Zuxruf surəsi, 6-12, 15-17-ci ayələrin təfsiri
Adnan Oktar: Zuxruf surəsini açmısan. Şeytandan Allaha sığınaram. “Biz əvvəlki ümmətlərə də neçə-neçə peyğəmbərlər göndərmişdik“ -deyir Cənabı Allah. Neçə-neçə Mehdilər, neçə-neçə Allahın dinini bildirən elçilər göndərdik. “Onlara elə bir peyğəmbər gəlmədi ki,“ onlara elə bir Mehdi gəlmədi ki, “onu məsxərəyə qoymasınlar“. Ona maneə törətməyə çalışardılar. Mütləq dayandırmağa çalışardılar. Heç bir zaman üçün Peyğəmbərləri bir dəfədə qəbul etməmişlər, Mehdilərdə də belədir. Mütləq müqavimət göstərmək, mütləq hadisə çıxartmaq var. Allah bunu bir sünnə olaraq, Allahın sünnəsi olaraq göstərir. “Biz onlardan daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin aqibəti ötüb keçmişdir“.
Əvvəlkilərin aqibətində olduğu kimi onlar da, bütün Peyğəmbərlər gəldiyində, Mehdilər gəldiyində müqavimət göstərdilər, dayandırmağa çalışdılar. “Onlardan daha qüvvətli olanları“ -deyir Allah, sayca, imkanca üstün olmalarına baxmayaraq onları mən, Allah, yerlə bir etdim deyir. “Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, mütləq: “Onları Qüdrətli və Bilən Allah yaratmışdır!” – deyəcəklər“. Bax, soruşanda tam müsəlman kimi danışırlar.
“Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, mütləq: “Onları Qüdrətli və Bilən Allah yaratmışdır!” – deyəcəklər. O, yeri sizin üçün beşik etdi” yeri sizin üçün bir Mehdi etdi deyir Allah. Beşik sözünün ərəbcə qarşılığı Mehdidir. Yeri sizin üçün bir Mehdi etdi “və orada sizin üçün yollar saldı ki, bəlkə düz yolu tapa biləsiniz”. Doğru yolu tapmağınız üçün. Əbcədi 2016, ayə ikinci qisim 2046 və 2022 tarixlərini verir.
Altuğ Berker: MaşaAllah.
Adnan Oktar: İnşaAllah. “Göydən lazım olduğu qədər su endirildi. Biz onunla ölü bir diyarı diriltdik”. Bax, “Göydən lazım olduğu qədər su endirildi. Biz onunla ölü bir diyarı diriltdik. Siz də beləcə dirildilib çıxarılacaqsınız”. Bir rəvayətdə də bunu, bu ayənin Mehdiyyətə baxdığını, göydən enən yağış kimi Mehdiyyətin bərəkətinin, gözəlliyinin ölü ürəkləri dirildəcəyinə dair işarə olduğunu söyləyir. “O, bütün canlıları və bitkiləri cüt yaratdı”. 12-ci ayə. Bax o da iki. İki, iki, iki, iki, çox şifrəli bir ayədir. “Mindiyiniz gəmiləri və heyvanları yaratdı”. “15; Müşriklər Allahın qullarından bəzisini Onun bir hissəsi qəbul etdilər (Ona övladlar və şəriklər qoşdular)”. “Allahın qullarından bəzisini Onun bir hissəsi qəbul etdilər (Ona övladlar və şəriklər qoşdular)”. Məsələn, Cənabı Allaha övlad şamil edir, Allah və övladı. Bir parça daha şamil edir. Və yaxud özünün düzəltdiyi bütü şamil edir. Allah var amma mənim bütüm də var deyir.
“Həqiqətən, insan açıq-aydın nankordur” -deyir. Quruluşunda nankorluğa uyğunluq vardır, deyir Allah. “Yoxsa Allah yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün seçmişdir? Onlardan birinə, Mərhəmətli Allaha aid etdikləri qız uşağı ilə müjdə verilsə, hirsindən üzü qapqara qaralar”. Qız uşağı olduğuna görə adamlara ağır gəlir. Quranda Cənabı Allah onu lənətləyir. Bu əxlaqsızlıqdır, deyir Cənabı Allah. Qız uşağı olduqda ondan narahat olmaq, onun varlığından narahat olmaq, mütləq oğlan olsun istəyir. Qız uşağı olduqda kədərlənirlər. Halbuki Allah onu xeyirlə yaradır. Qız-oğlan hamısı mömindir, müsəlmandır, hamısı da eynidir. Allah onun bir küfr əxlaqı olduğunu vurğulayır.