edən Lemonickdir.

İkincisi, piylənmənin genlərlə əlaqəli olduğunu ifadə etdikdən sonra izah edilən təkamül nağılı da etibarsızdır. Çünki insanın bir xüsusiyyətinin müəyyən genlərlə əlaqəli olduğunu ifadə etmək, bu genlərin bu xüsusiyyəti kodlaşdırıb nəzarət edəcək şəkildə necə təkamülləşmiş ola biləcəyinə dair heç bir elmi izah meydana gətirməz. Bir kosmos məkiyinin atma sistemlərinin müəyyən kompüterlərlə nəzarət edildiyini ifadə etmək, necə o kompüterlərin ortaya çıxışına dair bir məlumat ortaya qoymazsa, piylənmənin də genlərlə əlaqəli olduğunu ifadə etmək, o genlərin təkamüllə ortaya çıxdığı hekayəsini təsdiqləyəcək məlumat ortaya qoymaz. Məşhur nəşrlərdə təkamül təbliğatı üçün tez-tez müraciət edilən və səhvi göz ardı edilən bu dünyagörüşünü tənqid etmiş təkamülçülərdən biri də John Maynard Smithdir. Bir təkamül bioloqu olan Smith, bu mövzuda aşağıdakıları söyləmişdir:

 

“X xüsusiyyətini dövrəyə salan geni tapdığınızda bunun necə təkamülləşmiş olduğunu da anlayacağınız fikri, axmaqlıqdan ibarətdir”2

 

Piylənmənin insanın sözdə təkamülü müddətində yemək qıtlığına bağlı olaraq inkişaf etdiyi iddiası da heç bir şəkildə elmi olmayan bir nağıldan ibarətdir. Təkamül təbliğatının başlıca vasitələrindən olan bu kimi hekayələrin izahatı, yalnız xəyal gücünə söykənən fərziyyələrin elmi gerçəklər olaraq tanıdılması yoluyla cəmiyyətin yanıldılmasına gətirib çıxarar. Təkamülçü paleontoloq Stephen J. Gould, bu vəziyyəti belə açıqlamışdır:

 

“Təkamül biologiyası, anatomiya və ekologiyanı qeydlərdən və sonra hansı sümüyün niyə o şəkildə göründüyü, ya da bu canlının niyə orada yaşadığıyla əlaqədar tarixi və ya adaptasiya ilə əlaqədar izahlar etməyə çalışan, spekulyativ arqument şəkliylə ciddi dərəcədə maneə törədilmişdir. Elm adamları bu nağılların hekayə olduğunu bilirlər; təəssüf ki, bunlar professional ədəbiyyatda çox ciddi və həqiqi qəbul olunurlar. Daha sonra bunlar (elmi) “gerçəklər” halına çevrilər, məşhur ədəbiyyata daxil olarlar.”3

 

“Nature” jurnalının redaktoru Henry Gee də bu hekayə izahatının elmi olmadığını belə ifadə etmişdir:

 

“Məsələn, insanın (sözdə) təkamülünün; bədənin duruşu, beyin həcmi və əl-göz koordinasiyasında reallaşan inkişaflara əsaslandığı və bu inkişafların da atəş ilə alət istehsalı kimi texnoloji müvəffəqiyyətlərlə dilin istifadəsinə gətirib çıxardığı deyilər. Ancaq bu kimi ssenarilər subyektivdir. Təcrübələrlə əsla test edilə bilməzlər, elə isə elmi deyildirlər. Ümumiyyətlə istifadədə olmaları elmi testlərə deyil, təqdimatdakı nüfuza və iddiaya söykənər.”4 (vurğu bizə aiddir)

 

Bu səbəblərə görə “Time” məqaləsində ortaya qoyulan təkamülçü iddia, bir doqma olaraq mənimsənən elmdən kənar hekayədən ibarətdir. “Time” jurnalını, darvinizmin elmi tapıntılar qarşısında çürüdülmüş köhnə nəzəriyyə olduğunu qəbul etməyə dəvət edir, bir dünyagörüşü olaraq mənimsədiyi darvinizmə elmdən kənar təbliğat ilə dəstək verməkdən imtina etməsini tövsiyə edirik.

 

Qeydlər:

  • “Time” yazısında klassik təkamülçü taktika izlənilməkdə və təkamül təlqini verməyi məqsəd qoyan ancaq heç bir elmi dəyəri olmayan, “şimpanzelərlə yolumuzu ayırdığımız son yeddi milyon illik müddətdə”, ya da “meymun əmi oğlanlarımız” bənzəri ifadələr istifadə edilməkdədir. İnsanın təkamüllə ortaya çıxdığına dair heç bir elmi tapıntı yoxdur. Təkamülçülər son dərəcə yetərsiz qalıq qeydini xəyal gücü və ön fikir ilə öz doqmatıq inancları istiqamətində izah etməkdədirlər. Bu mövzuda daha çox məlumat üçün baxın: http://www.darwinizminsonu.com/insanin_kokeni_01.html

 

  • Yazıda ləzzətli yeməkləri yemənin məməlilərdə sözdə instinkt olaraq təkamülləşdiyi kimi iddia qarşıya qoyulmaqdadır. Bu iddia, mövzunu açıqlayır görünüşü verməyi məqsəd qoyan amma gerçəkdə heç bir şəkildə elmi açıqlayıcılığı olmayan bir söz oyunundan ibarətdir. Həm də təkamüllə açıqlana bilən görünüşü verilən vəziyyət əslində təkamül üçün dilemmadır. İnstinktlərin təkamüllə açıqlana bilməz olmasını şəxsən Darvinin özü də qəbul etmişdir. Bu mövzuda baxın: http://www.netcevap.org/sabah031007.html

 

 

  • Ernst Mayr, “Darwin”s Influence on Modern Thought,” Scientific American, Vol. 283, No. 1 iyul 2000, səh. 80

2) “Games and theories”, New Scientist, issue 2399, 14 iyun 2003, səh. 48

3) Stephen Jay Gould, “Introduction,” in Björn Kurtén, Dance of the Tiger: A Novel of the Ice Age (New York: Random House, 1980), xvii-xviii

4) Henry Gee, In Search Of Deep “Time”: Beyond The Fossil Record To A New Hıstory Of Life, The Free Press, A Division of Simon & Schuster, Inc., 1999, səh. 5